Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3054/2022 28.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən xx.xx.2001-ci ildə tərtib edilmiş 03 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydində qeyd olunmuş “Aciyev” soyadının “Adjiyev” kimi, yəni “X2” olaraq qeyd olunması” barədə tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən xx.xx.2001-ci ildə tərtib edilmiş 03 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydində qeyd olunmuş “Aciyev” soyadının “Adjiyev” kimi, yəni “X2” olaraq qeyd olunması”na dair qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu il tarixdə Ukrayna Respublikasında anadan olmuşdur. X4 Aleksandroviç, anası isə X1. Doğum haqqında şəhadətnamədə isə X2 kimi qeyd edilmişdir. Lakin doğum haqqında şəhadətnamənin Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq olunmuş nüsxəsində soyadı, adı, ata adı X2 Cavabdeh tərəfindən xx.xx.2001-ci ildə tərtib edilmiş 03 saylı soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən dəyişəndən sonra soyadı, adı və ata adı səhvən “X3” olaraq göstərilmişdir. Bu isə hazırda ona bir sıra hüquqların realizə olunması zamanı çətinliklər yaradır. Bununla bağlı o, Cavabdehnə müraciət etmişdir. Cavabdeh 05 avqust 2022-ci il tarixli məktubuna əsasən Cavabdehnə təqdim edilmiş soyadın, adın və ata adının dəyişdirilməsi İ-JQ seriyalı 259757 nömrəli şəhadətnamədə soyadı Acıyev yazılmışdır. Ukrayna Zaporojye vilayəti Melitopol şəhər ədliyyə idarəsinin VVAQ şöbəsi tərəfindən 022353 nömrəli doğum haqqında şəhadətnamədə soyadı Adjiyev kimi göstərilmişdir. Doğum haqqında şəhadətnamədə soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydinə əsasən yazılmalıdır. Şəhadətnamədə yazılan soyad ilə doğum haqqında akt qeydində yazılan soyad ziddiyyətlidir. Bu səbəbdən də müraciətindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd olunanlara əsasən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçıya məxsus AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş iddiaçıya məxsus 16 may 2001-ci il tarixli, 3 saylı “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydində iddiaçının adı dəyişdirilənədək İddiaçı, dəyişdirildikdən sonra isə X3 kimi qeyd edilmişdir. - İddiaçıya məxsus Cavabdeh tərəfindən verilmiş İ-ЖГ № 259757 saylı “Soyadın, adın, ata adının dəyişdirilməsi haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, vətəndaş “İddiaçı” familiyasını, adını, atasının adını “X3”ə dəyişdi. - İddiaçıya məxsus İ-ЖС № 022353 saylı “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının adı, soyadı və ata adı X2 kimi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Göründüyü kimi, İddiaçı “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydi ilə digər sənədləri arasında uyğunsuzluq mövcuddur (iddiaçının soyadı adı bir sənəddə “Aciyev”, digərində isə “Adjiyev” göstərilmişdir) və iddiaçı “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydində soyadının “Adjiyev” kimi düzəliş edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmiş, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (soyadın düzəldilməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının soyadı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Odur ki, hər bir halda iddiaçının soyadına münasibətdə qanunvericiliklə “soyadın dəyişdirilməsini istisna edən hallar”ın mövcudluğu məsələsinə qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının soyadına düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmənin mövqeyinə görə iddiaçı soyadının dəyişdirilməsinə münasibətdə qanunvericiliklə soyadın dəyişdirilməsinin yolverilməzliyi hallarının (cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğunun olması, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə məlumatlar) hazırkı mübahisə üzrə müəyyən edilmədiyindən, iddiaçının soyadı ilə bağlı “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydindəki uyğunsuzluq onun iradəsindən irəli gəlmədiyindən, həmin uyğunsuzluq aradan qaldırılmaqla, onun adının Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında” akt qeydində onun soyadının “Aciyev”dən “Ajdiyev”ə düzəliş edilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində soyadı “Aciyev” kimi qeyd olunsa da, ona məxsus digər sənədlərdə - iddiaçıya məxsus İ-ЖС № 022353 saylı “Doğum haqqında şəhadətnamə”də onun soyadı “Ajdiyev” kimi qeyd edilmişdir. Bir sənəddə soyadının “Aciyev”, digərlərində isə “Ajdiyev” kimi qeyd olunması iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı məxsus xx.xx.2001-ci ildə tərtib edilmiş 03 saylı “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi”nin soyad qrafasında düzəliş edilərək “Aciyev” soyadının “Ajdiyev” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı məxsus xx.xx.2001-ci ildə tərtib edilmiş 03 saylı “Soyadın, adın və ata adının dəyişdirilməsi haqqında akt qeydi”nin soyad qrafasında düzəliş edilərək “Aciyev” soyadının “Ajdiyev” kimi yazılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-3054/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3054/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver