Məhkəmə qərarları › İş №2-1(118)-3097/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3097/2025

04.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3097/2025 04.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizm funksiyalarının pozulmasına görə əlilliyin təyin edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 44 günlük Vətən Müharibəsi dövründə (xx.xx.2020-ci il tarixdə) və antiterror əməliyyatı vaxtı (xx.xx.2023-cü il tarixdə) yaralanmış və travma almışdır. (Diaqnoz: Odlu silah yaralanması (xx.xx.2020) postravmatik bel pleksopatiyası nəticəsində sol ətrafın funksiyasının mülayim dərəcədə pozulması. Odlu silah yaralanması (xx.xx.2020). Sol bud nahiyəsinin kor güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (güllə).Partlayış travması (xx.xx.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Keçirilmiş qapalı kəllə-beyin travması, ş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2023) ticəsində ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət) Mənə TPƏ, G 93.8, F 06.6, F 07.0.R 26, G 83.1 diaqnozları təyin edilərək əlillik ırəcəsini təyin olunmuş üçün Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən TSEKgöndəriş verilmişdir. Lakin mənə əlilliyin təyin olunmasında imtina edilmişdir. İmtina xx.xx.2024-cü tarixdə verilmişdir. İmtinanı özünü isə mən xx.xx.2024-cü il tarixdə DOST idmətində əldə etmişəm.İmtinanı əsassız və qanunsuz hesab edirəm. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, Abşeron rayon sakini xx.xx.1980ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 12130 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah yaralanması (xx.xx.2020) posttravmatik bel pleksopatiya nəticəsində sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması. Odlu silah yaralanması (xx.xx.2020). Sol bud nahiyəsinin kor güllə yaralanmasından sonrakı (xx.xx.2020) bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi (güllə). Partlayış travması (xx.xx.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamszılığı. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Partlayış travması (xx.xx.2023) nəticəsində ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki diz oynağının ilkin mərhələ osteoartozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 12518514 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 4745 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda keyimə, baş ağrıları, zəif eşitmə, qıcolmadan şikayətlənmişdir. İntihar fikirlərini heç nə ilə əsaslandıra bilməmişdir. Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən sakit, mimikası canlı izlənilmişdir. Ünsiyyətə sakit, təmkinli daxil olmuş, verilən suallara qısa məzmunlu, adekvat cavablar vermişdir. Klonazepam qəbul etdiyini bildirmişdir. Emosional labil, intellektual-mnestik funksiyaları sosial məişət şəraitinə, təhsilinə uyğun müəyyən edilmişdir. Diqqəti və yaddaşı pozulmamışdır. Nevroloji müayinə zamanı aşağı ətraf əzələləri simmetrik olmuş, hipotrofiya, atrofiya qeyd edilməmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol budun yuxarı 1/3-nin ön-bayır nahiyəsində ölçüsü 1 sm olan bərkimiş dəri çapığı izlənilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu. Aqravasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: “Respublika Klinik Xəstəxanası” phş-də İddiaçı adma icra edilmiş xx.xx.2024cü il tarixli onurğa sütunu bel və oma disk aralığı (üç disk aralığı) KT müayinəsində qeyd edilmişdir: Bel fəqərələrinin düz skanoqrammasında, fəqərə sütununda patologiya aşkar edilməmişdir. Bel fəqərələrində destruktiv dəyişikliklər aşkar olunmur. Fəqərələrin hündürlüyü normaldır. Fəqərəarası oynaqlarda patologiya aşkar olunmur. L1-L2, L2-L3, L3-L4 disklərdə KT olaraq protruziya və yaxud yırtıq aşkar olunmur. Bel lordozu minimal düzlənib. Onurğanın bel nahiyəsində osteodegenerativ dəyişikliklər izlənilir. L4-L5 diskdə dural kisəni sıxan, lateral foramen mənfəzini daraldan, geniş əsaslı arxa median protruziya aşkar edilir (3mm). L5-S1 diskdə dural kisəni sıxan arxa median protruziya aşkar edilir (2mm). Kiçik çanaqda presakral nahiyədə orta xətdən sağda 30 mm-ə çatan hiperdens yad cisim müşahidə olunur. “Respublika Klinik Xəstəxanası” phş-də İddiaçı adma icra edilmiş xx.xx.2024cü il tarixli beynin KT müayinəsində qeyd edilmişdir: hemorragik insult aşkar olunmur. Arxa kəllə çuxurunda beyincik yarımkürələrində və Varoli körpüsündə patologiya aşkar edilməmişdir. Mesensefalon strukturu və talamusda patologiya izlənməmişdir. Dördüncü, üçüncü və yan mədəciklər normal genişlikdə olub, orta xətdədir. Beyin parenximasında ocaqlı və həcmli proses aşkar olunmur. Solda bazal qanqliyada və putamendə mikrokalsinat izlənilir. Ağ və boz maddənin densitometrik göstəricisi dəyişilməmişdir. Beyin yarımkürələrində subaraxnoidal məsafələr, beyin sulkusları genişlənməmişdir Kəllə əsası və kəllə qapağı sümüklərdə sınıq və ya destruksiya aşkar edilməmişdir. Sol təpə sümüyünün xarici səthində 5 mm ölçüdə hiperdens ocaq-osteoma müşahidə olunur. Frontal, sfenoid, hər iki maksilyar sinusda, etmoid sinus hücrələrində selikli qişanın qahnlaşması müşahidə olunur (xroniki pansinusit). Hər iki təbil boşluğunda patologiya izlənilmir. Hər iki məməvari çıxıntı hücrələrin pnevmatizasiyası təbiidir. Daxili qulaq keçəcəkləri genişlənməmişdir. Hər iki göz alması, göz yuvası və görmə sinirində patologiya aşkar edilməmişdir. Retrobulbar patologiya yoxdur. “Abşeron rayon mərkəzi xəstəxanası” phş-dən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, C00201171JPJ nömrəli Forma 088 göndərişindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyi xx.xx.2020-ci il tarixdən başlamış, xəstəliyin gedişi xronikidir, orta ağırdır. Xəstəliyə görə son bir il ərzində ambulator müraciətləri olmuş və stasionar müalicələr almışdır. 20 noyabr 2023-cü il tarixli 12130 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz: odlu silah yaralanması posptravmatik bel pleksopatiyası nəticəsində sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması, odlu silah yaralanması, sol bud nahiyəsinin kor güllə yaralanmasından sonra bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi, partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər, partlayış travması nəticəsində ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət-hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır; hər iki diz oynağının ilkin mərhələ osteoartrozu-xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X6 Şəxsin xx.xx.2024-cü il tarixli 5047 saylı arayışından məlum olur ki, İddiaçı 06.05 2024-cü il tarixdə həkim psixiatr komissiyasından keçmiş, ona “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressıv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F07.0" diaqnozu təyin olunmuşdur. xx.xx.2024-cü il tarixli sonuncu müayinəyə dair məlumatdan görünür ki, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanması (xx.xx.2020). Posttravmatik bel pleksopatiyası, sol aşağı ətrafın parezi, yeriş hərəkət pozğunluğu. Partlayış travması (xx.xx.2023), keçirilmiş qapalı kəlləbeyin travması, baş- beyin silkələnməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya. İkitərəfli koxlear nevrit. İkinci dərəcəli neyrosensor ağıreşitmə. Üzvi mənşəli emosional labil pozuntu, yüngül koqnitiv pozuntu. Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6268/2024 saylı qərarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuşdur. Onun orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirmiəsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli, 12130 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu silah yaralanması (xx.xx.2020), posttravmatik bel pleksopatiya nəticəsində sol asağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması, odlu silah yaralanması (xx.xx.2020), sol bud nahiyəsinin kor güllə yaralanmasından sonrakı (xx.xx.2020), bərkimiş dəri çapıqları, yumsaq toxumaların yad cismi (güllə), partlayış travması (xx.xx.2023) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər, partlayış travması (xx.xx.2023) nəticəsində ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki diz oynağının ilkin mərhələ osteoartozu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanasf’nm phş xx.xx.2024-xx.xx.2024-cü il tarixli, 12518514 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” phş-in həkim-psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli, 4745 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda keyimə, başağrıları, zəif eşitmə, qıcolmadan şikayətlənmişdir. İntihar fikirlərini heç nə ilə əsaslandıra bilməmişdir. Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən sakit, mimikası canlı izlənilmişdir, ünsiyyətə sakit, təmkinli daxil olmuş, verilən suallara qısa məzmunlu, adekvat cavablar vermişdir. Klonazepam qəbul etdiyini bildirmişdir. Emosional labil, intellektual-mnestik funksiyaları sosial məişət şəraitinə, təhsilinə uyğun müəyyən edilmişdir. Diqqəti və yaddaşı pozulmamışdır. Nevroloji müayinə zamanı aşağı ətraf əzələləri simmetrik olmuş, hipotrofıya, atrofıya qeyd edilməmişdir. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sol budun yuxarı ‘/з-nin ön-bayır nahiyəsində ölçüsü 1 sm olan bərkimiş dəri çapığı izlənilmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, aqravasiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli T276/2025 saylı ekspert rəyi iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2649 saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar edilir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsini istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli T276/2025 saylı ekspert rəyindən görünür ki, 1,3. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün “Abşeron rayon mərkəzi xəstəxanası” phş-dən göndərilmiş xx.xx.2024-cü il tarixli, C00201171JPJ nömrəli Forma 088 göndərişində XBT 10 kodu üzrə qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması (xx.xx.2020), posttravmatik bel pleksopatiyası-sol aşağı ətrafın parezi, yeriş hərəkət pozğunluğu, partlayış travması (xx.xx.2023), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, ikitərəfli koxlear nevrit, ikinci dərəcəli neyrosensor ağır eşitmə, üzvi mənşəli emosional labil pozuntu, yüngül koqnitiv pozuntu (Y36.4, M79.5, T95.5, G54.1, L90.5, G83.1, G93.8, R52.1, M62.5, H90.3, M51.1, R26.2) diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı müəyyən edilsə də, DTSERA-da şəxsin xx.xx.2024-cü il tarixdə əyani müayinəsi zamanı sol aşağı ətrafda keyimə, başağrıları, zəif eşitmə, qıcolmadan şikayətlənmiş, bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən sakit, mimikası canlı izlənilmişdir, ünsiyyətə sakit, təmkinli daxil olmuş, verilən suallara qısa məzmunlu, adekvat cavablar vermiş, emosional labil, intellektual-mnestik funksiyaları sosial məişət şəraitinə, təhsilinə uyğun müəyyən edilmiş, diqqəti və yaddaşı pozulmamış, nevroloji müayinədə aşağı ətraf əzələləri simmetrik olmuş, hipotrofiya, atrofıya qeyd edilməmiş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, aqravasiya” kimi müəyyənləşdirilmiş, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2649 saylı rəyində qeyd edilmişdir ki, yoxlanılan şəxs İddiaçı hazırda “Üzvi (Travma Mənşəli) Şəxsiyyət Pozuntusu, Depressiv Daxilolmalar, X4 İlə” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘Respublika Psixiatriya Xəstəxanası" X7 "Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə F07.0" diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: iddiaçı xx.xx.1980-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla, İddiaçı aşağıdakı xəstəliklər aşkar olunurmu? F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi şəxsiyyət pozuntusu, epozodlar, korporativ funksiyaların enməsi ilə (aşağıda qeyd edilən uyğun mövcud ağırlaşmalara istinad edilməklə) 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar edilir. Beləliklə, işin hallarından görünür ki, İddiaçı hazırda hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması (xx.xx.2020), posttravmatik bel pleksopatiyası-sol aşağı ətrafın parezi, yeriş hərəkət pozğunluğu, partlayış travması (xx.xx.2023), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, ikitərəfli koxlear nevrit, ikinci dərəcəli neyrosensor ağır eşitmə, üzvi mənşəli emosional labil pozuntu, yüngül koqnitiv pozuntu (Y36.4, M79.5, T95.5, G54.1, L90.5, G83.1, G93.8, R52.1, M62.5, H90.3, M51.1, R26.2) və üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi ilə” (F07.0) aşkar edilir. 20 noyabr 2023-cü il tarixli 12130 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz: odlu silah yaralanması posptravmatik bel pleksopatiyası nəticəsində sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması, odlu silah yaralanması, sol bud nahiyəsinin kor güllə yaralanmasından sonra bərkimiş dəri çapıqları, yumşaq toxumaların yad cismi, partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı, keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər, partlayış travması nəticəsində ikitərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət-hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır; hər iki diz oynağının ilkin mərhələ osteoartrozu-xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının XBT 10 kodu M79.5, T90.5 6.1.4 bəndinə əsasən psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə, XBT 10 kodu G54.1 Bel-oma kələfinin zədələnməsi 6.10.1 bəndinə əsasən orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə bir il müddətinə, XBT 10 kodu G83.1 mülayim hemiparez (əzələ gücünün 3 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və (və ya) aşağı ətraflarda aktiv hərəkət amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, biləkdə 30-40 dərəcəyə, budçanaq üzrə 15-20 dərəcəyə, dizdə 16-20 dərəcəyə, aşıq-baldır üzrə 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda əşyaların tutulmasının çətinləşməsi ilə (baş barmağın distal falanqasının 4-cü barmağa qədər çatmaması, yumruq bükülməsinin məhdudlaşması, barmaqların ələ 1-2 sm məsafədə çatmaması); mülayim statodinamik pozuntular 6.5.1.2 bəndinə uyğun orqanizmin funksiyalarının 40-60 faiz pozulmasına görə iki il müddətinə, XBT 10 kodu F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu 7.6.2.1. bəndinə əsasən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) orqanizmin funksiyalarının 35-60 faiz pozulması 2 il müddətinə əlilliyin təyini üçün əsas müəyyən edilmişdir. Bu halda iddiaçıya “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlillik müəyyən edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin təyin olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə iddiaçıya müvafiq əlillik sonuncu imtina tarixindən təyin edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı imtina haqqında sonuncu qərarın qəbul edildiyi xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” orqanizm funksiyalarının 65-80 faiz pozulmasına görə iki il müddətinə əlilliyin müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar