Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3104/2022 26.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil Əfrayıl oğlunun (Bakı şəhər 12 saylı Vəkil bürosunun vəkili, Bakı şəhəri, Nəsimi rayonu, Dağıstan küçəsi, ev 36, mənzil 37-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddiaçının adına Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha torpaq sahələrində, İqrığ kəndi ərazisində yerləşən 250 kv m və 400 kv m torpaq sahəsində və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 hektar torpaq sahələrində Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihələrdə göstərilən qeyri-yaşayış sahələrinin üzərində mülkiyyət hüququnun, Quba rayonu Alekseyevka bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu İqrığ kəndi ərazisində ayrılmış 400 kv m və 250 kv m torpaq sahəsi, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu, Paşaoba kəndi ərazisində ayrılmış 0,04 ha və 0,05 ha torpaq sahəsi və Quba rayonu Qəçreş Bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Qımılqazma kəndi ərazisində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının adına Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha torpaq sahələrində, İqrığ kəndi ərazisində yerləşən 250 kv m və 400 kv m torpaq sahəsində və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 hektar torpaq sahələrində Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihələrdə göstərilən qeyriyaşayış sahələrinin üzərində hüquqların dövlət qeydiyyatına alınması, Quba rayonu Alekseyevka bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu İqrığ kəndi ərazisində ayrılmış 400 kv m və 250 kv m torpaq sahəsi, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu, Paşaoba kəndi ərazisində ayrılmış 0,05 ha və 0,06 ha torpaq sahəsi və Quba rayonu Qəçreş Bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Qımılqazma kəndi ərazisində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adına Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0.04 və 0.05 ha torpaq sahələrində, İqrığ kəndi ərazisində yerləşən 250 kv m və 400 kv m torpaq sahəsində və Qımılqazma kəndi ərazisində yerləşən 0.06 hektar torpaq sahələrində Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihələrdə göstərilən qeyri-yaşayış sahələrinin üzərində mülkiyyət hüququnun, Quba rayonu Alekseyevka bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu İqrığ kəndi ərazisində ayrılmış 400 kv m və 250 kv m torpaq sahəsi, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə xx.xx.2018-ci ildə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu, Paşaoba kəndi ərazisində ayrılmış 0,04 ha və 0,05 ha torpaq sahəsi və Quba rayonu Qəçreş Bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Qımılqazma kəndi ərazisində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması və müvafiq çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Alekseevka bələdiyyəsi ilə bağlanmış 11,06.2018-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələrə əsasən, Quba rayonu İqrığ kəndi ərazisində 400 kv m və 250 kv m torpaq sahələri, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqavilələrə əsasən Quba rayonu Paşaoba kəndi ərazisində 0,04 ha və 0.05 ha torpaq sahələri, Quba rayonu Qəçrəş bələdiyyəsi ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Quba rayonu Qımılqazma kəndi ərazisində 0,06 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə iddiaçıya verilmişdir. Quba rayonu icra Hakimiyyətinin 28 dekabr 2018-ci il tarixli 225 saylı sərəncamına əsasən yuxanda adı çəkilən ərazilərdə qeyriyaşayış sahələrinin tikintisinə icazə verilmiş və layihə təsdiq edilmişdir. Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihəyə əsasən qeyri-yaşayış sahələrinin tikintisi həyata keçirilmişdir.Yuxarıdakı sənədlər əsasında təsdiq edilmiş layihə üzrə əmlakların qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edilmiş, lakin xx.xx.2022-ci il tarixdə əmlakların müvafiq dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bundan başqa cavabdeh iddiaçı ilə Quba rayonu Alekseevka bələdiyyəsi arasında bağlanmış xx.xx.2018-ci il tarixli, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə bağlanmış xx.xx.2018-ci il tarixli və Quba rayonu Qəçrəş bələdiyyəsi ilə bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqavilələri üzrə də onun icarə hüquqlarının qeydə alınmasından içtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil Əfrayıl oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Cavadeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahələrinə və qeyri-yaşayış binalarına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır.Belə ki, ərizənizdə qeyd olunan qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər və qeyri-yaşayış binalarına dair tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməmişdir. İş materiallarında olan : - Quba rayon İcra Hakmiyyəti başçısının xx.xx.2018-ci il tarixli 225 nömrəli sərəncamından görünür ki, İddiaçı Quba rayonu, Paşaoba kəndində yerləşən 0,04 ha və 0.05 ha torpaq sahələrində, İqriq kəndi ərazisində yerləşən 250 kv m və 400 kv m torpaq sahəsində və Qımılqazma kəndi ərazisində 0,06 hektar torpaq sahəsində qeyriyaşayış sahələrinin tikintisinə icazə verilmişdir. - **********53 reyestr nömrəli çıxarışdan görünür ki, Quba rayonu Mirzəmmədkənd kəndində yerləşən 1,0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - xx.xx.2018-ci il tarixli Quba rayon Alekseyevka bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarə müqavilələrindən görünür ki, həmin müqavilənin predmetini Quba rayonu İqrığ kəndi ərazisində 400 kv m və 250 kv m torpaq sahələrinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi təşkil edir. -xx.xx.2018-ci il tarixli Quba rayon Paşaoba bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarə müqavilələrindən görünür ki, həmin müqavilənin predmetini Quba rayonu, Paşaoba kəndi ərazisində 0,04 ha və 0.05 ha torpaq sahələrinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi təşkil edir. -xx.xx.2018-ci il tarixli Quba rayon Qəçreş bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış torpaq icarə müqaviləsindən görünür ki, həmin müqavilənin predmetini Quba rayonu, Qəşreş kəndi ərazisində 0,06 ha torpaq sahəsinin sahibkarlıq məqsədi ilə icarəyə verilməsi təşkil edir. - "xxxx" MMC tərəfindən 2018-ci ildə tərtib edilmiş iaşə obyektinin layihəsindən görünür ki, həmin layihə Quba rayonu Paşaoba kəndidə yerləşən İddiaçı məxsus olan iaşə obyektlərinin layihələndirilməsi barəsindədir və Quba rayon İHBA Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiqlənmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Həmin Qanunun 9.8-ci maddəsinə 2 oktyabr 2008-ci il tarixli 698-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0, 8.0.1-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Həmin Qanunun 10.2.1-ci madddəsində vurğulanır ki, hüquqların dövlət qeydyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil. Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahələri üzərində inşa etdiyi qeyri-yaşayış sahələrini yerli icra hakimiyyəti orqanının sərəncamına əsasən inşa etmişdir. Həmin tikili hazır olduqdan sonra istismara qəbul edilməsinə dair akt olmasa da, eskiz layihə Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz əmlakln dövlət reyestri haqqnda” Azırbaycan Respublikası Qanununun 15-ci maddəsində təsbid edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının müvafiq olaraq mülkiyyət və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adına Quba rayonu Paşaoba kəndi ərazisində yerləşən 0,04 və 0,05 hektar torpaq sahələrində, İqrığ kəndi ərazisində yerləşən 250 kv m və 400 kv m torpaq sahəsində və Qımılqazma kəndi ərazisində yerləşən 0,06 hektar torpaq sahələrində Quba rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihələrdə göstərilən qeyri yaşayış sahələrinin üzərində mülkiyyət hüquqlarının, Quba rayonu Alekseevka bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi ilə Quba rayonu İqrığ kəndi ərasizində ayrılmış 400 kv m və 250 kv m torpaq sahəsi, Quba rayonu Vəlvələ bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Paşaoba kəndi ərasizində ayrılmış 0,04 ha və 0,05 ha torpaq sahəsi və Quba rayonu Qəçrəş bələdiyyəsi ilə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsi ilə Quba rayonu Qımılqazma kəndi ərasizində ayrılmış 0,06 ha torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışların verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3104/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3104/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver