Məhkəmə qərarları › İş №2-1(118)-308/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-308/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-308/2023 27.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı ( Quba rayonu Rük kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (Quba rayonu Söhüb bələdiyyəsinin sədri, Quba rayonu Söhüb kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon Söhüb bələdiyyəsinə qarşı Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli 01/03 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakıqərarıqəbuletdi: TƏSVİRİHİSSƏ İddiaçı cavabdeh Quba rayonu Söhüb bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli 01/03 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022ci il tarixli 01/03 saylı qərarı ilə İddiaçı ümumilikdə 1201,82 manat məbləğində əmlak, torpaq və icarə vergisinin tutulması qərara alınmışdır. Müəyyən edilmişdir ki, guya onun bələdiyyəyə 101,40 manat əmlak vergisi, 320,42 manat torpaq vergisi və 780 manat icarə haqqı borcu vardır. Halbuki, 2019-cu ildən sonra onun icarəsində hər hansı torpaq sahəsi olmamışdır. Həmçinin əmlak və torpaq vergisi ilə əlaqədar hesablanan məbləğlərin hansı dövrü əhatə etdiyi və hansı meyarlar əsasında hesablandığı aydın deyildir. Bələdiyyə nəzərə almamışdır ki, qeyd olunan məbləğlər ancaq son 3 il üçün hesablana bilərdi. Hazırda qeyd olunan qərar əsasında əsassız olaraq İcra və Probasiya şöbəsi tərəfindən gəlirlərindən tutulmalar aparılır. İddiaçı bələdiyyənin qeyd olunan qərarını əsassız hesab edərək ləğv olunmasını tələb edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Quba rayon Söhüb bələdiyyəsinin sədri X2 iddianı qəbul etmədi və bildirdi ki, iddia ərizəsində mübahisələndirilən borc məbləğləri xx.xx.2021-ci il tarixədək bələdiyyə büdcəsinə ödənilməli olan fiziki şəxslərin əmlak və torpaq vergisi, həmçinin 2020-ci və 2021-ci illərdə iddiaçının zəbtində olan torpaq sahəsindən istifadəyə görə icarə haqqıdır. Belə ki, iddiaçı torpaq sahəsini zəbt edərək başqa şəxsə icarəyə verməklə qazanc əldə etmişdir. İddiaçıya məxsus Quba rayonun Rük kəndində 132 kv m sahəni əhatə edən fərdi yaşayış evi vardır. Həmin sahənin 30 kv m hissəsinə güzəşt tətbiq edilməklə, qalan 102 kv m hissəsinin illik əmlak vergisi 10,20 manat təşkil edir. Torpaq vergisinə gəldikdə iddiaçının istifadəsində olan 0,02 ha həyətyanı torpaq sahəsi üçün illik 1,10 manat, 5,40 ha biçənək sahəsi üçün illik 6,48 manat, zəbtdə olan 0,38 ha sahə üçün illik 19,0 manat olmaqla cəmi illik 36,78 manat torpaq vergisi təşkil edir. İddiaçı Söhüb Bələdiyyəsinə həmin vergiləri ödəmədiyi illər üzrə 101.40 manat əmlak vergisinə görə, 320,42 manat torpaq vergisinə görə, 2020-2021-ci illər üzrə 1,40 ha torpaq sahəsinin icarə haqqı olara 780 manat olmaqla, ümumilikdə 1201,82 manat borcu yaranmışdır. Bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə tədiyyə bildirişi göndərilməsinə baxmayaraq həmin şəxs tərəfindən borclar ödənilmədiyi üçün xx.xx.2022-ci il tarixdə iclas keçirilmiş, 01/03 nömrəli qərar qəbul edilmişdir. Qərarın surəti iddiaçıya 01 fevral 2022-ci ildə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə qərar icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bundan başqa Söhüb bələdiyyəsinə aid 140 ha torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilərək digər şəxslərə icarəyə verməsi ilə əlaqədar bələdiyyə tərəfindən Quba rayon Prokurorluğuna məlumat verilmiş və müvafiq araşdırma aparılmışdır. İş materiallarında olan: - Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli 01/03 saylı qərarından görünür ki, İddiaçı 1201,82 manat məbləğində əmlak, torpaq və icarə vergisinin tutulması qərara alınmışdır. - Quba rayon Söhüb bələdiyyəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, onun 12 yanvar 2022-ci il üçün hesablanmış 1201.82 manat əmlak, torpaq və icarə vergi borcu yaranmışdır.Quba rayonu Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01 saylı protokolunun 03 saylı qərarı ilə İddiaçı həmin ödənişin həyata keçirilməsi üçün 10 gün vaxt verilmişdir. Əks halda qeyd olunan ödənişin məcburi qaydada alınması məqsədilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət ediləcəkdir. - xx.xx.2022-ci il tarixli tədiyyə bildirşindən görünür ki,Söhüb bələdiyyəsi İddiaçı 1201,82 manat məbləğində əmlak, torpaq və icarə vergisinin ödənilməsi tələb edilmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, idarənin arxiv sənədlərinə əsasən Quba rayonu ərazisində İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh Quba rayon Söhüb bələdiyyəsi mübahisələndirilən qərarla İddiaçı əmlak, torpaq və icarə vergisi üzrə 1201.82 manat məbləğində borcun olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilən sübutlarla iddiaçının mülkiyyətində torpaq sahəsi və fərdi yaşayış evinin olması öz təsdiqini tapmadı. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində və ya istifadəsində başqa əmlakın olmasını təsdiq edən hər hansı sübut təqdim edilmədi. Belə ki, cavabdeh bələdiyyə İddiaçı 60.0 ha torpaq sahəsini zəbt etməsi və başqa şəxsə icarəyə verməsini bildirsə də, bunu təsdiq edənhər hansı sübut təqdim edə bilmədi. Bundan başqa hər hansı hüquqmüəyyənedici sənəd olmadan vətəndaşa vergi hesablaması qanunsuzdur. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasınm Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Vergi Məcəlləsinin 8.1-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin : -197.1, 197.1.1-ci maddələrinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri vergitutma obyektləri sayılır . -205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. -208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Bununla bağlı məhkəmə qeyd edir ki, bələdiyyə öz qərarında əmlak və torpaq vergisinə görə yaranan borcun iddiaçının mülkiyyətində və ya istifadəsində olan hansı əmlaka (torpağa, evə və s.) hesablandığını qeyd etməmişdir. Cavabdeh tərəfindən tərtib edilən tədiyyə bildirişində vergi borcunun “2022-ci il üçün” hesablanması qeyd edilmişdir, lakin iddia ərizəsində əmlak və torpaq vergisinin xx.xx.2021-ci ilədək, icarə haqqı üzrə borcun isə 2020-ci və 2021-ci illər üçün hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, mübahiəsləndirilən qərarın iddiaçıya rəsmi təqdim edilməsi barədə sənəd olmadığından iddia müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, iddiaçı mübahisələndirilən qərar barədə icra məmuru vasitəsi ilə 2022-ci ilin may ayında xəbər tutduğunu izah etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilən Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədəçatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilən Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayon Söhüb bələdiyyəsinin 28 yanvar 2022-ci il tarixli, 01/03 saylı qərarı ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar