Məhkəmə qərarları › İş №2-1(118)-306/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-306/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-306/2020 17.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Namiq qızının katibliyi ilə İddiaçı iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pesiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: X1 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və pesiyanın 2019-cu ilin may ayının 3-dən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın **********35 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2011-ci il təvəllüdlü X2 rayonu Xanalion kənd sakini X3 övladlığına verilmiş, bununla bağlı Masallı rayon Qeydiyyat Şöbəsində xx xxxx 2013-cü il tarixli qeydiyyat aparılaraq müvafiq şəhadətnamə verilmişdir. Şirinbacı Şahbazova xx xxx 2019-cu il tarixdə vəfat etmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının xx xxx 2019-cu il tarixli sərəncamı ilə valideyn himayəsindən məhrum olmuş azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumluğuna verilmişdir. X9 vəfat edən günədək yaşa görə əmək pensiyası almışdır. Onun vəfatından sonra azyaşlı Valeh Səbziyev iddiaçının qəyyumluğuna verildiyindən DSMF-nun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edərək Valeh Səbziyevə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər ASAN xidmət mərkəzindən əldə etdiyi DSMF-nun Sumqayıt şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, azyaşlı Valeh Səbziyev X9nın övladlığına verilsə də, şəxsiyyət vəsiqəsində anası qrafasında Şirinbacı Şahbazovanın deyil, İddiaçı adının qeyd edilməsi əsasına görə Şirinbacı Şahbazovanın ölümü ilə bağlı Valeh Səbziyevə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə müraciəti təmin edilməmişdir. Əmək pensiyaları haqqında Qanunun 14.1.1 -ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan 18 yaşına çatmamış övladların ailə başçısı itirməyə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 16.1 -ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götrülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qanunvericilik ailə başçısını itirməyə görə əmək pensiyası almaq məsələsində onun övladları ilə övladlığa götürənlərin eyni hüquqa malik olmasını müəyyənləşdirir. Cavabdehin müraciətini təmin etməməsinə dair məktubundan aydın olur ki, əsas kimi yalnız uşağın şəxsiyyət vəsiqəsində ana qrafasında övladlığa götürənin adının qeyd edilməməsi göstərilmişdir. Halbuki bu halın ailə başçısına itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina üçün əsas olması qanunvericilikdə əks olunmamışdır. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. Göründüyü kimi övladlığa götürülənin əvvəlki soyadı və ata adının saxlanılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Bu hal övladlığa götürmənin mövcud olmaması və ya icra edilməməsi anlamına gəlməməlidir. Bu isə cavabdehin iddiaçının müraciətini əsassız olaraq təmin etməməsini göstərir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qanunvericiliyə uyğun olaraq azyaşlı X7 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi barədə cavabdeh təşkilata müraciət etsə də, cavabdeh təşkilat iddiaçının tələbini təmin etməmişdir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, izahatında bildirmişdir ki, X6 adına Masallı rayon Qeydiyyat şöbəsindən verilmiş 009912 saylı övladlığa götürmə haqqında şəhadətnamədə, övladlığa götürən tərəf X4 olduğu, lakin onun şəxsiyyət vəsiqəsində anası İddiaçı qeyd olunduğu üçün, X7 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. AZE seriyalı, 11518260 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 anası İddiaçı olaraq qeyd edilmişdir. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Qanunun 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. Bu Qanunun 16.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Hazırki işdə iş materiallarında olan 009912 saylı övladlığa götürmə haqqında şəhadətnamədə X6 X3 övladlığına verildiyi qeyd olunsa da, AZE seriyalı, 11518260 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X6 anası İddiaçı olaraq qeyd edilmişdir. Təqdim edilən sənədlər arasında uyğunsuzluq olduğuna görə məhkəmə hesab edir ki, X7 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. İddiaçıya izah edilsin ki, müvafiq sənədlərdə uyğunsuzluq aradan qaldırıldıqdan sonra yenidən inzibati orqana müraciət edilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar