Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3077/2024 23.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “İddiaçı təyin edilmiş müddətsiz əlilliyin təyin olunduğu vaxtdan ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv etməklə, iddiaçının müddətsiz əlilliyinin əlillik alt sistemində ləğv olunduğu vaxtdan bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdeh AR Omək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin ( fSERAS)mənim-2009-cu ildən müddətsiz əlilin yenidən müayinəyə çağırılmağında bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi yə həmin hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İddiaçı təyin edilmiş müddətsiz əlilliyin təyin olunduğu vaxtdan ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv etməklə, iddiaçının müddətsiz əlilliyinin əlillik alt sistemində ləğv olunduğu vaxtdan bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. İddiaçı «kəskin bağırsaq funksiyasının pozulması.xroniki qeyri-spesifik xoralı kolit.ağır formadda.ağrı sindromu ilə davam edən rcsidivlərlə» diaqnozu əsasında 2000-ci ildə 2-ci qrup əlillik dərəcəsi ləyin edilmiş və iddiaçınını əlilliyi xx.xx.2009-cu ildən müddətsiz hesab olunmuşdur. İddiaçı həmin vaxtdan hal-hazırki vaxtadək 2-ci dərəcəli müddətsiz əlil kimi əlillik müavinəti alır. Cavabdeh xx.xx.2023-cü ildə iddiaçıya 17-4/2-33623/2023 saylı məktub göndərməklə həmin məktubda ona bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixə əyani müayinəyə dəvət olunur və gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul olunacaqdır. Cavabdeh iddiaçıya-2009-cu ildən müddətsiz əlilə bu bildirişi göndərməklə öz diskresion səlahiyyətindən sui-istifadə etmişdir. Belə ki, iddiaçya əlillik müddətsiz təyin edilmiş və 10 il o müayinələrdən keçmişdir, hər dəfə də eyni diaqnoz təsdiq olunmuşdur. Belə hesab edir ki, cavabdehin iddiaçının müddətsiz əlilliyini etibarsız hesab etməsi üçün əsaslar olmamış və onun bu hərəkəti qanunsuz hərəkət kimi qəbul olunmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 idiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Xaçmaz rayon sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) sağlamlıq vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfdən əyani müayinəsi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Q-33623/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan xx.xx.2009-cu il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdehin iddiaçıya ünvanladığı 22 dekabr 2023-cü il tarixli məktub; 11 yanvar 2024-cü il tarixli arayış; SER TSE-01№479920 saylı arayış və məhkəmə sorğusu əsasında əldə edilmiş digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 18 avqust 1968-ci il təvəllüdlüdür. İddiaçının sağlamlıq vəziyyəti 20 aprel 2004-cü il tarixdə qiymətləndirilmiş və ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan tərəfindən 23 yanvar 2024-cü il tarixdə “diaqnozun öz əksini tapmaması” barədə qərar qəbul edilmiş və vətəndaşın əlilliyi dayandırılmışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi 23 yanvar 2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə əsasən, zona tibbi-sosial ekspert komissiyaları həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. Yuxarıda istinad olunan “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin müddəalarına görə, zona tibbi-sosial ekspert komissiyalarının əlilliyin təyini ilə bağlı verdiyi sənədlər əlilliyi (o cümlədən əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını) müəyyən edən əsas sənəd, yəni inzibati akt hesab olunur. Əlillik alt sisteminə məlumatlar məhz həmin sənəd əsasında daxil edilir, yəni əlillik alt sistemində əksini tapan məlumatlar əlilliyin təyin olunması barədə zona tibbi-sosial ekspert komissiyaları tərəfindən verilmiş həmin sənədin (inzibati aktın) məzmununa uyğun olmalıdır. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2009cu il tarixdə müayinədən keçirilmiş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçı 22 dekabr 2023-cü il tarixli bildirişlə yenidən xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş və xx.xx.2024-cü il tarixli qərar əsasında xx.xx.2009-cu il tarixdən “diaqnozun öz əksini tapmaması” səbəbindən iddiaçının əlilliyi dayandırılmışdır. Göründüyü kimi iddiaçıya 2009-cu il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir əsas olmadan yenidən müayinəyə dəvət edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 12 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş SER TSE-01№479920 saylı arayışdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı yenidən əyani müayinəyə dəvət edilməsinə əsas olmuş sənədlərin mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, cavabdeh orqanın İddiaçı barədə “xx.xx.2009-cu il tarixindən “diaqnozun təsdiqini tapmaması” haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməklə, iddiaçının müddətsiz əlilliyinin əlillik alt sistemində ləğv olunduğu vaxtdan bərpası öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn İddiaçı barədə “xx.xx.2009-cu il tarixindən “diaqnozun təsdiqini tapmaması” haqqında xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçının müddətsiz əlilliyinin əlillik alt sistemində ləğv olunduğu vaxtdan bərpası öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva