Məhkəmə qərarları › İş №2-1(118)-3139/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3139/2025

13.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3139/2025 13.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər Baş İdarəsinə qarşı “Qubadlı rayon Vergilər şöbəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli **********923800 saylı, 04 dekabr 2023-cü il tarixli **********585300 saylı və 04 dekabr 2023-cü il tarixli **********583900 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər Baş İdarəsinə qarşı “Qubadlı rayon Vergilər şöbəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli **********923800 saylı, 04 dekabr 2023-cü il tarixli **********585300 saylı və 04 dekabr 2023-cü il tarixli **********583900 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qubadlı rayon Vergilər şöbəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli **********923800 saylı, 04 dekabr 2023- cü il tarixli **********585300 saylı və 04 dekabr 2023-cü il tarixli **********583900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ilə müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarlarla kameral olaraq hesablanmış vergi məbləğləri əsassız olaraq hesablanmışdır.Vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də həmin qərar ilə razılaşmır və hesab edir ki, aşağıda qeyd etdiklərimizə əsasən qərar ləğv olunmalıdır. Vergi orqanı 37-ci maddənin tələblərini pozmuş və əsassız olaraq kameral hesablama qərarı çıxarmışdır.Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş qərarlar hər hansı sənədə istinad edilmədən, hər hansı sübut təqdim edilmədən hesablanmışdır. Qeyd edilən hallar ilə bağlı tərəfindən vergi orqanına müraciət edilməsinə, dəqiqləşdirilmiş bəyanamələr təqdim edilməsinə baxmayaraq hər hansı müsbət nəticələr əldə edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı münasibət bildirməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Elektron məhkəmə sistemi vasitəsilə ərizə təqdim edən iddiaçının vəkili Vəkil məhkəmə iclasına onun iştirakı olmadan baxıb, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş qərarlardan görünür ki, sözügedən qərarlar Qubadlı rayon Vergilər şöbəsi tərəfindən qəbul edilmişdir. Lakin, vergi orqanı İqtisadiyyat nazirinin 3-21/3-1-F-187/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Şərqi Zəngəzur Ərazi Vergilər Baş İdarəsinin tabeçiliyinə keçmiş, şöbənin hüquq və öhdəlikləri müvafiq olaraq Baş İdarəyə keçmişdir.Ona görə də məhkəmə sözügedən Baş İdarəni cavabdeh qismində qəbul etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı prosessual müddəti ötürdüyü üçün iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisələndirilən qərarlar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində mübahisələndirilməmişdir. (qərarlar xx.xx.2023-cü ildə,xx.xx.2024-cü ildə qəbul edilmiş, məhkəmədə isə xx.xx.2024-cü ildə iddia qaldırılmışdır) Nəzərə alınmalıdır ki, qeyd olunan qərarlar Qubadlı rayon Vergilər şöbəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarlar - 01 aprel 2024-cü il tarixli **********923800 saylı, 04 dekabr 2023- cü il tarixli **********585300 saylı və 04 dekabr 2023-cü il tarixli **********583900 saylı qərarlar həmin tarixlərdə iddiaçının elektron qutusuna göndərilmiş və iddiaçı tərəfindən oxunmuşdur.Vergi ödəyicisinə şəxsi kabinetinə daxil olması üçün vergi orqanı tərəfindən yalnız özünə məlum olan kod və parol verilir və həmin şəxsi kabinet vasitəsi ilə vergi ödəyicisi tərəfindən aparılan bütün yazışmaların riskini vergi ödəyicisinin özü daşıyır. Belə olduğu tədqirdə hazırkı iş üzrə mübahisə predmeti olan qərarlardan şikayət verilməsinin müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göründüyü kimi İddiaçı mübahisə etdiyi qərarlardan məlumatlı olmuşdur və şikayət etmə müddəti ötürüldüyündən sonra iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Şərqi Zəngəzur Ərazi Vergilər Baş İdarəsinə qarşı “Qubadlı rayon Vergilər şöbəsi tərəfindən qəbul edilmiş 01 aprel 2024-cü il tarixli **********923800 saylı, 04 dekabr 2023-cü il tarixli **********585300 saylı və 04 dekabr 2023-cü il tarixli **********583900 saylı qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar