Məhkəmə qərarları › İş №2-1(118)-3099/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3099/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3099/2023 16.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı ünvan 1 ünvanında olan və həyat yoldaşı X5 ilə ona məxsus olan torpaq sahəsinin qonşuluğunda yerləşən 0.10 ha torpaq sahəsinin 2013-cü ilə qədər kimin istifadəsində olması və həmin torpaq sahəsinin X1 2013-cü ildə kim tərəfindən satılmasına dair məlumatlarn verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında olan və həyat yoldaşı X5 ilə ona məxsus olan torpaq sahəsinin qonşuluğunda yerləşən 0.10 ha torpaq sahəsinin 2013-cü ilə qədər kimin istifadəsində olması və həmin torpaq sahəsinin X1 2013-cü ildə kim tərəfindən satılmasına dair məlumatlarn verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü ilin aprel ayında iddiaçı ərizə ilə cavabdeh bələdiyyəyə müraciət edərək ona və həyat yoldaşına məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən 0.10 ha torpaq sahəsinin 2013-cü ilə qədər kimin istifadəsində olması və kim tərəfindən N.Murtuzayevə satılması barədə məlumatın verilməsini xahiş etmişdir. Belə ki, iddiaçı ilə kənd sakimi kimi tanıdığı X4 arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25000 ABŞ dolları barədə kredit müqaviləsi bağlanmışdır. Lakin sonradan N.Murtuzayev boc götürdüyü pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən o, məhkəməyə və polisə müraciət etməli olmuşdur. Onun iddiası təmin olunmamışdır və buna əsas kimi N.Murtuzayevin izahatı olmuşdur. O, izahatında göstərmişdir ki, guya mənim istifadəmdə olan 0.10 ha torpaq sahəsinin bir hissəsini 2013-cü ildə 25000 ABŞ dollarına almışdır və torpağın sənədinin olmaması səbəbindən alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır və onların arasında kredit müqaviləsi bağlanmışdır. Halbuki, iddiaçı 2000-ci ilin oktyabr ayında Masazır kəndi A.Abbasov küçəsi 20 ünvanında yaşayır, həyat yoldaşı ilə bilrikdə istifadələrində 0.19 ha torpaq sahələri olmuşdur. Yəni onların istifadəsində artıq torpaq sahələri olmamışdır ki, N.Murtuzayevə torpaq satsınlar. Lakin cavabdeh onların haqlı müraciətlərini tələb etməmişdir və bu məlumaın təqdim edilməsi üçün yerquruluşu xəritəsindən çıxarış istəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-101/2020 saylı qətnaməsi ilə Abşeron rayon Masazır bələdiyyəsinin cavabdeh İddiaçı qarşı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin geri qaytarılması və qeyri-qanuni tikilmiş daş hasarın sökülməsi tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş, lakin cavabdeh ərəfindən icra edilməmişdir. Haızrda cavabdeh qətnamənin icrasınnı yubandırılması məqsədi ilə hazırki iddia ilə müraciət etmişdir. İstinad olunan məhkmə araşdırması zamanı İddiaçı izahatında özü torpaq sahəsinin bir hissəsinin Nazim Murtuzayevə satdığını etiraf etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-101/2020 saylı qətnaməsi ilə Abşeron rayon Masazır bələdiyyəsinin cavabdeh İddiaçı qarşı bələdiyyə mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin geri qaytarılması və qeyri-qanuni tikilmiş daş hasarın sökülməsi tələbinə dair iddiası təmin edilmişdir. Hazırda iddiaçı istifadəsində olan torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinin 2013-cü ilə qədər kimin istifadəsində olması və kim tərəfindən N.Murtuzayevə satılması barədə məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın mümkün sayılması üçün mübahisə predmeti təşkil edən torpaq sahəsi barədə məlumatların alınması üçün iddiaçının subyektiv hüququnun olması müəyyən olunmalıdır. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə, yəni subyektiv hüquqa malik olmasıdır. İnzibati mübahisənin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə real aktlar, yəni inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Bu mənada yalnız inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin subyektiv hüququnun pozulması ehtimalının mövcud olduğu hallarda məhkəmə qaydasında hüquqi müdafiə marağı mövcud olur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iş üzrə materiallarda ümumiyyətlə hansı torpaq sahəsindən söhbət getdiyi, iddiaçının həmin torpaq sahəsinə aidiyyəti və həmin məlumatların əldə edilməsini onun hüquq və qanuni mənafelərinin müdafisəi üçün gərəkli olması görünmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Masazır bələdiyyəsinə qarşı ünvan 1 ünvanında olan və həyat yoldaşı X5 ilə ona məxsus olan torpaq sahəsinin qonşuluğunda yerləşən 0.10 ha torpaq sahəsinin 2013-cü ilə qədər kimin istifadəsində olması və həmin torpaq sahəsinin X1 2013-cü ildə kim tərəfindən satılmasına dair məlumatlarn verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar