Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3034/2023 23.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı və Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ermənistan SSSR 16 saylı orta ixtisas-texniki məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqəşdirilməsi barədə ərziə verərək xx.xx.1977ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ermənistan SSSR 16 saylı orta ixtisas-texniki məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilməsi, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.2023cü il tarixdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdehin 3-17-1/2-M-77258/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi ümumi iş stajının 25 ildən az, cəmi 23 il 8 ay 8 gün olması göstərilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, onun təhsil müddəti də nəzərə alınmaqla (23 il 8 ay 8 gün + 2 il 10 ay 19 gün) 26 il 6 ay 27 gün ümumi əmək stajı, 12 il 8 ay 4 gün güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı vardır. O, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 10 ay 19 gün) Ermənistan SSR-də 16 saylı orta ixtisas-texniki məktəbində təhsil almışdır. Cavabdeh qanunsuz olaraq onun təhsil müddətini ümumi iş stajına daxil etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixədək təhsil müddətidə nəzərə alınmaqla ümumi iş stajının 26 il 06 ay 27 gün, güzəştli iş stajının isə 12 il 08 ay 04 gün olmasını əsas gətirərək ona 60 yaşdan, yəni xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğu qeyd etmişdir. İddiaçı daha əvvəl xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-77258/2023 nömrəli məktubla iddiaçının kifayət qədər ümumi iş stajının olmadığını bildirilmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda göründüyü kimi, iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 8 ay 8 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı İl, xx.xx.1986-xx.xx.1987-ci İl, xx.xx.1987xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1998-ci il, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə 2 il 9 ay)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26991.19 manat təşkil edir. Qanunvericilik normaların qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən sosial sığorta stajı 25 ildən azdır. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, iddiaçının təhsil müddəti onun ümumi iş stajına daxil edilməmişdir. Belə ki,qüvvədə olan qanunvericiliyin tələblərinə görə təhsil müddəti ümumi iş stajına daxil edilmir. Həmin müddət daxil edilərsə iddiaçının tələb olunan ümumi iş stajı tamamlanır. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1962-ci il təvəllüdlüdür. -184256 saylı diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1980-ci illərdə Ermənistan SSSR 16 saylı orta ixtisas-texniki məktəbində təhsil almışdır. -İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1983-xx.xx.1986-cı illərdə qazanxana sexində, xx.xx.1986 - xx.xx.1986-cı İlərdə “Rossiya”, xx.xx.1986-xx.xx.1987-ci İllərdə 2 saylı “Aqrosənayetikinti”də, xx.xx.1987xx.xx.1987-ci il “Ninzenksiy” sovxozunda, xx.xx.1987-xx.xx.1988-ci və xx.xx.1988xx.xx.1989-cu illərdə Tramkombinatda, xx.xx.1989-xx.xx.1998-ci illərdə Boruprokat zavodunda, xx.xx.1999-xx.xx.1999-cu il, xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdə işləmişdir. -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1980-1982-ci illərdə hərbi xidmətdə olmuşdur. -"xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, o. xx.xx.1989-cu il tarixdə Azərbaycan Boruyayma zavodunun mexaniki alət sexinin dəmirçi-qazanxana sahəsində qazla kəsici peşəsinə qəbul ediimiş. xx.xx.1990-cı il tarixdə həmin sexdə əl ilə elekirik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.1999-cu ildə Mexaniki Təmir sexində avadanlıqların əl ilə elektrik qaynaqçısı briqadasına elektrik əl qaynaqçısı peşəsinə keçirilmiş və xx.xx.2002-cİ il tarixində qanunvericiliyin tələblərinə əməl olunmaqla əmək müqaviləsinə xitam verilmişdir.İşlədiyi müddətdə xx.xx.1998-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. "xxxx" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə xx.xx.1998-ci il tarixdə “Azərboru" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. -SOCAR Etilen Polietilen zavodu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı 24 fevral 1983-cü il tarixindən 28 mart 1986-cı il tarixinə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Mexaniki təmir" zavodunun qazan-qaynaq sexində elektrik qaynaqçısı peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş XXXİİİ bölməsinin 23200000-19906 şifrinə əsasən 2 saylı Siyahı üzrə (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - - Məhkəmənin sorğusuna əsasən İddiaçı barəsində inibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Yuxarıda göstərilən qanunvericilik normalarından aydın olduğu kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasnını təyin edilməsi üçün onun ən azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi iş stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının ümumi iş stajı tələb olunan 25 ildən az olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, iddiaçınnı müraciətinə və inzibati icraat mateiallarına iddiaçının 1977-198ci illərə aid təhsil barədə diplomu təqim edilsə də, cavabdeh həmin dövrü onun ümumi iş stajına daxil etməmişdir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxili edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təhsil müddəti də iddiaçının ümumi iş stajına daxil edildikdə iddiaçıya güzətli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsas yaranmış olur. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Ermənistan SSSR 16 saylı orta ixtisas-texniki məktəbində təhsil aldığı dövrün ümumi iş stajına daxil edilərək ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3034/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3034/2023
23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver