Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-312/2025 08.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 dekabr 2025ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi Mərkəzi arxivinin 24 may 2022ci il tarixli, 4/2-3315 nömrəli məktubundan görünür ki, Gəncə Hərbi Polis şöbəsi rəisinin 10 avqust 1993-cü il tarixli, 182 nömrəli əmrilə (əsas: səh. 6, sıra 4; qeyd əmrdə soyadı “Агиманов” yazılmış; əmr rus əlifbası ilə qeyd edilmişdir) X6 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “əsgər” hərbi rütbəsi verilməklə “patrul” vəzifəsinə təyin olunmuşdur. Gəncə şəhər Hərbi Poliş şöbəsi rəisinin 4 yanvar 1994-cü il tarixli, 3 nömrəli əmrində (əsas: səh.-4, §1, sıra-26; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı 3 yanvar 1994-cü il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 5 yanvar 1994-cü il tarixli, 4 nömrəli əmrində (əsas. səh.-5; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı 4 yanvar 1994-cü il tarixdən Ağdam rayonundan qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin N yanvar 1994-cü il tarixli, 17 nömrəli əmrində (əsas: səh.-20, sıra-10; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 28 yanvar 1994-cü il tarixli, 21 nömrəli əmrində (əsas: səh.-23, §2, sıra-10; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) İİ bölüyün sıravisi İddiaçı Goranboy rayonu döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 3 fevral 1994-cü il tarixli, 26 nömrəli əmrində (əsas. səh.-28, sıra-13; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Goranboy rayonundan qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 5 fevral 1994-cü il tarixli, 27 nömrəli əmrində (əsas: səh.-29, sıra-13; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 9 fevral 1994-cü il tarixli, 31 nömrəli əmrində (əsas. səh.-32, §3, sıra-20; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Murovdağ döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 1 mart 1994-cü il tarixli, 46 nömrəli əmrində (əsas, səh.-45, §3, sıra-6; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı 27 fevral 1994-cü il tarixdən Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 5 mart 1994-cü il tarixli, 50 nömrəli əmrində (səh 50, §2, sıra 6, qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı 3 mart 1994-cü il tarixdən Murovdağ döyüş əməliyyatları bölgəsindən qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 1N mart 1994-cü il tarixli, 55 nömrəli əmrində (əsas: səh 56, §6, sıra 16 qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Hacı kəndi döyüş əməliyyatları bölgəsinə göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 19 mart 1994-cü il tarixli, 59 nömrəli əmrində (əsas: səh.-60, sıra-9; qeyd: əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Hacıkənddən qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 24 avqust 1994-cü il tarixli, 179 nömrəli əmrində (əsas: səh.-84, §2, sıra-5; qeyd əmrdə atasının adı yazılmamışdır) sıravi İddiaçı Zazalı postuna göndərilməsi barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 30 avqust 1994-cü il tarixli, 183 nömrəli əmrində (əsas: səh.-88, sıra-5; qeyd əmrdə adı tam, atasının adı yazılmamışdır) sıravi İddiaçı Zazalı postundan qayıtması barədə məlumat vardır. Gəncə şəhər Hərbi Polis şöbəsi rəisinin 3 sentyabr 1994-cü il tarixli, 186 nömrəli əmrində (əsas: səh.-91, sıra-24; qeyd əmrdə adı “Elşad”, atasının adı “Babasin” yazılmışdır) sıravi X3 şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək, hərbi xidmətini davam etdirmək üçün N1 nömrəli hərbi hissəyə göndərilməsi barədə məlumat vardır. Qeyd edilmişdir ki, N1 nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmadığından İddiaçı sonrakı xidməti barədə əlavə araşdırma aparmaq mümkün olmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxiv tərəfindən 2 fevral 2021-ci il tarixli, 9/2-681 nömrəli məktubla İddiaçı ünvanına cavab göndərilmişdir.
2. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi 19 iyun 2023-cü il tarixli, 4/3- 5696 nömrəli və 3 oktyabr 2022-ci il tarixli, 4/3-10996 nömrəli İddiaçı göndərilmiş məktublarından görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 6 sentyabr 2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə bağlı olmadığına və N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, 27 avqust 2022-ci il tarixli arayışa əsasən hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
3. İddiaçı məxsus H3 seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 3-43-37/2- 822/2023 nömrəli məktubundan görünür ki, Qobustan rayon Cəm-cəmli kənd sakini, 1967ci il təvəllüdlü X5 8 may 1985-ci il tarixdən 29 may 1987-ci il tarixə kimi müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi (keçmiş Qobustan rayon Hərbi Komissarlığı) tərəfindən 9 avqust 1993-cü il tarixdə Səfərbərliklə əlaqədar hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, E.B.Əhlimanlının Azərbaycan Ordusunda xidmət etməsi barədə Qobustan rayon bölməsində əlavə heç bir məlumat yoxdur.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30 yanvar 2024-cü il tarixli, 3-25-4/2- 580/24 nömrəli məktubu ilə İddiaçı dair aparılmış inzibati icraata dair materiallar göndərilmişdir: - Dövlət Təhlükəsizlik İdarəsinin 21 iyul 2022-ci il tarixli, 7/2024 nömrəli məktubundan görünür ki, döyüş əməliyyatlarında iştirak etmiş İddiaçı məhkum olunmağı barədə məlumat aşkar edilməmişdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N may 2024-cü il tarixli, 1567 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Babahəsən oğlu N2 nömrəli hərbi hissə komandirinin N sentyabr 1994-cü il tarixli, 248 nömrəli əmri (§ 2, sıra nömrəsi 3) ilə (əmrdə atasının adı Babasəlim qeyd olunub) şəxsi heyətin siyahısına daxil edilib, 19 noyabr 1994-cü il tarixli, 322 nömrəli əmri (§1) ilə (əmrdə atasının adı Babasən qeyd olunub) hərbi hissəni özbaşına tərk etdiyi üçün qeydiyyatdan çıxarılıb, qayıtma əmri yoxdur, 28 dekabr 1994-cü il tarixli, 361 nömrəli əmri (§6. sıra nömrəsi 1) ilə (əmrdə atasının adı Babasən qeyd olunub) ştatdan kənar çıxarılıb və 28 may 1995-ci il tarixdə N2 nömrəli hərbi hissənin bazasında N3 nömrəli hərbi hissə təşkil edildiyindən həmin hərbi hissənin şəxsi heyəti tam tərkibdə xidmətini davam etmək üçün N3 nömrəli hərbi hissənin tərkibinə verilmişdir. Əsas: Fond 28 nömrəli, Siyahı 47 nömrəli. Saxlama vahidinin 6 nömrəli, vərəq 72 nömrəli, 130, 162. İddiaçı Babahəsən oğlu N3 nömrəli hərbi hissə komandirinin N mart N-cı tarixli, 48 nömrəli əmri (§ 7, sıra nömrəsi 4) ilə (əmrdə atasının adı Babasən qeyd olunub) şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Əsas: Fond 21 nömrəli, Siyahı 60 nömrəli, saxlama vahidi 3 nömrəli, vərəq 104 nömrəli) İddiaçı Babahəsən oğlunun döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirakı haqqında məlumat yoxdur.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
7. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin hallarına (§1-3) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı 1N may 1985-ci il tarixdən 27 oktyabr 1985-ci il tarixədək N4 saylı hərbi hissədə sıravi kursant, N oktyabr 1985-ci il tarixdən 29 may 1987-ci il tarixədək N5 saylı hərbi hissədə sıravi əsgər (2 yanvar 1987-ci il tarixdə serjant rütbəsi almışdır), N avqust 1993-cü il tarixdən 3 sentyabr 1994-cü il tarixədək Gəncə şəhərində, 28 may 1995-ci il tarixdən N3 saylı hərbi hissədə operator olmuş, N yanvar N-cı il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 26 saylı əmri ilə ordu sıralarından təxris olunmuşdur. Qeyd edilir ki, İ Qarabağ Müharibəsində iştirak etmiş, giriş-çıxışla bağlı müvafiq qeydlər hərbi biletində göstərilmişdir. Cavabdeh imtinasında mərkəzi arxivin arayışda hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə hər hansı məlumatın olmadığını bildirsə də, bununla bağlı hərbi biletində məlumat vardır.
9. İddia tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 210 nömrəli qərarı ilə təsdiq edilmiş ““Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə istinad olunmuşdur.
10. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə qarşı etirazın dəlilləri:
12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, şəxsə “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi: hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - bunun müvafiq sənədlərdə əks edilməsi: bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iddiaçının ezamiyyətə göndərilməyi döyüş tapşırığının icrası ilə bağlı olmadığına və N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş N nömrəli, 27 avqust 2022-ci il tarixli arayışa əsasən müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etdiyinə və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən “Müharibə Veteranı” adının verilməsindən imtina olunmuşdur. Bu kimi hallar nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.
13. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1, ““Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, İPM-in 14.3, 38, 47.2, 48.2-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
20. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
24. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
25. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, o, 1N may 1985-ci il tarixdən 27 oktyabr 1985-ci il tarixədək N4 saylı hərbi hissədə sıravi kursant, N oktyabr 1985-ci il tarixdən 29 may 1987-ci il tarixədək N5 saylı hərbi hissədə sıravi əsgər, N avqust 1993-cü il tarixdən 3 sentyabr 1994-cü il tarixədək Gəncə şəhərində, 28 may 1995-ci il tarixdən N3 saylı hərbi hissədə operator olmuş, N yanvar N-cı il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 26 saylı əmri ilə ordu sıralarından təxris olunmuş, İ Qarabağ Müharibəsində iştirak etmiş, giriş-çıxışla bağlı müvafiq qeydlər hərbi biletində göstərilmişdir.
26. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçı müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etmiş və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat mövcud deyildir.
27. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in 12-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.
28. İş materiallarına əlavə edilmiş arxiv arayışından müəyyən edilir ki, iddiaçı Gəncə Hərbi Polis şöbəsi rəisinin 10 avqust 1993-cü il tarixli, 182 nömrəli əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “əsgər” hərbi rütbəsi verilməklə “patrul” vəzifəsinə təyin olunmuş, 4 yanvar 1994-cü il tarixli, 3 nömrəli əmrilə 3 yanvar 1994-cü il tarixdən Ağdam rayonu döyüş əməliyyatları bölgəsinə göndərilmiş, 5 yanvar 1994-cü il tarixli, 4 nömrəli əmrinə əsasən 4 yanvar 1994-cü il tarixdə Ağdam rayonundan qayıtmış, N yanvar 1994-cü il tarixli, 17 nömrəli əmrilə Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilmiş, 28 yanvar 1994-cü il tarixli, 21 nömrəli əmrilə Goranboy rayonu döyüş əməliyyatları bölgəsinə göndərilmiş, 3 fevral 1994-cü il tarixli, 26 nömrəli əmrinə əsasən Goranboy rayonundan qayıtmış, 5 fevral 1994-cü il tarixli, 27 nömrəli əmrilə Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilmiş, 9 fevral 1994-cü il tarixli, 31 nömrəli əmrinə əsasən Murovdağ döyüş əməliyyatları bölgəsindən qayıtmış, 1 mart 1994-cü il tarixli, 46 nömrəli əmrinə əsasən 27 fevral 1994-cü il tarixdən Murovdağ döyüş əməliyyatları bölgəsinə göndərilmiş, 5 mart 1994-cü il tarixli, 50 nömrəli əmrinə əsasən Murovdağ döyüş əməliyyatları bölgəsindən qayıtmış, 1N mart 1994-cü il tarixli, 55 nömrəli əmrilə Hacı kəndi döyüş əməliyyatları bölgəsinə göndərilmiş, 19 mart 1994-cü il tarixli, 59 nömrəli əmrinə əsasən Hacıkənddən qayıtmış, 24 avqust 1994-cü il tarixli, 179 nömrəli əmrilə Zazalı postuna göndərilmiş, 30 avqust 1994-cü il tarixli, 183 nömrəli əmrinə əsasən Zazalı postundan qayıtmış, 3 sentyabr 1994-cü il tarixli, 186 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan azad edilərək, hərbi xidmətini davam etdirmək üçün N1 nömrəli hərbi hissəyə göndərilmişdir.
29. Bundan əlavə, etirazda iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın omadığı qeyd edilmiş, lakin N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı N3 nömrəli hərbi hissə komandirinin N mart N-cı tarixli, 48 nömrəli əmri ilə şəxsi heyətin siyahısından çıxarılaraq xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır.
30. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etməyi, qanuni əsaslarla ehtiyata buraxılması və qeyd edilən məlumatların arxiv arayışlarda öz təsdiqini tapması ilə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən şərtlər (hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması və həmin məlumatların müvafiq sənədlərdə əks edilməsi) ödənilmişdir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”
32. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 1941 - 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
33. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... 1.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...
34. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfin etirazında əsaslandığı dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün, iddia tələbi təmin edilməlidir.
35. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
36. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova