Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3082/2024 24.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xidmət illərinə uyğun olaraq əmək pensiyasının əvvəlki dövr üçün yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarsəində xidmət etdiyi illərin düzgün qayadada hesablanaraq pensiya məbləğinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək xidmət illərinə uyğun olaraq əmək pensiyasının əvvəlki dövr üçün yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbini əsaslandıraraq izah etdi ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.2000-ci ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Quba rayon Mühafizə Bölməsinin polis nəfəri, polis baş serjantı vəzifəsində çalışmışdır. Lakin pensiyaya çıxdıqdan sonra əmək pensiyası düzgün hesblanmadığı üçün bununla bağlı iddiaçı dəfələrlə Azərbaycan Respublikası Baş Mühafizə İdarəsinə rəsmi qaydada müraciət etmişdir. Nəticə olaraq Baş Mühafizə İdarəsinin xx.xx.2017-ci il tarixli, 038-12867 N-3217 saylı məktubunda Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin rəhbərliyinə müraciət edərək əmək kitabçasında xidmət ilərinin 1 il az göstərməməsi müəyyən edilmişdir. Bununla bağlı düzəliş edilməsi barədə müraciətinə baxılması və əmək kitabçası ilə birlikdə Baş Mühafizə İdarəsinə gəlməyi təklif olunmuşdur. Xeyli müraciətlərdən sonra xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən 146 saylı əmr verilmişdir. Həmin əmrə əsasən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin şəxsi heyəti üzrə 17 avqust 2000-ci il tarixli 211 ş/h nömrəli əmrinə qismən dəyişiklik edilərək, xx.xx.2000-ci il tarixə xidmət müddəti təqvim hesablama ilə 22 il 11 ay 20 gün, imtiyazlı hesablama ilə 28 il 00 ay 20 gün olduğu müəyyən edilərək hesab edilmişdir. Lakin bütün bunlara baxmayaraq bu günə kimi onun xidməti əmək pensiyası düzgün hesablanmamış, əmrlə bağlı bir tədbir görülməmişdir. Son 3 il ərzində cəmi 144 (yüz qırx dörd) manat hesablanaraq iddiaçıya verilmişdir, bu da 3 il ərzində 4,80 təşkil edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona təyin edilmiş qulluq stajına görə güzəştli şərtlərlə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 20 avqust 2000-ci il tarixdən xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən iddiaçıya əmək pensiyası həmin tarixdən etibarən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 99732 nömrəli yeni məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq 632,23 manat məbləğində müəyyən edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunun 32.1-1 -ci və 37.7ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 144,15 manat pensiya məbləği cari ilin iyul ayında pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş: -ƏƏSMN DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-10199/2023 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin mahiyyətini iddiaçının xidmət illəri nəzərə alınmaqla yenidən hesablanmış əmək pensiyasının xx.xx.2000-ci il tarixdən yenidən hesablanması təşkil edir. Belə ki, DİN tərəfindən DSMF orqanlarına məkumat vərəqəsi verilərkən iddiaçının xidmət illəri 28 il əvəzinə 27 il göstərilmişdir və əmək pensiyası həmin məumat vərəqinə uyğun olaraq heablanmışdır. İddiaçının müraciətinə əsasən xidmət illəri düzgün hesablandıqdan sonra DİN tərəfindən cavabdeh orqana yeni məlumat vərəqəsi göndərilmiş və cavabdeh tərəfindən həmin məlumat vərəqinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-10199/2023 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar üzrə hesablama “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə uyğun olaraq son üç ilə münasibətdə aparılmışdır. Hazırda isə iddiaçı həımin yenidən hesablamanı əvvəlki dövrlər üzrə də aparılmasını tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1.0.1. Əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənil Maddə 37.7 (2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş redaksiyada) keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1 -1 -ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının xidmət illərinə düzəliş edilib yeni məlumat vərəqəsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra cavabdeh tərəfindən son üç illik dövr əhatə edilməklə əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3082/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3082/2024
24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver