Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-306/2023 30.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X10 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 1996-cı il tarixli 70 saylı sərəncamı ilə iddiaçıya fərdi mağaza tikintisi üçün Xaçmaz-Quba şoosesi yolun kənarında 4 x 6 m torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin vaxt Xaçmaz rayon İHBA Tikinti və Memarlıq şöbəsinin verdiyi layihəyə əsasən həmin yerdə avtomobil hissələri satışı mağazası tikmiş və hazıradək mağaza fəaliyyətdədir. Son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, qonşu obyektin sahibi X13 öz mağazasını özəlləşdirərkən səhvən onun 24 kv m ölçüyə malik torpaq sahəsi və üstündəki mağaza da onun torpaq sahəsinə əlavə edilmişdir. O, dərhal B.Qurbanova bu barədə məlumat vermiş, sonuncu düzəliş olunmasına etiraz etmədiyini, lakin artıq obyekti satdığını bildirmişdir. Bundan sopnra cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə imtina cavabı verərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs X6 məhkəmə iclasının vaxtə və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin və üçüncü şəxs M.Vəliyevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X13 iddianı qəbul etdi və özünə məxsus 0.0633 ha torpaq sahəsinə hüquqları rəsmiləşdirilərkən iddiaçının da torpaq sahəsinin onun torpağına əlavə edildiyini bilmədiyini və texniki səhvə yol verildiyini izah etdi. Əvvəki məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 iddianı qəbul etmədi və izah etdi ki, o, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsini və üzərindəki obyekti X7 almışdır. Hazırda sənələrə düzəliş edilməsinıə etiraz edir . Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və üçüncü şəxs B.Qurbanovun izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 24 kv m torpaq sahəsi iddiaçıya Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 70 saylı sərəncamına əsasən ayrılmışdır. Xaçmaz rayon Armudpadar bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 05 saylı qərarı ilə 500 kv m, xx.xx.2007-ci il tarixli 07 saylı qərarı ilə 133 kv m (alqı-satqı aktına görə) X2. Daha sonra həmin 633 kv m torpaq sahəsi B.Qurbanov tərəfindən alqısatqı müqaviləsinə əsasən X4 özgəninkiləşdirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Məhkəmə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin naturada mövcud olubolmaması və üçüncü şəxs M.Vəliyevin mülkiyyətində olan 0.0633 ha torpaq sahəsi ilə üstüstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədi ilə mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüuqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin mütəxəssisi tərəfindən verilmiş rəydən görünür ki, Xaçmaz raon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 70 saylı sərəncamı ilə İddiaçı mağaza tikinisi üçün ayrılmış 24 kv m torpaq sahəsi naturada mövcuddur. Həmin torpaq sahəsinin koordinatları hazırda M.Vəliyevin mülkiyyətində olan 0.0633 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür və üst-üstə düşən hissə 24 (4 x 6) kv m təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, məcburetmə haqqında iddia yalnız o halda mümkün sayıla bilər ki, inzibati orqanın üzərinə düşən öhdəliyi icra etməkdən imtina nəticəsinı iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandıra bilsin. Məhkəmə qeyd edir ki, iddiaçı birbaşa M.Vəliyevin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 24 k vm hissədə ləğv edilməsini tələb edir ki, həmin sənəd yekun olaraq verilmiş sənəddir. Məkəmə araşdırması zamanı müəyyən edildi ki, 0.0633 (0.05 + 0.0133) ha torpaq sahəsi ilkin olaraq Xaçmaz rayon Armudpadasr bələdiyyəsinin qərarları əsasında X9 ayrılmışdır. Daha sonra sonuncu öz adına mülkiyyət hüququnun təsdiq edən sənəd alaraq torpaq sahəsini və üzərində yeləşən obyekti X1. Məhkəmə hesab edir ki, mübahisələndirilən çıxarışın verilməsi üçün əsas olmuş sənədlər qüvvədə olduğu halda həmin çıxarışın ləğv edilməsinə dair iddia mümkün sayılmalı və iddiaçıya ilkin olaraq torpaq sahələrinin B.Qurbanova ayrılmasına dair yuxarıda göstərilən bələdiyyə qərarları mübahisələndirilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iddiaçıya hüquqi yardım göstərərək düzgün cavabdeh və daha uğurlu iddia növünü seçmək imkanını izah etməlidir. Lakin hazırki mübahisədə həm cavabdeh, həm də iddianın predmeti dəyişməli olduğundan məhkəmə hüquqi yardımın göstərilməsini məqsədəuyğun hesab etməmişdir. İddiaçı göstərilən bələdiyyə qərarlarının ləğv edilməsinə dair yeni iddia ilə məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestri haqqında çıxarışın qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-306/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-306/2023
30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver