Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3066/2023 10.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddianın nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkə hüdudlarından kənar çıxışı ilə bağlı qanunsuz qoyulmuş məhdudiyyətin aradan qaldırılması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Seyfulla oğlu 2022-ci ilin yanvar ayında hava limanından xarici ölkəyə səfər edərkən sərhəd xidmətinin əməkdaşları tərəfindən bildirilmişdir ki, ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Bununla bağlı vəkili vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğu verilmiş və həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsinin 14 fevral 2022-ci il tarixli, 33/625 saylı məktubu ilə bildirilmişdir ki, məsələ ilə əlaqədar Dövlət Vergi Xidmətinə müraciət etməyi tövsiyə olunur. Həmin cavabdan sonra Dövlət Vegi Xidmətinə müraciət etsə də Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə aidiyyatı üzrə göndərmişdir. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinə məhkəmə nəzarəti qaydasında şikayət vermiş və Yasamal Rayon Məhkəməsinin 6(004)-67/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin olunmuş, X4 barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən "Giriş- çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin "Sərhədkeçmə” altsistemində aktivləşdirilmiş "Saxla” statusu qanunsuz hesab edilmiş və onun əsasında ölkədən giriş-çıxışa qoyulmuş məhdudiyyət aradan qaldırılmş, qərarın icrası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilmişdir. Bundan sonra dəfələrlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət edərək məhkəmə qərarının icra olunmasını bildirsə də onlar qərarın icrasını gecikdirmiş və qanunsuz əməllərindən əl çəkməmişlər. 05 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi Yasamal Rayon Məhkəməsinə 28.06.22-ci il tarixli, **********310100 saylı məktub ünvanlayaraq xx.xx.2022-ci il tarixə İddiaçı (FİN 169Y5YM) barəsində İAMAS-ın “sərhəd nəzarəti və giriş-çıxışın məhdudlaşdırılması” avtomatlaşdırılmış məlumat-axtarış sisteminin mərkəzi məlumatlar bazasında hər-hansı məhdudiyyətin olmaması göstərilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı hava limanına bilet alaraq gedərkən hava limanın əməkdaşları tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərfındən ölkədən giriş çıxışına məhdudiyyət olduğunu bildirmiş və İddiaçı ölkədən çıxmasına icazə verməmişlər. Yenidən eyni qaydada Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, ancaq məhkəmə baxışı zamanı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin müstəntiqi məhkəmə iclasında onların tərəfindən heç bir məhdudiyyətin olammasını əsas gətirərək və məhkəməyə rəsmi cavab olaraq bildirmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfində məhdudiyyət qoyulmamışdır. Bu səbəbdən şikayət təmin edilməmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmiş, həmişə olduğu kimi həmin müraciət ərizəsini heç bir əsas olmadan, qanunsuz olaraq cavablandırmaqdan imtina edərək aidiyyatı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərmiş və onlar da öz növbələrindən eyni standart cavabı bizə vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti etmiş olduğu qanunsuzluğa qarşı rəsmi olaraq cavab verə bilmir. Ona görə də etmiş olduğu qanunsuz əməli Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin üzərinə atır ki, onlar cavablandırsın. İddiaçı hesab edir ki, qanunsuz olaraq ölkədən giriş çıxışı məhdudlaşdırılması ilə bağlı Dövlət Vergi Xidmətinin müəyyən olunmuş qanunsuz hərəkətlərdən çəkinməyə dair qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İ bəndinə əsasən hər kəsin azadlıq hüququ vardır. Həmin maddənin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ bəndinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X7 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırım tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırım vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız - Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək (9.3.1 -ci maddə); məhkum edildikdə - Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək (9.3.2-ci maddə); Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə - tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək (9.3.3-cü maddə); üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə - müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək (9.3.4-cü maddə); hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda - məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edənədək və ya məhkum edilmiş şəxs əsas cəzasının qalan hissəsini çəkib qurtaranadək (9.3.4-1-ci maddə)....(və s.) hallarda müvəqqəti məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 9.6-cı maddəsinə əsasən ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarinin və əsas Azadliqlarin müdafiəsi Haqqinda” Avropa Konvensiyasının müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli 2 №-li qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddianın nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, vergi ödəyicisi İddiaçı (VÖEN:**********) 2 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Və İddiaçı barəsində ölkədən getmə hüququnun məhdudlaşdırılması məhdudiyyəti tətbiq edilməmişdir (https//www.taxes.gov.əz/az/page/olkeden-ge.mek- huququnun-muveqqetimehdudlasdirilmasi - internet resursunda fiziki şəxsin (iddiaçının) şəxsiyyətini təsdiq edən sənədin FİN-i və ya şəxsiyyətini təsdiq edən sənədin seriyası və nömrəsi vasitəsilə ölkədən getmə hüququnun məhdudlaşdırılmadığı müəyyən edilir). Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Mülki Prosesual Məcəllənin; 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə tələblərə iş üzrə tərəflərin subyekt tərkibindən asılı olmayaraq xüsusi icraat qaydasında baxılan işlərdən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi halda kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və tabeliyindəki vergi orqanları İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin bir sıra strukturlarının əsasnamələri, o cümlədən X5 Baş İdarəsinin və Ərazi Vergilər Baş idarələrinin Əsasnamələri təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) X5 Baş İdarəsi (bundan sonra - Baş idarə) hesablanmış vergilər, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları (bundan sonra sığorta haqları), nəzarəti Dövlət Vergi Xidmətinə həvalə edilmiş dövlət torpaq icarə haqları (bundan sonra - torpaq icarə haqları), faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və inzibati cərimələr, həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlər üzrə dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra aidiyyəti fondlar) yaranmış borcların (bundan sonra - ismin müvafiq hallarında “borc”) alınması və təqdim edilməmiş bəyannamələrin (hesabatların) təqdim edilməsi sahəsində (bundan sonra - müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən (bu Əsasnamənin 1.4-cü bəndinin xüsusiyyətləri nəzərə alınmaqla) Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 3.0.11 -ci bəndinə əsasən borclu vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı vergi ödəyicisinə öncə xəbərdarlığın göndərilməsini, daha sonra məhdudlaşdırılmanın həyata keçirilməsi məqsədilə məhkəməyə ərizə ilə müraciət etmək üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına sifarişin verilməsini (Rayon Vergilər Şöbələrinə münasibətdə onların təhkim olunduğu müvafiq ərazi vergilər baş idarələrinə və ərazi vergilər idarələrinə), ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məhkəmə qərarları daxil olduqda həmin şəxsin ölkədən çıxışına məhdudiyyət tətbiq etmək üçün məlumatların müvafiq proqram təminatına daxil edilməsini, vergi ödəyicisinə məhdudiyyət barədə məlumatın göndərilməsini, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı qərarların hazırlanmasını və müvafiq proqram təminatında məhdudlaşdırılmanın götürülməsini, vergi ödəyicisinə məhdudiyyətin götürülməsi barədə məlumatın və bu barədə qərarın göndərilməsini təmin etmək Baş idarənin vəzifələrinə aid edilmişdir. Bakı şəhəri Ərazi Vergilər Baş İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi (bundan sonra - Baş idarə) vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının (bundan sonra - sığorta haqları), həmçinin qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, onların dövlət büdcəsinə, habelə sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına (bundan sonra - aidiyyəti fondlar) tam və vaxtında ödənilməsinə nəzarət etmək sahəsində (bundan sonra - müvafiq sahə) bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Baş idarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri, strukturuna daxil olan qurumları və strukturuna daxil olmayan tabeliyindəki qurumları, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, o cümlədən fiziki və hüquqi şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, habelə müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs (iştirakçı) qismində bilavasitə iştirak edir (təmsil olunur). Həmin Əsasnamənin 3.0.84-cü bəndinə görə Baş İdarəni və aidiyyəti üzrə Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsini (vergi mübahisələri ilə bağlı baş idarədə uçotda olan vergi ödəyicilərinə münasibətdə) məhkəmələrdə iddiaçı, ərizəçi, cavabdeh və 3-cü şəxs (maraqlı şəxs) qismində, həmçinin təhqiqat, istintaq və məhkəmə orqanlarında olan cinayət işləri üzrə xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh və zərərçəkmiş şəxs qismində təmsil etmək (o cümlədən, iddia ərizəsini hazırlamaq, iddia tələblərindən tam və ya qismən imtina etmək, iddianı etiraf etmək, 9 iddianın predmetini və əsasını dəyişdirmək, barışıq sazişi bağlamaq və prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər hərəkətləri etmək), məhkəmələrin və ibtidai araşdırma orqanlarının qanunsuz və əsassız qərarlarından şikayətlərin verilməsini təmin etmək Ərazi Vergilər Baş İdarəsinin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.17-cİ bəndinə görə Vergi ödəyicisi vergi öhdəliyini, sığorta haqları üzrə öhdəliyi Vergi Məcəlləsi və aidiyyəti qanunlar ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, qeyd olunan vəsaitlərin ödənilməsinin təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə ərizə ilə müraciət etmək Ərazi Vergilər Baş İdarəsinin hüquqlarına aid edilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərilən “ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi” Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığından, həmin hərəkətlərin yerinə yetirilməsi Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin müstəsna səlahiyyətlərinə aid edildiyindən və bu cür iddialar üzrə həmin Baş idarəni məhkəmədə cavabdeh qismində təmsil etmək Ərazi Vergilər Baş İdarəsinin vəzifələrinə aid edildiyindən Dövlət Vergi Xidmətinin iş üzrə cavabdeh qismində göstərilməsi tamamilə əsassızdır. Həmçinin yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı müvafiq vergi orqanı ərizə ilə kommersiya məhkəməsinə müraciət etməli, məhkəmə də öz növbəsində ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul etməlidir. Lakin hazırkı işdə nə belə bir ərizə, nə də qətnamə mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X10 6.1, 6.2 və 7-ci bəndləri ilə həmçinin məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə görə işdə iştirak edən şəxslər sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Eyni Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Göstərilənlərə əsasən hesab edirlər ki, iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallanna, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 oğlu iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkə hüdudlarından kənar çıxışı ilə bağlı qanunsuz qoyulmuş məhdudiyyətin aradan qaldırılmasını istəyir. Cavabdeh isə qeyd edir ki, vergi ödəyicisi İddiaçı (VÖEN:**********) 2 Saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. Və İddiaçı barəsində ölkədən getmə hüququnun məhdudlaşdırılması məhdudiyyəti tətbiq edilməmişdir.... ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı müvafiq vergi orqanı ərizə ilə kommersiya məhkəməsinə müraciət etməli, məhkəmə də öz növbəsində ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul etməlidir. Lakin hazırkı işdə nə belə bir ərizə, nə də qətnamə mövcud deyildir. Məhkəmə Dövlət Vergi Xidmətinin mövqeyi ilə razılaşaraq qeyd edir : İş materiallarına əlavə edilmiş sənədlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikası CM-nin 162-1.1, 192.3,2, 213.3 və 244-1.4-ci maddələri ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə X3 İAMAS-ın sərhəd nəzarəti və giriş çıxışın məhdudlaşdırılması avtomatlaşdırılmış məlumat axtarış sisteminin mərkəzi məlumatları bazasında hər-hansı məhdudiyyət qoyulmadığı qeyd edilir. Habelə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Yasamal rayon Məhkəməsinə ünvanlanmış 28 iyun 2022-ci il tarixli məktubunda Yasamal rayon Məhkəməsinin 6(004)-67/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının icrası ilə əlaqədar bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə X4 barəsində İAMAS-ın sərhəd nəzarəti və giriş çıxışın məhdudlaşdırılması avtomatlaşdırılmış məlumat axtarış sisteminin mərkəzi məlumatları bazasında hər-hansı məhdudiyyət olmadığı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘‘«Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi haqqında Əsasnamə”nin 12.6.1.2-ci bəndinin (şəxsin sərhədkeçməsinə icazə verilməməsi və geri qaytarılması) icrası Dövlət Sərhəd Xidmətinə həvalə olunduğu üçün xx.xx.1981-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə dövlət sərhədindən hərəkəti zamanı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən lAMAS-ın məhdudiyyət altsistemində “Çıxışı qadağan” statuslu məhdudiyyət tətbiq edildiyindən dövlət sərhədindən buraxılmayaraq ölkə ərazisinə geri qaytarılmışdır. (Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-38-33/2-3297/23 saylı məktubu) İddiaçı Dövlət Sərhəd Xidmətinin məktubu əsasında Dövlət Vergi Xidmətinə qarşı iddia qaldırmışdır. X11 Xidməti belə bir məhdudiyyətin olmadığını və eyni zamanda buna səlahiyyətlərinin olmadığını qeyd edir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın mövqeyi əsaslıdır. Belə ki, cavabdehin də qeyd etdiyi kimi ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı müvafiq vergi orqanı ərizə ilə kommersiya məhkəməsinə müraciət etməli, məhkəmə də öz növbəsində ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul etməlidir. Lakin hazırkı işdə nə belə bir ərizə, nə də qətnamə mövcud deyildir. Məhkəmə hesab edir ki, Dövlət Sərhəd Xidməti Dövlət Vergi Xidmətinin qanunvericilikdən irəli gəlməyən göstərişini həyata keçirmiş və bu zaman vətəndaşın hüququ pozulmuş olsa belə, bunun üçün cavabdehliyi Dövlət Sərhəd Xidməti daşımalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək; ...” Maddə 24. Vergi orqanlarının vəzifələri 24.0. Vergi orqanları: ... 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.0.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə; ...” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 26. Mübahisələrin kommersiya məhkəmələrinə aidiyyəti ... 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2- ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı mübahisələrə kommersiya məhkəməsində baxılmalı, kommersiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında məhdudiyyət tətbiq edilməlidir. Yuxarıda qeyd edilənləridə nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddia tələbində qeyd edilən səlahiyyəti müəyyən edilmədiyinə görə iddia mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3066/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3066/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver