Məhkəmə qərarları › İş №2-1(118)-311/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-311/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-311/2023 16.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X2rşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması və ona 3-cü qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 3-cü qrup əlilliyin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Ələkbər oğlu xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döylət Xidmətinin Xaçmaz rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və həmin tarixdən xx.xx.2010- cı il tarixədək Azərbaycan Respublikası N saylı Hərbi Hissəsində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə başalayan vətən müharibəsi zamanı xx.xx.2020ci il tarixdə könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixindən Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşdə mərmi partlaması nəticəsində "Barotravma nəticəsində, soltərəfli kəskin koxlear nevrit. Somatogen mənşəli astenonevrotik təzahürlər” diaqnozu ilə stasionar müalicədə olmuşdur. xx.xx.2020-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Azərbaycan Respublikası Prezidenti X13 sərəncamına əsasən "Vətən Müharibəsi” zamanı döyüş tapşırığını layiqincə yerinə yetirilməsində fəal iştirak etdiyinə görə təltif olunmuşdur. Aldığı xəsarətlərlə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə ona əlillik verilməsindən imtina etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhglinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının bu qərarı tamamilə qanunsuz və əsassızdır. Ona aldığı xəsarətlərlə bağlı təyin olunmuş diaqnoz əsasında 3-cü qrup əlillik təyin olunmalıdır. Belə ki, ona Azərbaycan Respublikası Səhiyyə Nazilrliyi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışda göstərilən F07.2, F06.5, F44.5 və S06.0 XBT-10 kodları üzrə "postkontuzion sindrom, baş beyin silkələnməsi nəticəsində dissosiativ konversion pozuntu. Funksional tutmalar anamnezində (ayda 3-4 dəfə). Eşitniənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi. Sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Lokal parodontit. Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. Ml, OD, görmə itiliyi 1.0 olmaqla, quru göz. V egetativ sinir sisteminin somatoform disfiınksiyası, kardio nevroz” diaqnozu təyin olunmuş şəxslərin əksəriyyətinə 3-cü qrup əlillik təyin olunmuşdur. Qeyd edir ki, göstərilən xəstəliklər xronikidir. Müharibə bitəndən bu günə kimi onun sol qulağı tamamilə eşitmir. Ayda 3-4 defə getdiyi yerdə yıxılır huşunu itirir. Müharibədən sonra astiqmatizm yaranmışdır. Diaqnozda da göründüyü kimi ürək ağrılarından əziyyət çəkir, nəfəs yolları daralır. Yaddaş pozuntusunu yaşayır, yuxusuzluqdan əziyyət çəkir. Həkimlərin tövsiyəsinə görə beyin əməliyyatı olmalıdır ki, qulaqları təzədən eşitsin. Nə onun, nə də ki ailəsinin hal hazırda imkanı yoxdur. Anası ağır 2 qrup xərçəng xəstəsidir, kirayə evdə qalır. Özü də işə yararlı deyil. Canını könüllü olaraq Vətən uğrunda qoymuşdur, səhhətini qurban vermişdir. Lakin heç kimsə onlara yardım etmir, halını görürlər və heç bir tədbir görmürlər. Dəfələrlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etirazını bildirmişdirlər, axırıncı ümidi ədalət mühakiməsinədir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş , iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu.funksional tutmalarla anamnezində (ayda 3- 4dəfə) Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit.soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi sağ qulaqda 6(altı) metr məsafədən eşitməsi ilə Lokal parodontit Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi İ.Oolmaqla, quru göz Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardıo nevroz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə elektron sənəd formasında daxil edilmiş) Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial i Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən məhkjəməyə təqdim edilmiş yazılı izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yaşayan 1990-ci il təvəllüdlü İddiaçı Ələsgər oğlu 2-ci Qarabağ müharibəsi qazisidir. O 44 günlük müharibə zamanı xx.xx.2020-ci il tarixinində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Hərbi hosbitalda “barotravma nəticəsində qapalı kəllə beyin travması, hər iki qulağında koxlear nevrit” diaqnozu ilə müayinə və müalicə olmuşdur. xx.xx.2022-ci il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində psixart kabinetində dispanser qeydiyyatdadir. xx.xx.2022-ci il tarixdə “Üzvi mənşəli (barotravma) üzvi mənşəli dissosiativ pozuntu, tez-tez baş verən fuksianal tutmalarla, özünə xasarət cəhdləri" diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanası №88 forma yazılaraq Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunmuşdur. Diaqnoz: “F07.2 , F06.5 üzvi mənşəli dissosiativ pozuntu , tez-tez baş verən fuksional tutmalarla.” İddiaçı xx.xx.2022-ci il tarixdə professor F.İsmayılov tərəfində müayinə olunmuş və həmin diaqnoz bir daha təsdiqlənmişdir. Məhərrəmov Əqfan bu diaqnozla bir neçə dəfə 1 saylı Rayon Psixiatrik Xəstəxanasında stasionar müalicədə olmuşdur. Hal-hazırda vəziyyəti ağırdır, hər ay poliklinikadan verilən güzəştli psixotrop dərman preparatlarından - “depakin krono 500, klonezepam, aminazin” qəbul edir. Son aylarda vəziyyəti pisləşmiş, dəfələrlə özünə qəst etməyə cəhd etmişdir. xx.xx.2022-ci il tarixdə X10 toksikologiya şöbəsində dərman zəhərlənmə diaqnozu ilə müalicə almışdır. Hal-hazırda qıcolma tutmalarının sayı çoxalmışdır. EEQ müayinəsi zamanı Bazal-diensefal strukturda dəyişikliklər qeyd olunur, hər iki beyin yarım kürəsində ləng dalğalar qeyd olunur. İddiaçı daimi müalicə və ciddi nəzarətə ehtiyacı var. 25 oktyabr 2022-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Abşeron rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X7 izahatında bildirmişdir ki, İddiaçı Ələkbər oğlu 2021-ci ilin dekabr ayında Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin psixatriya kabinetində qeydiyyatdadır. Bir neçə dəfə müalicədə olub, F.İsmayılov tərəfindən müayinə olunub. "Üzvi mənşəli (barotravma) üzvi mənşəli dissosiativ pozuntu, tez-tez baş verən fuksianal tutmalarla, özünə xasarət cəhdləri" diaqnozu ilə Ekspert Komissiyasına təqdim edilmiş, diaqnoz əlillik üçün qənaətbəxş hesab olunmuşdur. TSEK-ə göndəriş olub. Ən az ayda bir dəfə psixatriya kabinetində olur. Onda yaxşılaşma yox, ağırlaşma vardır. 1 ay əvvəl özünə ciddi xəsarətlər yetirmişdir. Davranış pozuntuları var. Psixatr kimi tez tez əlaqə saxlayır. Bu diaqnoz əlilliyi təyin edən diaqnozlardan biridir. 01 iyul 2022-ci il tarixindən əlilliyiin təyin edilməsi yeni meyarlar əsasında həyata keçirilir. Orada da iddiaçının real xəstəlik vəziyyəti əlilliyin təyin edilməsinə əsas verir. Üçüncü şəxsin nümayəndəsi hazırlıq iclasında iştirak etsə də şifahi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər həmdə əsaslıdır. Belə ki, iddiaçı ona 3-cü qrup əlilliyin təyin edilməsini istəyir. O qeyd edir ki, xx.xx.2008-ci il tarixində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döylət Xidmətinin Xaçmaz rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və həmin tarixdən xx.xx.2010- cı il tarixədək Azərbaycan Respublikası N saylı Hərbi Hissəsində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə başalayan vətən müharibəsi zamanı xx.xx.2020-ci il tarixdə könüllü olaraq döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixindən Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu uğrunda gedən döyüşdə mərmi partlaması nəticəsində "Barotravma nəticəsində, soltərəfli kəskin koxlear nevrit. Somatogen mənşəli astenonevrotik təzahürlər” diaqnozu ilə stasionar müalicədə olmuşdur. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhglinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının bu qərarı tamamilə qanunsuz və əsassızdır. Ona aldığı xəsarətlərlə bağlı təyin olunmuş diaqnoz əsasında 3-cü qrup əlillik təyin olunmalıdır. Belə ki, ona Azərbaycan Respublikası Səhiyyə Nazilrliyi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışda göstərilən F07.2, F06.5, F44.5 və S06.0 XBT-10 kodları üzrə "postkontuzion sindrom, baş beyin silkələnməsi nəticəsində dissosiativ konversion pozuntu. Funksional tutmalar anamnezində (ayda 3-4 dəfə). Eşitniənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqinin sol qulaqda eşitməməsi. Sağ qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Lokal parodontit. Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. Ml, OD, görmə itiliyi 1.0 olmaqla, quru göz. V egetativ sinir sisteminin somatoform disfiınksiyası, kardio nevroz” diaqnozu təyin olunmuş şəxslərin əksəriyyətinə 3-cü qrup əlillik təyin olunmuşdur. Cavabdeh isə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinə Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu.funksional tutmalarla anamnezində (ayda 3-4dəfə) Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit.soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi sağ qulaqda 6(altı) metr məsafədən eşitməsi ilə Lokal parodontit Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi. M1.0D, görmə itiliyi İ.0 olmaqla, quru göz Vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardıo nevroz; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Cavabdeh inzibati orqan “Diaqnoz əlillik əlaməti təyin etmir” qeyd etsədə bununla bağlı hər hansı əsaslandırma qeyd etməmişdir. Məhkəmənin 2-1(118)-2114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İddiaçı real xəstəlik vəziyyəti ilə əlaqədar hansı diaqnoz müəyyən edilməlidir? -İddiaçı real xəstəlik vəziyyəti ona əlilliyin təyin edilməsi üçün əsas verirmi? Verirsə, hansı dərəcədə əlillik təyini əsası mövcuddur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin T 43/2023 saylı ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, 1990-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Postkontuzion sindrom, barotravma nəticəsində dissosiativ konversion pozuntu, funksional tutmalarla anamnezində (ayda 3-4 dəfə). Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, barotravma (xx.xx.2020) soltərəfli xroniki koxlear nevrit, soltərəfli davamlı neyrosensor ağıreşitmə pıçıltı nitqinin sol qulaqda eşitməməsi, sağ qulaqda 6(altı) metr məsafədən eşitməsi ilə Lokal parodontit. Astiqmatizm, sağ gözün sadə miopik astiqmatizmi, Ml, 0D görmə itiliyi 1,0 olmaqla, quru göz vegetativ sinir sisteminin somatoform disfunksiyası, kardionevroz” diaqnozda olan xəstəliklərdən əziyyət çəksə də şəxs TSEK-də hərbi həkim ekspert komissiyası tərəfindən müayinə olunmaqla onun hazırkı vəziyyəti və əlillik dərəcəsi dəyərləndirilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsalı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Abşeron rayon mərkəzi Xəstəxanası yazılı izahatında bildirmişdir: “ünvan 1 ünvanında yaşayan 1990-ci il təvəllüdlü İddiaçı Ələsgər oğlu 2-ci Qarabağ müharibəsi qazisidir. O 44 günlük müharibə zamanı xx.xx.2020-ci il tarixinində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır. Hərbi hosbitalda “barotravma nəticəsində qapalı kəllə beyin travması, hər iki qulağında koxlear nevrit” diaqnozu ilə müayinə və müalicə olmuşdur. xx.xx.2022-ci il tarixdən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində psixart kabinetində dispanser qeydiyyatdardir. xx.xx.2022-ci il tarixdə “Üzvi mənşəli (barotravma) üzvi mənşəli dissosiativ pozuntu, tez-tez baş verən fuksianal tutmalarla, özünə xasarət cəhdləri" diaqnozu ilə Abşeron Rayon Mərkəzi Xəstəxanası №88 forma yazılaraq Tibbi Sosial Ekspert Komissiyasına təqdim olunmuşdur. Diaqnoz: “F07.2 , F06.5 üzvi mənşəli dissosiativ pozuntu , tez-tez baş verən fuksional tutmalarla.” İddiaçı xx.xx.2022-ci il tarixdə professor F.İsmayılov tərəfində müayinə olunmuş və həmin diaqnoz bir daha təsdiqlənmişdir. İddiaçı bu diaqnozla bir neçə dəfə 1 saylı Rayon Psixiatrik Xəstəxanasında stasionar müalicədə olmuşdur. Hal-hazırda vəziyyəti ağırdır, hər ay poliklinikadan verilən güzəştli psixotrop dərman preparatlarından - “depakin krono 500, klonezepam, aminazin” qəbul edir. Son aylarda vəziyyəti pisləşmiş, dəfələrlə özünə qəst etməyə cəhd etmişdir. xx.xx.2022-ci il tarixdə X10 toksikologiya şöbəsində dərman zəhərlənmə diaqnozu ilə müalicə almışdır. Hal-hazırda qıcolma tutmalarının sayı çoxalmışdır. EEQ müayinəsi zamanı Bazal-diensefal strukturda dəyişikliklər qeyd olunur, hər iki beyin yarım kürəsində ləng dalğalar qeyd olunur. İddiaçı daimi müalicə və ciddi nəzarətə ehtiyacı var.” Bundan əlavə məhkəmə iclasında iştirak etmiş Abşeron rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X7 izahatında bildirmişdir ki, İddiaçı Ələkbər oğlu 2021-ci ilin dekarbr ayında Abşeron rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin psixatriya kabinetində qeydiyyatdadır. Bir neçə dəfə müalicədə olub, F.İsmayılov tərəfindən müayinə olunub. "Üzvi mənşəli (barotravma) üzvi mənşəli dissosiativ pozuntu, tez-tez baş verən fuksianal tutmalarla, özünə xasarət cəhdləri" diaqnozu ilə Ekspert Komissiyasına təqdim edilmiş, diaqnoz əlillik üçün qənaətbəxş hesab olunmuşdur. TSEK-ə göndəriş olub. Ən az ayda bir dəfə psixatriya kabinetində olur. Onda yaxşılaşma yox, ağırlaşma vardır. 1 ay əvvəl özünə ciddi xəsarətlər yetirmişdir. Davranış pozuntuları var. Psixatr kimi tez tez əlaqə saxlayır. Bu diaqnoz əlilliyi təyin edən diaqnozlardan biridir. 01 iyul 2022-ci il tarixindən əlilliyiin təyin edilməsi yeni meyarlar əsasında həyata keçirilir. Orada da iddiaçının real xəstəlik vəziyyəti əlilliyin təyin edilməsinə əsas verir. Məhkəməyə təqdim edilən ekspert rəyindədə qeyd edilmişdir ki, TSEK-də hərbi həkim ekspert komissiyası tərəfindən müayinə olunmaqla onun hazırkı vəziyyəti və əlillik dərəcəsi dəyərləndirilə bilər. Lakin cavabdeh inzibati orqan iddiaçının vəziyyətində olan ağırlaşmaları nəzərə almadan, əlavə araşdırmalar aparmadan iddiaçının hüquqlarını pozmuşdur. İddiaçının ona qoyulan xəstəlikdən əziyyət çəkməsi, xəstəlik vəziyyətinin getdikcə ağırlaşması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan “İnzibati İcraat haqqında” Qanunun tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinə maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh inzibati orqan iddiaçının xəstəliyindəki ağırlaşmaları araşdırmayaraq onun hüquqlarını pozmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52 maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə hesab edir ki, iddiaçı inzibati orqana müraciəti zamanı qüvvədə olan normalara uyğun olaraq əlilliyin ən yüngül dərəcəsini təyin edilməsini istədiyinə görə, onun tələbi olduğu kimi təmin edilməli, məhkəmə qərarı icra olunarkən qüvvədə olan əlillik meyarları nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun və İddiaçı 3-cü qrup əlilliyin təyin edilməsi (məhkəmə qərarı icra olunarkən qüvvədə olan əlillik meyarları nəzərə alınsın) öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar