Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3080/2023 27.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Şamaxı rayon Mədrəsə qəsəbə sovetliyi tərəfindən aparılmış xx.xx.1978-ci il tarixli 20 saylı doğum akt qeydinin və onun əsasında verilmiş doğum haqqıda şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, doğum akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun barəsində Şamaxı rayon Mədrəsə qəsəbə sovetliyi tərəfindən aparılmış xx.xx.1978-ci il tarixli 20 saylı doğum akt qeydinin və onun əsasında verilmiş doğum haqqıda şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddianı müdafiə etdi və izah etdi ki, o, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ona Bakı şəhəri Nəsimi rayon VVAQ tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Həmin vaxt onun anası X1 doğma atası X6 ilə rəsmi nikahda olmuşdur. Daha sonra valideynləri boşanmış və anası X5 ilə qeyri-rəsmi nikah münasibətlərində olmuşdur.Bundan sona iddiaçıya Şamaxı rayonu Mədrəsə qəsəbə sovetliyi tərəfindən yeni şəhadətnamə verilmişdir və həmin şəhadətnamədə onu adı soyadı və ata adı İddiaçı, doğulduğu yer isə Şamaxı rayonu kimi göstərilmişdir. Bu proseslər gedən zaman kiçik yaşlarda olduğu üçün dərk etməmiş, bütün sənədləşmə işləri atalığı Qədirov Firudin məşğul olmuşdur. Hazırda Şamaxı rayonunda tərtib edilmiş şəhadətnamənin ləğv edilməsini və əsl adı soyadı və ata adı ilə olan şəhadətnmənin bərpa olunmasını istəyir. Çünki əsassız olaraq barəsində iki ədəd doğum haqqında şəhadətnamə mövcuddur. İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - -İddiaçıya məxsus şəxsiyyət vəsiqəsində və Şamaxı rayon Mədrəsə qəsəbə sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə İddiaçı, doğulduğu tarix və yer isə xx.xx.1978-ci il Şamaxı rayonu kimi göstərilmişdir. - -Bakı şəhər Nəsimi rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq ƏN X3 Reyestr Xidməti tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli məktubda görünür ki, Qədirov Firudin (Firidun) Qafar oğlunun ölümü haqqında akt qeydinin kserosurəti məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı doğumu haqqında akt qeydi məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları’’ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.1978-ci il tarixdə Şamaxı rayonunda deyil, Bakı şəhərində doğulmuş İddiaçı deyil, X4 doğumunun xx.xx.1978-ci il tarixdə 1124 nömrəli akt qeydi ilə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən, həmçinin xx.xx.1978-ci il tarixdə Şamaxı rayonunda doğulmuş İddiaçı deyil, İddiaçı Firidun qızının doğumunun xx.xx.1978-ci il tarixdə 20 nömrəli akt qeydi ilə Şamaxı rayonu Mədrəsə qəsəbə icra nümayəndəliyi tərəfindən qeydə alındığı müəyyən edilmişdir.Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.1978-ci il tarixli 1124 nömrəli akt qeydinin və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindən xx.xx.1978-ci il tarixli 20 nömrəli doğum haqqında akt qeydlərinin surətləri məhkəməyə təqdim edilmidir. Məhkəmənin sorğusuna cavab olaraq Nəsimi rayon Polis idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Azadlıq prospekti 60 ünvanında qeydiyyatda olan İddiaçı barəsində axtarış və məhkumluq qeydə alınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (23). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı barəsində qüvvədə olan iki doğum haqqında şəhadətnamənin mövcud olduğunu bildirərək ikinci, yəni Şamaxı rayon Mədrəsə qəsəbə icra nümayəndəliyi tərəfindən doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin şəhadətnamənin etibarsız hesab edilməsi üçün qanuni əsas müəyyən edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsi: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. İddiaçının tələbinin göstərilən müddəaların heç birinə uyğun gəlməməsi səbəbindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3080/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3080/2023
27.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver