Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3056/2022 13.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, cavabdehin üzərinə ad və soyadının “Ələsgərli Rüfət”ə dəyişdirilməsi vəzifəsinin qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, cavabdehin üzərinə ad və soyadının “Ələsgərli Rüfət”ə dəyişdirilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. İlkin olaraq adı və soyadı Rüfət Əlsgərli olmuşdur. Bununla bağlı Cavabdeh tərəfindən 29 noyabr 2005-ci tarxdə AZ-İ seriyalı 702617 nömrəli “Doğum haqqında şəhadətnamə” verilmişdir. Adını və soyadını dəyişdirmək məqsədilə Cavabdehnə müraciət edərək adının və soyadının dəyişdirilməsini xahiş etmişdir. Ərizəsi təmin olunaraq, ad və soyadı “İddiaçı” kimi qeyd olunmuşdur. Bununla bağlı Cavabdeh tərəfindən “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” 13 oktyabr 2017-ci il tarixdə AZ-İ 020111 nömrəli yeni şəhadətnamə verilmişdir. Buna əsasən bütün sənədləri, o cümlədən şəxsiyyət vəsiqəsini də dəyişmişdir. Bundan sonra bəzi problemləri yaranmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışda barəsində cinayət işi olmadığı, məhkumluğunun olmadığı qeyd olunmuşdur. Yenidən qeydiyyat şöbəsinə müraciət edərək öz köhnə ad və soyadının qaytarılmasını xahiş etmişdir. Lakin qeydiyyat şöbəsi imtina emtiş və imtinasında bidirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı 5.10 bəndi “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına əsasən, soyadın və adının növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Onun əsas adı Rüfət, soyadı isə Ələsgərli olmuşdur. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının öz adını, soyadını, ata adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın və soyadın dəyişdirilməsinə qoyulmuş qadağalar həmin Qaydaların 6.5-ci bəndində göstərilmişdir və onda bu halların heç biri mövcud deyildir. Ona görə də belə hesab edir ki, öz köhnə adına və soyadına qayıtmaq istəyi qanuni tələbdir və qeydiyyat şöbəsinin bundan imtina etməsinə qanunda heç bir əsas yoxdur. Bütün ailəsi, qohumları, tanışları onu bu adla tanıyır və bu adla çağırır. Əsas adı Rüfət, soyadı isə Ələsgərlidir. Ona görə də belə hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və Qaydalara zidd hesab edilməklə, qeydiyyat şöbəsinin üzərinə ad və soyadının “Rüfət Ələsgərli”yə dəyişdirilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə iclasnda iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də o, nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus əvvəlki AZ-İ 702617 saylı, 29 noyabr 2005-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin və əvvəlki AZE 16774588 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı “Rüfət”, soyadı “Ələsgərli”, ata adı “Zülfəli” kimi qeyd edilmişdir. - AZ-İ 020111 saylı, 13 oktyabr 2017-ci il tarixli “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X2 adı “Rüfət”dən “Ələsgər”ə, soyadı “Ələsgərli”dən “Vahabov”a dəyişdirilmişdir. - İddiaçıya məxsus qüvvədə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Ələsgər”, soyadı “Vahabov”, ata adı “Zülfəli” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 04 avqust 2022ci il tarixli arayışdan görünür ki, iddiaçının məhkumluğu olmamışdır. - Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1981-ci ildə doğulmuş X1 və adının dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, xx.xx.2017-ci il tarixdə Rüfət Ələsgərli soyadı və adı İddiaçı dəyişdirilərək yeni doğum haqqında şəhadətnamə verilmişdir. İddiaçı soyadının və adının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının soyadının və adının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçının soyadının və adının dəyişdirilməsinin ailəsinin, qohumlarının, tanışlarının onu Rüfət kimi tanıması dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, soyadın və adın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə çətinliklərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç bir sübuta söykənməyən arqumentləridir. Şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın hərəkətləri qanunidir, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, cavabdehin üzərinə ad və soyadının “Ələsgərli Rüfət”ə dəyişdirilməsi vəzifəsinin qoyulması”na dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, cavabdehin üzərinə ad və soyadının “Ələsgərli Rüfət”ə dəyişdirilməsi vəzifəsinin qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-3056/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3056/2022
13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver