Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3027/2024 07.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “iş stajı üzrə məlumatların Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X6 daxil edilməsi” tələbinə dair ərizəyə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:
1. "xxxx" ASC-nin 10 yanvar 2023-cü il tarixli, 3 nömrəli arayışına əsasən, X7 (İddiaçı) qızının 13 oktyabr 1987-ci il tarixdə 2 №-li anaclıq zonasına operator vəzifəsinə təyin edilməsi, 17 dekabr 1991-ci il tarixdə Əmr №-181k, 2 №-li anaclıq zonasının operatoru vəzifəsindən 3 №-li sənaye sahəsinə operator keçirilməsi, əmək haqqı cədvəllərinə və digər sənədlərə əsasən 1994-cü il may ayına qədər işləməsi aşkar olunmuşdur.
2. "xxxx" ASC Koyun (Həmidova) Elmarə Sabir qızına göndərilmiş 16 oktyabr 2023-cü il tarixli 293 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişlərinin alt sistemi 2014-cü il tarixdə yarandığı üçün, arayışda göstərilən işə qəbul tarixini, eləcə də vəzifə dəyişiklikləri barədə məlumatları elektron informasiya sisteminə əlavə etmək ASC tərəfindən mümkün deyildir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 30 dekabr 2023-cü il tarixli, 3-17-1/2-H-311571/2023 saylı sosial sığorta stajı haqqında məktubundan görünür ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə 1 yanvar 2006-cı il tarixdən başlandığı üçün 13 oktyabr 1987-ci il tarixdən 1994-cü ilin may ayına kimi İddiaçı "xxxx" ASC-də işlədiyi dövr üzrə sığorta stajı barədə məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əks etdirilməsi mümkün olmamışdır.
Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
4. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 13 oktyabr 1987-ci il tarixdə 2 №-li anaclıq zonasına operator vəzifəsinə təyin edilməsi, 17 dekabr 1991-ci il tarixdə N-181k əmrlə, 2№-li anaclıq zonasının operatoru vəzifəsindən 3 №-li sənaye sahəsinə operator keçirilməsi və 1994-cü ilin may ayına qədər fasiləsiz "xxxx" ASC-də operator vəzifəsində işləməsi, bununla da, 13 oktyabr 1987-ci il tarixdən 1994-cü ilin may ayına qədər iddiaçının "xxxx" ASC-də işlədiyi dövrlərə aid iş stajı üzrə məlumatların Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X6 (PAS) daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ikili (Azərbaycan və Türkiyə) vətəndaşlığı vardır. Hal-hazırda Türkiyə Respublikasında yaşayır və işləyir. Yaşadığı dövlətin pensiya qanunverciliyinə görə hazırda pensiya hüquq əldə edib. Lakin Azərbaycanda işlədiyi iş stajı üzrə məlumatlar Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X6 (PAS) daxil edilmədiyinə görə bu iş stajı müddətləri nəzərə alına bilmir və bununla da, iddiaçı hazırda hüququ əldə etməyinə baxmayaraq, Türkiyədə pensiyaya çıxa bilmir. Məsələnin həlli ilə əlaqədar müraciətə "xxxx" ASC 16 oktyabr 2023-cü il tarixli, 293 saylı məktubla bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminin əmək müqaviləsi bildirişlərinin alt sistemi 2014-cü il tarixdə yarandığı üçün arayışda göstərilən işə qəbul tarixini, eləcə də vəzifə dəyişiklikləri barədə məlumatları elektron informasiya sisteminə əlavə etmək mümkün deyildir. Bundan sonra iddiaçı tərəfindən “onun 13 oktyabr 1987-ci il tarixdə 2 №-li anaclıq zonasına operator vəzifəsinə təyin edilməsi, 17 dekabr 1991-ci il tarixdə N-181k əmrlə, 2№-li anaclıq zonasının operatoru vəzifəsindən 3 №-li sənaye sahəsinə operator keçirilməsi və 1994-cü ilin may ayına qədər fasiləsiz "xxxx" ASC-də operator vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsinə” dair xüsusi icraat qaydasında Siyəzən Rayon Məhkəməsinə müraciət edilmişdir. Siyəzən Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2(059)-767/2023 nömrəli qərardadında “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13-cü bəndinin İİ və İİİ yarımbəndlərinə əsasən “Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir” nəticəsinə gələrək qərara alımışdır ki, ərizə sənədlərlə birlikdə ərzəçiyə geri qaytarılmalıdır və ərzəçiyə izah olunmuşdur ki, o, iş stajının sosial sığorta stajına daxil edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-yə, həmin orqan imtina etdikdə isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsinə uyğun olaraq aidiyyati üzrə inzibati Məhkəməyə müraciət edilə bilər. Beləliklə, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə, iş stajına malik olmasına baxmayaraq, həmin dövrlər "xxxx" ASC tərəfindən gətirdiyi müxtəlif səbəblərdən DSMF-in informasiya sistemində sosial sığorta stajı kimi qeydə alınmamışdır. Bununla da, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçının "xxxx" ASC-də 13 oktyabr 1987-ci il tarixdə 2 №-li anaclıq zonasına operator vəzifəsinə təyin edilməsi, 17 dekabr 1991-ci il tarixində N-181k əmrlə, 2№-li anaclıq zonasının operatoru vəzifəsindən 3 №-li sənaye sahəsinə operator keçirilməsi və 1994-cü ilin may ayına qədər fasiləsiz işləməsi barədə məlumatların, başqa sözlə,13 oktyabr 1987ci il tarixdən 1994-cü ilin may ayına qədər olan iş stajının dövrlərinin məcmusunu “İşçinin Sığorta stajına” daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə əlavə edilməsini və bu barədə ərizəçiyə məlumatın verilməsindən ötrü cavabdehə müraciət olunmuşdur. Müraciətə cavabdeh tərəfindən cavab verilərək 30 dekabr 2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə 1 yanvar 2006-cı tarixdən başlandığı üçün 13 oktyabr 1987-ci il tarixdən 1994-cü ilin may ayına kimi iddiaçının "xxxx" ASC-də işlədiyi dövü üzrə sığorta stajı barədə məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində əks etdirilməsi mümkün olmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki, cavabdehin iddiaçının 13 oktyabr 1987-ci il tarixdən 1994cü ilin may ayına qədər "xxxx" ASC-də işlədiyi dövürlərə aid iş stajı üzrə məlumatların Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X6 (PAS) daxil edilməsindən imtinası əsassız olmuşdur. Başqa sözlə, 13 oktyabr 1987-ci il tarixdən 1994cü ilin may ayına qədər "xxxx" ASC-də işlədiyi dövrlərə aid iş stajı, habelə əmək fəaliyyətim barədə digər məlumatalar "Siyəzən Broyler” ASC tərəfindən DSMF-in elektron informasiya sisteminə X6 (PAS) daxil edilmədiyindən və bu səbəbdən məlumatlar, (əsasən iş stajı) “X2 ve X3” təqdim edilməsi mümkün olmadığına, yəni sistemdə görünmədiyinə görə hazırda iddiaçının Türkiyə Cumhuriyetində qazandığı pensiya hüququ pozulmuşdur.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
Tərəflərin iştirakı və izahatları:
8. Cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi mümkün sayılmamalıdır. İlk növbədə ona görə ki, iş materiallarında olan və iddiaçının nümayəndəsinin təqdim etdiyi etibarnaməsində iddiaçının nümayəndəsi qismində iştirak etmək istəyən X4 düzgün səlahiyyətlər verilmədiyi üçün iddia mümkün hesab edilməməlidir. Digər tərəfdən, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında 1998-ci il 17 iyul tarixində sosial müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanmışdır. Həmin sazişin tədbiq dairəsi ilə əlaqədar 2004-cü il tarixdə əlavə Saziş imzalanmışdır. Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında pensiya sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycan Respublikasında pensiya hüququ qazanmış şəxslərin Türkiyə Respublikasında pensiya hüququnun tanınması mümkündür. Vətəndaş əgər ki, Türkiyə Respublikasında pensiyaya çıxmaq istəyirsə, bununla bağlı Türkiyə Respublikasında olan müvafiq qurum bizə AZTR 12 formalı sorğu göndərir. Həmin sorğu əsasında müvafiq cavab göndərilir. Pensiya alt sistemində qeyd iddiaçının istədiyi məlumat qeyd edilsə belə, Türkiyə Respublikasında bunun görsənməsi mümkün deyildir. İddiaçının istinad etdiyi Nazirlər Kabinetinin 2017-ci il 11 dekabr tarixli qərarı 2022-ci il aprel ayında qüvvədən düşmüşdür və həmin münasibətlər 2022-ci ilin aprel ayında qəbul edilmiş Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Pensiya təyin olunan zaman məlumatlar elektron sistemə yüklənir. 2006-cı ilə qədər elektron sistem olmadığı üçün, 2006-cı ilə qədər olan iş stajı sistemə əl ilə daxil edilir. Bu isə vətəndaşın pensiya hüququ yarandıqda mümkündür. Yəni, pensiya hüququ yaranmamış vətəndaşların məlumatları həmin sistemə daxil edilmir. İddiaçının məlumatlarının elektron alt sistemə daxil edilməməsi iddiaçının heç bir hüquqlarını pozmur, Türkiyə Respublikası ilə aralarında olan sazişdə, həmçinin digər tərəfdar çıxılmış beynəlxalq müqavilələrdə şəxsin məlumatlarının elektron alt sistemə daxil edilməsi ilə əlaqədar müdəa qeyd olunmamışdır.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
10. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
11. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
12. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
13. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
14. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
15. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
17. İPM-in 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
18. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş 158147 nömrəli etibarnamədə “Etibarnamə üzrə İddiaçı tərəfindən verilən səlahiyyətlər” hissəsində qeyd olunmuşdur: qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüküklə və ya qismən etiraf etmək və ya onlardan imtina etmək, əmlakı və ya pulu almaq hüququ ilə bütün məhkəmə instansiyalarında ona aid mülki işlər və cinayət işlərini aparmağı, bundan əlavə istintaq, təhqiqat, polis və prokurorluq orqanlarında nümayəndə olmağı, adından ərizələri imza etməyi, məhkəmə aktlarından şikayət etməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar edir.
19. MPM-in 74-cü maddəsi: 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
22. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsinin imzalanması etibarnamədə xüsusi göstərilməli olan səlahiyyətlərdən biri kimi qeyd olunmuşdur. Hazırki işdə isə iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia ərizəsində göstərilənlər iddiaçının iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır.
23. Bundan əlavə, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisənin mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır.
24. Məhkəmə prosesində izahat verən cavabdehin nümayəndəsi bildirmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının hüquqları pozulmadığı üçün də iddia mümkün sayılmamalıdır (§ 8).
25. Məhkəmə cavabdeh tərəfin mövqeyini əsaslı hesab edir.
26. Belə ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlığa dair” Anlaşma Memorandumu: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi (bundan sonra “İştirakçılar” adlandırılacaq) Maddə 1 Məqsədlər
X5 məqsədi əlilliyi olan şəxs və ahılların, uşaq və qadınların, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə veteranları və şəhid ailələrinin sosial rifahının təmin olunması üçün layihələr işləyib hazırlamaq, bilik, təcrübə və ən yaxşı tətbiq nümunələrini paylaşmaq, uşaqların qorunması xidmətlərini təkmilləşdirmək, ailələrə, əlilliyi olan şəxslərə, yaşlılara və uşaqlara göstərilən'sosial xidmətlərin səmərəliliyini inkişaf etdirmək və artırmaqdan ibarətdir. Maddə 2 Əməkdaşlıq sahələri
1. İştirakçılar bu Anlaşma Memorandumu çərçivəsində aşağıdakı sahələrin əhəmiyyətini təsdiq edirlər:
1. Əlilliyi olan şəxslərin təhsili, məşğulluğu, reabilitasiyası və sosial həyatda iştirakı sahələrində siyasətin müəyyən edilməsi;
2. Əlilliyi olan şəxslər və onların ailələri üçün ixtisaslaşdırılmış yaşayış və qayğı xidmətlərinin təkmilləşdirilməsi və müəssərliyin artırılması;
3. Aktiv yaşlanma, ahıllara sosial xidmət və ahılların hüquqlarının genişləndirilməsinə yönəlmiş mexanizmlərin tətbiq olunması;
4. Övladlığa götürmə, himayədar ailə xidməti, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətin həyata keçirilməsi;
5. Müdafiəyə ehtiyacı olan uşaqlar üçün psixo-sosial risklərə qarşı tədbirlərin görülməsi;
6. Məişət zorakılığının qarşısının alınması istiqamətində göstərilən xidmətlərin keyfiyyətinin artırılması;
7. Sığınacaq, qayğı, psixo-sosial dəstək və reabilitasiya müəssisələrinin keyfiyyət və kəmiyyətinin artırılması;
8. Yoxsulluğa qarşı mübarizədə sosial yardım təcrübəsi və sosial yardımla məşğulluq arasında əlaqənin müəyyən edilməsi;
9. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranlarının ailələrinə maliyyə, sosial, psixoloji və mədəni sahələrdə dəstəyin göstərilməsi.
2. İştirakçılar ehtiyac olduqda, qarşılıqlı razılığa əsasən əlavə əməkdaşlıq sahələri müəyyənləşdirə bilərlər. Maddə 3 Əməkdaşlıq formaları
1. İştirakçılar 2-ci maddədə göstərilən sahələrdə əməkdaşlığı a) Hesabatlar, yekun sənədlər və elmi tədqiqatların nəticələri də daxil olmaqla, İştirakçıların fəaliyyət sahələrinə aid olan qanunvericilik və aidiyyəti normativ sənədlərin mübadiləsi; b) Fəaliyyət sahələrinə uyğun olaraq təcrübə mübadiləsinin təmin olunması; c) Birgə seminar, toplantı, konfrans, təhsil proqramlarının təşkili və layihələrin tətbiqi; d) Bilik, müsbət tətbiq nümunələri və təcrübə mübadiləsi məqsədilə mütəxəssis mübadiləsi yolu ilə həyata keçirə bilər.
2. İştirakçılar, ehtiyac olduqda qarşılıqlı razılığa əsasən əlavə əməkdaşlıq formaları müəyyənləşdirə bilərlər. Maddə 4
Əlaqələndirmə X5 tətbiqinə məsul olan səlahiyyətli strukturlar aşağıdakılardır: a) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - Beynəlxalq əlaqələr şöbəsi; b) Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi - Avropa İttifaqı və xarici əlaqələr şöbəsi.
27. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” Saziş: Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti bundan sonra “Tərəflər” sosial müdafiə sahəsində aşağıdakı məsələlərlə bağlı əməkdaşlıq etməkdə razılığa gəlmişlər. İ BÖLMƏ ÜMUMİ MÜDDƏALAR Maddə 1 Əsas anlayışlar Bu Sazişin mətnində istifadə olunan anlayışlar aşağıdakı mənanı daşıyırlar: 1.1 “Ölkə” - Türkiyə Respublikası baxımından Türkiyə Respublikası, Azərbaycan Respublikası baxımından Azərbaycan Respublikası; “Qanunvericilik” - 2-ci Maddədə göstərilən qanunlar və həmin qanunların tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlar; "Səlahiyyətli Orqan” - Türkiyə Respublikası baxımından Türkiyə Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi və digər əlaqədar Nazirliklər, Azərbaycan Respublikası baxımından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər əlaqədar Nazirliklər və təşkilatlar; ... “Sığortalı şəxs" - 2-ci maddədə nəzərdə tutulan qanunvericiliyin tətbiq edildiyi və ya tətbiq edilmiş olduğu şəxslər; Maddə 2 Sazişin tətbiq olunmasında əsaslanılacaq qanunvericilik
1. Bu Saziş aşağıdakı qanunvericiliyə uyğun olaraq tətbiq edilir: (-) (b). Azərbaycan Reşpublikası baxımından: b.1 “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu b.2 "Əhalinin məşğulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu b.3 "Əməyin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu b.4 "Məzuniyyətlər haqqında" Azərbaycan Respublikasının Qanunu b.5 "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu
2. Bu Saziş, 2-ci maddənin 3-cü bəndinin müddəalarının saxlanması şərtilə 2-ci maddənin 1-ci bəndində göstərilən qanunvericiliyi dəyişdirən, ona əlavələr edən, onu birləşdirən və ya əvəz edən qanun və normativ- hüquqi sənədlərə də tətbiq edilir. (-) Maddə 3 Tətiq olunduğu şəxslər
Bu Saziş bir və ya hər iki Tərəfin qanunvericiliyinin tətbiq edildiyi və ya tətbiq edilmiş olduğu şəxslərə və onların iki ölkədə birinin qanunvericiliyinin təsir dairəsində olan ailə üzvlərinə və buna hüququ olan digər şəxslərə tətbiq edilir.
İİ BÖLMƏ TƏTBİQ EDİLƏCƏK QANUNVERİCİLİKLƏ ƏLAQƏDAR MÜDDƏALAR Maddə 6 Bu Sazişin 7-ci və 8-ci maddələrinə zidd olmadıqda, bir Tərəf ölkəsində əmək fəaliyyəti ilə məşğul olan şəxs, bu fəaliyyətlə əlaqədar olaraq yalnız həmin ölkə qanunvericiliyinə tabe olur. 5-ci HİSSƏ İŞSİZLİYƏ GÖRƏ YARDİMLAR Maddə 27 Məlumat mübadiləsi və qarşılıqlı yardım
1. Bu Sazişin həyata keçirilməsində məsul olan Səlahiyyətli Orqan və İdarələr: 1.1 Bu Sazişin həyata keçirilməsi üçün qanunvericiliklərinin imkan verdiyi hər cür məlumatı bir-birlərinə bildirirlər; ...
27. ““Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” 1998-ci il iyulun 17-də Ankara şəhərində imzalanmış Sazişə dəyişikliklərin edilməsi ilə əlaqədar” Əlavə Saziş: Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti, Tərəflərin sosial müdafiə sahəsində qanunvericiliklərində baş vermiş dəyişiklikləri nəzərə alaraq, Sazişdə aşağıdakı dəyişikliklərin edilməsi barədə razılığa gəldilər. Maddə 1 Sazişin 2-ci maddəsinin 1-ci hissəsinin (a) bəndinə aşağıdakı redaksiyada yeni a.5 yarımbəndi əlavə edilmişdir: "a.5. Bir əmək müqaviləsinə əsasən işləyən sığortalılar üçün tətbiq edilən İşsizlik sığortası haqqında Qanun". Maddə 2 2 Sazişin 2-ci maddəsinin 1-ci hissəsinin (b) bəndinin b.2 yarımbəndi aşağıdakı şəkildə dəyişdirilmişdir: "b.2. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunu". Maddə 3 Sazişin 2-ci maddəsinin 1-ci hissəsinin (b) bəndinin b.3 yarımbəndi aşağıdakı şəkildə dəyişdirilmişdir: "b.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi". Maddə 4 Sazişin 2-ci maddəsinin 1-ci hissəsinin (b) bəndinin b.4 yarımbəndi çıxarılmışdır. Maddə 5 Sazişin 24-cü maddəsi aşağıdala şəkildə dəyişdirilmişdir: "1. Tərəflərdən birinin qanunvericiliyinə görə yardımlardan istifadə hüququ sığortalılıq müddətlərinin tamamlanması şərtinə bağlıdırsa, bu Tərəfin səlahiyyətli idarəsi, digər Tərəfin qanunvericiliyinə müvafiq olaraq, ötmüş sığortalılıq müddətlərini eyni vaxta təsadüf etməmək şərtilə qəbul edir.
2. Yardımların miqdarı, müddəti və ödəmə formaları yardım edən Tərəfin dövlətinin qanunvericiliyinə əsasən müəyyən edilir". Maddə 6 X9, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili hüquqi prosedurların yerinə yetirilməsi barədə Tərəflərin yazılı bildirişlərinin mübadiləsi tarixindən qüvvəyə minir və Saziş qüvvədə olduğu müddət ərzində qüvvədə qalır. X9 Bakı şəhərində 2006-cı il sentyabrın 18-də hər biri Azərbaycan və türk dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
28. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair” Prosedur Müqavilə:
İ bölmə Ümumi Müddəalar Maddə 1
Sosial Müdafiə Sazişinin 1-ci maddəsində müəyyən edilmişanlayışlar bu Müqavilədə də həmin mənaları daşıyır.
Maddə 2
Sazişin 2-ci maddəsində göstərilən qanunvericilik aktlarının tətbiq olunmasında məsul Səalhiyyətli İdarələr aşağıdakılardır: 1. Azərbaycan Respublikası tərəfindən 1.1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilən hallarda - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu - Bakı şəhəri. (-)
29. Məhkəmə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin, ““Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında” 1998-ci il iyulun 17-də Ankara şəhərində imzalanmış Sazişə dəyişikliklərin edilməsi ilə əlaqədar” Əlavə Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair” Prosedur Müqavilənin, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyi arasında əməkdaşlığa dair” Anlaşma Memorandumunun yuxarıda göstərilən müddəalarını (§ 26-28) nəzərdən keçirərək qeyd edir ki, iddiaçının iş stajı üzrə məlumatların Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X6 (PAS) daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ, müvafiq olaraq da cavabdehin qeyd olunan öhdəliyi qanunvericiliklə nəzərdə tutulmamışdır.
30. Məhkəmə sadalanan halları araşdıraraq qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, idianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İdiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7).
32. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.
32. Eyni zamanda, İPM-in 13-cü maddəsinin tələbləri çərçivəsində cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatına əsasən iddiaçının diqqətinə çatdırılır ki, “onun 13 oktyabr 1987-ci il tarixdə 2 №-li anaclıq zonasına operator vəzifəsinə təyin edilməsi, 17 dekabr 1991-ci il tarixdə N-181k əmrlə, 2№-li anaclıq zonasının operatoru vəzifəsindən 3 №-li sənaye sahəsinə operator keçirilməsi və 1994-cü ilin may ayına qədər fasiləsiz "xxxx" ASC-də operator vəzifəsində işləməsi, bununla da, 13 oktyabr 1987-ci il tarixdən 1994-cü ilin may ayına qədər iddiaçının "xxxx" ASC-də işlədiyi dövrlərə aid iş stajı üzrə məlumatları” arayış şəklində əldə etməklə Türkiyə Respublikasının səlahiyyətli qurumuna təqdim etməklə də öz istəyinə nail ola bilər.
33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı “iddiaçının 13 oktyabr 1987-ci il tarixdə 2 №-li anaclıq zonasına operator vəzifəsinə təyin edilməsi, 17 dekabr 1991-ci il tarixdə N-181k əmrlə, 2№-li anaclıq zonasının operatoru vəzifəsindən 3 №-li sənaye sahəsinə operator keçirilməsi və 1994-cü ilin may ayına qədər fasiləsiz "xxxx" ASC-də operator vəzifəsində işləməsi, bununla da 13 oktyabr 1987-ci il tarixdən 1994-cü ilin may ayına qədər iddiaçının "Siyəzən Broyler” ASC-də işlədiyi dövrlərə aid iş stajı üzrə məlumatların Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 X6 (PAS) daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova