Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-307/2023 13.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı şəhəri 1 nömrəli məhəlləsindəki ünvanda (hazırki X24 küçəsi) torpaq sahəsinə dair X7 adına olan çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə dair onun adına reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X22 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı şəhəri 1 nömrəli məhəlləsindəki ünvanda (hazırki X24 küçəsi) torpaq sahəsinə dair X7 adına olan çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə dair onun adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X22 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 27 iyun 2022-ci il tarixli qərardadı ilə X15 üçüçncü şəxs qismində inzbati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 18 saylı qərarı əsasında İddiaçı fərdi yaşayış evinin tikintisi üçün Şamaxı şəhəri 1 nömrəli məhəllə (hazırki S.M.Qənizadə küçəsi) ünvanında 500 kv m torpaq sahəsi ayrılmışdır. Həmin vaxtlardan torpaq sahəsində evin bünövrəsi tökülmüş, ağaclar əkilmiş, sonra maddi çətinlik üzündən tikintini başa çatdırmamış, torpaq sahəsinə nəzarət edə bilməmişdir. 2021-ci ilin noyabr ayında o, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh orqana müraciət etdikdə torpaq sahəsinin sonradan adının bildiyi X9 tərəfindən zəbt edildiyini və onun adına çıxarış verildiyini öyrənmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X9 iddianı qəbul etmədi və izah etdi ki, 400 kv m torpaq sahəsi ona Şamaxı rayon XDS Rəyasət Heyəti İK-nin xx.xx.1995-ci il tarixli qərarı ilə ayrılmışdır. Həmin ildə o, torpaq sahəsini tikanlı məftillə hasara aldırmış, dirəklər basdırmış və evin bünövrəsini tökdürmüşdür. Sonradan hərbiçi olması ilə bağlı yaşayış yerini dəyişmiş və tikili yarımçıq qalmışdır. Həmin ərazidə 1994-cü ildən əvvəl torpaqayırma olmamışdır. 2022-ci ilin fevral ayında o, inşa etdiyi hasarın söküldüyünü eşitmişdir. O, ərazi üzrə sahə müvəkkilinə müraciət edib hadisə barədə məlumat vermişdir. Təxminən 15 gün sonra iddiaçı zəng edib həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. O, hesab edir ki, torpaq sahələinin ölçüləri də fərqlidir, iddiaçıya ayrılmış torpaq sahəsi başqa ərazidə yerləşir və onun torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 öz ifadəsində bildirdi ki, o, 1993-cü ildən mübahisəli torpaq sahəsi ilə qonşuluqda yaşayır. Həmin yerlə onun torpaq sahəsinin ara məsafəsi 150-200 m təşkil edir. Mübahisəli torpaq sahəsində iddiaçı İlham Nəcəfoun tikintiyə başladığını görmüşdür. O, yaxınlıqda otararkən iddiaçının evin özülünü qazdığını görmüşdür. Əliyev Ayazı da orada xidmət edən hərbiçi kimi tanımışdır. Onun yeri 150-200 m aralıda yerləşmişdir. O, həmin yeri tikib satmşdır. İddiaçı inşa etdiyi yarımçıq tikili isə hazıradək yerindədir. Şahid qismində dindirilən X16 bildirdi ki, iddiaçının əmisi oölu onunla qonşuluq dayerləşir. 2000-2001-ci illərdə o, qardaşı üçün torpaq sahəsi axtaranda yaxınlıqdakı üzərində yarımçıqtikili olan torpaq sahəsini görmüşdür. Həmin vaxt həmin torpağın İddiaçı məxsus olduğunu öyrənmiş, o, həmin torpağı qardaşı üçün almaq istəsə də, İddiaçı torpağı satmadığını bildirmişdir. X4 ifadəsində bildirdi ki, mübahisəli torpaq sahəsi ilə yanaşı ona torpaq sahəsi ayrılmışdır, sonradan o, öz torpağını satmışdır. Mübahisəli yerdə evin özülünün qazıldığını və İddiaçı tərəfindən qazıldığını eşitmişdir. İş üzrə şahid qismində dindirilən X18 ifadəsində bildirdi ki, mübahisəli torpaq sahəsi onun komandiri olmuş Ayaz Əluevə məxsus olmuşdur. Həmin torpaq Ayaz Əliyevə 1995-ci ildə ayrılmışdır. 1996-cı ildə köməkliklə orada tikinti işlərinə başlamışlar, istirahət günlərində gedib orada işləmişlər. Məftillə hasara almışlar, özülü qazmışlar, Pirsaat çayından qənbər daşları gətirilmişdir, torpaq sahəsini hamarlamışlar, lakin sonra tikinti yarımçıq qaldı. Həmin ərazilər boş olmuş, hər bir şəxsə 0.04 ha-dan artıq torpaq sahəsi verilməmişdir. Birinci ev Gülağa adlı şəxsə aid olmuş, ikinci evin tikintisinə isə Ayaz Əliyev başlamışdır. O, İddiaçı tanımadığını və heç bir münasibətlərinin olmadığını izah etdi. Şahid qismində dindirilən X1 göstərdi ki, 1996-cı ildə komandiri olmuş Ayaz Əliyevin evinin tikintisinə 2 ay müddətində köməklik göstərmişdir. Onlar torpağı hamarlamışlar, evin özülünü qazmışlar, lakin sonradan tikinti yarımçıq qalmışdır. Həmin ərazidə ondan əvvəl Gülağa müəllimin evi inşa edilmişdir. X5 ifadəsində göstərdi ki, o, 1985-ci ildə hərbi xidmətdə olmuş, Ayaz Əliyev 1992-ci ildən onun komandiri olmuşdur. 1996-1997-ci illərdə onlar digər yoldaşları ilə birlikdə Ayaz Əliyevə ayrılmış torpaq sahəsində köməklik etmişlər, hətta sonra da xidmət etdiyi yer oraya yaxın olduğundan gedib-gələrkən torpaq sahəsinə nəzarət etmişdir. Torpaq sahəsi məftil və dəmir borularla əhatə olunmuşdur, çay daşları tökülmüşdür. İş materiallarında olan : -X20 filialı tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli arxiv arayışından görünür ki, Şamaxı rayon X21 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 18 saylı qərarı ilə İddiaçı Şamaxı şəhəri 1 nömrəli məhəlləsindəki ünvanda (hazırkı X24 küçəsi) 500 kv m torpaq sahəsi ayrılmışdır. -“Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri” X22 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-ci il tarixli 18 saylı qərarı ilə İddiaçı ayrılmış 500 kv m torpaq sahəsi ilə Şamaxı rayon XDS İK-nin xx.xx.1995-ci il tarixli 8 saylı qərarı ilə X10 ayrılmış 400 kv m torpaq sahələrinə aid hüquqmüəyyənedici (XDS İK-nin qərarı) və texniki sənədlər (ayrılmış torpaq sahəsinin yerquruluşu qaydasında hazırlanmış sxemi) təqdim edilmədiyindən naturada göstərilən və hər iki tərəfin iddia etdikləri torpaq sahələri ilə eynilik təşkil edibetməməsini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən ikinci sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı və üçüncü şəxs X7 naturada göstərdikləri və iddia etdikləri torpaq sahəsi 591 kv m təşkil edir. Ərazi İdarəsinin arxivində mövcud olan üçüncü şəxs X10 məxsus reyestr nömrəsi **********42 olan çıxarışının plan ölçü sənədində qeyd olunan koordinatlar daxilindəki 400 kv m olan torpaq sahəsi naturada ölçülmüş iddia olunan 591 kv m torpaq sahəsinin koordinatları daxilindədir. Məhkəmənin sorğusuna əsasən X20 filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayon X21 İcraiyyə Komitəsinin xx.xx.1990-cı İl tarixli 18 saylı qərarı ilə İddiaçı Şamaxı şəhəri 1 nömrəli məhəlləsindəki ünvanda (hazırkı X24 küçəsi) 500 kv m torpaq sahəsi ayrılması göstərilmişdir. -Məhkəmənin sorğusuna əsasən X20 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Şamaxı rayonu XDS Rəyasət heyyətinin 24 oktyabr 1995-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışa əsasən Şamaxı rayonu 6N°-li sovxozun Mərkəzi Malikanəsi yerləşən yaşayış məntəqəsində yaşayan X10 şəhərin 01N2-H məhəlləsindən 400 kv m həyətyanı torpaq sahəsi təhkim edilmiş və ona ***-**-** s.seriyalı layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 29 noyabr 2022-ci il tarixli **********84 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 18 saylı qərarı ilə İddiaçı ayrılmış 500 m2 torpaq sahəsi ilə Şamaxı rayon XDS İK-nin xx.xx.1995-ci il tarixli 8 saylı qərarı ilə X13 ayrılmış 400 m2 torpaq sahələrinə aid hüquqmüəyyənedici (XDS İK-nin qərarı) və texniki sənədlər (ayrılmış torpaq sahəsinin yerquruluşu qaydasında hazırlanmış sxemi) təqdim edilmədiyindən naturada göstərilən və hər iki tərəfin iddia etdikləri torpaq sahələri ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən, İddiaçı və üçüncü şəxs X7 naturada göstərdikləri və iddia etdikləri torpaq sahəsinin 591 m2 təşkil etdiyi müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən, ərazi idarəsinin arxivində mövcud olan üçüncü şəxs X10 məxsus reyestr nömrəsi **********42 olan çıxarışının plan ölçü sənədində qeyd olunan koordinatları daxilindəki 400 kv m olan torpaq sahəsinin naturada ölçülmüş iddia olunan 591 kv m torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.[3] 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0.1 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Məhkəmə qeyd edir ki, İddiaçı 0.05 ha torpaq sahəsi Şamaxı rayon XDS İK-nin xx.xx.1990-cı il tarixli 18 saylı qərarı ilə, üçüncü şəxs X10 isə Şamaxı rayon XDS İK-nin xx.xx.1995-ci il tarixli 8 saylı qərarı ilə 0.04 ha torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxs X23 oölunun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı üçüncü şəxs A.Əliyevin mülkiyyət hüququnun ona ayrılmış torpaq sahəsi üzərində qeyd alındığını iddia edərək A.Əliyevə verilmiş çıxarışın ləğv edilməsini tələb edir. Məhkəmə araşdırması zaçamı torpaq sahələrinin eynilik təşkil edib-etməməsinin, koordinatlarınnı üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün mütəxəssisin iştirakı ilə məhkəmə-texniki-tikinti ekspertizası təyin etmiş, müvafiq sorğular vermişdir. Lakin mütəxəssis və ekspert tərfindən həmin suallara cavab verilməmişdir. Belə ki, ilkin torpaqayırma sənədlərinə texniki sənədlər (plan-cizgi, sxem) əlavə edilmədiyindən hər iki şəxsə eyni torpaq sahəsinin ayrılıb-ayrılmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə dindirilən şahidlərin ifadələrinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin koordinatlarını, sərhədlərini dəqiq müəyyən edən sənədlər olmadığından onların müşahidə etdikləri halların eyni torpağa aid olub-olmamasını da müəyyən etmək mümkün deyildir. Mübahisəli torpaq sahəsinni iddiaçıya ayrıldığı vaxt, yəni 1995-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq X14nin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. X2 müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının, eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və ocarəsinə verirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, üçüncü şəxs A.Əliyev torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etmiş və sonradan onun həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə pedmeti olan çıxarışın verilməsi üçün əsas kimi Şamaxı rayon XDS İK-nin xx.xx.1995-ci il tarixli 8 saylı qərarı göstərilmişdir. Məhkəmənin verdiyi sorğular nəticəsində müəyyən edildi ki, həmin qərara ayrılan torpaq sahəsinin cizgisi, plan-sxemi və torpaq sahəsinin yerinin müəyyən edilməsinə xidmət edən hər hansı sənəd əlavə edilməmiş və arxiv sənədlərində müəyyən edilməmiş, yəni həmin qərarın məhz iddiaçının iddia etdiyi torpaq sahəsinə aid verildiyni demək mümkün deyildir. Belə ola halda məhkəmə həmin qərarın ayrıca mübahisələndirilməsini zəruri hesab etməmiş və qaldırılmış iddia tələbi çərçivəsində işə baxılaraq mahiyyəti üzrə həll olunmasını məqsədəuyğun saymışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh propekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-307/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-307/2023
13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver