Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3106/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Şahin oğlunun ona məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanda yerləşən 38B saylı evin 31 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanda yerləşən 38B saylı evin 31 nömrəli mənzil onun mülkiyyətindədir. Onun oğlu Qocayev Şahin Məzahir oğlu 19 iyun 2012-ci ildə X4 ilə rəsmi dövlət qeydiyyatından keçməklə ailə qurub. Birgə nikahlarından 16 sentyabr 2012-ci il təvəllüdlü X6 və 17 may 2015-ci il təvəllüdlü İddiaçı Şahin oğlu anadan olub. İradə Qocayevə 2012-ci ildə azyaşlı uşaqları ilə birlikdə ona məxsus olan mənzilə pasport qeydiyyatına alınıb. Sumqayıt Şəhər Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə Qocayev Şahin Məzahir oğlu ilə X4 arasında oaln nikah pozulub, birgə nikahdan olan uşaqlar İradə Qocayevanın himayəsinə verilib. İradə Qocayevə hazırda onun evimdə yaşamır, öz valideynlərinə məxsus olan mənzildə - Bakı şəhəri, Nərimanov rayonu, Çermet qəsəbəsi, X13 küçəsi ev 4 ünvanında yaşayır. İradə Qocayevə onun evə pasport qeydiyyatına alınsa da, onun həmin mənzilə istifadə hüququ yoxdur, belə ki, onun istifadə hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyata alınmayıb. Dəfələrlə İİİ şəxsdən mənzildən pasport qeydiyyatından çıxarılması xahiş edilsə də, o, müxtəlif bəhanələr gətirərək mənzildən qeydiyyatdan çıxmayıb. Sumqayıt şəhər Polis idarəsinə müraciət edərək İİİ şəxsin ünvan 3 ünvanından pasport qeydiyyatından çıxarılmasını xahiş edib. Lakin cavabdeh həmin şəxsin mənzildən qeydiyyatdan çıxarmaqdan imtina edib.Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Şahin oğlunun ona məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanda yerləşən 38B saylı evin 31 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə 3-cu şəxslərə məhkəmə bildirişi göndərilmiş, lakin üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmədə iştirak edən 3-cü şəxsin atası qohumuq münasibətini müəyyən edən sənədini, o cümlədən nümayəndəlik üçün etibarnamənin əslini təqdim etmədiyinə görə məhkəmədə müşahidəçi qismində iştirak etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-34824Q-3222 nömrəli, 08 avqust 2022-ci il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş **********18-05101-093056 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti, MKS rətəfindən verilmiş arayış, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2598/2020 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanda yerləşən 38B saylı evin 31 nömrəli mənzilin mülkiyyətçisidir. X5, onun azyaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Şahin oğlu qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadırlar, İradə Qocayeva iddiaçının keçmiş gəlinidir və faktiki olaraq başqa ünvanda yaşayır. İddia tələbi üzrə 3-cü şəxs İradə Qocayeva ilə iddiaçının oğlu arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2598/2020 nömrəli, 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və iddiaçının keçmiş gəlini övladları ilə birlikdə faktiki olaraq başqa ünvanda yaşayırlar. Nəzərə alınmalıdır ki, İradə Qocayevanın sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil İddiaçı övladı olan Qocayev Şahin Məzahir oğlunun mülkiyyətində olduğu tədqirdə 3-cü şəxs olan İradə Qocayevanın həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. Lakin, İradə Qocayeva pasport qeydiyyatına düşdüyü mənzil qayınatasının mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, İradə Qocayevanın və azyaşlı övladlarının mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Hazırkı iddia tələbi üzrə 14 yaşına çatmayan övladların anasının daimi yaşayış yeri mübahisə predmeti olan mənzil olmadığı tədqirdə onların da mənzildən pasport qeydiyyatından çıxarılması təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 3-cü şəxslər - X5, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Şahin oğlu Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanda yerləşən 38B saylı evin 31 nömrəli mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2, xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Şahin oğlunun İddiaçı məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanda yerləşən 38B saylı evin 31 nömrəli mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3106/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3106/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver