Məhkəmə qərarları › İş №2-1(118)-3124/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3124/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3124/2025 24.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergi orqanı tərəfindən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından dövlət büdcəsinə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-ci il tarixədək ümumilikdə 1.919.112,74 manat məbləğinin(kameral vergi yoxlamaları ilə hesablanmış vergi məbləğləri məhkəmədə mübahisələndirdiyi aprel 2015-iyun 2023 müddət ərzində) silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin Cəmiyyətin (İddiaçı MMC VÖEN:**********) Bank hesablaşma hesabına qaytarılması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin (bundan sonra "Cəmiyyət" adlandırılacaq) vergi orqanına təqdim edilmiş 2013-cü ilin mənfəət vergisi və 2013-cü ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları keçirilərək nəticə barəsində xx.xx.2015-ci il tarixdə "Vergilərin hesablanması barədə" Qərarlarla əsassız və qanunsuz olaraq 2013-cü ilin mənfəət vergisi bəyannaməsi üzrə 6179187.26 manat məntəət vergisi və 2013-cü ilin dekabr ayının ƏDV bəyannaməsi üzrə 5573532.5 əlavə dəyər vergisi, ümumilikdə ********.76 manat vergi hesablanmışdır. Vergi orqanı həmin vaxt cəmiyyətə əsassız və qanunsuz olaraq vergilərin hesablanması nəticəsində külli miqdarda vergi borcunun yaratması ilə kifayətlənməyərək eyni zamanda cəmiyyətin bank hesablarına heç bir qanuni əsas olmadan sərəncamlar və ƏDV sub-uçot hesabına məhdudiyyət qoymuş, əsassız olaraq cəmiyyətin bank hesablarında və ƏDV sub-uçot hesabında olan vəsaitlərin dövlət büdcəsinə silinməsini həyata keçirmiş və bununla da cəmiyyətin fəaliyyətini itlic vəziyyətinə qoymuşdur. Vergi orqanının cəmiyyətə qarşı qərəzli mövqeyi bununla başa çatmamış və cəmiyyətin digər hesabat dövrləri (2014-cü ilin yanvar-fevral, aprel-dekabr, 2015-ci ilin yanvar-mart, may-iyul, oktyabr-dekabr) üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə vergi orqanı tərəfindən kameral vergi yoxlamaları ilə əsassız və qanunsuz vergi hesablamalarını həyata keçirməyə davam edərək cəmiyyətə "Vergilərin hesablanması barədə" xx.xx.2016cı il tarixli **********091700, xx.xx.2015-ci il tarixli **********733900, xx.xx.2015-ci il tarixli **********363100, xx.xx.2016-cı il tarixli **********187300, xx.xx.2016-cı il tarixli **********289700, xx.xx.2015-ci il tarixli **********368600, xx.xx.2015-ci il tarixli **********847900, xx.xx.2016-cı il tarixli **********115000, xx.xx.2016-cı il tarixli **********099400, xx.xx.2015-ci il tarixli **********374500, xx.xx.2016-cı il tarixli **********516400, xx.xx.2016-cı il tarixli **********096200, xx.xx.2016-cı il tarixli **********092400, xx.xx.2016-cı il tarixli **********312600, xx.xx.2016-cı il tarixli **********190100, xx.xx.2016-cı il tarixli **********192500, xx.xx.2015-ci il tarixli **********534800, xx.xx.2015-ci il tarixli **********389700, xx.xx.2016-cı il tarixli **********193200, xx.xx.2016-cı il tarixli **********196300, xx.xx.2015-ci il tarixli **********391800, xx.xx.2015-ci il tarixli **********848600, xx.xx.2016-cı il tarixli **********116700, xx.xx.2016-cı il tarixli **********120200, xx.xx.2015-ci il tarixli **********849300, xx.xx.2015-ci il tarixli **********850700, xx.xx.2016-cı il tarixli **********315700, xx.xx.2015-ci il tarixli **********393200, xx.xx.2016-cı il tarixli **********197000, xx.xx.2016-cı il tarixli **********318800, xx.xx.2016-cı il tarixli **********198700, xx.xx.2016-cı il tarixli **********323000, xx.xx.2016-cı il tarixli **********199400, xx.xx.2016-cı il tarixli **********325400, xx.xx.2016-cı il tarixli **********521600, xx.xx.2015-ci il tarixli **********386600 və xx.xx.2015-ci il tarixli **********732200 saylı Qərarlarla ümumilikdə 12 822 842.89 manat məbləğində vergilər hesablanmışdır. Cəmiyyət qeyd olunan qərarlarla razı olmadığı üçün yuxarıda adları qeyd olunan qərarların ləğv edilməsi, həmin qərarlarla hesablanmış 12.822.842.89 manat məbləğində vergilərin və həmin vergilərə görə hesablanmış faizlərin cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-846/2016 saylı qərarı ilə cəmiyyətin iddia ərizəsi təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2-1(105)-52/2017 saylı qərarı ilə vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, vergi orqanı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikavəti vermiş və Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli, 2-1(102)-791/2018 saylı qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Vergi orqanının cəmiyyətə qarşı qərəzli mövqeyi bununla başa çatmamış və xx.xx.2018-ci il tarixli **********171825 saylı qərarına əsasən "xxxx" MMC-də qanunsuz növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********171940 saylı səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Yoxlama materiallarına vergi orqanı tərəfindən baxılmış və xx.xx.2020-ci il tarixli **********137068 saylı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərar qəbul edilmişdir. Qərar əsasən 6.498.874.89 manat vergilərin azadılması, 3.923.435.18 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. (Belə ki, yoxlama xx.xx.2015-ci il tarixindən xx.xx.2018-ci il tarixədək olan dövrü əhatə etmiş və 2020-ci ilin 09 iyununda vergilər hesablanmışdır.) Cəmiyyət qeyd olunan qərarla razı olmadığı üçün "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarın ləğv edilməsi, həmin qərarla hesablanmış 6.498.874.89 manat məbləğində vergilərin cəmiyyətin şəxsi hesab vərəqəsindən silinməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2022- ci il ( iş № 2-1(112)-2473/2022) qərarı ilə cəmiyyətin iddia ərizəsi təmin edilmiş. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il qərarı (iş № 2-1(103)-3236/2022) vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci istansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra, vergi orqanı apellyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti vermiş və Ali Məhkəmənin xx.xx.2023-cü il (iş № 2-1(102)-438/2023) qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə, vergi orqanı tərəfindən Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli iş № 2- 1(102)- 791/18 və xx.xx.2023 cü il iş № 2-1(102 )-438/2023 qərarlarının icrasından sonra ləğv edilmiş "Vergilərin hesablanması barədə" Qərarlara uyğun olaraq 13 aprel 2018-ci il və 07 iyul 2023-cü il tarixdə müvafiq dövrlər üzrə azalmalar verilmiş və cəmiyyət şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilmiş vergilər üzrə 458.271 AZN artıq ödəməyə çıxmışdır. (Məhkəmə mübahisəsi üzrə Ali Məhkəmənin 14 mart 2018-ci il tarixli iş № 2-1 (102)-791/18 və xx.xx.2023 cü il İŞ № 2-1(102)-438/2023 yekun qərarının sürəti əlavə edilir). Ali Məhkəmənin adı çəkilən qərarlarının məzmunundan da göründüyü kimi, vergi orqanı tərəfindən cəmiyyətdə aparılmış kameral vergi və səyyar vergi yoxlamalarının və onların nəticəsi olaraq qəbul edilmiş qərarların qanunsuz və əsassız olduğu bir daha sübuta yetirilmişdir. Göstərilənlərə və həmçinin qanunsuz hesablanmış vergi məbləğlərin cəmiyyət tərəfindən dərhal məhkəməyə müraciət edilərək mübahisələndirilməsinə baxmayaraq vergi orqanı qanunvericiliyinin tələblərinə əməl etmədən qanunsuz olaraq hesablanmış vergilərin məhkəmədə mübahisələndirildiyi bütün dövr ərzində cəmiyyətin ƏDV sub-uçot hesabından müxtəlif vaxtlarda vəsaitlərin dövlət büdcəsinə silinməsini hayata keçirərək ümumilikdə 1919 112,74 manat vəsaitini qanunsuz olaraq dövlət büdcəsinə silmişdir (Cəmiyyətin ODV sub-uçot hesabından çıxarış əlavə olunur). Belə ki, məktuba əlavə edilən ƏDV sub-uçot hesabından çıxarışda cəmiyyətə qanunsuz hesablanmış vergilərin məhkəmədə mübahisələndirilən (aprel 2015 - mart 2018) müddət ərzində cəmiyyətin ƏDV sub-uçot hesabında olan vəsaitlərin (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək) dövlət büdcəsinə silindiyi aydın şəkildə görünür. Qeyd olunan vəsaitlərin cəmiyyətin ƏDV sub-uçot hesabından qanunsuz olaraq dövlət büdcəsinə silindiyini sübut etmək məqsədilə həmin silinmələrin bir neçəsini cəmiyyətin ƏDV sub-uçot hesabından aşağıdakı qaydada çıxarış edərək nümunə kimi göstərməyi zəruri hesab edirlər: VÖEN Adı Məbləğ Əməliyyatı Əməliyyatın tarixi n növü Bildirişin nömrəsi Vergilər Nazirliyi ********** yanında Bakı xx.xx.2015 VN null Vergilər - tərəfindən Departamenti 15814.40 büdcəyə Vergilər Nazirliyi ********** yanında xx.xx.2015 VN null Bakı Vergilər - tərəfindən Departamenti 29402.07 büdcəyə Göründüyü kimi, cədvəlin "Adı" xanasında "Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri, "Əməliyyatın növü" xanasında isə "VN tərəfindən büdcəyə” sözləri, "Bildirişin nömrəsi" xanasında isə "null" sözləri göstərilmişdir ki, bu da qeyd olunun vəsaitlərin cəmiyyət tərəfindən deyil, birbaşa vergi orqanı tərəfindən dövlət büdcəsinə silindiyini sübut edir. Həmin silinmələr isə qanuni əsaslarla cəmiyyət tərəfindən aparılmadığı üçün bildirişin nömrəsi yerində isə ümumi söz olan "null" sözləri qeyd olunmuşdur. Halbuki, cəmiyyət tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlər edilərkən ƏDV sub-uçot hesabının çıxarışında "Adı” xanasında "Dövlət büdcəsinə” sözləri. "Əməliyyat növü” xanasında “S.U.H-dan büdcəyə" sözləri, "Bildirişin nörməsi” xanasında isə konkret nömrə göstərilir. Qeyd olunan halı təsdiq etmək üçün cəmi) ) ətin ƏDV subuçot hesabından çıxarış edərək ƏDV subuçot hesabdan dövlət büdcəsinə edilən bir neçə ödənişləri nümünə kimi aşağıdakı cədvəldə qeyd edirlər: Sıra Adı Əməliyyatın Məbləğ Əməliyyatın Bildirişin nömrəsi tarixi növü S.U.H-dan 40 Dövlət Büdcəsinə xx.xx.2105 **********21250 büdcəyə -28036.40 S.U.H-dan 41 Dövlət Büdcəsinə xx.xx.2105 **********212256 büdcəyə -10196.20 Bu cədvəldən açıq-aşkar görünür ki, cədvəldə qeyd olunan vəsaitlər dövlət büdcəsinə bilavasitə cəmiyyət tərəfindən ƏDV sub-uçot hesabından həyata keçirilmişdir ki. buna görə də "Bildirişin nömrəsi” xanasında bildirişlərin konkret nömrələri göstərilmişdir. Qeyd olunan hal cədvəldə əks olunan ödənişlərin məhz cəmiyyət tərəfindən aparıldığım sübut edir. Ümumilikdə isə cəmiyyətin ƏDV sub-uçot hesabından dövlət büdcəsinə cəmiyyət tərəfindən könüllü olaraq və qanuni əsaslarla 3 993 398,34 manat məbləğində vəsait ödənilmiş (ƏDV sub-uçot hesabından çıxarış əlavə edilir), yuxarıda məktubda qeyd olunan ümumilikdə 1919 112,74 manat məbləğində vəsait isə dövlət büdcəsinə vergi orqanının qanunsuz hərəkətləri nəticəsində cəmiyyətin ƏDV sub-uçot hesabından heç bir qanuni əsaslar olmadan silinmişdir. Belə ki, verqi orqanının hərəkətləri ilə kobud sürətdə pozulmuş həmin vaxt qüvvədə olan redaksiyada vergi qanunvericiliyinin normaları diqqətinizə çatdırmaq istərdik. Vergi Məcəlləsinin 65.1,-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəvvən edilmiş müddətdə verinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş malivvə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəvicisinə bildiriş göndərir. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və va yenidən hesabladığı vergilər, faizlər və va tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəvicisinin milli və va xarici valyutada cari və va digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və va bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Eyni Məcəllənin 65.2.1-ci maddəsində təsbit edilmişdir İd, vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və malivvə sanksiyaları üzrə borcların vergi ödəvicisinin milli və ya xarici valyutada cari və va digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və va bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilin ədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəvicisinin yazılı razılığı olduqda. Qanunvericiliyinin sadalanan normalardan ayıdn şəkildə göründüyü kimi, vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəvicisinin milli v ə ya xarici valyutada cari və va digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir, bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə isə vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə isə Vergi Məcəlləsinin 65.2.2-ci maddəsi tətbiq edilməlidir. Belə ki, həmin normaya görə vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verildikdə vergi orqanının hesablamalarının mübahisələndirdildivi dövr ərzində cəmivvətin mövcud olduğu bank hesablarına yalnız borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyvatları üzrə dondurulması haqqında sərəncamlar qova bilər və məhkəmə mübahisənin yekunu üzrə qə bul edilmiş qərarın qanuni qüvvəyə mindiyi andan isə həmin qərarın nəticəsinə uyğun sərəncamların icrası təmin edilməlidir. Başqa sözlə desək, vergilərin mübahisələndirildiyi müddət ərzində vergi orqanının vergi ödəyicisinin mövcud olduğu bank hesablarına nəikni borc məbləğinin dövlət büdcəsinə alınması haqqında sərəncamlar qoya bilər, hətta vergi ödəyicisinin ƏDV sub-uçot hesabından dövlət büdcəsinə vəsaitlərin silinməsini belə həyata keçirə bilməz, ondan ötrü ki, qanunvericilik tərəfindən vergi orqanına belə səlahiyyətlər verilməmişdir. Vergi orqanı isə cəmiyyətə hesablanmış vergilərin mübahisələndirdiyi dövr ərzində özbaşınalıq edərək külli miqdarda vəsaitləri cəmiyyətin ƏDV sub-uçot hesabından dövlət büdcəsinə silmiş və bununla da yuxarıda qeyd olunan qanun normalarını kobudcasına pozmuşdur. Ümumiyyətlə xx.xx.2019-ci il tarixədək vergi qanunvericiliyində vergi ödəyicisinin ƏDV subuçot hesabında olan vəsaitlərin dondurulması və yaxud dövlət büdcəsinə alınması ilə müddəalar mövcud olmamış və yalnız qeyd olunan tarixdən qüvvəyə minən vergi qanunvericiliyə edilən dəyişikliklərə əsasən vergi orqanına belə səlahiyyətlər verilmişdir. xx.xx.2019-cu il tarixdən yeni dəyişikliklərə əsasən Vergi Məcəlləsinə 65.2.3-1 65.2.3-3-cü maddələr əlavə edilmişdir ki, həmin normalarla da vergi orqanına yuxarıda qeyd olunan vergi ödəyicilərin bank hesablarına sərəncamların qoyulması ilə bağlı səlahiyyətlər vergi ödəyicisinin ƏDV sub-uçot hesabına münasibətdə də verilmişdir. Beləliklə, cəmiyyət vergi orqanı tərəfindən ilk vergilərin hesablanması xx.xx.2015-ci il tarixdə aparıldıqdan sonra dərhal nəinki məhkəmədə həmin vergilərin ləğv edilməsi ilə bağlı iddia qaldırmış, həmçinin cəmiyyətin bank hesablarına qoyulmuş sərəncamlarının icrasının dayandırılması, gələcəkdə cəmiyyətə məxsus olan bank hesablarına sərəncamların qoyulmasının qadağan edilməsi, qoyulduğu təqdirdə icra edilməməsi, cari hesab və ƏDV sub-uçot hesabı üzrə əməliyyatların aparılmasının təmin edilməsi barədə müvvəqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 aprel 2015-ci il tarixli 2-1(811- 2250'201 5 saylı qrardadı ilə cəmiyyətin ərizəsi təmin edilmiş, qeyd olunan qərardaddan vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 4 fevral 2016-cı il tarixli 2-1(103)- 311/2016 saylı qərardadı ilə qərardaddan şikayət vermə müddəti buraxıldığı üçün mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmiş, Ali Məhkəmənin 25 may 2016-cı il tarixli 2-1(102)-914/2016 saylı qərardadı ilə vergi orqanının kassasiya şikayəti təmin edilmyərək Bakı Apellyasiya Məhkəməsinin 4 fevral 216-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır (Ali Məhkəmənin 25 may 2016-cı il tarixli qərarının sürəti :( iş № 2- 1(102)-914/16) əlavə edilir). Qanunvericilyinin tələblərinə görə, birinci instansiya məhkəməsinin qərardadı vergi orqanı tərəfindən ondan şikayət verilməsindən asılı olmayaraq elə qəbul edildiyi 14 aprel 2015-ci il tarixdən öz qanuni qüvvəsini almışdır və dərhal icra edilməlidir. Lakin vergi orqanı qeyd olunan qərardada məhəl qoymadan cəmiyyətin ƏDV sub-uçot hesabından məhdudiyyəti (bloku) aradan götürməmiş, əksinə ƏDV sub-uçot hesabından vəsaitləri qanunsuz olaraq dövlət büdcəsinə silmiş, ƏDV sub-uçot hesabında olan məhdudiyyət (blok) isə bugünədək qalmaqda davam edir. Beləliklə, vergi orqanı nə qüvvədə olan vergi qanunvericiliyinin tələblərinə əməl etmiş, nə də ki məhkəmənin qanuni qüvvəsini almış qərardadını nəzərə alaraq qanunsuz keçirilmiş kameral vergi yoxlamaları əsasında hesablanmış vergilərin məhkəmədə mübahisələndirildiyi bütün dövr ərzində heç bir hüquqi əsas olmadan qanunsuz olaraq cəmiyyətin ƏDV sub-uçot hesabından 1919112,74 manat məbləğində vəsaiti dövlət büdcəsinə silmişdir. Keçirilmiş kameral vergi yoxlamalarının və səyyar vergi yoxlamasının qanunsuz olduğunu isə mübahisələndirilən məsələnin yekun üzrə qəbul edilmiş Ali Məhkəmə qərarları bir daha sübut etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının xx.xx.2025-ci il tarixdə elektron kabinetdən daxil olmuş ərizəsində qeyd etmişdir ki, iddiaçı cəmiyyətin vergi orqanına təqdim etdiyi 2013-cü ilin dekabr, 2014-cü ilin yanvar, fevral, aprel-dekabr, 2015-ci ilin yanvar-mart, may-iyul, oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi və 2013-cü ilin mənfəət vergisi bəyannamələri üzrə cəmi 12.810.578,93 manat kameral qaydada vergi hesablanmışdır. İddiaçı cəmiyyət qanunsuz hesablanmış vergini məhkəmə qaydasında mübahisələndirildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(102)-791/18 saylı qərarı əsasında hesablanmış vergi xx.xx.2018-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Həmçinin xx.xx.2018-ci il tarixli **********171825 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar əsasında iddiaçı cəmiyyətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********137068 nömrəli qərar əsasında 10.422.350,07 manat vergi hesablanmışdır. İddiaçı cəmiyyət qanunsuz hesablanmış vergini məhkəmə qaydasında mübahisələndirildikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-438/2023 nömrəli qərarına əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172856 nömrəli qərarı yuxarı vergi orqanın tərəfindən ləğvi haqqında qərarı ilə hesablanmış vergi xx.xx.2023-cü il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Beləliklə də cavabdeh vergi orqanının qənaətinə görə qeyd olunan vergi yoxlamalarının ləğv edilməsi nəticəsində vergi ödəyicisinin ƏDV depozit hesabından tutulmuş ödənişlər iddiaçının şəxsi hesab vərəqəsinin artıq ödəmə sütununa bərpa edilmişdir. Şəxsi hesab vərəqəsinin xx.xx.2025-ci il tarixli göstəricisinə əsasən iddiaçı cəmiyyətin artıq ödəməsi vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrə əsasən yaranmış vergi öhdəliklərinə aid edildikdən sonra 458.271,45 manat təşkil etmişdir. Hesab edirlər ki, vergi orqanın iddianın pul tələbi ilə bağlı hissəsinə qeyd olunan formada etirazı məhkəmədə çaşqınlıq yaratmaq məqsədi daşıyır. Çünki iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür tələbləri vergi orqanının qanunsuz qərarların məhkəmə qaydasında ləğvi müddətində, yəni mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək vergi orqanın məhkəmə qərarının, dəqiq desək Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1-(102)-914 saylı qərarının tələbinə məhəl qoymayaraq sildiyi məbləğlərlə bağlıdır. Qanunun tələbini pozmaqla və məhkəmə qərarının tələbinə məhəl qoymamaqla silinmiş bu məbləğ isə iddiaçının şəxsi hesab vərəqəsinə bərpa edilməmişdir. Bu fakt şəxsi hesab vərəqəsindən də açıq-aşkar görünür. Elə bu səbəbdən də elektron məhkəmə sistemi vasitəsi ilə ekspertiza təyin edilməsi barədə vəsatət təqdim etmişdirlər. Hesab edirlər ki, məhkəmə iş üzrə ekspertiza təyin etmədən düzgün, obyektiv və qanuni nəticəyə gələ bilməz. Məhkəmə iclaslarında cavabdeh vergi orqanın nümayəndəsi isə ekspertriza təyin olunmasına etiraz edərək sanki vergi orqanının qanunsuz əməllərini pərdələyir. Eyni zamanda iddianın mümkünlük əsasları ilə bağlı vergi orqanın etirazını da əsasız hesab edirlər. Belə ki, Azərbaycan Respublikası İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2013-cü ilin dekabr, 2014-cü ilin yanvar, fevral, aprel-dekabr, 2015-ci ilin yanvarmart, may- iyul, oktyabr-dekabr ayları üçün əlavə dəyər vergisi və 2013-cü ilin mənfəət vergisi bəyannamələri üzrə ümumilikdə 12.810.578,93 manat kameral qaydada vergi hesablanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(102)- 791/18 saylı qərarına əsasən hesablanmış vergi xx.xx.2016-cı il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Həmçinin cəmiyyətdə xx.xx.2018-ci il tarixli **********171825 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərara əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və xx.xx.2020-ci il tarixli **********137068 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən 10.422.350,07 manat vergi hesablanmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-438/2023 nömrəli qərarına əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********172856 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının yuxarı vergi orqanı tərəfindən ləğvi haqqında” qərarla hesablanmış vergi xx.xx.2023- cü il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Qeyd edilən vergi yoxlamalarının ləğv edilməsi nəticəsində vergi ödəyicisinin bank və ƏDV depozit hesabından tutulmuş ödənişlər şəxsi hesab vərəqəsinin artıq ödəmə sütununa bərpa edilmişdir. Şəxsi hesab vərəqəsinin xx.xx.2025-ci il tarixli göstəricisinə əsasən İddiaçı artıq ödəməsi vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrə əsasən yaranmış vergi öhdəliklərinə aid edildikdən sonra 458.271,45 manat təşkil etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddialar hesab olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Sadalanan maddələrin tələblərindən aydın olur ki, öhdəliyinin icrası haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətlərinə aid olmalı; iddianın məqsədi inzibati oqran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi ilə bağlı olmalı; iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 6.1, 6.2 və 7-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub- pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. X3 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün hesab edilməməlidir. İddiaçı vergi orqanı tərəfindən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından dövlət büdcəsinə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-ci il tarixədək ümumilikdə 1.919.112,74 manat məbləğinin(kameral vergi yoxlamaları ilə hesablanmış vergi məbləğləri məhkəmədə mübahisələndirdiyi aprel 2015-iyun 2023 müddət ərzində) silinməsinin qanunsuz hesab edilməsi və həmin məbləğin Cəmiyyətin (İddiaçı MMC VÖEN:**********) Bank hesablaşma hesabına qaytarılmasını istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı MMC-nin ƏDV sub-uçot hesabından dövlət büdcəsinə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü ilədək ümumilikdə 1.919.112,74 manat məbləğinin (kameral vergi yoxlamaları ilə hesablanmış vergi məbləğləri məhkəmədə mübahisələndirildiyi aprel 2015iyun 2023-cü il müddət ərzində) silinməsinin qanunsuz hesab edilməsini və həmin məbləğin Cəmiyyətin bank hesabına qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbindən də göründüyü kimi iddiaçının qanunsuz olaraq silindiyini iddia etdiyi 1.919.112,74 manat məbləğ kameral vergi yoxlamasına, yəni vergi orqanı tərəfindən qəbul edilən inzibati aktın icrasına yönəlmişdir ki, bu da vergi orqanı ilə vergi ödəyicisi arasında mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. Əlavə edilən məhkəmə qərarlarından və iddia ərizəsində qeyd edilənlərdən görünür ki, vergi ödəyicisinə 2014-cü ilin yanvar, fevral, dekabr, 2015-ci ilin yanvar-mart, may-iyul, oktyabr-dekabr ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması ilə əlavə vergi məbləğləri hesablanmışdır. Vergi ödəyicisi tərəfindən həmin kameral qərarlar inzibati qaydada məhkəmədə mübahisələndirilmiş və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(85)-846/2016 saylı qərarı ilə iddiaçının tələbi təmin edilərək kameral qərarlar ləğv edilmişdir. Məhkəmənin qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli, 2-1(105)-52/2017 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2018-ci il tarixli, 2-1(102)-791/18 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra vergi ödəyicisində aparılmış səyyar vergi yoxlaması nəticəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, **********137068 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında vergi ödəyicisinin 6498874,89 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edilmişdir. Cəmiyyət tərəfindən həmin qərar da inzibati qaydada mübahisələndirilmiş və Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2473/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-3236/2022 və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-438/2023 saylı qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia tələbi ilə vergi ödəyicisinin ƏDV depozit hesabından silindiyini iddia etdiyi 1919112,74 manat məbləğ iddia ərizəsinə və tələbinə əsasən mübahisələndirilən kameral vergi yoxlamaları ilə hesablanan vergilərə aid olmuşdur ki, həmin yoxlama nəticələrinə də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə vergi ödəyicisinin xeyrinə qiymət verilmiş və vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il tarixində müvafiq azalmalar aparılmışdır (məhkəməyə təqdim edilən şəxsi hesab vərəqəsinin 16 və 17-ci səhifələri). Həmçinin vergi ödəyicisində aparılan və məhkəmənin qərarı ilə ləğv edilən səyyar vergi yoxlamasının nəticələri üzrə də müvafiq olaraq şəxsi hesab vərəqəsində azalmalar aparılmışdır (məhkəməyə təqdim edilən şəxsi hesab vərəqəsinin 19-cu və 20-ci səhifələri). Qeyd edilənlərdən göründüyü kimi vergi ödəyicisinin vergi orqanı tərəfindən əsassız olaraq sildiyini iddia etdiyi 1.919.112,74 manat məbləğ vergi orqanının qəbul etdiyi inzibati aktlarla bağlı olmuş və həmin inzibati aktlara vergi ödəyicisinin xeyrinə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Həmin məhkəmə qərarları vergi ödəyicisinin şəxsi hesab vərəqəsində işlənilmiş və müvafiq azalmalar aparılmışdır. Məhkəmə hesab edir ki, vergi ödəyicisi məhkəmə qərarlarının vergi orqanı tərəfindən düzgün olaraq icra edilmədiyi qənaətində olmuşdursa, bu barədə İnzibati Prosessual Məcəllənin 120.1-ci maddəsinin tələbinə əsasən icrasını düzgün hesab etmədiyi müvafiq məhkəmə qərarını çıxaran birinci instansiya məhkəməsinə icra icraatı qaydasında ərizə ilə müraciət etməli idi. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Həmçinin məhkəməyə təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinin 458271,45 manat məbləğində artıq ödəməsi mövcuddur. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçının nümayəndəsinə iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, nümayəndə iddia tələbini olduğu kimi müdafiə etdiyini bildirmişdir. Belə olan halda hazırkı iddiaya mahiyyəti üzrə baxılması digər məhkəmə qərarının icrasına nəzarət edilməsi kimi qiymətləndirildiyindən iddia tələbi mümkün sayıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq şəxsi vərəqədə olan artıq ödəmənin qaytarılması ilə bağlı olaraq iddia ərizəsi ilə məhkəmədə iddia qaldıra və ya qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(85)-846/2016 saylı və Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(112)-2473/2022 saylı qərarlarının icrasına nəzarət əsası ilə icra icraatı qaydasında müvafiq məhkəməyə ərizə ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar