Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3020/2022 29.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X3 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində Hüquq şöbəsinin hüquq məsləhətçisi işləyən, Xaçmaz şəhəri, Füzuli küçəsi, ev 16-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı JN 363F Kod 30329068 nömrəli “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə veilən, Quba rayon, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Torpağın mülkiyyət verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə veilən, Quba rayon, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrində çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Quba rayon Dövlət Notariat Kontorunda 4-Ə-1690 saylı alqı-satqı müqaviləsi bağlayaraq Quba rayonu, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-363F KOD 30329068 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə qeyd-şərtsiz təsdiqlənir. Bundan başqa Quba rayon İcra Hakimiyyəti Başçısı tərəfindən qeyd olunan torpaq sahəsində ona fərdi yaşayış evinin tikintisinə icazə verilməsi barədə №154 nömrəli xx.xx.2011-ci il tarixli Sərəncam qəbul edilmişdir. Yuxarıda qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, müraciəti Ərazi İdarəsi tərəfindən mümkünsüz hesab edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahş etdi. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, iddiaçının təqdim etdiyi JN-236F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" Ərazi idarəsi tərəfindən araşdırılmışdır. Həmin şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəntəçəkınə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır.Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində oları torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Q.M.Əliyev iddianı qəbul etmədi və etirazda gösətrilənləri müdafiə edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : - JN-236F kod-30329068 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Quba rayon Dövlət Notariat Kontorunun 4-Ə-1690 saylı xx.xx.2005-ci il tarixli alqısatqı müqaviləsinə əsasən İddiaçı Quba rayonu, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmişdir. -Quba rayon İHB-nin 31.05. 2011-ci il tarixli sərəncamından görünür ki, İddiaçı Quba rayonu, Təngəaltı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - X4 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki,Quba rayon Notariat Kontorunun 1992-ci ildən sonrakı dövr üçün sənədləri arxivə təhvil verilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, aparılmış araşdırma nəticəsində JN-363F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin işlənilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin tərəfindən verilmiş 1xx.xx.2022-ci il tarixli cavab məktubundan görünürki, Quba rayon dövlət notariat ofisində 30 dekabr 2005-ci il tarixdə 4Ə-1690 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının müraciətinə cavab olaraq DƏDKR-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qeyd olunan JN-236F ( kod-********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəııadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəntəçəkınə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığından, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmadığından imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddia tələbindən görünür ki, İddiaçı Quba rayon DNK tərəfindən təsdiq edilmiş 30 dekabr 2006-cı il tarixdə 4-Ə-1690 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 1200 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı həmin alqı-satqı müqaviləsi əsasında tərtib edilmiş şəhadətnaməni cavabdeh inzibati orqana təqdim edərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh təqdim edilmiş şəhadətnamələrin müvagiq tıhvil vermə kitablarında və elektron məlumat bazasında aşkar edilməməsi səbəbindən iddiaçıya imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə Dövlət Aktında göstərilən məlumatların mötəbərliyini yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə sorğu verilmiş və alınmış cavabdan müəyyən edilmişdir ki, Quba rayon dövlət notariat kontoru tərəfindən 30 dekabr 2005-ci il tarxixli 4-Ə-1690 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi və müvafiq reyestr kitabı arxivə təhvil verilməmişdir. Göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdim edilən alqısatqı müqavilədəki məlumatların həqiqiliyi, yəni 0.12 ha torpaq sahəsinin mülkiyyətçisi tərəfindən iddiaçıya satılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı halda iddiaçı torpaq sahəsinin notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ona satılması ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qqanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3020/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3020/2022
29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver