Məhkəmə qərarları › İş №2-1(118)-311/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-311/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-311/2021 16.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsinin hüquq məsləhətçisi, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izah etdi ki, Abşeron rayon Saray bələdiyyəsinin 13 iyul 2007-ci il tarixli 13 saylı qərarı ilə Abşeron rayon Saray bələdiyyəsi ərazisində 0,06 ha torpaq sahəsi İddiaçı satılmışdır. Torpağa görə 48 saylı qəbzlə 800 manat pul ödənilmişdir. Torpaq sahəsinin satılmasını “Torpaqların alqı-satqısına dair" 11.07.2007-ci il tarixli akt təsdiq edir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 20.09.2007-ci il tarixli 278 saylı rəyi ilə iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsində fərdi evin tikilməsinə görə hüquqmüəyyənediei sənədlərin verilməsinə etiraz edilmədiyi bildirilmiş və daha sonra torpaq sahəsinin plan və ölçüsü təsdiq edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə 09.06.2020-ci ildə müraciət etmişdir. Cavabdeh özünün 14.07.2020-cu il tarixli ********** saylı məktubu ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdehin X4 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı Saray bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsi 13 iyul 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqısatqı aktı və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 20 sentyabr 2007ci il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin isə ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Beləliklə, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa İddiaçı Saray Bələdiyyəsi tərəfindən 0.06 ha torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün ayrılmasına baxmayaraq, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. İş materiallarında olan : - Abşeron rayon Saray bələdiyyəsinin 13.07.2007-ci il tarixli 13 saylı qərarından çıxarışdan görünür ki, vətəndaş İddiaçı bələdiyyə torpaqlarının baş planına əsasən fərdi ev tikmək üçün 0.06 hektar torpaq sahəsinin satılması qərara alınmışıdr. - DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi barədə tərtib edilmişdir. - Abşeron rayon Saray bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi barədədir. - Torpaqların alqı-satqısına dair tərtib edilmiş və DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən 20.09.2007-ci il tarixdə qeydə alınmış aktdan görünür ki, həmin alqı-satqı aktı Abşeron rayon Saray bələdiyyəsi tərəfindən İddiaçı 0.06 ha torpaq sahəsinin satılması barədədir. - Abşeron rayon DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2007-ci il tarixli rəydən görünür ki, Abşeron rayon Saray bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinə aid 0.06 ha torpaq sahəsi üzərində X2 hüququ qeydə alınmışdır. - Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 14.07.2020-ci il tarixli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı Saray Bələdiyyəsi tərəfindən İddiaçı 0.06 ha torpaq sahəsinin 13 iyul 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alq-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 20 sentyabr 2007-ci il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir.Bundan başqa, müayinə baxışı keçirilərkən, torpaq sahəsinin təyinatına və hüquqi rejminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmət tərəfindən verilmiş mtəxəssis rəyindən görünür ki, təqdim olunmuş iş materiallarında İddiaçı Abşeron rayonu, Saray bələdiyyəsinin 13.07.2007-ci il tarixli, 13 nömrəli qərarı əsasən DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən, 24 oktyabr 2007 ci il tarixli, A 020919 nömrəli 0,06 ha torpaq sahəsinə kadastr planı verilmişdir. Həmin verilmiş 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə faktiki istifadəsində olan torpaq sahəsi naturada üst-üstə düşür.Elektron məlumat bazasınada olan Abşeron rayonu Saray bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən iş araşdırılarkən məlum oldu ki, İddiaçı Abşeron rayonu, Saray bələdiyyəsinin 13.07.2007-ci il tarixli, 13 nömrəli qərarı əsasən DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən 24 oktyabr 2007-ci il tarixli, A 020919 nömrə ilə verilmiş 0,06 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda (örüş sahəsində) yerləşir. - “B+Ş” Audit Konsaltinq MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu Saray bələdiyyəsinin 13.07.2007-ci il tarixli 13 saylı qərarı ilə İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin ətrafında olan məskunlaşmadan və yaşayış məntəqələrindən məlum olur ki, həmin torpaq (İddiaçı satılmış 0.06 ha ) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi deyildir. Sözügedən torpaq sahəsi X2 mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sənədlərində olan koordinatlar GPS aparatı vasitəsi ilə təyin olunduqdan sonra müəyyən olundu ki, İddiaçı satılmış 0.06 ha torpaq sahəsi X2 torpaq sahəsi ilə bitişik sahədir . ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması və torpağın dəyərinin əvəlcədən ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, rayon, şəhər icra hakimiyytəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı mütəxəssis rəyi ilə mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması öz təsdiqini tapmışdır. “B+Ş” Audit Konsaltinq MMC tərəfindən verilmiş mütəxəssis rəyi isə yalnız torpaq sahəsinin ətrafında aparılmış məskunlaşmaya əsaslanmışdır . Bununla yanaşı məhkəmə iddiaçının qohumu X2 torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə bitişik olduğunu və yaşayış məntəqələrinin torpaqlarına aid olduğu barədə dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil bitişik torpaq sahələrinin ayrı-ayrı təyinatlı olması mümkündür və bu hal iddianın təmin edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 3-cü bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar