Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-302/2024 29.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə elektron məlumat bazasında olan xəritədə və torpaqların elektron kadastr uçotu informasiya sistemində yol verilmiş yanlışlıqların aradan qaldırılaraq ailə üzvlərinin adlarına olan JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr sahəyə malik torpaq sahəsinə ailə üzvlərinin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı elektron məlumat bazasında olan xəritədə və torpaqların elektron kadastr uçotu informasiya sistemində yol verilmiş yanlışlıqların aradan qaldırılaraq ailə üzvlərinin adlarına olan JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr sahəyə malik torpaq sahəsinə ailə üzvlərinin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciə etmişdir. İddia onunla əsaslandırılır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci İl tarixli 08/03 saylı qərarına əsasən iddiaçıya və ailə üzvlərinə Qusar rayonunun Düztahir kəndi ərazisindən 5,85 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0043 KOD 301 120188 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin 5,85 ha torpaq sahəsi bir neçə müxtəlif ərazilərdə yerləşir və hər ərazidəki torpaq sahəsi həmin Dövlət Aktının ayrıca planşetlərində əks olunmuşdur. Həmin 5,85 ha torpaq sahəsi artıq 25 ilə yaxın qanuni mülkiyyətdə və istifadədədir. Bu yaxınlarda JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr sahəyə malik torpaq sahəsinə ailə üzvlərinin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almaq üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməkdən imtina etmişdir. Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, “JN:0043 KOD ********* saylı Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilən 10308.000 kv.metr torpaq sahəsi faktiki olaraq elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində azalaraq 0,86 ha ölçüdə öz əksini tapmışdır”. Cavabdeh bunu əsas tutaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.2 və 15-ci maddələrinə istinad edərək onların adlarına JN:0043 KOD ********* saylı Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilən 10308.000 kv.metr torpaq sahəsinə çıxarış verməkdən imtina etmişdir. Cavabdehin həmin imtinası ilə razı deyil, həmin imtina əsassızdır. Belə ki, JN:0043 KOD ********* saylı Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilən 10308.000 kv.metr torpaq sahəsi Dövlət Aktına uyğun faktiki olaraq yerində 10308.000 kv.metr ölçüdə istifadələrindədir. JN:0043 KOD ********* saylı Dövlət Aktı 10308.000 kv.metr ölçüdə olan həmin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən sənəddir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində həmin torpaq sahəsinin Dövlət Aktına uyğun və faktiki yerində mövcud olan 10308.000 kv.metr ölçüsünün niyə azaldılaraq 0,86 ha göstərilməsi aydın deyildir. Həmin torpaq sahəsinin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində azaldılaraq 0,86 ha ölçüdə göstərilməsi əsassızdır və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən yol verilmiş yanlışlıqdır. Ona görə də cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində yol verilmiş həmin uyğunsuzluq cavabdeh tərəfindən aradan qaldırılmalı və JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr sahəyə malik torpaq sahəsinə, elə 10308.000 kv.metr ölçüdə, ailə üzvlərimin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, 0043 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 43 Z nömrəli planşetində göstərilən 10308.00 kv.m torpaq sahəsi faktiki olaraq elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 0.86 ha ölçüdə öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından xx.xx.2022-ci il tarixli, 2**********9 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı elektron məlumat bazasında olan xəritədə və torpaqların elektron kadastr uçotu informasiya sistemində yol verilmiş yanlışlıqların aradan qaldırılaraq ailə üzvlərinin adlarına olan JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 10308.00 kv.metr sahəyə malik torpaq sahəsinə ailə üzvlərinin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, 0043 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın 43 Z nömrəli planşetində göstərilən 10308.00 kv.m torpaq sahəsi faktiki olaraq elektron məlumat bazasında olan xəritə üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) azalaraq 0.86 ha ölçüdə öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İş materiallarına əlavə edilmiş JN 0043, KOD 30112018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/03 saylı Qərarı ilə X2 və onun ailə üzvlərinə 5.85 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ayrılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi iddiaçının torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Lakin aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-0043 KOD 30112018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı” nın 43/0.2639 ha hissəsinə dövlət reyestrindən İddiaçı və onun ailə üzvlərinin adına ********** qeydiyyat nömrəli, 43A/2.1428 ha hissəsinə ********** qeydiyyat nömrəli, 430/0.9158 ha hissəsinə ********** qeydiyyat nömrəli, 45S/0.4543 ha hissəsinə isə ********** qeydiyyat nömrəli çıxarışlar işlənmişdir. JN-0043 KOD 30112018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" nın 43K/1.0426 ha hisəsinə Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2- 1061a/2006 saylı qətnaməsinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına 156.22 ha torpaq sahəsinə dair JN- 638 KOD 30112018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” işlənmiş və həmin dövlət aktı əsasında 55.13 ha torpaq sahəsinə dövlət reyestrindən X1 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli çıxarış işlənmişdir. Məhkəmənin 25 aprel 2023-cü il tarixli, 2-1(118)-1786/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN 0043 KOD 30112018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43Z nömrəli planşetinə uyğundurmu? -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir? Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2- 14852/2023 saylı məktubu ilə iş üzrə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları müəyyən olunmuşdur və torpaq sahəsi faktiki 0.7204 ha olması məlum olmuşdur, (sxematik xəritə və ortofoto görüntüləri əlavə olunmuşdur.) -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN-0043 KOD 30112018 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43Z nömrəli planşetinə uyğun deyildir, beləki torpaq sahəsi sənəd üzrə 1.0308 ha olmasına baxmayaraq faktiki istifadəsində, 0.3104 ha azalaraq 0.7204 ha təşkil edir, lakin torpaqların elektron kadastr uçotu məlumat bazasında torpaq sahəsi 0.17 ha azalaraq 0.86 ha təşkil edir, faktiki istifadəsində olan həmin 0.7204 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçotu məlumat bazasında qeydə alınan 0.86 ha torpaq sahəsinin 0.7204 hissəsinə uyğundur. -İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarına aid olmaqla, kateqoriyası kənd təsərrüfatına yararlı torpaq sahələrinə aiddir, uqodiyası isə əkin sahəsidir. Mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.7204 ha təşkil edir. Bu halda məhkəmə hesab edir ki, iddi tələbi 0.7204 ha torpaq sahəsinə münasibətdə təmin edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının paylı mülkiyyət hüququ ilə sahib olduğu torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktı mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilir. Həmin sənəd isə hazırda qüvvədə olan qanunvericiliyə əsasən yeni qaydalarla mülkiyyət hüuqunun dövlət reystrində qeydə alınması üçün əsas təşkil edir. Lakin iddiaçının faktiki istifadəsində sənəd üzrə qeyd ediləndən az torpaq sahəsi olduğu üçün, iddia ancaq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə təmin edilə bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iddianın qismən təmin edilməsi dövlət aktı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin digər hissəsi ilə bağlı tələblər irəli sürməsinə mane deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 1.0308 ha torpaq sahəsinin faktiki istifadədə olan 0.7204 ha torpaq sahəsinə dair dövlət aktında adları qeyd edilmiş şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. JN:0043 KOD ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 43 Z nömrəli planşetində göstərilmiş 1.0308 ha torpaq sahəsinin faktiki istifadədə olan 0.7204 ha torpaq sahəsinə dair dövlət aktında adları qeyd edilmiş şəxslərin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-302/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-302/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver