Məhkəmə qərarları › İş №2-1(118)-312/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-312/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-312/2021 18.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.1992-ci il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 896(160-164 saylı hərbi hissələrdə) saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.1992-ci il tarixdən xx xxx 1994-cü il tarixində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan 896(160-164 saylı hərbi hissələrdə) saylı hərbi hissələrdə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulmasına” dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı SHXÇDX-nin Zəngilan rayon şöbəsi tərəfindən xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətə çağırılmışdır. Halhazırda Zəngilan rayon hərbi komissarlığında hərbi qeydiyyatdadır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan döyüşən ordunun tərkibində N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. N saylı hərbi hissə komandirinin 11.12 1992-ci il tarixli 9№-li əmrilə ona, kiçik çavuş rütbəsi verilmişdir. N saylı hərbi hissənin xx.xx.N-cü il tarixli siyahılarına əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olaraq, bütün növ təminatlarla təmin olunmuşdur. xx xxxx N- cü il tarixdən xx xxx 1994-cü il tarixə qədər (yəni Atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1992-ci ildə hərbi xidmətə təkrar çağırılaraq, N saylı hərbi hissənin şəxsi heyətinə daxil edilməklə bütün növ təminatlarla təmin olunmuşdur. Zəngilan döyüşlərindən Qaradiz döyüşlərinə qədər 1992-ci ildən 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin arayışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, xidmət etdiyi dövr barədə Arxiv arayışında dəqiq məlumat olmadığına görə Müharibə Veteranı adı və vəsiqəsini ala bilmir. Döyüşlərdə iştirak etməsi barədə hərbi hissə komandirinin təsdiq edib, lakin buna baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsi bunun əksini bildirir. İşin faktiki halları ilə təsdiq olunur ki, X2 Arxivindən iddaçıya göndərilən Arxiv Arayışında onun hərbi xidməti barəsində Arxiv məlumatının olmaması iddiaçının təqsiri ucbatında olmamışdır. Əgər xidmətdə olduğu hərbi hissənin həmin vaxtı əhatə edən əmrlər Arxivə göndərməyibsə onun təqsiri nədir? Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu qərargah yanıb? Dəhşətlisi də odur ki, Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilmirik. Bəs bunları kim araşdırmalıdır? Halbu ki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyətlə bağlı verilən əmrlərin müəyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Ona görə də Arxiv İdarəsi tərəfindən hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən iddiaçıya arayışın verilməsindən imtina qanunsuzdur. Çünki, Arxiv İdarəsi həmin hərbi hissədən əmrləri tələb etməklə müvafiq hərbi qulluqçuların xidmətini bərpa etməlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, iddiaçının timsalında hüququnun kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi iddiaçının hüququnu pozur. Ona görə də Arxiv İdarəsini məhkəməyə vermək məcburiyyətində qalmışdır. Çünki, yuxarıda göstərdiyi kimi, qanunla onun hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təmin etməlidir. Zərurət yaransa onun xidmətləri barəsində hərbi hissədən əmrləri tələb etməlidir. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması üçün məsuliyyət daşımalıdır. Ona görə də Müdafiə Nazirliyi məhkəməyə verərək aşağıdakı qanuni tələblərinin təmin olunması vəzifəsinin üzərinə qoyulmasını tələb edir. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx 1998-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994cü il mayın 1 O-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsində göstərilir ki, «Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı İnzibati Aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, bu məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İnzibati Akt, İnzibati Orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona İnzibati Aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. X3 Aktın qəbul edilməsi barədə Məhkəməyə məlumat verməlidir». Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etirazına münasibətini məhkəməyə təqdim etmiş və bildirmişdir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 9 №-li əmrlə ona, kiçik çavuş rütbəsi verilmişdir. N saylı hərbi hissənin xx.xx.N-cü il tarixli siyahılarına əsasən həmin tarixdən ştat cədvəlinə uyğun vəzifəyə təyin olaraq, bütün növ təminatlarla təmin olunmuşdur. xx xxxx N-cü il tarixdən xx xxx 1994-cü il tarixə qədər (yəni Atəşkəs elan edilənədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1992-ci ildə hərbi xidmətə təkrar çağırılaraq, N saylı hərbi hissənin şəxsi heyətinə daxil edilərək, bütün növ təminatlarla təmin olunmuşdur. Zəngilan döyüşlərindən Qaradiz döyüşlərinə qədər 1992-ci ildən 1994-cü ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan N və N saylı hərbi hissələrinin döyüşən ordunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N-cü il tarixədən xx.xx.1994cü il tarixədək N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissə komandirinin 11.12. N-cü il tarixli 9 №-li əmrilə N və N saylı hərbi hissələrinin tərkibinə daxil edildiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin arxiv arayışında da öz əksini tapmışdır. O, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Arxiv Arayışının tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Müdafiə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə əsassız etiraz bildirmişdir. Bu birinci etiraz deyil Nərgiz Abbaszadə tərəfindən artıq qırxmin müharibə iştirakçılarına belə qərəzdi və soyuq münasibət bəsləyərək iddia ərizələrinə etirazını bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən iddiaçıya "Müharibə Veteranı"adının və vəsiqəsinin veriiməsi mümkün deyildir. İddiaçı həqiqi hərbi xidmətini SSRİ Silahlı Qüvvələrinin tərkibində başa vurmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində isə ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında təkrar hərbi xidmətdə olmuşdur. Müdafiə Nazirliyi ilə heç bir müqaviləsi olmayıb ki, çıxışı barədə məlumat tələb olunsun. Təkrar hərbi xidmətə gələrkən onunla nə Müdafiə Nazirliyinin nə də SHXÇDX-nin hərbi xidmət keçmə haqqda əsasnaməyə uyğun olaraq MAXİ kimi heç bir müqavilə (kontrakt) bağlanmamışdır. Çünki iddiaçı, Azərbaycan Ordusunda atəşkəs elan edilənədək təkrar hərbi xidmətdə olmuşdur. 1994-cü ilin may ayından sonra (yəni atəşkəs elan ediləndən sonra) Silahlı Qüvvələrdə nə zabit deyildi, gizir deyildi, miçman deyildi və müddətdən artıq xidmət kimi də heç bir kontrakti yox idi ki, atəşkəsdən sonra Silahlı Qüvvələrdə qalıb xidmət keçsin. Odur ki, iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin etirazının heç bir əsası olmadığı üçün rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia AR İnzibati-prosessual Məcəlləsinin 33.1 -ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarının 1.4- cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmüş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar qeyd etmək zəruridir ki, Mərkəzi arxiv tərəfindən iddiaçının xidmətinə araşdırma aparılaraq müvafiq arayış iddiaçıya təqdim edilmiş və beləliklə də hər hansı hərəkətsizlik edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə cavabdehin nümayəndəsininiştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbini Müdafiyə Nazirliyinə yönəltsədə, tələbə cavab verməli orqan Müdafiyə Nazirliyinin müvafiq idarəsidir. Bundan əlavə məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(118)-312/2021 saylı sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 9/2-1955 saylı, xx xxxx 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 3 №-li əmrilə (əsas: səh 15, § 10, sıra 14) sıravi İddiaçı zenit-raket tağımının şəxsi heyətinin siyahısına daxil edilərək tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Zəngilan RHK-dan təkrar məcburi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 9 №-li əmrilə (əsas: səh 26, sıra 3) 3- cü taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək bölmə komandiri vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 142 №-li əmrilə (əssa: § 3, sıra 2) göstərdiyi döyüş intizamına və tutduğu vəzifəyə görə 3-cü motoatıcı taburun hərbi qulluqçusu İddiaçı növbəti “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissənin “xx xxxxxx N-cü il” tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 189, sıra 2, məlumatda atasının adı yazılmamışdır) avqust N-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taburun zenitraket divizionunun şəxsi heyətinin siyahısında 1968-ci il təvəllüdlü çavuş İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin “xx xxxxxx N-cü il”tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 148, sıra 3, məlumatda atasının adı yazılmamışdır) sentyabr N-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taburun zenit-raket divizionunun şəxsi heyətinin siyahısında 1968-ci il təvəllüdlü, manqa komandiri çavuş İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin “08 dekabr N-cü il” tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 172, sıra 3, məlumatda atasının adı yazılmamışdır) oktyabr N-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taburun zenit- raket divizionunun şəxsi heyətinin siyahısında 1968-ci il təvəllüdlü, manqa komandiri çavuş İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissənin “xx xxxxxx N-cü il” tarixli şəxsi heyətə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: səh 148, sıra 3, məlumatda atasının adı yazılmamışdır) noyabr N-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 3-cü taburun zenitraket divizionunun şəxsi heyətinin siyahısında 1968-ci il təvəllüdlü, manqa komandiri çavuş İddiaçı adı qeyd edilmişdir. N №li hərbi hissə komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan xx.xx.Nxx.xx.N-cü il tarixli nizami hissə üzrə əmrlərində X1 xidməti barədə məlumat aşkar edilməmişdir. N №li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri və N №li hərbi hissə komandirinin iyul-avqust N-cü il, may 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün İddiaçı xidməti barədə əlavə araşdırma aparılması mümkün olmamışdır. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının xx xxxx 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 2.2-ci bəndinə əsasən İdarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. Təlimatın 2.4-cü ci bəndinə əsasən Arxiv idarənin səlahiyyət və funksiyalarına, sənədlərin tərkibinə müvafiq olaraq aşağıdakı struktura uyğun təşkil edilə bilər: Təlimatın 2.4.1-ci bəndinə əsasən tabeliyində geniş təşkilatlar şəbəkəsi olan dövlət orqanlarının, idarələrin, səhmdar cəmiyyətlərin, şirkətlərin və onların tabeliyində olan təşkilatların sənədlərinin saxlanılması üçün - mərkəzi arxiv Təlimatın 3.1-ci bəndinə əsasən İdarənin fəaliyyəti nəticəsində yaranan sənədlərin məcmusu onun sənəd fondunu təşkil edir. 12.3. İdarə arxivi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş tələblərə uyğun yazılı və elektron formada daxil olan müraciətləri icra etməyə borcludur. Arxiv məlumatı müraciətin mətnindən asılı olaraq arxiv arayışı, arxiv surəti, arxiv çıxarışı formasında verir. Elektron formada daxil olan sorğu informasiya kommunikasiya vasitələrindən istifadə etməklə cavablandırıla bilər. Təlimatın 12.4-cü bəndinə əsasən İdarə arxivinə daxil olan müraciətlərin qeydiyyatı və onlara verilən arxiv məlumatlarının rəsmiləşdirilməsi vətəndaşların müraciətlərinə baxılması, kargüzarlığın aparılması haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarında və bu Təlimatda müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Təlimatın 12.5-ci bəndinə əsasən Arxivə daxil olan müraciətlər qeydiyyat-nəzarət vərəqində qeydə alınır, müəyyən olunmuş qaydada (17 №-li əlavə) tərtib və təsdiq edilən rəsmi arxiv sənədi olan arxiv arayışı, arxiv surəti və arxiv çıxarışı verilməklə cavablandırılır. Təlimatın 12.5.1-ci bəndinə əsasən Arxiv arayışı - sorğunun mətninə uyğun arxiv məlumatlarını özündə əks etdirən, üzərində onun tərtib olunmasında istifadə olunan sənədlərin arxiv şifri və vərəqlərinin nömrəsi göstərilmiş rəsmi sənəddir. Arxiv arayışının həcmi bir vərəqdən çox olduqda vərəqlər nömrələnir. Arayışda məlumatlar xronoloji ardıcıllıqla təsvir edilir, sənədin əslində olduğu kimi qeyd olunur, sənədin əslində hər hansı dəyişiklik, qaralama olduqda arayışda müvafiq qeydlər aparılır. Arayış onu hazırlayan şəxs və idarə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir. Elektron arxiv arayışı müvafiq səlahiyyətə malik şəxs tərəfindən elektron imza ilə təsdiq edilir. Arayışın bir nüsxəsi idarə arxivində saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016–cı il tarixli, 17 ə/f nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının mərkəzi arxivləri haqqında Nümunəvi Əsasnamənin 3.2.7-ci bəndinə əsasən Mərkəzi Arxiv təşkilatların sorğularını və vətəndaşların sosial-hüquq xarakterli ərizələrini icra edir, müəyyən olunmuş qaydada sənədlərin surətini və arxiv arayışlarını verir, arxivdə mühafizə olunmayan sənədlərlə bağlı daxil olan sorğuları aidiyyəti üzrə yönəldir. Göründüyü kimi, Müdafiə Nazirliyininin Arxiv İdarəsi arxiv məlumatlarının verilməsi ilə bağlı diskressiyon səlahiyyətlər verilmiş, inzibati akt qəbul etmək hüququ olan inzibati orqan deyil və müvafiq təlimata uyğun arxiv məlumatları vermək səlahiyyətinə malikdir. Məhkəmə qeyd edir ki, vətəndaşın ona aid arxiv məlumatlarını tələb etməsi həmin şəxsin qanunvericilikdən irəli gələn hüququ, müvafiq arxiv idarəsinin mövcud məlumatları verməsi isə onun öhdəliyidir. Bu halda inzibati orqana istədiyi formada arxiv arayışı verməsi ilə bağlı hər hansı bir diskresion səlahiyyət verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirakı və ordu sıralarından təxrisi barədə məlumatın arxiv idarəsində tam saxlanılmaması iddiaçının əldə etmək istədiyi nəticəyə uyğun olaraq digər hüquqi müdafiyə vasitələrindən istifadə imkanı versədə, iddiaçının istəyinə uyğun arxiv arayışının verilməsi barədə iddianı mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar