Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3016/2024 17.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X3 Elşən oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhəri, 15-ci məhəllə, 16 saylı yataqxanada yerləşən 7 saylı otağa dair mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhəri İcra Hakimiyyəti yanında Mənzil Kommunal X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 15-ci məhəllə,yataqxana 16, 7 saylı otaga dair mənzil kirayə müqaviləsinin bağlanmış hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsi və Sumqayıt şəhər 15-ci məhəllə, yataqxana 16, 7 saylı otaga iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsinin 09.08 2023-cü il tarixli 3-21-3-31/2- Y-2678/2023 №-li məktubuna əsasən iddiaçının mənzilin üzəridə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyayta alınmaı və çıxaırşın verilməsi tələbindən imtina edilmişdir. Sumqayıt inzibati Məhkəməsi 2-1(118)-754/2022 saylı xx.xx.2022-ci il tarixli işində belə nəticəyə gəlmişdir ki, göründüyü kimi iddiaçının təqdim etdiyi sənəd əsasında onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması qanunvericiliyin təlbəblərinə uyğun deyildir. İddiaçının 1994-cü ildən qeyd edilən mənzildə yaşaması mübahisə olunmur və mənzilin balansında olduğu dövlət qurumunun mənzillə bağlı hər hansı bir tələbi olmamışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 15-ci məhəllə, 16 sadı yataqxana Mənzil kommunal X2 balansındadır. Sumqayıt İnzibati Məhkəməsinin yardımına əsaslanıb yeni iddia tələbi irəli sürmüşdür. Belə ki, 27 iyul 2023-cü il tarixdə Sumqayıt şəhər İcra hakimiyyəti yanında Mənzil kommunal Təsərrüfatı istehsal birliyinin rəisi X4 ilə İddiaçı arasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayəsi haqqında sosial kirayə müqaviləsi bağlanılmışdır. Lakin mənzilin özəlləşdirilməsi üçün mənzil kirayə müqaviləsinin bağlanılması zəruridir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - 26 iyul 2023-cü il tarixli sosial kirayə müqaviləsindən görünür ki,həmin müqavilə İddiaçı ilə Sumqayıt şəhər İH yanında MKTİB arasında bağlanmışdır. - 37 saylı xx.xx.1994-cü il tarixli orderdən görünür ki, Sumqayıt şəhər 15-ci məhəllə,yataqxana 16, 7 saylı otaq İddiaçı verilmişdir. - 22 saylı MKS tərəfindən verilmiş 2 nömrəli forma arayışından görünür ki, Sumqayıt şəhər 15-ci məhəllə,yataqxana 16, 7 saylı otaqda İddiaçı daimi qeydiyytadadır. - DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Sumqayıt şəhər 15-ci məhəllə, yataqxana 16, 7 saylı mənzildə qeydiyyatdadır. ƏSASLANDİRMAHİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın xx.xx.1952-ci il tarixdə imzalanmış 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında həmin məhkəmə iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onu gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onun xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi order əsasında, kirayədarla – mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Hazırda qüvvədə olan (01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 4.0.2. Dövlət orqanları öz səlahiyyətləri daxilində müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 8.0.3. Məhkəmə qərarları mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi üçün əsasdır. 48.1 Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 56.1 Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2.1 Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara verilir. 56.3 Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4 Bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Nəzərə alınmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının 1994-cü ildən mübahisəli mənzildə yaşaması və balanssaxlayıcı dövlət qurumunun həmin mıənzillə bağlı hər hansı iddiası və tələbi olmadığı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Lakin məhkəmə mənzilin Sumqüayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin balansında olmasnı vurğulayaraq iddiaçının uğurlu olmayan hüquqi müdafiə vasitəsinə müraciət etdiyini yəni mənzil kirayə müqaviləsi bağlanılmadan birbaşa mənzilin özəlləşdirilməsi üçün müraciət etdiyini qeyd etmişdir. İddiaçı həmin mənzili yalnız İcra Hakimiyyəti ilə bağlanılmış mənzil kirayə müqaviləsi əsasında özəlləşdirə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Sumqayıt şəhəri, 15-ci məhəllə, 16 saylı yataqxanada yerləşən 7 saylı otağa dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 15-ci məhəllə, 16 saylı yataqxanada yerləşən 7 saylı otağa dair İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanındayerləşənSumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3016/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3016/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver