Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3064/2023 07.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X18 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X13 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və X9 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üstüstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı “X13 adına 0.04 ha torpaq sahəsinə dair verilmiş **********29 reyestr nömrəli çıxarışın və X9 adına 0.06 ha torpaq sahəsinə dair verilmiş ********** reyestr nömrəli çıxarışın plan və ölçü sənədlərinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirərək, üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X18 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X13 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və X9 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlərin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2(118)-3064/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X26, X22, X12, X14, X23 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində (zəruri) cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarı ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli 20 saylı sərəncamı ilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın və plan və ölçüsünün verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarından 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (105)-284/2018 saylı qərarı ilə İdarənin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (105)-284/2018 saylı qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(102)-1909/2018 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(105)- 284/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarı icra olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmışdır. Məhkəmə qərarı 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən icra edilməmiş, bunun səbəbi kimi adına qeydə alınması tələb olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* blank nömrəli, **********56 reyestr nömrəli çıxarışa əsasən X18 adına qeydə alındığı və mülkiyyət hüququnun dövlət qeydiyyatının qüvvədə olduğu, məhkəmə qərarına əsasən X18 mülkiyyət hüququnun qeydiyyatının ləğv edilmədiyi, məhkəmə prosesi zamanı məhkəməyə həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* blank nömrəli? **********56 reyestr nömrəli çıxarışa əsasən X18 adına qeydə alındığı məlum olsa da, müvafiq münasibətin bildirilməməsi qeyd edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinə dair X15 adına JN-1772A nömrəli, kod 30800086 saylı "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" verilmişdir. X22 xx.xx.2016-cı il tarixli, 4Ə-866 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən mülkiyyətində olan 0.10 ha torpaq sahəsini X7 adına özgəninkiləşdirmişdir. X12 alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsinə dair hüquqların qeydiyyatı ilə əlaqədar xx.xx.2016-cı il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası zamanı torpaq sahəsinin faktiki yerləşmə koordinatları ilə elektron bazada qeyd olunmuş koordinatlar arasında 25 metr fərq olduğunu nəzərə alaraq Akt tərtib edilmiş və həmin akta əsasən X7 adına üzərində faktiki yerləşmə vəziyyətinə uyğun koordinatlar qeyd edilmiş plan və ölçü sənədi verilmişdir. Bundan sonra X12 mülkiyyətində olan 0.10 ha torpaq sahəsini xx.xx.2018-ci il tarixli? 4Ə-1532 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 adına özgəninkiləşdirmişdir. X18 adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* blank nömrəli çıxarış verilmişdir. X26 mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin 0.04 ha hissəsini xx.xx.2022-ci il tarixli, 4Ə-890 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 adına özgəninkiləşdirmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən X13 adına 0.04 ha torpaq sahəsinə dair **********29 reyestr nömrəli çıxarış, yerdə qalan 0.06 ha torpaq sahəsinə dair isə X18 adına **********30 reyestr nömrəli çıxarış verilmişdir. X26 4Ə-2278 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 adına özgəninkiləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 2022-ci il 8 iyun tarixində keçirilmiş qəbul zamanı Sumqayıt İnzibatı-İqtisad Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarının icra olunmaması ilə bağlı problemin həlli barədə müraciətim qeydə alınaraq baxılması üçün İqtisadiyyat Nazirliyinə göndərilmişdir. Müraciətlə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə qərarının icrası ilə bağlı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsinə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin adından xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Ali Məhkəməyə ünvanlanmış müraciətə cavabda məhkəmə qərarının icra olunması ilə əlaqədar yaranmış faktiki və hüquqi səbəblərdən icranın mümkünsüzlüyünə dair məsələnin həlli ilə bağlı müvafiq birinci instansiya məhkəməsinə müraciət olunması tövsiyyə olunmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 02.2018-ci il tarixli, 2-1(85)- 729/2018 saylı qərarının icrasının təmin edilməsi məqsədi ilə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarının izah edilməsi barədə ərizə ünvanlanmışdır. 4 saylı Abşeron Ərazi İdarəsinin Sumqayıt İnzibatı Məhkəməsinə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(85)-729/2018 saylı qərarının izah edilməsi barədə ərizəsi Sumqayıt İnzibati Məhkəməsi tərəfindən icraata qəbul edilmiş (hakim - Leyla Mirzəyeva), lakin mütəxəssis rəyinin alınması məqsədi ilə inzibati işin icraatı dayandırılmışdır. X13 adına 0.04 ha torpaq sahəsinə dair verilmiş **********29 reyestr nömrəli çıxarışın və X9 adına 0.06 ha torpaq sahəsinə dair verilmiş ********** reyestr nömrəli çıxarışın plan və ölçü sənədlərinin ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-Ə-00xxxx/2023 saylı bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavbadehin imtinasının əsassız olduğunu hesab edir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən, X19 və X9 adına olan torpaq sahələrinə dair plan-ölçü sənədlərinin ləğv edilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 06 mart 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1.Qeydiyyat orqanı tərəfindən verilmiş müvafiq planölçü sənədlərinin ləğvi tələb olunmasına baxmayaraq, mübahisə predmeti olan sənədlərin qanunsuz və əsassız verilməsinin iddia ərizəsində əsaslandırılmadığı, buna dair hər hansı mötəbər sübutun isə əlavə edilmədiyi; 2.Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X13 adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, **********29 reyestr nömrəli plan-ölçü sənədinin xx.xx.2022-ci il tarixli, 4Ə-890 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyi; 3.Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X9 adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli plan-ölçü sənədinin xx.xx.2022-ci il tarixli, 4Ə-2278 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyi; 4.Sözügedən sənədlərin verilməsinin qanuni əsaslarla aparıldığı və qeydə alma zaman hər hansı yanlışlığa yol verilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz). Mülkiyyət hüqüqu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin mülkiyyət hüququ İlə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsinə müvafiq olaraq, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında apanr və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
- Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən X24 məxsus olmuş 0.10 ha torpaq sahəsi (daha sonra alqı-satqı əsasında həmin torpaq sahəsinin 0.04 ha hissəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X16, 0.06 ha hissəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X2) ilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsinin koordinatları tam olaraq üst-üstə düşür. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, **********56 reyestr nömrəli çıxarışla X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0975 ha təşkil edir. - JN 1772A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 16 nömrəli, 10 may 1998-ci il tarixli qərarı əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X15 mülkiyyətinə ayrılmışdır. - AN-İ № ******* saylı, 11 oktyabr 2016-cı il tarixli, 4Ə-866 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi X22 tərəfindən X1. - RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X18 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı 28 mart 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Abşeron İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 31 may 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 25 iyun 1998-ci il tarixli 20 saylı sərənamı ilə İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanından 0.1250 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-729/2018 saylı, 28 fevral 2018-ci il tarixli qərarı ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 25 iyun 1998-ci il tarixli 20 saylı sərənamı ilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlt Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-284/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-729/2018 saylı, 28 fevral 2018-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1909/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-284/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Bundan sonra iddiaçının mükiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması zamanı üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X18 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X13 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı qeyd olunan çıxarışların ləğv edilməsi ilə bağlı aidiyyatı üzrə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan üçüncü şəxslərin dövlət qeydiyyatının ləğv edilməsindən imtinasının əsaları kimi : 1.Qeydiyyat orqanı tərəfindən verilmiş müvafiq plan-ölçü sənədlərinin ləğvi tələb olunmasına baxmayaraq, mübahisə predmeti olan sənədlərin qanunsuz və əsassız verilməsinin iddia ərizəsində əsaslandırılmadığı, buna dair hər hansı mötəbər sübutun isə əlavə edilmədiyini; 2.Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X13 adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.04 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, **********29 reyestr nömrəli plan-ölçü sənədinin xx.xx.2022-ci il tarixli, 4Ə-890 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyini; 3.Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X9 adına Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli plan-ölçü sənədinin xx.xx.2022-ci il tarixli, 4Ə-2278 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında verildiyini; 4.Sözügedən sənədlərin verilməsinin qanuni əsaslarla aparıldığı və qeydə alma zaman hər hansı yanlışlığa yol verilmədiyi qeyd etmişdir. Məhkəmə hesab edir ki cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olduğundan, üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X18 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X13 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, X9 adına qeydə alınmış 28 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməlidir. Belə ki, inzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 25 iyun 1998-ci il tarixli 20 saylı sərənamı ilə İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanından 0.1250 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığı üçün o, iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-729/2018 saylı, 28 fevral 2018-ci il tarixli qərarı ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 25 iyun 1998-ci il tarixli 20 saylı sərənamı ilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-284/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-729/2018 saylı, 28 fevral 2018-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1909/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-284/2018 saylı, 25 iyun 2018-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır. Lakin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqları cavabdeh orqan tərəfindən torpaq sahəsinin digər şəxslərlə üst-üstə düşməsi səbəbindən dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. İnzibati işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün mütəxəssis rəyinin alınması zərurəti yaranmışıdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən X24 məxsus olmuş 0.10 ha torpaq sahəsi (daha sonra alqı-satqı əsasında həmin torpaq sahəsinin 0.04 ha hissəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X16, 0.06 ha hissəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X2) ilə İddiaçı ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1250 ha torpaq sahəsinin koordinatları tam olaraq üst-üstə düşür. Həmçinin **********56 reyestr nömrəli çıxarışla X8 mülkiyyətinə verilmiş torpaq sahəsi ilə İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0975 ha təşkil edir. İddiaçının torpaq sahəsinin bir hissəsinin üst-üstə düşdüyü Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi AN-İ № ******* saylı, 11 oktyabr 2016-cı il tarixli, 4Ə-866 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə X22 tərəfindən X1 və X7 mülkiyyət hüququ RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış ilə rəsmiləşdirilmişdir. AN-№ 069390 saylı, 05 may 2018-ci il tarixli, 4Ə-1532 reyestr nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.1 ha torpaq sahəsi satıcı X12 tərəfindən X6. X18 mülkiyyət hüququ RX seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla dövlət qeydiyyatına alınmışdır. Daha sonra sonuncu torpaq sahəsinin 0.04 ha torpaq sahəsini X16, 0.06 ha hissəsi isə X5, hərbirinin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tədqiqatı zamanı əldə edilmiş sorğuya cavab məktublarından və ortofoto xəritəsindən çıxarışdan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 16 nömrəli, 10 may 1998-ci il tarixli qərarı əsasında X15 mülkiyyətinə ayrılmış və adına JN 1772A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmiş Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsinin yeri müəyyən edilmişdir. Həmin torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 25 iyun 1998-ci il tarixli 20 saylı sərənamı ilə İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında ayrılmış 0.1250 ha torpaq sahəsi ilə eyni torpaq sahəsi deyildir. Belə ki, JN 1772A, KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X17 məxsus torpaq sahəsi sonuncu tərəfindən digər şəxsə, X3 həmin torpaq sahəsinin koordinatları cavabdeh orqan tərəfindən İddiaçı məxsus torpaq sahəsinin üzərinə qeyd edilmiş və nəticədə mübahisə predmeti olan (Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 25 iyun 1998-ci il tarixli 20 saylı sərənamı ilə İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında ayrılmış 0.1250 ha) torpaq sahəsi X4, daha sonra təkrarən, bir neçə dəfə özgəninkiləşdirilmişdir. Yuxarda qeyd edilən yanlışlıq iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X18 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X13 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və X9 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üstüstə düşən hissədə ləğv edilməli, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlər ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Üçüncü şəxslər X7 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 14 oktyabr 2016-cı il tarixli, X18 adına qeydə alınmış RX seriyalı ******* nömrəli, 15 may 2018-ci il tarixli, X13 adına qeydə alınmış 30 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və X9 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** reyestr nömrəli çıxarışların iddiaçının torpaq sahəsi ilə (0.1250 ha) üst-üstə düşən hissədə ləğv edilməsi, eyni zamanda həmin şəxslərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarına dair qeydlər ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva