Məhkəmə qərarları › İş №2-1(118)-3018/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3018/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3018/2024 24.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən ona əlilliyə görə müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial tərəfindən orqazniminin funksiyalarının 61-80% pozulmasına görə ödənilməyən sosial müavinətin verilməsi və əlilliyə görə sosial müavinətin ödənilməsinin 17 oktyabr 2022-ci il tarixindən hesablanması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəıqiqləşdirərək xx.xx.2022-ci il tarixdən ona əlilliyə görə müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı onkoloji xəstədir, ona 17 oktyabr 2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar ömürlük ll dərəcəli əlillik təyin edilmişdir. Ömürlük 2-ci qrup əlillik dərəcəsi almış inşalar 61-80% sağlamlıqlarını itirmiş xəstələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə əlil insanlara dövlət tərəfindən sosial müavinətlər təyin olunmuşdur. 2013-cü ilin 29 avqust tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 973 nömrəli Fərman əlillərə veriləcək sosial müavinətlərin əlillik dərəcəsinə uyğun olaraq verilməsini nəzərdə tutmuşdur. 2023-cü ilin 10 yanvar tarixində “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti Fərman imzalamışdır. İddiaçı cavabdeh orqana dəfələrlə ərizə ilə müraciət edərək ona əlilliyə görə veriləcək sosial müavinətin ödənilməsini tələb etsə də, hər dəfə rədd cavabı almışdır. Bununla bağlı hazırki iddia ilə məhkəməyə müraciə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona əlilliyə görə sosial müavinətin təyin edilməsini xahiş etmişdir. İnzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2- Ş- 175830/2023 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyası ilə yanaşı əlilliyə görə müavinətin təyin edilməsinin qanunvericiliklə mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 22- 1.1-ci maddəsinə əsasən iddiaçı S.Sahverdivevə xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçının əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı illər və xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə oldudu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə kimi 30 il 9 ay 1 gün mübahisələndirilməyən sığorta staiı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sıdorta hissəsində qeydə alınmış 9.521.28 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 228,80 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sözügedən Qanunun 6-1 -ci maddəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qüvvədə olan tələblərinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2022-ci il tarixdən 240 manat məbləğində müəyyən olunur. Bu səbəbdən əmək pensiyasının məbləği (228,80 manat) əmək pensiyasının minimum məbləğindən (240 manat) az olduğu üçün əmək pensiyası minimum məbləğə və eyni zamanda xx.xx.2022-ci il tarixdən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar olaraq 248,16 manata çatdırılmışdır.“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 264,82 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 303,75 manata çatdırılmışdır. Əlavə olaraq bildirir ki, ötən dövr üzrə (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) hesablanmış fərq məbləği 2023-cü ilin iyul ayında iddiaçının pensiyasının üzərinə əlavə edilməklə ödənilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixə pensiya məbləği 337,77 manat təşkil edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Məhz sözügedən normanın tələblərinə əsasən yaşa görə əmək pensiyası ilə yanaşı əlilliyə görə sosial müavinətin təyin edilərək ödənilməsi qanunvericiliklə mümkün hesab edilmir. İş materiallarında olan: -Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. “Sosial müavinətlər haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; (...) Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. (...) Maddə 4.0.13. əlilliyi olan şəxslərə əlilliyə görə müavinət təyin edilir. (...) Maddə 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: (...) 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda. Məhkəmə araşdırması zamanı iddiaçıya ömürlük əlillik dərəcəsinini təyin edilməsi öz təsdiqini tapdı. Eyni zamanda onun xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası alması müəyyən edildi. Bu hal isə onun əlilliyə görə müavinət almaq hüququnu istisna edir. Belə ki, əlilliyə görə müavinətin alınması üçün normanın dispozitiv şərtləri şəxsin əlilliyi müəyən edilmiş şəxs olması və əmək pensiyası hüququ olmamasından ibarətdir. İddiaçı əlilliyi müəyyən edilmiş şəxs olsa da, əmək pensiyası hüququna malikdir və həmin hüququdan istifadə edir. Məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edildiyindən cavabdeh inzibati orqanın ona sosial müavinətin təyin edilməsndən imtina barədə cavabı qanuni olmuşdur. Azərbaycan Respublikası İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdən ona əlilliyə görə müavinətin təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar