Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-313/2025 17.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İddiaçı məxsus 20 oktyabr 1993-cü il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Kliniki Hospitalının dair tərtib edilmiş 1813 nömrəli epikrizi.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 19 may 2016-cı il tarixli, xxxxxxx0001 nömrəli çıxarışdan görünür ki, “Sağ saidin aşağı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı yumşaq toxumaların yad cismi metal qəlpə sağ əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı V daraq sümüyün distal metafizinin köhnə kafi bitişmiş sınığı yumşaq toxumaların yad cismi metal qəlpə. Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması” diaqnoz ilə İddiaçı 19 may 2021-ci il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir.
4. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X3 Rustəm Seyran oğluna dair tərtib edilmiş 15 aprel 2021-ci il tarixli, 1G99 nömrəli “Ambulator xəstənin tibbi kartası”.
5. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X3 Rustəm Seyran oğluna dair tərtib edilmiş 15 aprel 2021-ci il tarixli, 1G99/7375 nömrəli arayışı.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 sentyabr 2022-ci il tarixli, 551 nömrəli qərarından görünür ki, Şamaxı RHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış, X1nun döyüş zonasında hərbi xidmət keçərkən aldığı və N mart 1994-cü il tarixdən 6 aprel 1994-cü il tarixə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağ saidin orta 1/3-nin, sol daban nahiyəsinin dəlib keçən kor güllə yaralanması, yaraların birincili cərrahi işlənməsi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin 8 avqust 2022-ci il tarixli, 673 nömrəli göndərişi, 8 avqust 2022-ci il tarixli, 195 nömrəli arayışı, MN Baş Klinik Hospitalından verilmiş 6 aprel 1994-cü il tarixli çıxarış epikrizi, 1 sentyabr 2022-ci il tarixli, 6923 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
7. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin İddiaçı dair tərtib edilmiş 3 oktyabr 2022-ci il tarixli, 1G99 nömrəli arayışı.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 may 2023-cü il tarixli, 3-17-4/2-Q-12620/2023 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, əlillik vəziyyəti dövlət tibb müəssisəsinin V00057134HEE nömrəli göndərişi əsasında 1 yanvar 2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, göndərişdə qeyd olunan diaqnoz və ağırlaşmaları əlillik təyininə əsas verməmişdir. Nəzərə çatdırılmışdır ki, müraciəti əsasında 29 mart 2023-cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən, barəsində qəbul edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 1 yanvar 2023-cü il tarixli qərar qüvvədə saxlanılmışdır.
9. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin İddiaçı dair tərtib edilmiş 9 oktyabr 2023-cü il tarixli, ********** nömrəli arayışı. 10.Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin İddiaçı dair tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli, ********** nömrəli arayışı.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
11.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının 1 yanvar 2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarından görünür ki, İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının 13 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2232/2023 nömrəli qərarından görünür ki, İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
13. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 26 aprel 2024-cü il tarixli, 18-1-72/2-545/2024 nömrəli məktubundan görünür ki, X10 ilk olaraq 29 sentyabr 2022-ci il tarixdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə müraciət etmiş və vətəndaşa ixtisaslı xəstəxanaya ETTOİ-na göndəriş verilmişdir. X1 3 oktyabr 2022-ci il tarixdə ETTOİ-dan aldığı 1G-99 nömrəli arayışı “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə təqdim etmiş və “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyası vətəndaşın sənədlərini qəbul edərək 20 oktyabr 2022-ci il tarixdə imzalayaraq, F00036524NJL nömrəli və 16 dekabr 2022-ci il tarixli, V00057194HEE nömrəli forma 88 tərtib edilmiş və TSEK-in reyestr sisteminə işlənmişdir. Vətəndaş 4 oktyabr 2023-cü il tarixdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Həkim Məsləhət Komissiyasına müraciət edərkən onun sağlamlıq vəziyyətinin əyani müayinə olunmuş və vətəndaşa ixtisaslı xəstəxanaya ETTOİ-na göndəriş verilmişdir. Daha sonra X1 “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə ETTOİ-dan aldığı ********** nömrəli, 9 oktyabr 2023-cü il tarixli (Hərbi əməliyyat zamanı partlayışdan sonrakı vəziyyət, sağ saidin daban nahiyyəsində yad cisimlər qəlpələr sağ daban sümüyünün tez-tez residinləşən xroniki osteoneiliti) diaqnozu ilə arayışı təqdim etmişdir. 3 noyabr 2023-cü il taridə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin X6 qərarı ilə vətəndaşın sənədi qəbul edilmiş 14 noyabr 2023-cü il tarixdə imzalanaraq B00146033CRZ nömrəli forma 88 tərtib edilmiş və TSEK-in reyestr sisteminə işlənmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddia tələbinin dəlilləri:
14. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 may 2023cü il tarixli, 3-17-4/2-Q-12620/2023 saylı imtina qərarın ləğv edilməsi və iddiaçıya əlillik dərəcəsinin yenidən müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
15. İddia tələbi işin hallarına (§1-10) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçının hərbi biletində yazılanlardan görünür ki, o, N saylı batalyonun əsgəri kimi birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuş və həmin vaxt döyüş zamanı yaralanmışdır. 1813 saylı Epikrizdə yazılanlardan görünür ki, N saylı hərbi hissədə xidmət edərkən N mart 1994-cü il tarixdə “sol daban nahiyyəsini dəlib keçən sağ saidin orta 1/3-nin kor güllə yarası” diaqnozu ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına stasionar müalicəyə qəbul edilmişdir. N mart 1994-cü il tarixdən 6 aprel 1994cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına stasionar müalicədə olmuşdur. Azərbaycan İcbari Tibbi Sığorta üzrə X15 Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş 15 aprel 2021-ci il tarixli, 1G-99/7375 saylı arayışın əsilindən görünür ki, o, “odlu silah yaralanması, partlayış travması, sağ saidin distal 1/3-nin sümük arası yumşaq toxumalarında tək sayda qəlpə, saidin əzələ atrofiyası. sol daban və aşağı baldır oynağı nahiyəsində metal qəlpələr” tibbi diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Azərbaycan İcbari Tibbi Sığorta üzrə X15 Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş digər 3 oktyabr 2022-ci tarixli, İG 99 saylı arayış və ona əlavə edilmiş tibbi kartanın əsillərindən görünür ki, “odlu silah yaralanması, partlayış travması, sağ saidin distal 1/3-nin tək sayda metal qəlpəsi, sol daban və aşağı baldır oynağı nahiyəsində metal qəlpələr, aşağı baldır oynağın kontrakturası və sayr W 32, W 33, Y 36.4, M 24.5, M 19.0, M 25.7, M 79.5, M 62.5, L 91.0, R 52.0, R 26.8, M 77.3” tibbi diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Lakin 19 may 2016-cı il tarixdə təyin edilmiş əlilliyin müddəti başa çatan kimi, iddiaçının pensiyası kəsilmişdir. Bundan sonra yenidən tibbi komissiyadan keçsə də, onun əlillik qrupunun müddəti uzadılmamışdır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və X12 ərizə ilə müraciət etmişdir. Oradan göndərilmiş 17 may 2023-cü il tarixli, 3-7-4/2-Q-12620/2023 saylı imtina aktından yazılmışdır ki, tibbi göndərişdə yazılmış diaqnoz və onun ağırlaşmaları iddiaçının əlilliyinin təyininə əsas vermir. Halbuki o, 9 may 2021-ci il tarixədək üçüncü qrup əlil hesab olunmuşdur. Bu imtina Aktını iddiaçı 16 iyun 2023-cü il tarixdə çox çətinliklə ala bilmişdir. Qeyd edilir ki, iddiaçının əlillik müddəti uzadılmalı və o, əlillik pensiyasını almalıdır ki, daimi müalicəsi üçün imkanı olsun. Səhhətinin vəziyyəti və bunu əyani göstərən tibbi sənədlər, arayışlar və aktlar mövcuddur. Ona görə də cavabdehin iddiaçıya verdiyi 17 may 2023-cü il tarixli imtina qərarından məhkəməyə şikayət edilmişdir.
16. İddianın prosessual hüquqi əsası kimi İPM-in 2, 32.2.1, 33.1-ci maddələrinə istinad edilmişdir.
17. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
18. Məhkəmənin 11 dekabr 2023-cü il tarixli, 2-1(118)-4306/2023 nömrəli qərardadı ilə iş üzrə iddiaçının əlillik dərəcəsinin yenidən müəyyən olunması ilə bağlı müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
19. Məhkəmənin 2 aprel 2024-cü il tarixli, 2-1(118)-943/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 tapşırılmışdır.
20. Məhkəmənin 14 oktyabr 2024-cü il tarixli, 2-1(118)-943/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə təkrar məhkəmətibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi cavabdeh orqanın mütəxəssisləri ekspert qismində cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 tapşırılmışdır.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
21. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
22. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı rayon Mərkəzi Xəstəxanasının 5 may 2016-cı il tarixli göndərişi əsasında baxılmış və səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri T08-T14 - Gövdənin, ətrafın və bədənin hər hansı nahiyəsinin dəqiqləşdirilməmiş hissəsinin travması T1...; Diaqnozun mətni: Sağ saidin aşağı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı yumşaq toxumaların yad cismi metal qəlpə sağ əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı V daraq sümüyün distal metafizinin köhnə kafi bitişmiş sınığı yumşaq toxumaların yad cismi metal qəlpə. Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması.; Meyar 2.3 Üçüncü dərəcə əlillik – 2.3.3. əlin və ya pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi (G83.0,G83.2)" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının 25 may 2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və “X2 XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri – Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar – Y36 - Hərbi əməliyyatlar – Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Odlu silah yaralanması, partlayış travması, sağ saidin distal 1/3-nin yumşaq toxunalarda tək sayda qəlpə, sol daban və aşıq baldır oynağı nahiyəsində metal qəlpələr, posttravmatik çapıqtoxumaları; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının 22 dekabr 2022-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması partlayış travmasından sonrakı vəziyyət. Hipertrofik çapıq, postoperasion kobud çapıqları, sağ saidin distal 1/3-də tək sayda, sol daban və aşıq baldır oynağı nahiyədə metal qəlpələr Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, iddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfindən 13 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2232/2023 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da əyani müayinə zamanı 4 iyun 2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir (ESDAS **********0). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 22 sentyabr 2022-ci il tarixli 551 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ saidin orta 1/3-nin, sol daban nahiyəsinin dəlib keçən kor güllə yaralanması, yaraların birincili cərrahi işlənməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş 23 noyabr 2022-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda daban nahiyəsində və sağ yuxarı ətrafda saidin orta 1/3-də çapıqlar izlənilmiş, əzələlər atrofiyasız, ətraflarda iflic, parez, əlillik təyinatına əsəs verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında ayağında, qolunda qəlpələr olduğunu, bu səbəbdən ətraflarının şişdiyini bildirmişdir. Müayinə zamanı sağ saidin orta 1/3-də, sağ əlin V-ci barmağında və sol daban nahiyəsində çapıq toxumalar izlənilmiş, ödem, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, dayaq-hərəkət funksiyası pozulmamışdır. Elmi-Tədqiqat Ortopediya və Travmatologiya İnstitutunun 30 sentyabr 2022-ci il tarixli 1G99 nömrəli arayışında diaqnoz “Odlu silah yaralanması. Partlayış travması. Sağ saidin distal 1/3-nin sümükarası yumşaq toxumalarınında tək sayda qəlpə, saidin əzələ atrofiyası, mil-bilək oynağının kontrakturası. Sol daban və asıq-baldır oynağı nahiyəsində metal qəlpələr. Açıq-baldır oynağının kontrakturası. Posttravmatik kobud-kelloid çapıqlar, əzələ atrofiyası. Daimi ağrı sindromu, axsama və yerisin pozulması” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
23. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
24. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, təkrar keçirilmiş ekspertizanın nəticəsində əlilliyə səbəb olacaq hallar mövcud olmadığı üçün iddia iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
27. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
28. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Həmçinin, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddia müddətinin ötürülüb-ötürülməməsi mübahisələndirilməmişdir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
33. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.
Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.
Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:
2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.
36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)
37. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”
39. İddia tələbinin əsaslarına görə, cavabdeh orqan tərəfindən 19 may 2016-cı il tarixdə iddiaçıya əlillik təyin edilmiş, əlilliyin müddəti bitəndə iddiaçıda mövcud olan xəstəliyə baxmayaraq, ona yenidən əlilliyin təyin edilməsindən qanunsuz olaraq imtina etmişdir. Belə ki, daimi müalicəsinin davam etdirilməsi üçün, səhhətinin vəziyyəti və mövcud olan tibbi sənədlər, arayışlar və aktlar əsasında iddiaçıya əlillik təyin edilməlidir.
40. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində “Odlu silah yaralanması. Partlayış travması. Sağ saidin distal 1/3-nin sümükarası yumşaq toxumalarınında tək sayda qəlpə, saidin əzələ atrofiyası, mil-bilək oynağının kontrakturası. Sol daban və asıq-baldır oynağı nahiyəsində metal qəlpələr. Açıq-baldır oynağının kontrakturası. Posttravmatik kobud-kelloid çapıqlar, əzələ atrofiyası. Daimi ağrı sindromu, axsama və yerisin pozulması” diaqnozu öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Bu səbəbdən də “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.
41. İş materialında olan sənədlərlə və tərəflərin verilmiş izahatlarına əsasən müəyyən edilir ki, iddiaçıya 19 may 2016-cı il tarixdən 19 may 2021-ci il tarixədək “Sağ saidin aşağı 1/3-nin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı yumşaq toxumaların yad cismi metal qəlpə sağ əlin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı V daraq sümüyün distal metafizinin köhnə kafi bitişmiş sınığı yumşaq toxumaların yad cismi metal qəlpə. Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması” diaqnoz ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyəti cavabdeh orqan tərəfindən əyani müayinə zamanı 4 iyun 2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz “əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün cavabdehə göndərilmişdir. İddiaçı 23 noyabr 2022-ci il tarixdə yenidən əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda daban nahiyəsində və sağ yuxarı ətrafda saidin orta 1/3-də çapıqlar izlənilmiş, əzələlər atrofiyasız, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir” kimi qeyd olunmuş, “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
42. Daha sonra məhkəmənin qərardadına əsasən iddiaçının obyektiv vəziyyətinin müayinəsindən sonra əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçıya diaqnoz “əlillik əlaməti təyin etmir” səbəbi ilə əlilliyin verilməsindən imtina edilmişdir.
43. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin 27 may 2024-cü il tarixli, T 333/2024 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar Şamaxı rayon mərkəzi xəstəxanasının 22 dekabr 2022-ci il tarixli göndərişi əsasında müəyyən edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması partlayış travmasından sonrakı vəziyyət, hipertrofik çapıq, postoperasion kobud çapıqları, sağ saidin distal 1/3-də tək sayda, sol daban və aşağı baldır oynağı nahiyədə metal qəlpələr” diaqnoz onun real sağlamlıq vəziyyətidir. Belə ki, şəxsin əyani müayinəsində xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafında daban nahiyəsində və sağ yuxarı ətrafda saidin orta 1/3-də çapıqlar izlənilmiş, əzələlər atrofiyasız, ətraflarda iflic, parez, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, patofunksional pozuntu və hərəki məhdudluq aşkar edilməmişdir; iddiaçının tibbi sənədlərində onun hazırkı real xəstəlik vəziyyətindən başqa əlavə xəstəlik müəyyən edilmədi; Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik təyinatına əsas vermədiyindən, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etməyə əsas vermədi.
44. Məhkəmə tərəfindən təkrar məhkəmə-tibbi ekspertizası təyin edilərək, təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11 publik hüquqi şəxsinin 30 yanvar 2025-ci il tarixli, T69/2025 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən edilmişdir: İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar müvafiq tibb müəssisəsinin göndərişi əsasında müəyyən edilmiş “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması partlayış travmasından sonrakı vəziyyət, hipertrofık çapıq, postoperasion kobud çapıqları, sağ saidin distal A-də tək sayda, sol daban və aşağı baldır oynağı nahiyədə metal qəlpələr” diaqnozundan əziyyət çəksə də, cavabdeh orqan tərəfindən əyani müayinəsi zamanı sol aşağı ətrafında daban nahiyəsində və sağ yuxarı ətrafda saidin orta 1/3-də çapıqlar izlənilmiş, ödem, hipotrofıya, atrofiya, parez, iflic izlənilməmiş, hərəkətlər tam həcmdə olmuş, dayaq-hərəkət funksiyasının pozulması aşkar edilməmişdir. İddiaçı 10 yanvar 2025-ci il tarixdə “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə müayinə olunarkən ona “Odlu silah yaralanması, sol pəncənin çoxsaylı yad cisimləri, sağ saidin yad cismi, daimi ağrı sindromu, sol tərəfli daban mahmızı (Plantar fossit). XBT: M72.2; W33; R52.2; M79.5” diaqnozu qoyulmuşdur, yəni suallarda qeyd edilən ağırlaşmaların (M19.0, M24.5) hər hansı birinə rast gəlinməmişdir. İddiaçının iddia tələbinin dəlillərində (§15) göstərilən hallardan hər hansı birinə X8 İnstitutunda mütəxəssis travmotoloqların müayinəsi zamanı rast gəlinməmişdir.
45. Göründüyü kimi, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyindən müəyyən edilir ki, iddiaçıda əlillik təyinatına əsas verən patofunksional pozuntu müəyyən edilməmişdir.
46. Məhkəmə ekspert rəyi ilə razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən iddiaçıda əlilliyə gətirib çıxara biləcək xəstəliklər aşkar olunmadığı üçün əlilliyin təyin edilməsinə əsas yoxdur.
47. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ
48. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “imtina qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova