Məhkəmə qərarları › İş №2-1(118)-309/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-309/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-309/2021 03.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X2 (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddiaçının 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajı kimi hesablanaraq ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi hesablanaraq ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin protokol qərarı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, o, xx.xx.1958-ci il təvəllüdlüdür, 2002-ci il tarixədək müxtəlif sahələrdə işləmişdir. O, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdeh DSMF-nin Sumqayıt şəhər şönəsinə müraciət etmişdir. Lakin onun 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajına daxil edilməmişdir. DSMF-nin Sumqayıt şəhər şöbəsi 01.06.2020-ci il tarixli, **********8 № li məktub ilə bildirilmişdir ki, həmin müəssisənin arxiv sənədlərinin olmamasına görə göstərilən dövrün yoxlanılması mümkün deyildir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması bardə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və bildirdi ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçının pensiya hüququ 11.03.2020-ci il tarixdə yaranmışdır. Onun 16.05.1977-ci ildə tərtib olunmuş əmək kitabçasında 02.04.1993 ilədək 17 il 26 gün sığorta stajının olduğu mübahisəsizdir. Lakin 02.04.1993-cü ildən 14.05.2002-ci ilədək olan stajı mübahisələdir. Belə ki, həmin dövrün qarşılıqlı yoxlanılması həyata keçirilməyə çalışılsa da, “Sumqayıt Üst Trikotaj Fabrikinin” arxiv sənədlərinin təhvil verilmədiyinə görə iddiaçının iş stajının yoxlanması mümkün olmamışdır. İddiaçının işlədiyini iddia etdiyi müəssisə barədə 26.10.2020-ci il tarixdə Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan sorğuya 13.11.2020-ci il tarixli cavabda “Sumqayıt Üst Trikotaj” fabrikinin 30.01.1996-cı ildə D-970 nömrə ilə qeydiyyatdan keçməsi bildirilmişdir. Göründüyü kimi qeyd edilən nüans iddiaçının 02.04.1993-cü ildə qeyd olunan müəssisədə işləməsi faktını şübhə altına alır. Bundan əlavə əmək kitabçasında iddiaçının işdən çıxması barədə aparılan qeyd də qüvvədə olmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsinə deyil, qüvvədən düşmüş Əmək Qanunları Məcəlləsinə istinad edilərək aparılmışdır. İddiaçı işdən çıxarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsi qüvvədə olmuş (01.07.1999-cu ildən) Azərbaycan SSRİ-nin 1971-ci il 10 dekabr tarixli qanunu isə qüvvədən düşmüş hesab edilmişdir. 14.05.2002-ci il tarixli qeyd də məhz qeyd olunan səbəbdən şübhəlidir. Beləliklə, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyildir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - AZE ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. - -AZ-T № 024849 saylı nikah haqqında şəhadətnamədən görünür ki, 06.04.1978-ci il tarixdə X1 Vəli Əbdüləli oğlu ilə rəsmi nikaha daxil olmuş və ərinin soyadını qəbul etmişdir. - -№ ******* saylı əmək kitabçasından görünür ki, Quliyeva (Səmədova) Nəzifə Cəmil qızı 02.02.1976-cı il tarixdən 11.02.1989-cu il tarixədək Sumqayıt Əyirmə Trikotaj İstehsalat Birliyində, 12.02.1989-cu il tarixdən 01.03.199-ci il tarixədək “Nadejda” kooperativində, 02.03.1991-ci il tarixdən 27.02.1993-cü il tarixədək Bakı Qalantereya, Dəri və Krikotaj məmulatları fabriki nəzdində “Qamma” kooperativində, 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək “Sumqayıt şəhəri Üst Trikotaj” Fabrikində işləmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli **********398800 saylı sorğuya cavabdan görünür ki, Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "Sumqayıt şəhəri Üst Trikotaj Fabriki" 30.01.1995-ci il tarixdə D-970 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyat alınmışdır. Azərbaycan Respublikası Əmlak Nazirliyinin 05.12.2000-ci il tarixli sərəncamına əsasən “Sumqayıt Trikotaj” Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilmişdir və Ədliyyə Nazirliyində 20.12.2000-ci il tarixdə D-3061 nömrəli şəhadətnamə ilə yenidən qeydiyyata alınmışdır. Cəmiyyət səhmdarlarının 23.09.2008-ci il tarixli 01/08 nömrəli protokoluna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) çevrilmişdir. “Sumqayıt şəhəri Üst Trikotaj Fabriki”nin “Sumqayıt İstehsalat Toxuculuq Fabrikinin” əsasında yaradılması haqqında Hüquqi şəxslərin dövlət reyestrində məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 28.04.2021-ci il tarixli **********54 saylı sorğuya cavabdan görünür ki, Sumqayıt Toxuculuq (əyirmə) Trikotaj İstehsalat Birliyinin nə vaxt yaradılması, qeydiyyata alınması, fəaliyyəti və hazırkı mülkiyyət formasına dair məlumatın təqdim edilməsi barədə müraciətə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Azərbaycan Respublikası Prezidentinin 12.05.2020- ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11 -ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. - 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli **********217900 saylı sorğuya cavabdan görünür ki, “Sumqayıt Toxuculuq Trikotaj” İstehsalat Birliyinin vergi ödəyicisi olub-olmaması barədə sorğuya baxılmış, Hüquqi şəxslərin dövlət reyestrində “Sumqayıt Toxuculuq Trikotaj” İstehsalat Birliyi adlı hüquqi şəxs aşkar edilməmişdir. -Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 16.09.2020-ci il tarixli **********5 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X11 Şəxs 1 saylı regional ərazi filialı iddiaçının 16.09.2020-ci il tarixli yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar ərizənizə əsasən bildirir ki, Azərbaycan Respublikasının Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmani ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilmiş dəyişikliyə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən tələb olunan 25 ıl sığorta stajına qarşı 17 il 00 ay 26 gün sığorta stajının olması səbəbindən iddiaçıya əmək pensiyası təyin edilməsi qanuna ziddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə qeyd edir ki, iddiaçının 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək Sumqayıt Üst Trikotaj Fabrikində işləməsi onun əmək kitabçası ilə təsdiq edilir. Müəsisənin arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib etmir. Bundan başqa iddiaçı izahatında bildirdi ki, Sumqayıt Üst Trikotaj Fabirki onun 1976- 1989-cu illərdə işlədiyi Sumqayıt Əyirmə Trikotaj İstehsalat Birliyidir, sadəcə müəssisənin adı dəyişmişdir. O, 1991-1993-cü illərdə Bakıda işləyib qayıtdıqda artıq müəssisənin adı dəyişmiş və Sumqayıt Üst Trikotaj Fabriki adlanmışdır. Məhkəmə cavabdehin əmək kitabçasında işdən azad edilmə barədə əmrdə Əmək Qanunları Məcəlləsinə istinad edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin səhv işəgötürənin səhvidir və bu hal iddiaçının işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsas olmamalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 26 ilə yaxın təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 02.04.1993-cü il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrlərin onun sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar