Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-303/2022 13.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qanunsuz qəbul edilmiş növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qəbul etdiyi 22.09.2021-ci il tarixli **********149845 saylı qərarın ləğv edilməsi və həmin qərardan irəli gələn bütün sənədlərə qadağa qoyulmasına” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qanunsuz qəbul edilmiş növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qəbul etdiyi 22.09.2021-ci il tarixli **********149845 saylı qərarın ləğv edilməsi və həmin qərardan irəli gələn bütün sənədlərə qadağa qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün 22.09.2021-ci il tarixli **********149845 saylı Qərar qəbul edilmiş, həmin qərarla yoxlanılan dövr, avqust 2018-iyul 2021-ci il müəyyən edilmişdir. Cavabdeh tərəfindən Cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qəbul edilmiş Qərarda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsaslanmışdır. Həmin maddədə deyilir: 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, bu Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmiş vergi ödəyicilərinin vergi hüquqpozmalarına yol verməsi barədə mənbəyi məlum olan məlumatlar olduqda; Cəmiyyət Abşeron rayon İcra Hakimiyyəti Başçısının 09.03.2012-ci il tarixli 285 nömrəli Sərəncamına əsasən, altı mərtəbəli, bir girişli, 4 bina tikintisinə icazə verilmiş, bundan sonra cəmiyyət evlərin tikintisi üçün İnşaat Pasportu alaraq binaların tikintisinə başlamış və həmin binaların tikinti işləri 2016-ci ildə tam başa çatasını təsdiq edən “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə Fövqalədə Hallar Nazirliyi tərəfindən 0323 nömrəli RƏY verilmişdir. Cəmiyyət çoxmənzilli yaşayış binasını tikintisinə başladıqda sadələşdirilmiş vergi uçotunu seçmiş və qanunvericiliyə uyğun olaraq binaların sahəsinə görə sadələşdirilmiş vergi məbləğini tamamilə ödəmiş və heç bir vergi öhdəliyi qalmamışdır. Şəxsi hesab vərəqəsinin surəti əlavə edilir. Cəmiyyət fəaliyyəti dövründə bütün əməliyyatları uçota almış, eyni zamanda uçot məlumatlarına əsasən vergi hesabatlarını, məcburi sosial ödənişlərinə dair hesabatlarını tərtib edib qanunvericiliyə əsasən aidiyyatı üzrə təqdim etməklə yanaşı, hesablanmış bütün vergiləri tam ödənişini yerinə yetirmişdir. Lakin, cavabdehin qeyd edilən Vergi Məcəlləsinin müvafiq maddəsinə əsaslanması üçün hər hansı bir sənəd və məlumat olmadığı halda, yəni vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməmiş, qeyd edilənlərə dair hər hansı bir fakt və ya sənəd mövcud olmadığı halda, cavabdehin əsassız olaraq növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün Qərar qəbul etməsi üçün heç bir əsas olmadığı halda, Vergi Məcəlləsinin maddələrini kobud surətdə pozaraq qərar qəbul etmişdir. Cəmiyyətin 2017-ci ildən hazırkı vaxta kimi hər hansı bir fəaliyyəti olmamışdır. Çoxmənzilli yaşayış binasında yerləşən qeyri yaşayış sahəsini kənar hüquqi şəxsə icarə vermiş, həmin icarəyə verdiyi sahəyə görə icarə məbləğindən Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən vergiləri hesablayaraq vergilər idarəsinə ödəmiş, hər hansı bir vergi borcu olmamış, əksinə cəmiyyət tərəfindən artıq vergi ödənişi məbləği movcuddur. Şəxsi hesab vərəqəsi, icarə müqavilələri əlavə edilir. Göründüyü kimi cavabdeh, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən hər hansı bir əsas olmadığı halda, qanunsuz olaraq, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qəbul edilmiş 22.09.2021-ci il tarixli **********149845 saylı Qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı MMC-nin (VÖEN: **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “22 sentyabr 2021-cu il tarixli, **********149845 saylı Qərarın ləğv edilməsinə dair” iddia ərizəsinin surəti Sumqayıt İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli 2-1(118)- 1964/2021 nömrəli sərəncamına əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Aşağıda göstərilənlərə görə iddia ərizəsinin dəlilərini əsassız hesab edirlər. İddia ərizəsi ilə əlaqədar olaraq bildirirlər ki, cavabdeh vergi orqanının 22.09.2021 ci il tarixli **********149845 nömrəli qərarına əsasən iddiaçıda avqust 2018 -iyul 2021 tarixli dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22.09.2021-ci il tarixli **********149845 saylı Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY211643801 saylı Çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 23.09.2021-ci il tarixli **********1184644 saylı Tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Vergi Məcəlləsinin 38.1-ci Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsinə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. Verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında Aşağıda qeyd olunan səbəblərdən cavabdeh 2 saylı Ərazi Vergilər Baş idarəsi iddia tələbini mümkünsüz hesab edir: İddia tələbindən göründüyü kimi iddiaçı tərəfindən “Səyyar vergi yoxlamasının keçrilməsi haqqında” qərar mübahisələndirilmişdir. Bununla bağlı qeyd etmək lazımdır ki, “Səyyar vergi yoxlamasının keçrilməsi haqqında” 22.09.2021-ci il tarixli **********149845 saylı Qərar “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalanan əlamətlərə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar yuxarıda sadalan əlamətlərin hamısına malik deyil və “hüquqi və ya fiziki şəxslərə ünvanlanma”, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətlərindən məhrumdur. Sözügedən akt birbaşa vergi ödəyicisinə ünvanlanmamış, onun üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin akt məzmunu etibarilə səlahiyyətli vergi orqanına ünvanlanmaqla, sonuncuya vergi ödəyicisinə əlavə vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı təklifləri ehtiva etmişdir. Başqa sözlə, mübahisələndirilən akt vergi hüquq pozuntusunun olub-olmaması faktının təsdiqi üçün tərtib olunan və vergi ödəyicisinin hüquqi məsuliyyətinin həllində əsas götürülə biləcək sübut növüdür. Vergi ödəyicisi üçün hüquqi nəticələr isə məhz “vergi məsuliyyətinə cəlb etmə”, yaxud “vergi məsuliyyətinə cəlb etməkdən imtina” barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlardan birini qəbul edərkən sübut kimi həmin akta və digər sənədlərə istinad edir və həmin qərar qəbul edilməyənədək, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri baxımından icra edilməyən, yaxud icrası mümkün olmayan aktlar inzibati akt hesab edilə bilməz. Vergi orqanının səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar tərtib etdiyi akt icra edilən akt deyil və sübut kimi qiymətləndirilən və qərar qəbul edilməsinə əsas olan akt olduğuna görə inzibati akt sayıla bilməz. Yuxarıda qeyd olunanlardan belə nəticə əldə olunur ki, səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayıla və həmin iddiaya baxıla bilməz. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etmiş, əlavə olaraq izahatında bildirmişdir ki, məhkəmə tərəfindən iddia mümkün hesab edisəbə belə iddia əsaslı hesab edilə bilməz. İdarənin 22.09.2021 -ci il tarixli **********149845 nömrəli qərarına əsasən iddiaçıda avqust 2018 -iyul 2021 tarixli dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22.09.2021-ci il tarixli **********149845 saylı Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” KY211643801 saylı Çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 23.09.2021-ci il tarixli **********1184644 saylı Tələbnamə vergi ödəyicisinə təqdim edilmişdir. Əvvəlki dövrdə səyyar vergi yoxlaması keçirilmiş, 20000 kv.m binanın 4000 kv.m hissəsi üzrə satış keçirildiyi müəyyən edilmişdir. Binanın 16000 kv.m hissəsi satılmadığına görə növbəti ilə keçirilmişdir. Mənbəyi bəlli olan məlumatlar əsasında yoxlama aparılmışdır. Kommunal qurumlar-Azəriqaz, Azərsu, Azərişıq ASC-dən və s. məlumatlar əldə olunmuşdur. Vergi orqanında olan monitorinq şöbəsi tərəfindən binanın fotoşəkilləri çəkilmişdir. Binanın əksər mənzillərinin satıldığı müəyyən edilmişdir. Bununla bağlı iddiaçıdan sənədlər tələb olunsa da yoxlamaya zəruri olan sənədləri təqdim etməkdən imtina etmişdirlər. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qəbul edilmiş 22.09.2021-ci il tarixli **********149845 saylı qərar əsaslıdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia mübahisələndirmə haqqında iddiadır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Cavabdeh inzibati orqan qeyd edir ki, “Səyyar vergi yoxlamasının keçrilməsi haqqında” 22.09.2021-ci il tarixli **********149845 saylı Qərar “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından inzibati akt hesab edilə və həmin aktın ləğvi məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalanan əlamətlərə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli;Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı;Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisələndirilən səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar yuxarıda sadalan əlamətlərin hamısına malik deyil və “hüquqi və ya fiziki şəxslərə ünvanlanma”, “həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətlərindən məhrumdur. Sözügedən akt birbaşa vergi ödəyicisinə ünvanlanmamış, onun üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratmamışdır. Əksinə, həmin akt məzmunu etibarilə səlahiyyətli vergi orqanına ünvanlanmaqla, sonuncuya vergi ödəyicisinə əlavə vergilərin hesablanması və maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı təklifləri ehtiva etmişdir. Başqa sözlə, mübahisələndirilən akt vergi hüquq pozuntusunun olub-olmaması faktının təsdiqi üçün tərtib olunan və vergi ödəyicisinin hüquqi məsuliyyətinin həllində əsas götürülə biləcək sübut növüdür. Vergi ödəyicisi üçün hüquqi nəticələr isə məhz “vergi məsuliyyətinə cəlb etmə”, yaxud “vergi məsuliyyətinə cəlb etməkdən imtina” barədə qərarın qəbulu ilə yaradılır. Təsadüfi deyil ki, səlahiyyətli vergi orqanı adı çəkilən qərarlardan birini qəbul edərkən sübut kimi həmin akta və digər sənədlərə istinad edir və həmin qərar qəbul edilməyənədək, vergi ödəyicisi üçün müəyyən (konkret) hüquqi nəticə yaranmır. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri baxımından icra edilməyən, yaxud icrası mümkün olmayan aktlar inzibati akt hesab edilə bilməz. Vergi orqanının səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar tərtib etdiyi akt icra edilən akt deyil və sübut kimi qiymətləndirilən və qərar qəbul edilməsinə əsas olan akt olduğuna görə inzibati akt sayıla bilməz. Yuxarıda qeyd olunanlardan belə nəticə əldə olunur ki, səyyar vergi yoxlamasının keçrilməsi haqqında qərar inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün sayıla və həmin iddiaya baxıla bilməz. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın yuxarıda qeyd etdiyi əsaslar hazırda mübahisələndirilən qərara şamil edilə bilməz. Çünki, hazırda mübahisələndirilən qərar cavabdehin qeyd etdiyi şərtləri özündə ehtiva edir. Həmin qərarın inzibati akt sayılmaması üçün yeganə əsas onun yaradacağı hüquqi nəticə baxımından inzibati akt sayılıb-sayılmaması ola bilər. Məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən qərarda həm aralıq inzibati aktın, həmdə müstəqil inzibati aktın elementlərini mövcuddur. İnzibati İcraat haqqında Azərbaycan Respublikası qanunun 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Məhkəmə hesab edir ki, vergi yoxlamaları ilə bağlı yekun izibati akt, vergi borcu ilə bağlı vergi ödəyicisinin məsuliyyətinin müəyyən olunmasına yönəldiyindən, hazırda mübahisələndirilən qərar, vergi məsuliyyəti ilə bağlı yekun inzibati akta münasibətdə vergi yoxlamasının təkil edilməsi məqsədi ilə qəbul edilmiş aralıq inzibati akt kimi qəbul edilə bilər. Lakin məhkəmə hesab edir ki, həmin aktın qəbul edilməsini istisna edən konkret halların qanunvericilik ilə tənzimlənməsi bu kateqoriya aktların ayrıca hüquqi nəticəsinin olmasını müəyyən edən əsas kimi çıxış edir və bu kateqoriya aktların məhkəmədə mübahisələndirilmə imkanına hüquqi əsas yaradır. Bu halı konkret olaraq vergi orqanının hüquqlarını məhdudlaşdıran normalar ilə izah edərək məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Qeyd edilən normanın mənasına görə qanunvericilik il ərzində ikinci dəfə növbəti səyyar vergi yoxlaması təyin edilməsini qadağan edir. Məhkəmə hesab edir ki, bu qadağaya əməl edilmədən il ərzində ikinci dəfə təyin edilmiş növbəti səyyar vergi yoxlaması ilə bağlı qərarın məhkəmə qaydasında mübahisələndirilməsinin yolverilməməsi qəbul edilən hesab edilə bilməz və bu hal qanunvericilikdən irəli gələn məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması kimi qəbul edilməlidir. Bundan başqa nəzərə alandakı vergi yoxlaması aylarla davam edərək, vergi ödəyicisinin normal fəaliyyətinə məhdudiyyətlər yaratma ehtimalı olduğu halda, qanunsuz təyin edilmiş vergi yoxlamasının yalnız vergi məsuliyyəti ilə bağlı qərarın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı ilə məhdudlaşdırlması qanuni və adalətli hesab edilə bilməz. Yuxarıda qeyd olunun Vergi Məcəlləsinin 38.2-ci maddəsində vergi orqanın hüquqlarını məhdudlaşdıran əsaslara bənzər əsaslar növbədənkənar səyyar vergi yoxlması ilə bağlı həmin məcəllənin 38.3-cü maddəsi ilədə müəyyən olunur. Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə bağlı qeyd edilən əsaslar həmin məcəllənin 38.3-cü maddəsinədə tətbiq edilməlidir. Yekun olaraq məhkəmə hesab edir ki, hazırda mübahisələndirilən qərar aralıq inzibati akt elementləri daşısada, yaratdığı hüquqi nəticə baxımından və qanunvericilikdə həmin qərarın qəbul edilməsini istisna edən normalar olduğuna görə ayrıca inzibati akt kimi mübahisələndirilə bilər və buna görədə iddia mümkün iddiadır. Lakin məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, mahiyyəti baxımından əsaslı deyil. İddiaçının hazırkı iddianın qaldırmaqda əsas dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tətbiqi əsasları olmadan vergi orqanı qnunsuz yoxlama keçirmək qərarına gəlmişdir. Vergi Məcəlləsinin 38.3-cü maddəsi növbədənkənar vergi yoxlaması keçirilməsi üçün əsaları müəyyən edir. Bu əsalardan biridə həmin məcəllənin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir. Məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 38.3-cü maddəsi vergi orqanın hüquqlarını məhdudlaşdıran norma kimi qəbul edilsədə, həmin normada müəyyən olunmuş məhdudiyyətlərin sərhədlərini çox geniş olaraq təvsir etmək qanunvericinin iradəsinə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, vergi yoxlaması ilə bağlı qərardan sonra vergi yoxlaması nəticəsində məsuliyyət müəyyən edən qərarın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı və ziyanla bağlı kompensasiya tələbləri formasında hüquq müdafiə vasitələrinin olmasıda bu nəticəyə gəlməyə əsas hesab edilə bilər. Konkret hazırkı halda vergi orqanı məhkəməyə bildir ki, əvvəlki dövrdə səyyar vergi yoxlaması keçirilmiş, 20000 kv.m binanın 4000 kv.m hissəsi üzrə satış keçirildiyi müəyyən edilmişdir. Binanın 16000 kv.m hissəsi satılmadığına görə növbəti dövrlərə keçirilmişdir. Mənbəyi bəlli olan məlumatlar əsasında yoxlama aparılmışdır. Kommunal qurumlar- Azəriqaz, Azərsu, Azərişıq ASC-dən və s. məlumatlar əldə olunmuşdur. Vergi orqanında olan monitorinq şöbəsi tərəfindən binanın fotoşəkilləri çəkilmişdir. Binanın əksər mənzillərinin satıldığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, konkret vergi yoxlamsı ilə satılmamış əmlakların qalmasının müəyyən edilməsi və cavabdeh inzibati orqanın göstərdiyi dəlillər vergi öhdəliyinin müəyyən edilməsi ilə bağlı qərarın qəbulu üçün mənbəyi müəyyən olan məlumat kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının digər hüquq müdafiə vasitələrindən istifadə imkanı olduğuda nəzərə alınanda, yuxarıda qeyd edilənlər iddianın əsaslı olmadığını göstərir və iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-303/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-303/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver