Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3051/2022 10.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “ X2 Azərbaycan Respublikası adından bilə-bilə qanunsuz yolla əldə etmiş xx.xx.2006-cı il tarixli №2-490a/2006 saylı saxta məhkəmə qətnaməsinin ləğv edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “saxta qətnamənin ləğvi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixdə iş № 2-490 a/2006 saylı, Məhkəmə qətnaməsinin ləğvi barədə ərizə verməyinin səbəbi ondan ibarətdir ki, 19 iyul 2022-ci il tarixdə Qusar Rayon Məhkəməsinin 2006-ci il üzrə iş № 2-490a/2006 saylı. 24 avqust 2006- ci il tarixli qətnaməsinə etmiş olduqları müraciətlərə əsasən araşdırılma aparılmışdır. Müəyyən edilmişdir ki, Qusar Rayon Məhkəməsinin xx.xx.2006- ci il tarixli iş № 2- 490 a/2006 saylı, Məhkəmə qətnaməsi: - Qusar Rayon Məhkəməsinin 2006-ci il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında (tərəf olduqları mülki iş) mövcud deyil. Mövcud olmadığına görə hesab edirlər ki, xx.xx.2006-ci il üzrə iş № 2490 a/2006 saylı, Məhkəmə qətnaməsi saxtadır. Belə ki, X3 iddiaçi qismində Azərbaycan Respublikası Adından saxta Məhkəmə qətnaməsi hazırlayaraq iddiaçıya məxsus olan torpaq sahələrinin qanunsuz yolla satılması barədə xəbərləri olmadan arxalarından işlər çevirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı ilə 2.4.-cü bəndində deyilir: Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı iddiasını müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, X2 Azərbaycan Respublikası adından bilə-bilə qanunsuz yolla əldə etmiş xx.xx.2006-cı il tarixli №2-490a/2006 saylı saxta məhkəmə qətnaməsinin ləğv edilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh qismində hərhansi inzibati orqanı göstərməmişdir. Belə bir iddia tələbi inzibati məhkəmə icraatının predmetini təşkil edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsində iddiaçının qaldırdığı iddia növü müəyyən edilməmişdir. Mövcud qanunvericiliyə əsasən məhkəmə aktı yalnız səlahiyyətli yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilə bilər. İddiaçıya izah edilsin ki, maraqlarına toxunan qətnamənin ləğvi ilə bağlı müvafiq yuxarı instansiya məhkəməsinə apellyasiya şikayəti verə bilər. Mövcud olmayan məhkəmə qətnaməsi əsasında üçüncü şəxslərin hüquqları qeydə alınmışdırsa və bu hüquqlar iddiaçının maraqlarına toxunursa, üçüncü şəxslərə aid hüquqların ləğvini səlahiyyətli inzibati orqandan tələb edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə eyni tələblə inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3051/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3051/2022
10.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver