Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3095/2022 28.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə dair qeydiyyat vəsiqəsi sənədinin dublikatının İddiaçı verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə dair qeydiyyat vəsiqəsi sənədinin dublikatının İddiaçı verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1-ci mikrorayon, Sülh küçəsi, Bina 1 Koperativ, mənzil 25 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Bununla bağlı Sumqayıt şəhəri X2 xx.xx.1988-ci i! tarixli qərarı mövcuddur. Həmin qərar əsasında iddiaçıya Qeydiyyat vəsiqəsi sənədi verilmişdir. Qeyd olunan sənəd qeyri-müəyyən şəraitdə itirilmişdir. İddiaçı sözügedən sənədin dublikatının alınması ilə bağlı xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq cavabdehin **********18 saylı xx.xx.2022-ci il tarixli yazılı məlumatı ilə Qeydiyyat vəsiqəsinin dublikatının verilməsindən imtina edilmşdir. İmtinaya əsas olaraq bildirilmişdir ki, ərazi idarəsinin xidməti istifadəsində olan arxiv məlumatlarında sözügüdən mənzilin qeydiyyata alınması barədə məlumat və arxiv qovluğu aşkar olunmamışdır. Halbuki, AR Dövlət Arxivinin Sumqayıt filialının iddiaçıya ünvanladığı məktubda Sumqayıt şəhəri X2 yuxarıda qeyd olunan qərarının arxivdə mövcud olduğu bildirilmişdir. Həmin qərarda ünvan göstərilmiş və layihədə yaşayış-tikinti kooperativ üzvlərinin siyahısının qeyd olunduğu bildirilmişdir. Lakin qərara kooperativin üzvlərinin siyahisi əlavə edilməmişdir. Nəticə olaraq, iddiaçıya məxsus qeydiyyat vəsiqəsi sənədi ilə bağlı qərar AR Dövlət Arxivinin Sumqayıt Filialında mövcuddur. Kooperativin üzlərinin siyahısının qərara əlavə edilməməsi isə iddiaçının qüsuru olmadığından heç bir halda onun hüquqlarını məhdudlaşdıra bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı qeyd edir ki, 1-ci mikrorayon, Sülh küçəsi, Bina 1 Koperativ, mənzil 25 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Bununla bağlı Sumqayıt şəhəri X2 xx.xx.1988-ci il tarixli qərarı mövcuddur. Həmin qərar əsasında iddiaçıya Qeydiyyat vəsiqəsi sənədi verilmişdir. Qeyd olunan sənəd qeyri-müəyyən şəraitdə itirilmişdir. O hazırda 1-ci mikrorayon, Sülh küçəsi, Bina 1 Kooperativ ünvanında yerləşən 25 saylı mənzilə dair qeydiyyat vəsiqəsi sənədinin dublikatının verilməsini istəyir. Cavabdeh inzibati orqan etirazında bildirir ki, ərazi idarəsinin xidməti istifadəsində olan arxiv məlumatlarında sözügedən mənzilin qeydiyyata alınması barədə məlumat və arxiv qovluğu aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Lakin iddiaçının qeydiyyat sənədini itirdiyini bildirir. Dövlət reystrində isə belə bir məlumat saxlanılmır. Məhkəmə hesab edir ki, sözügedən qeydiyyat vəsiqəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmədiyinə və eyni zamanda qeydiyyat vəsiqəsi ilə bağlı cavabdeh orqanda arxiv məlumatları olmadığına və həmin qeydiyyat vəsiqəsinin dublikatının verilməsi mümkün olmadığına görə hazırkı iddiada mümkün hesab edilə bilməz. Lakin iddiaçının dublikatını tələb etdiyi qeydiyyat vəsiqəsinin mövcudluğu ilə bağlı hüquqi faktın təsdiq edilməsi tələbi ilə ümumi məhkəmədə iddia qaldırmaq hüququ istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3095/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3095/2022
28.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver