Məhkəmə qərarları › İş №2-1(118)-31/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-31/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-31/2025 17.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin kateroriyası qrafasında dəyişiklik edilməsi, yeni çıxarışın verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17n 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi, ünvan 2ində yerləşən İddiaçı mülkiyyətində olan 2,0 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilməklə, çıxarışda “Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)” qrafasının qarşısında “ehtiyat fondu torpaqları” göstərilməklə reyestrdən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17n 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək ünvan 2ində yerləşən İddiaçı mülkiyyətində olan 2,0 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilməklə, çıxarışda “Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)” qrafasının qarşısında “ehtiyat fondu torpaqları” göstərilməklə reyestrdən yeni çıxarışın verilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş, MA seriyalı, 10209730 nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, Siyəzən rayonu Zarat kəndi ərazisində yerləşən “ehtiyat fondu torpaqları kateqoriyası”na aid olan 2,0 ha torpaq sahəsi Siyəzən rayonu, Zarat Bələdiyyəsinin adına xüsusi mülkiyyət hüququ ilə, məqsədli istifadə növü sahibkarlıq olmaqla, daşınmaz əmlakın dövlət reyestrində İ 1 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində, ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına aınmışdır. (reyestrdən çıxarış və torpaq sahəsinin plan və ölçüsü əlavə edilir) Hazırkı iddia ərizəsinə əlavə edilən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqələrinin nəticələri barədə 19 iyul 2011-ci il tarixli iclasının 59 №-li protokolunun surətindən görünür ki, yuxarıda sözügedən çıxarışa əsasən Siyəzən rayonu Zarat Bələdiyyəsinin mülkiyyətində olmuş, “ehtiyat fondu torpaqları kateqoriyası”na aid olmaqla, yararsız olan, V-keyfiyyət qrupu, Zarat kəndi ərazisində yerləşən 2,0 ha torpaq sahəsi müsabiqə yolu ilə X8 ümumi dəyəri 4.500 (dörd min beş yüz) manata olmaqla satılmışdır, (protokolun surəti əlavə edilir) Hazırkı iddia ərizəsinə əlavə edilən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* nömrəli reyestrdən çıxarışdan görünür ki, yuxarıda göstərilən torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adma daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır, (reyestrdən çıxarışın və torpaq sahəsinin əlan və ölçüsü əlavə edilir). Sözügedən çıxarışda da 2,0 ha torpaq sahəsi ehtiyat fondu torpaqları kateqoriyasına aid torpaq kimi qeydə alınmışdır. Yuxarıda göstərilən 2,0 ha torpaq sahəsi E.S.Qardaşovun mülkiyyətində olduğu dövrdə onun tərəfindən sözügedən ehtiyyat fondu torpaqlarına aid olan 2 ha torpaq sahəsi üzərində kənd təsərrüfatı məhsullarının qəbulu və emalı müəssisəsinin tikintisinə icazə verilməsi üçün Siyəzən rayon İcra hakimiyyətinə müraciət edilmişdir. Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 27 aprel 2012-ci il tarixli, 51 №-li sərəncamı ilə həmin torpaq sahəsində tikintiyə icazə verilmişdir, (sərəncam əlavə edilir) Yuxarıda göstərilən sərəncama əsasən “ehtiyat fondu torpaqları kateqoriyası”na aid olan 2,0 ha torpaq sahəsi üzərindəki tikinti-inşaat işləri başa çatdıqdan sonra həmin torpaq sahəsinin üzərində inşa olunmuş 5262,7 kv.metr sahədən ibarət tikinti (əmlak kompleksi kimi müəssisə) X7 adma xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət qyediyyatına alınmış və bu barədə ona xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* №-li reyestrdən çıxarış və müvafiq texniki pasport verilmişdir, (reyestrdən çıxarış və texniki pasport əlavə edilir). Yuxarıda sözügedən əmlak kompleksi E.S.Qardaşovla oğlu İlqarın qanuni nümayəndəsi olaraq onunla və anası X13 arasında bağlanmış xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən 2,0 ha torpaq sahəsi ilə birlikdə azyaşlı İddiaçı bağışlanmışdır, (müqavilə əlavə edilir) Azyaşlı oğlu İddiaçı adına yuxanda göstərilən əmlak kompleksinə və 2,0 ha torpaq sahəsinə xx.xx.2018-ci il tarixində RX seriyalı, 924044 №-li reyestrdən çıxarış verilərkən həmin çıxarışda heç bir hüquqi əsas olmadan 2,0 ha torpaq sahəsinin kateqoriyası “ehtiyat fondu torpaqları” kateqoriyası olaraq deyil, “kənd təsərrüfatı təyinatlı torpaqlar” kateqoriyasına aid torpaqlar kimi göstərilmişdir. Nəzərə alınmalıdır ki, 5262,7 kv.metrdən ibarət olan tikintinin və ona aid torpaq mhəsinin kateqoriyasının Azərbaycan Respublikasınn Torpaq Məcəlləsinin 9-cu maddəsinin tələblərinə zidd olaraq “ehtiyat fondu torpaqlar kateqoriyası” kimi deyil, “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi göstərilməsi yetkinlik yaşına çatmayan İddiaçı həm Azərbaycan Respublikasının Konstitusiyasında, həm də digər aidiyyatı qanunvericilik aktlarında əsbit edilən və qorunan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, həmin torpaq sahəsində zəruri əlavə tikinti aparılmasına məhz torpaq sahəsinin kateqoriyasının “kənd təsərrüfatı torpaqlar” kateqoriyasına aid olması əsası ilə icazə verilməmişdir. (bu halı təsdiq edən sənəd əlavə edilir). Mülkiyyətdə olan torpaq sahəsinin üzərində zəruri əlavə tikintinin aparılmasına icazə verilməməsi sahibkarlıq və mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda qeyd olunduğu kimi, torpaq sahəsinin üzərində əvvəllər tikilmiş qeyri-yaşayış sahələri 2014-cü ildə qeydiyyata alınmışdır. Hazırda isə “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi göstərilməsi mülkiyyətdən istifadəni faktiki olaraq məhdudlaşdırmışdır. Reyestrdən çıxarışda texniki yanlışlığa yol verildiyini hesab edərək aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilmişdir. Bu baxımdan, tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirinə, eləcə də həmin Nazirliyin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq şikayətlə müraciət olunaraq İddiaçı adına verilmiş reyestrdən çıxarışda müvafiq düzəliş edilərək 2,0 ha torpaq sahəsinin kateqoriyasının “ehtiyat fondu torpaqları” kimi göstərilməklə, yeni reyestrdən çıxarışın verilməsi xahiş edilmişdir. Sözügedən şikayətinə baxılması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi tərəfindən ünvanıma göndərilən 02 mart 2022-ci il tarixli, **********48 saylı müraciətə baxılması barədə bildirişdə göstərilmişdir ki, şikayətin araşdırılması zamanı yuxarıda sözügedən torpaq sahəsinin baza məlumatlarında və arxiv sənədlərində “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunmasına görə ünvan 2ində yerləşən 2,0 ha torpaq sahəsinin təyinatı ilə bağlı müraciətimizin icrası təmin olunmur. Cavabdeh inzibati orqan imtinanın hüquqi əsası kimi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə istinad etmişdir. Sözügedən imtina məktubu 28 mart 2022-ci il tarixdə ünvanıma təqdim olunmuşdur. Cavab məktubundan (bildirişdən) görünür ki, cavabdeh inzibati orqan müraciətinin məzmununu da təhrif etmişdir. Belə ki, tərəfindən torpağın kateqoriyasının dəyişdirilməsi deyil, reyestrdən çıxarışda düzəliş aparılması xahiş olunduğu halda, cavabdeh orqan, “torpağın təyinatının dəyişdirilməsinin mümkün olmadığını” bildirmişdir. Nəzərə alınmalıdır ki, şikayəti 2,0 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə deyil, reyestrdən çıxarışda yol verilmiş səhvin aradan qaldırılması ilə bağlı olmuşdur. Cavabdeh təşkilat imtinanın əsası kimi 2,0 ha torpaq sahəsinin baza məlumatlarında və arxiv sənədlərində həmin torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd olunduğuna istinad etmişdir ki, qeyd olunan bu hal da hazırkı iddiaya əlavə etdiyi və iddia tələbinin əsası kimi əsaslandığı dəlillərlə əsassız olduğu müəyyən edilir. Belə ki, 2.0 ha torpaq sahəsinin ehtiyat fondu torpaqları kateqoriyasına aid olduğu hazırkı iddiaya əlavə edilən hüquq müəyyənedici sənədlərlə tam təsdiq olunur. Bununla, cavabdeh orqan müraciətinin həllindən faktiki imtina etmişdir, ona görə də hazırki iddia tələbilə məhkəmədə iddia qaldırmağına əsas yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 rayonu, Zarat kəndində yerləşən İddiaçı məxsus əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 2.0 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X17n 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi baza məlumatlarında və arxiv sənədlərində “kənd təsərrüfatı təyinatlı torpaqları”, kimi qeyd edilmişdir. Buna görə də, ünvan 2ində yerləşən 2.0 torpaq sahəsinin təyinatı ilə bağlı müraciətin icrası təmin oluna bilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Siyəzən rayon Zarat bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ərazisində yerləşən 2.0 ha torpaq sahəsi Zarat bələdiyyəsinin mülkiyyətində olmuşdur. Çıxarışda torpaq sahəsinin kateqoriyası ehtiyat fondu torpaqlarına aiddir. MA seriyalı, ******* saylı, reyestr nömrəsi **********91, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 2.0 ha torpaq sahəsi X4 mülkiyyətində olmuşdur. Çıxarışda torpaq sahəsinin kateqoriyası ehtiyat fondu torpaqlarına aiddir. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********91-12301, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 5262.7 kv/m olan əmlak kompleksi kimi müəssisə X4 mülkiyyətində olmuşdur. 20 sentyabr 2016-cı il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 5262.7 kv/m olan əmlak kompleksi kimi müəssisə və 2 ha olan torpaq sahəsi X10 tərəfindən İddiaçı bağışlanmışdır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 25 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2i ünvanda yerləşən 2.0 ha torpaq sahəsi Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05/1 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təfəfindən verilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü əsasında Siyəzən rayonu Zarat Bələdiyyəsinin adına qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Siyəzən rayon dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2011-ci il tarixli, 4Ə- 202 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 59 nömrəli hərracın yekun protokolu haqqında şəhadətnamə əsasında sözügedən torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Siyəzən rayon İcra Hakimiyyətinin xx.xx.2012-ci il tarixli, 51 nömrəli sərəncamı, Kənd Təsərrüfatı Nazirliyinin Lahiyə kontorunun tərtib etdiyi eskiz layihə, 2013-cü il tarixli tikintisi başa çatmış obyektin istismara qəəbul edilməsi haqqında Dövlət Qbəul Komissiyasının aktı, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasına əmlak kompleksi kimi müəssisə üzərində X4 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2014cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2016-cı il tarixli, 4Ə-3310 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin qeyd olunan daşınmaz əmlak hal-hazırda "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Bundan əlavə, idarənin istifadəsində olan kadastr məlumat bazasına əsasən yerquruluşu sxemində, Necasa əlavə olunmuş Azcad və TEKUİS-də torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı örüş torpaqları kimi qeyd olunub. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 31 oktyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 2i ünvanda yerləşən 2.0 ha torpaq sahəsi Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05/1 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü əsasında Siyəzən rayonu Zarat Bələdiyyəsinin adına qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Zarat Bələdiyyəsinin adına çıxarış və plan ölçü verilərkən torpaq sahəsinin təyinatı “Ehtiyat fondu torpaqları" kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 33-cü maddəsinin 1-ci bəndinə əsasən Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. X11 tərəfindən hərrac vasitəsilə sözügedən torpaq sahəsi X1, təqdim olunan sənədlər əsasında hüquqların dövlət qeydiyyatı aparılaraq X4 adına xx.xx.2011-ci il tarixli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və plan ölçü verilən zaman dövlət reyestrində buraxılmış texniki səhv nəticəsində torpaq sahəsinin təyinatı “Ehtiyat fondu torpaqları” kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 33-cü maddəsinin 4-cü bəndinə əsasən Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Buna görə də Sumqayıt “ASAN Xidmət" mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2016-cı il tarixli, 4Ə-3310 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınarkən hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlər aradan qaldırılaraq idarənin xidməti istifadəsində olan kadastr məlumat bazasındakı məlumatlara uyğun torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 25 avqust 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumat bazasında mövcud olan Siyəzən rayonu Zarat sovxozunun ərazisində aparılan torpaq islahatına dair yerquruluşu planında, Zarat bələdiyyəsinin hüdudlarında bələdiyyə müikiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu planında və digər aidiyəti xəritə materiallarında, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) məhkəmədə mübahisələndirilən sözügedən torpaq sahəsi örüş kimi qeyd olunmaqla, kənd təsərrüfatı təyinatlıdır. Bununla bağlı kadastr baza məlumatlarında hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Cavabdehin 21 noyabr 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyi iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X17 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 20 iyun 2025 -ci il tarixli, 3-21-3-60/2-1787/2025 saylı məktubunda qeyd edilmişdir ki, təqdim olunan koordinatlarda yerləşən torpaq sahəsi Siyəzən rayonu Zarat bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş sahəsinə aiddir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 23 iyun 2025-ci il tarixli məktubu ilə **********91-12301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qonşu torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin, **********63 reyestr nömrəli, ********** nömrəli, xx.xx.2011-ci il tarixli olan dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan bütün kök sənədlər məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ünvan 2ində yerləşən İddiaçı mülkiyyətində olan 2,0 ha torpaq sahəsinə dair reyestr məlumatlarının bərpa edilməklə, çıxarışda “Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı)” qrafasının qarşısında “ehtiyat fondu torpaqları” göstərilməklə reyestrdən yeni çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi baza məlumatlarında və arxiv sənədlərində “kənd təsərrüfatı təyinatlı torpaqları” kimi qeyd edilmişdir. Buna görə də, ünvan 2ində yerləşən 2.0 torpaq sahəsinin təyinatı ilə bağlı müraciətin icrası təmin oluna bilmir. Cavabdehin 31 oktyabr 2022-ci il tarixli məktubundan göründüyü kimi ünvan 2i ünvanda yerləşən 2.0 ha torpaq sahəsi Siyəzən rayonu Zarat Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli, 05/1 nömrəli torpaq sahəsinin ayrılması barədə qərarı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü əsasında Siyəzən rayonu Zarat Bələdiyyəsinin adına qeydiyyata alınaraq xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Zarat Bələdiyyəsinin adına çıxarış və plan ölçü verilərkən torpaq sahəsinin təyinatı “Ehtiyat fondu torpaqları" kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 33-cü maddəsinin 1-ci bəndinə əsasən Ehtiyat fondu torpaqları dövlət və bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. X11 tərəfindən hərrac vasitəsilə sözügedən torpaq sahəsi X1, təqdim olunan sənədlər əsasında hüquqların dövlət qeydiyyatı aparılaraq X4 adına xx.xx.2011-ci il tarixli. ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və plan ölçü verilən zaman dövlət reyestrində buraxılmış texniki səhv nəticəsində torpaq sahəsinin təyinatı “Ehtiyat fondu torpaqları” kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 33-cü maddəsinin 4-cü bəndinə əsasən Ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Buna görə də Sumqayıt “ASAN Xidmət" mərkəzində notariat ofisinin təsdiq etdiyi xx.xx.2016-cı il tarixli, 4Ə-3310 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən daşınmaz əmlak üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınarkən hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlər aradan qaldırılaraq idarənin xidməti istifadəsində olan kadastr məlumat bazasındakı məlumatlara uyğun torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Cavabdehin 21 noyabr 2023-cü il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi mülkiyyət sənədlərinə qismən uyğundur. Belə ki, sənəd üzrə olan torpaq sahəsinin koordinatları faktiki torpaq sahəsinin bir tərəfində 30.0 metr, digər tərəfində isə 17 metr uyğunsuzluq təşkil edir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi elektron kadastr məlumat bazasında mövcud olan Siyəzən rayonu Zarat sovxozunun ərazisində aparılan torpaq islahatına dair yerquruluşu planında, Zarat bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu planında və digər aidiyəti xəritə materiallarında, o cümlədən Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) örüş kimi qeyd olunmaqla, kənd təsərrüfatı təyinatlıdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və ya şəhər Torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçının) torpaq hərrac və ya müsabiqənin nəticələri barədə 19 iyul 2011-ci il tarixli iclas protokolu ilə Siyəzən rayon Zarat bələdiyyə mülkiyyətinə aid 20000 kv.m torpaq sahəsi X2 zaman Siyəzən rayon Zarat bələdiyyəsinin və vətəndaş X6 adına verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 16 iyun 2011-ci İl tarixli və 26 avqust 2011-ci il tarixli çıxarışlarda torpaq sahəsinin kateqoriyası “Ehtiyat fondunun torpaqları", məqsədli istifadə növü isə "sahibkarlıq" kimi qeyd edilmişdir. ünvan 4i ünvanında yerləşən 2.0 ha torpaq sahəsi 20 sentyabr 2016-cı il tarixli bağışlanma müqaviləsi ilə Qardaşaov hqar Vüqar oğluna bağışlandıqdan sonra 11 noyabr 2016-cı il tarixli çıxarışda “Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) qrafasının qarşısında “kənd təsərrüfatı təyinatlı torpaqlar” qeyd edilmişdir. Həmçinin, məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X17 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 20 iyun 2025 ci il tarixli, 3-21-3-60/2-1787/2025 saylı məktubunda qeyd edilmişdir ki, təqdim olunan koordinatlarda yerləşən torpaq sahəsi Siyəzən rayonu Zarat bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən bələdiyyə mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı örüş sahəsinə aiddir. Bundan əlavə, məhkəmə sorğusuna cavab olaraq cavabdehin 23 iyun 2025-ci il tarixli məktubu ilə **********91-12301 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ətrafında yerləşən, üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış qonşu torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və onların verilməsinə əsas olmuş sənədlərin, **********63 reyestr nömrəli, ********** nömrəli, xx.xx.2011-ci il tarixli olan dövlət reyestrindən çıxarışın verilməsinə əsas olan bütün kök sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən torpaqlara dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlarda torpaq sahələrinin kateqoriyası (məqsədli təyinatı) kənd təsərrüfatı təyinatlı torpaqlar, o cümlədən (örüş otlaq) kimi qeyd edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması müəyyən edilmişdir. Qeyd edilənlər cavabdeh inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Hazırki işdə də ilk növbədə iddiaçı özünnün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar