Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-310/2022 13.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X14 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair X4 adına 13 may 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 №li reyestr kitabının 68 №li vərəqində aparılmış qeydiyyatın əsassız və etibarsız hesab edilməsi, ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ torpaq sahəsini bağ torpaq sahəsi istifadəsində olan X2 27.08.2004-cü ildə iki dəfəyə 2900 ABŞ dolları ödəməklə almışdır. Aralarındakı razılaşmaya əsasən pulun verilməsi barədə qəbz yazılaraq, pulun alınması və verilməsi barədə sənəd imzalanmışdır. Həmin vaxtdan da bağ torpaq sahəsi və sənədləri istifadələrinə verilmişdir. Eyni vaxtda X5 və bağ sahəsinin icarə müqaviləsi üzrə istifadəçiləri X12, X15, X16 bağ torpaq sahəsini satmağa və özəlləşdirməyə icazələrini vermişlər. İddiaçı artıq 2004-cü ildən bu torpaq sahəsində müvafiq eskiz layihə əsasında fərdi yaşayış evi tikib yaşayır. Belə məlum olur ki, X5 iddiaçının etibarından sui-istifadə edərək onu aldatmışdır və həmin vaxtlar məzənnəsi ilə 2900 ( iki min doqquz yüz) manat pulunu ələ keçirmişdir. Ancaq, sonradan X1 ondan götürərək bağ sahəsinin planı və ölçüsündə saxtakarlıq edərək həmin bağ sahəsini saxta plan və ölçü əsasında öz adına 13 may 2010-cu il tarixdə daşınmaz sahəsini saxta plan və ölçü əsasında öz adına 13 may 2010-cıı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 № li reyestr kitabının 68 № vərəqində qeydiyyata almaqla adına xüsusi mülkiyyət hüququ ilə çıxarış almışdır. Həmin plan və ölçünün saxtalaşdırılmasında bir neçə nəfər iştirak etmişdir. Bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsi plan və ölçünü saxtalaşdırmış şəxslər barəsində ekspertiza rəyi əsasında Xüsusi Qərardad qəbul etmiş və cinayət işi qaldırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2015-ci il tarixli rəyindən müəyyən edilir ki, 2338 saylı bağ sahəsinin planının sol tərəfindən olan “77,0” rəqəmini, "S=700>,rəqəminin olan hissədə soldan sağa və aşağı sağ hissəsində olan sağdan sola olan kəsə xətlərinin üstündən ağardıcı maddə çəkməklə, indiki vəziyyətə dəyişdirilmişdirlər. 2338 saylı bağ sahəsinin planının sol tərəfində olan “30.4” və "46.6" rəqəmlərini əlavə etməklə indiki vəziyyətə dəyişdirilmişdirlər. Azərbäycah Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizam Mərkəzinin 28 mart” 2016-cı il tarixli rəyi ilə Sumqayıt şəhəri. Corat qəsəbəsində yerləşən MA seriyalı. ******* saylı çıxarışla xüsusi mülkiyyət hüququ əsasında X4 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmış, İddiaçı2 İrsat oğlu və İddiaçı1 Qəiəmşah qızının istifadəsində olan 18 sotdan ibarət 2338 saylı bağ torpaq sahəsinin dəqiq sərhədləri müəyyən edilərək İddiaçı2 İrsat oğlu və İddiaçı1 istifadələrində 0 1689 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda təsdiq edilmiş 21.01.2015- ci il tarixli ərizədən müəyyən edilir ki, G.Əliyeva. M.İbrahimxəlilova və A.Quliyev həqiqətən İddiaçı2 İrsat oğlunun ailə üzvləri ilə birlikdə 2004- cü ilin iyun ayından bu günə qədər Sumqayıt şəhəri Corat bağlarında yerləşən 2338 saylı bağ evində yaşadıqlarını öz imzaları ilə təsdiq edirlər. Sumqayıt şəhər Məhkəməsinin 12.02.2015-ci il tarixli qərarlarının surətindən müəyyən edilir ki, inzibati xəta törətmiş X6 və X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə olunmuşlar. İddiaçı artıq , 2004-cü ildən bu torpaq sahəsində müvafiq eskiz layihə əsasında fərdi yaşayış evi tikib yaşayır. Belə məlum olur ki, X5 iddiaçının etibarından sui-istifadə edərək iddiaçını aldatmışdır və həmin vaxtlar məzənnəsi ilə 2 900( iki min doqquz yüz) manat pulunu ələ keçirmişdir. Mülki işlərə bir neçə instansiyada baxılmış və sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsi 08.06.2020-ci il tarixli qərarı ilə mülki işin inzibati qaydada həll olunması barədə iddiaçı tərəfə tövsiyyə etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Məhkəmə kollegiyası izahı belə olmuşdur ki, hazırkı iddianın (dəqiqləşdirilmiş iddianın) mahiyyəti torpaq sahəsinin cavabdehin adına ilkin qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın qanunsuzluqundan ibarətdir. Belə ki, iddiaçı həmin qeydin saxta sənədlər əsasında aparıldığını, yəni hüquqların dövlət qeydiyyatını —aparan orqanın Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 9.1-ci maddəsində - göstərilən vəzifələrini icra etməməsini (o cümlədən daxil edilmiş sənədlərdə göstərilən məlumatın saxlanılan məlumata uyğunluğunun yoxlanılmasını, dövlət reyestrində ziddiyyətləri aşkar etməməsini) iddia edir. Reyestrdəkı qeydiyyat isə inzibatı orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, reyestrdəkı qeydiyyat inzibatı akt əsasında aparıldığından və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana carşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibatı aktı mübahısələndırməlidir. Lakın iddiaçı reyestrdəkı qeydiyyatın etibarsızlığı ilə bağlı hazırkı iddianı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparan orqana qarşı inzibati məhkəmə icraatı qaydasında deyil, əmlak üzərində hüquqları qeydə alınmış fiziki şəxsə qarşı mülki mühakimə icraatı qaydasında irəli sürmüş, məhkəmələr isə iddiaya mahiyyəti üzrə baxaraq, yuxarıda qeyd olunan məhkəmə aktlarını qəbul etmişlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında (həmin Qərara 20 fevral 2020- ci il tarixdə edilmiş dəyişiklik nəzərə alınmaqla) məhkəmələrə izah olunmuşdur ki, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə. MPMın 261.0. 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim ış üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261,0.8-cı maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xilam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən kassasıya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-ın 261.0.1-cı maddəsinə əsasən iş üzrə icraata xitam verməli, iddiaçıya daşınmaz əmlakın dövlət, reyestrində olan qeydin qanunsuz olması ilə bağlı həmin reyestri aparan dövlət orqanına müraciət etmək, sonuncunun qəbul edəcəyi qərardan narazı olduğu halda isə aidiyyəti uzrə inzibati məhkəməyə iddia vermək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 07.09.2018-ci il tarixli 2(060)-6886/2018 saylı qətnaməsi ilə (hakim- N.Abıyev) İddiaçı2 İrsat oğlunun cavabdeh X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla X4 adına 13.05.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində Sumqayıt şəhəri, Corat bağları ərazisi 2338 nömrəli 0.18 ha torpaq sahəsinə dair aparılmış qeydiyyatın etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli 2(105)-2688/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim- L.Məmmədova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07.09.2018-ci il tarixli 2(060)-6886/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.06.2020-ci il tarixli 2(102)-2014/2020 saylı qərarı ilə (sədrlik edən və məruzəçi hakim- E.Şamayev) cavabdeh X6 və vəkili X19 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2019-cu il tarixli 2(105)-2688/2019 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı2 İrsat oğlunun cavabdeh X6 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməsi, daşınmaz əmlakın dövlət reeystrində olan qeydin qanunsuz olması ilə bağlı həmin reyestri aparan dövlət orqanına müraciət etmək, sonuncunun qəbul edəcəyi qərardan narazı olduğu halda isə aidiyyəti üzrə inzibati məhkəməyə iddia vermək hüququnun olduğunun iddiaçıya izah olunması qərara alınmışdır. İddiaçı2 İrsat oğlu tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2338 saylı, sahəsi 0.18 ha olan torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə 24.11.2020-ci il tarixində müraciət edilmiş və **********16 saylı, 14.12.2020-ci tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən imtina verilmişdir. Ərizə və ona əlavə edilmiş sənədlər araşdırıldıqda müəyyən edilmişdir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri ərizəyə əlavə olunmamışdır. İddiaçı2 İrsat oğlu tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən 2338 saylı, sahəsi 0.18 ha olan mübahisəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas hesab edilən hər hansı hüquqmüəyyənedici sənəd (sənədlər) əlavə edilməmişdir. Digər İddiaçı1 tərəfindən isə ümumiyyətlə İdarəyə müraciəti daxil olmamışdır. Daşınmaz əmlak üzərində hüquqların yaranmasına əsas olan hüquq müəyyənedici sənədlərin siyahısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 439 saylı Fərmanında göstərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın İddiaçı1 hissəsində iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini, İddiaçı2 İrsat oğlu hissədə isə təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X13 iştirak etmiş, etirazı müdafiə etmişdir. Üçüncü şəxsin məhkəməyə təqdim etdiyi etirazda qeyd edilir ki, o, iddia tələbini qəbul etmir, iddianı əsassız hesab edərək bildirir ki, iddiaçılar hazırki iddia tələbini qaldırmağa subyektiv hüququ olmayan tərəflərdir, belə ki, iddiaçının adına verilmiş hüquqmüəyyənedici sənədin ləğvi ilə bağlı mübahisədə tərəf kimi cavabdeh və ya o çıxış edir, qarşı tərəfin həmin sənədin ləğv edilməsi ilə bağlı iddia qaldırması absurddur, çünki yalnız əqd üzrə tərəflər bağlanmış olan əqdin ləğvini mübahisələndirə bilərlər. Digər tərəfdən qarşı tərəf 13 may 2010-cu ildə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilələk ləğv olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Əvvəla «ləğv etmə» ilə «etibarsız hesab etmə» tamamilə müxtəlif anlayışlardır və bunlar müxtəlif münasibətlərə ayrı-ayrılıqda tətbiq olunur, müxtəlif hüquqi nəticələr yaradır. Bundan başqa iddiaçı iddia tələbində həmin vəzifənin cavabdeh tərəfindən hansı əsaslara görə icra edilməli olmasını əsaslandıra bilməmişdir. Cavabdeh iddiaçının iddia tələbində qoyduğu və mübahisələndirdiyi aktın etibarsızlığını sübuta yetirən məhkəmə qərarı olmadığı üçün həmin qeydin ləğv olunmasının mümkünsüzlüyü barədə məktub təqdim etmişdir. Belə hesab edir ki, iddiaçının bu iddia tələbi onun mülkiyyət hüquqlarına müdaxilədir, çünki artıq 11 ildir ki, qeyd edilən çıxarışı almış və həmin çıxarışın ləğvi üçün əsas ola bilməz və iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları üçüncü şəxsə məxsusdur və dövlət də onun mülkiyyət hüquqlarına təminat verməlidir. Bundan başqa iddiaçı məhkəmədə üçüncü şəxsə və qeyrilərinə qarşı iddia qaldırmaqla ümumi sahəsi 0,18 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmiş, Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2015-ci il tarixli qətnaməsi ilə cavabdehlərin iddia tələbi təmin edilməmiş, AR Sumqayıt Apellyasiya Məhkəməsi MK-mn 04.07.2016-cı il tarixli qətnaməsi ilə də qarşı tərəfin iddiası rədd olunmuş və həmin qətnamə AR Ali Məhkəməsinin MK-nın qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin buna baxmayaraq iddiaçı yenə də iddialarından əl çəkməyərək üçüncü şəxsin mülkiyyət hüquqlarına əsassız müdaxiləni davam etdirir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlakı ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşma və ya başqaları birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Mülkiyyət hüququ əsas insan hüquqlarından biridir. Digər konstitusiya hüquqları ilə yanaşı mülkiyyət hüququnu gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi). İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasma 1 saylı əlavə Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət və mülkiyyət hüququna münasibət beynəlxalq hüquq normalarına uyğun olaraq Konstitusiyanın 13 və 29-cu maddələrində ifadə olunmuşdur.Bu maddələrdə mülkiyyətin toxunulmazlığı, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunması, mülkiyyət hüququnun qanunla qorunması, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olması və s. müddəalar təsbit olunmuşdur. Konstitusiya müddəalarında həmçinin vurğulanır ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Konstitusiya hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərtilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlann məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında üçüncü şəxs X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçı ünvan 1 ünvanında yerləşən 0.18 ha bağ torpaq sahəsinə dair X4 adına 13 may 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 №li reyestr kitabının 68 №li vərəqində aparılmış qeydiyyatın əsassız və etibarsız hesab edilməsi, ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını istəyir. İddiaçı qeyd edir ki, X4 adına 13 may 2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 21 №li reyestr kitabının 68 №li vərəqində aparılmış qeydiyyat əsassızdır, saxtadır. Lakin iddiaçı belə bir tələb irəli sürməsinə özünün subyektiv hüququnun mövcudluğunu təsdiq edən hərhansı sübut məhkəməyə təqdim etməmişdir. İddiaçılar ərizələrində qeyd edir lər ki, ünvan 1 ünvanında yerləşən bağ torpaq sahəsini bağ torpaq sahəsi istifadəsində olan X3 27.08.2004-cü ildə iki dəfəyə 2900 ABŞ dolları ödəməklə almışdır. Aralarındakı razılaşmaya əsasən pulun verilməsi barədə qəbz yazılaraq, pulun alınması və verilməsi barədə sənəd imzalanmışdır. Həmin vaxtdan da bağ torpaq sahəsi və sənədləri istifadələrinə verilmişdir. Eyni vaxtda X7 və bağ sahəsinin icarə müqaviləsi üzrə istifadəçiləri X12, X15, X16 bağ torpaq sahəsini satmağa və özəlləşdirməyə icazələrini vermişlər. İddiaçı artıq 2004-cü ildən bu torpaq sahəsində müvafiq eskiz layihə əsasında fərdi yaşayış evi tikib yaşayır. Belə məlum olur ki, X7 iddiaçının etibarından sui-istifadə edərək onu aldatmışdır və həmin vaxtlar məzənnəsi ilə 2900 ( iki min doqquz yüz) manat pulunu ələ keçirmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar torpaq sahəsində fərdi yaşayış evi tikib yaşamaları hazırkı iddianı qaldırmaqda sübyektiv hüuqunun olması kimi qiymətləndərilə bilməz. Hazırkı iş üzrə cavabdeh X7 yox inzibati orqandır. İddiaçılar ilə X7 arasında olan mülki hüquq münasibətləri isə inzibati məhkəmə icraatının araşdırmasına yox mülki məhkəmə icraatının araşdırmasına daxildir. İşdən görsənir ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda sübyektiv hüququnun yaranması əsası iddiaçılar ilə üçüncü şəxslər arasında olan mülki hüquq münasibətlərindən müydana gələ bilər. Lakin bu hüququn yaranması ilə bağlı konkret müəyyənedici sənəd isə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar hazırkı iddianı qaldırmaqda subyektiv hüquqlarının olması ilə bağlı hər hansı bir sübut təqdim edə bilmədikləri üçün iddia mümkün hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-310/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-310/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver