Məhkəmə qərarları › İş №2-1(118)-302/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-302/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-302/2023 16.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 13 may 2022ci il tarixli, **********58 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 20 saylı qərarı ilə iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqda ərizə ilə xx.xx.2022-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmişdir. Ərizəyə torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qoyulmuş tələbə tam uyğun olaraq tərtib edilmiş, zəruri olan bütün sənədlər əlavə edilmişdir. Müvafiq cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli, **********58 saylı məktubu ilə idiaçıya məlum olmayan səbəblərdən ərizənin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, məlum olduğu kimi daşınmaz əmlak üzrə hüquqların dövlət qeydiyyatından imtina Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə tənzimlənir. Cavabdeh təşkilatın imtinası və imtinasını əsaslandırdığı hallar isə həmin maddədə göstərilən halların hər hansı birinə qətiyyən uyğun deyildir və bəhanə xarakteri daşıyır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə suallarına cavabında bildirmişdir ki, hazırda 5.5 sot torpaq sahəsi istifadələrindədir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Masazır kəndi ərazisində İddiaçı ayrılmış 0.10 ha (faktiki 0.0345 ha) torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin xx.xx.2022-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Masazır Bələdiyyəsi tərəfindən İddiaçı Aqamirovnaya 0.10 ha torpaq sahəsinin 30 sentyabr 2003-ci il tarixdə/20 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 28 oktyabr 2009-cu il, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsinin rəyinin 29 oktyabr 2009-cı il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X3 Dilbər Ağamirovnaya 0.10 ha torpaq sahəsinin ayrılmasına dair 30 sentyabr 2003-ci il tarixli qərarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin 49 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kv.t) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Eləcə də, təqdim edilmiş sənədlərlə faktiki vəziyət arasında uyğunluğun müəyyən edilməsi məqsədilə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı həyata keçirilmiş və baxış zamanı aşkar olunmuşdur ki, Masazır Bələdiyyəsi tərəfindən 0,10 ha torpaq sahəsi ayrılmasına baxmayaraq iddiaçının faktiki istifadəsində 0,0345 ha torpaq sahəsi mövcuddur. X2 30 sentyabr 2003-ci il tarixli, 20 saylı qərarı əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına 543.97 kv.m torpaq sahəsinə AN 240436 nömrəli plan ölçü sənədi tərtib edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-chil 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması'və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydalan”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları’na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalan”na əsasən əsasən 10 kvt elektrik xəttlərinin mühafizə zonası hava elektrik ötürücü xəttləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi 10 metr məsafədə müəyyənləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanıltr və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası iddiasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquq vardır, cavabdeh inzibati orqan iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Abşeron rayonu Masazır bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 20 saylı qərarı ilə ona ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı Masazır Bələdiyyəsi tərəfindən İddiaçı Aqamirovnaya 0.10 ha torpaq sahəsinin 30 sentyabr 2003-ci il tarixdə/20 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 28 oktyabr 2009-cu il, ləğv edilmiş DTXKnın Abşeron rayon şöbəsinin rəyinin 29 oktyabr 2009-cı il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X3 Dilbər Ağamirovnaya 0.10 ha torpaq sahəsinin ayrılmasına dair 30 sentyabr 2003-ci il tarixli qərarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi aşkar edilmişdir. Həmçinin faktiki torpaq sahəsinin 49 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kv.t) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Eləcə də, təqdim edilmiş sənədlərlə faktiki vəziyət arasında uyğunluğun müəyyən edilməsi məqsədilə 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı həyata keçirilmiş və baxış zamanı aşkar olunmuşdur ki, Masazır Bələdiyyəsi tərəfindən 0,10 ha torpaq sahəsi ayrılmasına baxmayaraq iddiaçının faktiki istifadəsində 0,0345 ha torpaq sahəsi mövcuddur. X2 30 sentyabr 2003-ci il tarixli, 20 saylı qərarı əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına 543.97 kv.m torpaq sahəsinə AN 240436 nömrəli plan ölçü sənədi tərtib edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, cavabdehin imtinasının ilkin əsasına görə Masazır Bələdiyyəsi tərəfindən İddiaçı Aqamirovnaya 0.10 ha torpaq sahəsinin 30 sentyabr 2003-ci il tarixdə/20 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 28 oktyabr 2009-cu il, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsinin rəyinin 29 oktyabr 2009-cı il tarixdə verildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi 2009-cu ildən mövcud olsa da, müraciət üzrə əlavə edilmiş X3 Dilbər Ağamirovnaya 0.10 ha torpaq sahəsinin ayrılmasına dair 30 sentyabr 2003-ci il tarixli qərarında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə istinad edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarından sonra bələdiyə qərarı əsasında vətəndaşlara satılmış torpaq sahələri üzərində mükiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı iddalar üzrə məhkəmə təcrübəsində müəyyən dəyişikliklər olsa da, hazırkı iş üzrə fərqli vəziyyət mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Aberon rayon Masazır Bələdiyyəsinin 30 sentyabr 2003-cü il tarixli 20 saylı Qərarı ilə İddiaçı fərdi ev tikmək məqsədilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmış, eyni zamanda qərarın 5-ci bəndində torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq sənədin hazırlanıb verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsindən xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın İdarə Edilməsi üzrə Dövlət Komitəsinin Yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 2005-ci il tarixli, 1008 saylı Sərncamı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və özəlləşdirilməsi departamentinin əsasında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli 283 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yaradılmışdır. Göründüyü kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə təqdim edimiş bələdiyyə qərarının göstərildiyi tarixdə mövcud olmamışdır. Bu halda həmin tarixli qərarda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsinin adının qeyd edilməsi qeyri-mümkündür. Məhkəmə hesab edir ki, bu qeyd edilənlər iddianın rədd edilməsi üçün əsas təşkil edir. Cavabdehin digər imtina əsasına görə təqdim edilmiş sənədlərlə faktiki vəziyət arasında uyğunluğun müəyyən edilmiş, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı həyata keçirilmiş və baxış zamanı aşkar olunmuşdur ki, Masazır Bələdiyyəsi tərəfindən 0,10 ha torpaq sahəsi ayrılmasına baxmayaraq iddiaçının faktiki istifadəsində 0,0345 ha torpaq sahəsi mövcuddur. X2 30 sentyabr 2003-ci il tarixli, 20 saylı qərarı əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına 543.97 kv.m torpaq sahəsinə AN 240436 nömrəli plan ölçü sənədi tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, Abşeron rayon Masazır Bələdiyyəsinin 30 sentyabr 2003-cü il tarixli 20 saylı Qərarı ilə İddiaçı fərdi ev tikmək məqsədilə 0.10 ha torpaq sahəsi ayrıldığı halda iş materiallarına əlavə edilmiş torpaq sahəsinin plan-ölçü sənədindən də göründüyü kimi plan-ölçü sənədi 543.97 kvm torpaq sahəsinə verilmiş, habelə cavabdeh tərəfindən məhkəmə araşdırması zamanı təqdim edilmiş müayinə aktında faktiki istifadədə olan torpaq sahəsinin 0.0345 ha olması müəyyən edilmişdir. Cavabdehin digər imtinasına görə faktiki torpaq sahəsinin 49 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (10 kv.t) mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən bələdiyyə qərarının etibarlı sənəd olmaması və bununda iddianın rədd edilməsi üçün əsas təşkil etməsi səbəbi ilə, inzibati orqanın müəyyən etdiyi digər hallar üzrə əlavə araşdırma aparılmasını zəruri hesab etməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarı da qeyd edilmiş hallar imtina üçün əsas təşkil edir və eyni zamanda cavabdeh inzibati orqanın hərəkətlərində qanunvericiliyə zidd olan hərəkətlər müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar