Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3013/2025 01.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X4 Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablaması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin X4 Filialına qarşı “xx.xx.2009-cu ildən-xx.xx.2011 ilədək 1 il, 10 ay işlədiyi müddətin sığorta stajına daxil edilməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablamasına görə ödəniş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 2011-ci il tarixindən yaşla bağlı əmək pensiyası alır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial ödənişlərin X4 filalına stajının doğru hesablanması və pensiyanın yenidən hesablanması barədə yazılı müraciət etsə də cavabdeh bundan imtina etmişdir. İmtinasında qeyd edir ki, pensiya kapitalı sistemdə olmadığı üçün həmin illər nəzərə alınmır. Cavabdeh qurumun imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (12.1). İnsan ləyaqəti qorunur və ona hörmət edilir (24.1), Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlığlarını müdafiə etmək hüququ vardır (26.1). Hər kəsin sosial təminat hüququ vardır (38.1). Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir (57.1). Hər kəsin hüquq və azadləqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir (60.1). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (149.7). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır (2.2.2). İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir (4.1). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 01 il 10 ay işlədiyini və həmin dövrün ona pensiya təyin edilən zaman nəzərə alınmadığını və hal-hazırda mübahisəli dövrlərin onun sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmalı olduğunu bildirir. İddiaçı daha əvvəl eyni tələblə bağlı cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 3-17-1/2-İ-196643/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı pensiya təyin edilərkən sığorta stajı düzgün hesablanmamışdır. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2011-ci il tarixli əməkhaqqı arayışında qeyd olunmuş 2009-2011-ci illər üzrə əməkhaqları pensiyasının hesablanmasında nəzərə alınmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən 31 07.2024-cü ıl tarixədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-cı il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2011-ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən Fondun Abşeron rayon filialı tərəfindən İddiaçı həmin tarixdən müddətsiz olmaqla 342,61 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı 201739 №li pensiya işində olan sənədlərin surətlərinə əsasən onun təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumata müvafiq olaraq xx.xx.1967-ci il tarixdən xx.xx.1969- cu il tarixədək hərbi xidmət dövrü. ******* nömrəli təqdimatda olan məlumata əsasən xx.xx.1967-ci il tarixdən xx.xx.1967-ci il tarixədək, xx.xx.1969-cu il tarixdən xx.xx.1969-cu il tarixədək, xx.xx.1970-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 27 il 10 ay 22 gün sığorta stajı müəyyən edilmişdir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək perrsiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçı 27 il 10 ay 22 gün sığorta stajı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən (artıq ödəmənin aşkar olunduğu tarixdən 3 il əvvələ) 259.78 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 268,62 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bır aya düşən hissəsi məbləğində hesablanır. Həmin maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023cü il tarixdən 285,28 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək 327,21 manata, xx.xx.2024-cü il tarixdən 363,86 manata çatdırılmışdır. Qanununun 27.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 01 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixədək 27 il 10 ay 22 gün sığorta stajına əsasən xx.xx.2006-cı il tarixə hesablanan pensiya sığorta kapitalı 4742,05 manat təşkil edir: (27 il+(10 ay+22 gün/30gün)/12ay)x170=4742,05 manat xx.xx.2006-cı il tarixədək olan pensiya kapitalının pensiya təyin olunduğu xx.xx.2011 -ci il tarixə indeksləşdirilmiş məbləği 7767,37manat təşkil edir. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki. İddiaçı pensiya təyin edilərkən sığorta stajı düzgün hesablanmamışdır. Eyni zamanda Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı halda, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2011-ci il tarixli əməkhaqqı arayışında qeyd olunmuş 2009-2011-ci illər üzrə əməkhaqları pensiyasının hesablanmasında nəzərə alınmışdır. xx.xx.2006-cı il tarixdən sonra qanunvericiliyə edilən dəyişikliklərə əsasən fərdi uçot sistemi yaradılmış, həmin dövrdən etibarən staj nəzərə alınarkən yalnız əmək kitabçası və arayış əsas götürülməmiş, ilk növbədə əmək kitabçasında və arayışda qeyd edilən dövrlər ərzində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə müvafiq illərin staja daxil edilməsi nəzərdə tutulmuşdur. İstər “Sosial sığorta haqqında” Qanunda, istər “Əmək pensiyaları haqqında” Qanunda, istərsə də “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Qanunda xx.xx.2006-cı il tarixdən sonra yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə sosial sığorta stajının müəyyən olunduğu təsbit edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Nəticədə Qanunun 39.1-ci maddəsi tətbiq olunmaqla xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək pensiyasının aylıq məbləğində artıqödəmə müəyyən edilmişdir. İddiaçı hazırki mübahisəsi xx.xx.2009-cu il tarixdən xx.xx.2011 -ci il tarixədək oian 01 il 10 ay müddətin onun sığorta stajına daxil edilərək yenidən hesablanmasıdır. Lakin əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Mərkəzi Filiala aid olmasına baxmayaraq, iddiaçının qeyd etdiyi dövrlərə dair işlədiyi müəssisə, yəni işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin indiki vəziyyətdə onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu mümkün deyildir. Müəssisə hal-hazırda fəaliyyət göstərdiyindən ilk növbədə İddiaçı fərdi əmək mübahisəsi qaydasında işəgötürənə dair məhkəmədə iddia qaldırmalı və bu məsələ həll edildikdən sonra ikinci növbədə onun pensiyasının yenidən hesablanması məsələsinə yenidən baxıla bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X3 iştirak etmiş, iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının sığorta nömrəsi olsa da hesab boşdur. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 03 oktyabr 2024-cü il tarixli 3-52-13-1/2-713/2024 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2009-cu il tarixdən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfatı X1 fəhlə işləmiş, xx.xx.2011-ci il tarixdə azad edilmişdir. İddiaçının pensiya işi materialları məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 19 fevral 2025-ci il tarixli, 3-17-1/2-38965/2025 saylı məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X4 Filialının 21 fevral 2025-ci il tarixli, 3-17-1/2-43549/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətində qeyd olunan məlumata əsasən xx.xx.1967-ci il tarixindən xx.xx.1969-cu il tarixinədək hərbi xidmət dövrü, ******* nömrəli təqdimatda olan məlumata əsasən xx.xx.1967-ci il tarixindən xx.xx.1967-ci il tarixinədək, xx.xx.1969-cu il tarixindən xx.xx.1969-cu il tarixinədək, xx.xx.1970-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 27 il 10 ay 22 gün sığorta stajı müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 27.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 27 il 10 ay 22 gün sığorta stajına əsasən xx.xx.2006-cı il tarixinə hesablanan pensiya sığorta kapitalı 4742,05 manat təşkil edir. (27 il+(10 ay+22 gün/30gün)/12ay)x170=4742,05 manat xx.xx.2006-cı il tarixinədək olan pensiya kapitalının pensiya təyin olunduğu xx.xx.2011-ci il tarixinə indeksləşdirilmiş məbləği 7767,37 manat təşkil edir: İndeksləşdirmə İstehlak qiymətləri nəzərə alınmaqla ilin indeksinin illik əvvəlinə pensiya səviyyəsi (faizlə) kapitalı (manatla) İllər 2006 - 4742,06 2007 8,3 5135,65 2008 16,7 5993,30 2009 20,8 7239,91 2010 1,5 7348,50 2011 5,7 7767,37 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasını istəyir. Cavabdeh qeyd edir ki, İddiaçı hazırki mübahisəsi xx.xx.2009-cu il tarixdən xx.xx.2011 -ci il tarixədək olan 01 il 10 ay müddətin onun sığorta stajına daxil edilərək yenidən hesablanmasıdır. Lakin əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Mərkəzi Filiala aid olmasına baxmayaraq, iddiaçının qeyd etdiyi dövrlərə dair işlədiyi müəssisə, yəni işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən həmin dövrlərin indiki vəziyyətdə onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir və bu mümkün deyildir. Müəssisə hal-hazırda fəaliyyət göstərdiyindən ilk növbədə İddiaçı fərdi əmək mübahisəsi qaydasında işəgötürənə dair məhkəmədə iddia qaldırmalı və bu məsələ həll edildikdən sonra ikinci növbədə onun pensiyasının yenidən hesablanması məsələsinə yenidən baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. M a d d ə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri: 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 5. Sığortaolunanın fərdi şəxsi hesabı 5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: 5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün); 5.2.12. sığortaedən və sığorta olunan tərəfindən fərdi şəxsi hesaba hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün); 5.2.13. sığortaedən tərəfindən sığortaolunana münasibətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləği (sığorta stajının hər ayı üçün) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2011 -ci il tarixədək olan 01 il 10 ay müddətin onun sığorta stajına daxil edilərək yenidən hesablanmasını istəsə də onun xx.xx.2006-cı il tarixindən sonra fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixinədək olan dövrlərdə iddiaçının işlədiyi müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqqları ödənilməmişdir. Bu səbəbdən iddiaçının müraciətinin cavabdeh inzibati orqan tərəfindən icrası mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-3013/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3013/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver