Məhkəmə qərarları › İş №2-1(118)-303/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-303/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-303/2021 08.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X5 Ramiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 (Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 25, mənzil 29-da yaşayan) və İddiaçı2 (Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 25, mənzil 29-da yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 (Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı cavabdehin imtinasının əsassız hesab olunması və iddiaçıların qızı X1 “Quliyeva”dan “İzzətli” soyadına keçirilməsi vəzifəsinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə cavabdehin imtinasının əsassız hesab olunması və iddiaçıların qızı X1 “Quliyeva”dan “İzzətli” soyadına keçirilməsi öhdəliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdilər ki, onlar 06.09.2012-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Onların birgə nikahından övladları X7, X10 və 14.08.2020-ci il təvəllüdlü X8 vardır. Əvvəl doğulan iki övladlarının soyadları “Quliyev(a)”-dan “İzzətli”-yə məhkəmə qərarı ilə dəyişdirilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsinə X4 da soyadının “İzzətli”-yə dəyişdirilməsi ilə bağlı müraciət etmişlər, lakin cavabdeh müraciətə müsbət cavab verməmişdir. Cavabdehin imtinası əsassız olduğu üçün məhkəməyə müraciət etmişlər. Bununla bağlı iddiaçılar iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçıların 14.08.2020-ci il təvəllüdlü qızları X1 “Quliyev(a)”-dan “İzzətli”-yə dəyişdirilməsi ilə bağlı ərizəyə baxılmış və cavab olaraq bildirilmişdir ki, soyadın dəyişdirilməsinə 18 yaşa çatdıqdan sonra yol verilir, ona görə də ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş : - Sumqayıt şəhəri Nikah evi tərəfindən verilmiş AZ-İ № 273011 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 12.09.2006-cı ildə rəsmi nikaha daxil olmuşlar. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1271/2014 saylı 07.10.2014-cü il tarixli qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 birgə nikahlarından 30.11.2007-ci il tarixdə doğulmuş qızları X2 və 28.12.2012-ci il tarixdə doğulmuş oğulları X6 doğum haqqında şəhadətnaməsində soyad qrafalarında “Quliyev(a)” əvəzinə “İzzətli” kimi qeyd olunması öhdəliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulmuşdur. - Sumqayıt şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ–İİİ № 392908 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 30.11.2007-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında “İddiaçı1 ”, ana qrafasında “İddiaçı2” göstərilmişdir. - AZ – İİİ № 392907 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28.12.2012-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında “İddiaçı1 ”, ana qrafasında “İddiaçı2” göstərilmişdir. - AZ – İV № 451734 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 14.08.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ata qrafasında “İddiaçı1”, ana qrafasında “İddiaçı2” göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 14.08.2020-ci il təvəllüdlü qızı X1 “Quliyeva”-dan “İzzətli” soyadına dəyişmək üçün cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinəəsasən hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinəəsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onlarıəvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərləəlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə hesab edir ki, uşağın soyadının babasının adına uyğun “İzzətli” soyadına dəyişdirilməsi və iddia tələbinin təmin edilməsi məqsədəuyğundur və hər iki valideynin arzusudur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının digər övladlarının soyadı “İzzətli” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ailədə uşaqların soyadlarında müxtəlifliyin yaranmaması üçün üçüncü uşağın da soyadı digərinin soyadına uyğunlaşdırılması məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinəəsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və İddiaçılar İddiaçı1 və İddiaçı2 14.08.2020-ci il təvəllüdlü qızı X1 “Quliyeva”-dan “İzzətli” soyadına keçirilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 14.08.2020-ci il təvəllüdlü qızı X1 “Quliyeva”-dan “İzzətli” soyadına dəyişdirilməsi öhdəliyi Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar