Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3025/2022 05.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi və onun əsasında verilmiş AZ-İİ 113838 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd icra nümayəndəliyindən X5 verilmiş AZ-İİ 113838 saylı Doğum haqqında şəhadətnamənin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi və onun əsasında verilmiş AZ-İİ 113838 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı hal-hazırda Şamaxı şəhərində yaşayır. X7 ilə xx.xx.2006-cı ildə rəsmi nikahla ailə qurmuşlar. Həmin nikahdan onların xx.xx.2007-ci ildə Moskva şəhərində X8 adlı övladları anadan olmuşdur. X7 ilə olan rəsmi nikahları xx.xx.2019-cu ildə Cavabdeh tərəfindən verilmiş AZ-İ №315091 saylı nikahın pozulması haqqında Şəhadətnamə ilə pozulmuşdur. xx.xx.2007-ci il təvəllüdlü X5 Moskva şəhərində Doğum haqqında Vİ-МЮ №737802 saylı Şəhadətnamə verilmişdir. Təkrarən Şamaxı rayonu İcra Hakimiyyətinin başçısının Dəmirçi kənd icra nümayəndəliyindən AZ-İİ №113838 saylı Doğum haqqında X1 verilmişdir. AZE №11006942 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsində görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 Rusiya Federasiyası Moskva şəhərində anadan olmuşdur. AZE C04076900 saylı Azərbaycan Respublikasının DİN-nin tərəfindən verilmiş Pasportda xx.xx.2007-ci il təvəllüdlü X4 Moskva şəhərində anadan olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən 05/P-1036/15 saylı xx.xx.2022-ci il tarixli məktub ilə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısının Dəmirçi kənd İcra nümayəndəliyindən X5 verilmiş AZ-İİ №113838 saylı Doğum haqqında şəhadətnamənin ləğv olunması ilə bağlı imtina məktubu verilmiş və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Bununla bağlı dəfələrlə müraciət etsə də onun müraciətinə baxılmamışdır. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Şamaxı rayonu İcra Hakimiyyəti başçısının Dəmirçi kənd İcra nümayəndəliyindən X5 verilmiş AZ-İİ №113838 saylı Doğum haqqında şəhadətnamənin ləğv edilməsi barədə Qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, övladı Moskva şəhərində doğularkən doğum evində nikah haqında şəhadətnaməni təqdim edə bilmədiyindən o tək ana kimi qeydiyyata alınaraq övadına doğum şəhadətnaməsi almışdır. Daha sonra həmin sənəd ilə Azərbaycana gəlmiş, lakin Rusiyaya geri qayıtmaq istəyərkən uşağın atasının adı qeyd edilmiş doğum şəhdətnaməsi və atasının razılığı tələb edilmişdir. Bu zaman qaynatası Şamaxı şəhərinin İcra nümayəndəliyindən uşağa təkrar doğum şəhadətnaməsi almış, o Rusiyaya həyat yoldaşının yanına qayıtmış və bir daha həmin doğum haqqında şəhadətnamədən istifadə etməmişdir. Daha sonra Moskva şəhərində qeydiyyat orqanına nikah şəhadətnaməsini təqdim etmiş, bundan sonra övadının doğum haqqında şəhadətnaməsində atasının adı qeyd edilmişdir. Hazırki vaxtadək övladı yanız Rusiyada tərtib edilmiş doğum haqqında şəhadətnamədən istifadə etmiş, hətta xarici pasportu da eyni doğum şəhadətnaməsi əsasında almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 izahat verərək bildirdi ki, övladı doğularkən doğum Moskva şəhərində doğum şəhadətnaməsi verilmişdir. Övladı anası ilə Azərbaycana getmiş, qayıdarkən sərhəddə doğum şəhadətnaməsi tələb edilmişdir. Bu zaman onun atası Şamaxı şəhərindən uşağa doğum şəhadətnaməsi almış, hətta uşağın doğum tarixi də orada səhv qeyd edilmişdir. Övladı ilə həyat yoldaşı Rusiyaya qayıtdıqdan sonra, onun adı uşağın atası kimi qeyd edilərək, Moskva şəhərində verilmiş doğum şəhadətnaməsinə əlavə edilmişdir. Onlar bir daha Şamaxıda verilmiş doğum haqqında şəhadətnamədən istifadə etməmişlər. Hazırda Şamaxı şəhərində verilmiş doğum haqqında akt qeydinin ləğv edilməsinə etiraz etmir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - xx.xx.2013-cü il tarixli, Vİ-МЮ №737802 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X8 27 aprel 2007-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. - Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən verilmiş 09 saylı, 23 avqust 2008-ci il tarixli X5 məxsus Doğum haqqında akt qeydində “Doğulduğu yer” qrafasında Azərbaycan Respublikası, Şamaxı rayonu, Dəmirçi kəndi, “Doğulduğu tarix” qrafasında 15 avqust 2008-ci il, “atası” qrafasında X9, “anası” qrafasında İddiaçı qeyd edilmişdir. - AZ-İİ №113838 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, X8 27 aprel 2007-ci ildə doğulmuş, atası X9, anası İddiaçıdır. - X5 məxsus AZE seriyalı, 11006942 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və AZE seriyalı, C04076900 saylı pasportun surətindən görünür ki, “Doğulduğu tarix” qrafasında xx.xx.2007-ci il, “Doğulduğu yer” qrafasında Rusiya Federasiyası qeyd edilmişdir. - AZ-İ №315091 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X7 ilə İddiaçı arasında olan nikah 10 aprel 2019-cu ildə ləğv edilmişdir. - Cavabdeh İddiaçı ünvanladığı 31 avqust 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 27 aprel 2007-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. X14, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi tərəfindən 25 sentyabr 2013-cü il tarixdə Doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, X4 27 aprel 2007-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində anadan olması barədə 2007-ci il may ayının 17-də 1663 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. İddiaçının qızı X5 23 avqust 2008-ci il tarixdə Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən də doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı həmin şəhadətnamənin və verilməsinə əsas olan doğum haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 31 avqust 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2008-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi və onun əsasında verilmiş AZ-İİ 113838 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, iş materiallarından görünür ki, X2 Federasiyasının Moskva şəhərində doğulmuş və onun orada 17 may 2007-ci il tarixdə doğumu qeydə alınaraq doğum haqqında akt qeydi tərtib olunmuşdur. Həmin akt qeydi əsasında ona 25 sentyabr 2013cü il tarixdə Doğum haqqında şəhadətnamə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən tərəfindən verilmiş Doğum haqqında şəhadətnamə isə 23 avqust 2008-ci il tarixli Doğum haqqında akt qeydi əsasında verilmiş və eyni zamanda həmin akt qeydində X4 doğum tarixi fərqli, yəni 27 aprel 2007-ci il tarixdə doğulduğu halda 15 avqust 2008-ci il tarix qeyd olunmuşdur. Eyni zamanda doğum yeri də Şamaxı rayonu, Dəmirçi kəndi göstərilmişdir. X4 doğumu ilkin olaraq Rusiya Federasiyası, Moskva şəhərində qeydiyyata alındığından və həmin qeydiyyat əsasında Moskva Höküməti, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi tərəfindən Doğum haqqında şəhadətnamə verildiyindən məhkəmə hesab edir ki, sonradan tərtib edilmiş xx.xx.2008-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydi və Şamaxı rayon İcra Hakimiyyəti başçısının Dəmirçi kənd icra nümayəndəliyi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qeyd olunan qaydanın 1.5-ci bəndinə görə icra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. Həmin Qaydanın 1.11-2-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan vəzifəli şəxs müvafiq qeydin həmin qeyd üzrə razılığı tələb olunan digər şəxslərlə razılaşdırılmasının yoxlanılmasını təmin edir. Nikahda olan valideynlərdən doğulmuş uşağın doğumunun qeydə alınması üçün valideynlərdən biri müraciət etdikdə, bu halda güman olunur ki, o digərinin razılığı ilə hərəkət edir. Müraciət edən şəxs tərəfindən yalan məlumat təqdim edilməsi gələcəkdə həmin akt qeydinin ləğvi üçün əsasdır. Həmin Qaydanın 2.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydi ləğv edilməli və onun əsasında verilmiş AZ-İİ №113838 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli 09 nömrəli doğum haqqında akt qeydi ləğv edilsin. Həmin akt qeydi əsasında verilmiş AZ-İİ №113838 saylı, xx.xx.2008-ci il tarixli doğum haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-3025/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3025/2022
05.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver