Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3086/2024 13.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2 tarixli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi, 24-də yerləşən evin 1/7 hissəsində X2, 4/7 hissəsində iddiaçının, yəni İddiaçı payları müəyyən edilmiş və bu barədə AR ƏMDK yanında DƏDRX-nin Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* saylı çıxarış verilmiş, daşınmaz əmlakın texniki pasportu tərtib edilmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/7 hissəsinin mülkiyyətçisi olsa da, həmin evdə qeyri-qanuni yaşayan Salahov Elçin Əlimurad oğlu mülkiyyətində olan evdən könüllü olaraq çıxmadığından, öz hərəkətləri ilə iddiaçının mülkiyyət hüquqlarını pozduğundan cavabdeh Salahov Elçin Əlimurad oğluna qarşı «evdən çıxarılma tələbinə dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-5143/2014, 01 avqust 2014-cü il tarixli qətnaməsinə əsasən iddiası təmin edilmiş, cavabdeh Salahov Elçin Əlimurad oğlu ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Salahov Elçin Əlimurad oğlu apellyasiya şikayəti təqdim etmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş № 2(105)-1714, 03 dekabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh E.Ə.Salahovun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2014 cü il tarixli, 2(060)-5143/2014 saylı qətnaməsi - «cavabdehin ailə üzvləri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxarılsın» hissəsində ləğv edilmiş və həmin hissədə təmin edilməmişdir. Qətnamə cavabdeh Salaşov Elçin Əlimurad oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, 24 saylı evdən çıxa- rılsın hissəsində dəyişdirilmədən saxlanılmış, əsas olaraq iddia tələbində cavabdehin ailə üzvlərinə münasibətdə ailə üzvlərinin dairəsi, soyadı, adı, atasının adı, ünvanların göstərilməməsi, həmin şəxslərə münasibətdə mülki prosessual qanunvericiliyin tələblərinə riyayət olunmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz və rədd edilməlidir göstərilmişdir. Ona görə də iddiaçı, ikinci dəfə Salahov Elçin Əlimurad oğlunun ailə üzvlərinin - arvadı X10, azyaşlı uşağı X13 ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşküi küçəsində yerləşən 24 saylı evdən çıxarılmasına dair iddia tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-9043/2015, 10 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən iddia rədd edilmiş, İddiaçı cavabdeh X10 azyaşlı uşağı X14 ilə birlikdə Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evdən çıxarılmasına dair iddia tələbi təmin edilməmiş, əsas olaraq iddiaçının mülkiyyətində payının 4/7 hissədə olması, qalan 1/7 hissənin bacısı X4 məxsus olması, həmçinin mübahisəli əmlak paylarının naturada müəyyən edilməməsi və hazırki şəraitdə cavabdehin mübahisəli mənzildən çıxarılmasını tələb etmək üçün müvafiq subyektiv hüquqa malik olmamağı göstərilmişdir. Ona görə də iddiaçı yaranmış mübahisəni həll etmək üçün cavabdeh X4 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkui küçəsi, 24-də yerləşən evin paylarına mütənasib naturada bölgüsünə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2104/2017 saylı mülki iş üzrə, 04 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı miras əmlakda payların naturada bölünməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkul küçəsi 24-də yerləşən evdən İddiaçı oğlunun payı məhkəmə tikinti ekspertizasının rəyinə əlavə edilmiş planda göstərilən qaydalar nəzərə alınmaqla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş MA ******* saylı çıxarışa və xx.xx.2012-ci ildə tərtib edilmiş 15965 saylı «Texniki Pasport»a uyğun naturada ayrılması qət edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-təxniki ekspertizasının 07 sentyabr 2017-ci il tarixli , 21419 saylı rəyinə əsasən Sumqayıt şəhəri Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkul küçəsi 24-də yerləşən evin texniki pasport məlumatları nəzərə alınmaqla, evə dair DƏDRX-inin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriya MA ******* saylı Çıxarışa əsasən İddiaçı və X3 paylarına yaxın şəkildə həmin paylara düşən hissələrin naturadan ayrılmasının inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. 4/7 hissədə payının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspartiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 07 sentyabr 2017-ci il tarixli, 21419 saylı rəyində göstərilən qaydada naturada bölünməsi ilə razı olmadığından, yəni iddiaçıya zərər vurulması ilə nəticələnən ekspertiza rəyinə əsasən qətnamə çıxarıldığından qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən apellyasiya şikayətim təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən iddia tələbi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(105)-77/2019. 30 aprel 2019-cu il tarixli qətnaməsi qanuni qüvvəsini almış, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş № 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli icra sənədi üzrə Sumqayıt şəhəri üzrə icra İdarəsində İcraata başlanılmışdır. Çoxsaylı şikayətlərdən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İş № 2(105)-77/2019, 30 aprel 2019-cu il tarixli qətnaməsi, icra sənədi nəhayət, 07 oktyabr 2020-ci il tarixdə böyük icra məmuru X11 və icra məmuru olan X16 və X9 tərəfindən icra edilmiş, bu barədə xx.xx.2020-cİ il tarixli akt tərtib edilmiş və təsdiq edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X6 xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-77 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüauaui şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək müvafiq sənədləşmənin aparılmasını, müvafiq çıxarışın və plan sxemin tərtib edilməsini xahiş etmişəm. İdarənin mütəcəssisi sözügedən fərdi yaşayış evinə müayinə keçirmək və olçu işlən aparmaq uçun mərım və nümayəndəmin iştirakı ilə gəlsədə, iddiaçının payına düşən hissədə başqa ailə, Salahov Elçin Əlimurad oğlu, X17 və azyaşlı övladı yaşadığından onlar tərəfindən evə daxıl olmağa şərait yaradılmamışdır. Ona görə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququi şəxsi 2 saylı Sumqayıt Ərazi idarəsi ərizəmə baxaraq 04 aprel 2022-ci il tarixli, **********41 №-ii məktubu ilə imtina edilmişdir. İddiaçı xüsusi qeyd edir ki, Salahov Elçin Əlimurad oğlunun Sumqayıt şəhəri, H.Z. Tağıyev küçəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 sayiı evdən çıxarılması barədə məhkəmə qətnaməsi olmasına baxmayaraq Salahov Elçin Əlimurad oğlu arvadı və qızı ilə birlikdə həmin evdə yaşadığından, yəni Salahov Elçin Əlimurad oğlunun ailə üzvlərinin evdən çıxanlması barədə məhkəmə qətnaməsi olmadığından bu günədək iddiaçının evindən çıxarılmamışdır. Şəxsən özü Salahov Elçin Əlimurad oğlu və arvadı, hazırkı iddia ərizəsi üzrə cavabdeh X17 ilə yaranmış mübahisəni sülh yolu ilə sakit və məhkəmədənkənar həll etməyə çalışsa da, nəticəsi olmamış, həmin şəxslər tərəfindən hədə və təhdidlərə məruz qalmışdır. Göründüyü kimi yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi, ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliy yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsində sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (Daşınmaz Əmlakın Texniki Pasportunun) məhkəmədənkənar verilməsi qeyrimümkündür. Ona görə də hazırki iddi tələbi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, X8 sovxozu ərazisində yerləşən 0.50 ha torpaq sahəsinin bölgü sxeminin tərtib edilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixdə daxil olmuş, ********** nömrə ilə qeydiyyata alınmış müraciəti olmuşdur. Bununla əlaqədar bildirirlər ki, Abşeron rayonu, X8 sovxozu ərazisində yerləşən xx.xx.2007-ci il tarixli, **********17 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X1 müvəqqəti istifadəsində olan 0.50 ha torpaq sahəsinin notarial qaydada X15 müvəqqəti istifadəyə verilmiş 0.07 ha hissəsinə bölgü sxeminin tərtib edilməsi ilə bağlı texniki baxış keçirilmiş və sözügedən torpaq sahəsi barədə məlumatlar idarənin elektron kädastr xəritəsi əsasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən torpaq sahəsi başqa şəxsin istifadəsində olan sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür., Bu səbəbdən sözügedən torpağ sahəsinin bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Əlavə məlumat üçün bildirirlər ki, Abşeron rayonu, X8 sovxozu ərazisində yerləşən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpağlar qrupuna aiddir. Belə ki, təqdim edilmiş sənədlərlə faktiki vəziyyət arasında uyğunluğun yoxlanılması üçün tərəflərindən keçirilən müayinə baxışı zamanı iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edildiyi müəyyən edilmişdir. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Əlavə olaraq qeyd etmək istəyirlər ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyqunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərman imzalanmışdır. Hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyqunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımı işlər aparılır. Odur ki, uçot işləri tam başa çatdıqdan sonra hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə faktiki istifadədə olan torpağın məkan göstəriciləri arasında uyğunsuzluqların aradan qaldırılacaqdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məcəllənin 13-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir; kənd təsərrüfatı torpaqlarında kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Məcəllənin 13-cü maddəsinin 3-cü bəndinə görə, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi onların müvafiq icra hakimiyyəti orqanının (“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 1999-cu il tarixli 176 saylı Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) qərarı ilə Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada bir kateqoriyadan digər kateqoriyaya keçirildikdən sonra mümkündür. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istofadə etməyə borcludurlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın almıbsatılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədd bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatımın dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdi qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə aiddir: cavabdeh orqanın iddiaçıya ünvanladığı 04 aprel 2022-ci il tarixli imtina məktubu; Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış; Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2104/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi; Sumqaylt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-77/2019 saylı qətnaməsi və digər sənədlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 04 aprel 2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kiçik Pereküşkül küçəsi, ev 24 paylı əmlak olmaqla 4/7 hissədə İddiaçı, 1/7 hissədə isə X7 məxsusdur. Qeyd edilənlər reyestr nömrəsi **********48-10301 olan daşınmaz əmlakın texniki pasportunda da öz əksini tapmışdır. İddiaçı əmlakın ona məxsus olan hissinə naturada bölgüsünə uyğun olaraq sənədlərin (çıxarış və texniki pasportun) tərtib edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan tərəfindən 04 aprel 2022-ci il tarixli məktub ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İş materiallarında olan Seriya MA ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan aydın olur ki, mübahisəli əmlakın 4/7 hissəsi İddiaçı məxsusdur. Eyni zamanda məhkəmə qeyd edir ki, Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2104/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin qət etdi hissəsində “Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Perekeşkül küçəsi 24-də yerləşən evdən İddiaçı payı məhkəmə tikinti ekspertizasının rəyinə əlavə edilmiş planda göstərilən qaydalar nəzərə alınmaqla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ti tərəfindən verilmiş MA ******* saylı çıxarışa və xx.xx.2012-ci ildə tərtib edilmiş 15965 saylı “Texniki pasport”a uyğun naturada ayrılsın” qeyd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayət vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-77/2019 saylı qətnaməsi ilə yuxarıda qeyd edilən qətnamə ləğv edilərək, “Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Kiçik Pereküşkül küçəsində yerləşən 24 saylı evin sahəsi 18.0 kv.m. 26.1 kv.m, 23.6 kv.m olan 4, 5 və 6 saylı tikililər 4/7 paya, sahəsi 19.2, kv.m olan 2 saylı, tikili 1/7 paya verilməklə, bölgü zamanı sahəsi 19.2 kv.m olan otaqdan sahələri 26.1 kv.m və 23.6 kv.m olan 4 və 5 saylı olan otaqlara açılan qapı bağlanmalı, sahəsi 23.6 kv.m olan 4 saylı otaqla sahəsi 26.1 kv.m olan tikili arasında qapı boşluğu yaradılması” qət edilmişdir. Daha sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-77/2019 saylı qətnaməsinin icra edilməsi üçün Sumqayıt İcra İdarəsində icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan aydın olur ki, yuxarıda qeyd edilən məhkəmə qətnaməsi tam şəkildə icra edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçının payına uyğun olaraq naturada bölünməsinə dair məhkəmə qətnaməsi icra edildiyi halda cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə görə “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən mübahisə predmeti olan fərdi yaşayış evinin iddiaçıya məxsus olan 4/7 hissəsinə dair naturada bölgüsünə uyğun çıxarış və texniki pasportun tərtib edilməsinə dair hərəkətsizliyin müşahidə edilməsi, sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinə əsasən: 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.26. ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması məqsədilə sərhədlərinin müəyyən edilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, yerquruluşu sənədlər qovluğunu hazırlamaq, elektron daşıyıcıda və (və ya) kağız üzərində xəritələşdirilməsini həyata keçirmək və təsdiq etmək; 3.2.14. kadastr və mərzçəkmə işlərinə fiziki və hüquqi şəxsləri cəlb etmək və s. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 23-cü maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (daşınmaz əmlakın texniki pasportunun) verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən evin naturadan bölgüsünə uyğun sənədləşmənin aparılmasının, çıxarışın və plan sxemin (daşınmaz əmlakın texniki pasportunun) verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva