Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3092/2023 04.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 qarşı “Ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci ildən bərpa edilərək xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın ödənilməsi öhdəliyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 qarşı “Ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci ildən bərpa edilərək xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın ödənilməsi öhdəliyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddia tələbi onunla əsaslandırılmışdır ki, aztəminatlı ailə kimi onun ailəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu (VEMTAS) vasitəsilə xx.xx.2022-ci il tarixində ünvanlı sosial yardım təyin edilmişdir.Ailəsinə təyin olunmuş ünvanlı sosial yardımın məbləği 195,16 manat olmuşdur. O, xx.xx.2022-ci ildən 31 yanvar 2023-cü ilə qədər hər ay 195,16 manat olmaqla həmin müddətdə 1170,96 manat ünvanlı sosial yardım almış, X2 1 1.04.2023-cü ildə 3-17-112-K-77400/2023 saylı məktubla ona müraciət edərək təyin edilmiş ünvanlı sosial yardımın kəsildiyini bildirmişdir. Sözügedən həmin məktubda ünvanlı sosial yardımın dayandırılması səbəbi kimi tərəfindən ünvanlı sosial yardımın təyin edilməsi, təyin edilməsindən imtina edilməsi Qaydalarının 4.2-ci bəndinin tələblərinə əməl edilməməsi göstərilmişdir. Cavabdehin imtinası əsassız olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 195.16 (bir yüz doxsan beş manat on altı qəpik) ünvanlı dövlət sosial yardım təyin olunmuşdu. Bundan sonra Dövlət Sosial Müdafiə Fondunun X2 tərəfindən keçirilmiş yoxlama zamanı ailə tərkibində baş vermiş dəyişikliklər aşkar edildiyi üçün iddiaçıya təyin edilmiş ünvanlı sosial yardımın ödənişi xx.xx.2023-cü ildən dayandırılmışdır. Belə ki, aparılmış audit yoxlaması zamanı xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı 2022-ci ilin aprel ayından anası X3 və digər ailə üzvləri ilə birlikdə anasına məxsus evdə yaşadığını qeyd etmişdir.İddiaçı anası X1 “Ərizə-bəyannamə”də göstərmədiyini bildirmişdir. Sözügedən aktı İddiaçı və anası S.Kərimova imza ilə təsdiq etmişdir.Beləliklə, iddiaçı qanunvericilik normalarının tələblərini pozduğu ailə tərkibində baş vermiş dəyişiklik barədə inzibati orqana məlumat vermədiyi üçün ona təyin olunmuş ünvanlı sosial yardım xx.xx.2023-cü il tarixdə dayandırılmış və ödənilmiş 1170,96 manat vəsaitin geri ödənilməsi iddiaçının üzərinə qoyulmuşdur. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın çıxardığı qərar əsaslı və qanuna uyğun olmuşdur.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci ildən bərpa edilərək xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın ödənilməsi öhdəliyini məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2nı qoyaraq tələbini ona yönəltsə də, iddiaçı həmin orqana müvafiq ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci ildən bərpa edilərək xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın ödənilməsi tələbi ilə müraciəti olduğu müəyyən olunmur. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırkı iddia da İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci ildən bərpa edilərək xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın ödənilməsi öhdəliyidir ki, buna görə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsindən ibarətdir. Lakin hazırkı işdə iddiaçı tərəfindən müvafiq tələblə bağlı inzibati orqana müraciət edilməsinə görə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, məhkəmədə hansı inzibati orqandan ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci ildən bərpa edilərək xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın ödənilməsi ilə bağlı tələb edilərsə, eyni tələb ilkin olaraq rəsmi qaydada həmin inzibati orqandan tələb edilməlidir. Bu müraciətin nəticəsinə uyğun olaraq məhkəmədə iddia qaldırması istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X2 qarşı “Ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci ildən bərpa edilərək xx.xx.2023-cü ildən ünvanlı sosial yardımın ödənilməsi öhdəliyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3092/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3092/2023
04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver