Məhkəmə qərarları › İş №2-1(118)-314/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-314/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-314/2022 17.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli 07 saylı protokolunun 04 saylı qərarı əsasında qəbul edilmiş 02/06-67 saylı 12.07.2020-ci il tarixli qərarının ləğv olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli 07 saylı protokolunun 04 saylı qərarı əsasında qəbul edilmiş 02/06-67 saylı 12.07.2020-ci il tarixli qərarının ləğv olunması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli 07 saylı protokolunun 04 saylı qərarına əsasən vergi ödəyicisi olan İddiaçı mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə vergi borcunun alınması barədə 02/06-67 saylı qərar qəbul edilmişdir. Qərarın icrası Abşeron rayon İcra Şöbəsinə həvalə edilmişdir. Həmin qərara əsasən Bakı-Şamaxı şossesı MD-23 (meşok-dərı sexi) yerləşən 38705 kv.m torpaq və 3775,4 kv.m kv.m əmlak və 38705 kv.m olan torpaq sahəsinə görə cari il üçün 1132,62 manat əmlak, 5392,8 manat torpaq o cümlədən 2019-cu il tarixdən başlayaraq ötən dövrlər üzrə 13050,84 manat, faiz üzrə 4248,05 manat, umümilikdə 23934,1 manat borcun tutulması barədə qərar qəbul edilmişdir. Həmin qərarın icra olunması məqsədi ilə qərar Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Nə qərarın surəti nə də İcrataa başlamaq haqqında qərar iddiaçıya rəsmi surətdə təqdim olunmamışdır. Xırdalan Bələdiyyəsi 12.07.2020-ci il tarixli 02/06-67 saylı qərarı qəbul etməklə iddiaçının hüquqları kobud surətdə pozmuşdur. Belə ki, qeyd edilən qərarda göstərilmişdir ki, 31.05.2020-ci il tarixli 07 saylı protokolun 04 saylı qərarı X4 barəsində olmuşdur, həmin qərarla X4 barəsində qəbul edilmiş qərar Sumqayıt İnzibati Məhkəməsinin № 2-1(118)- 668/2021 saylı 09.04.2021- ci il tarixli qərarı ilə ləğv edilmişdir. 31.05.2020-ci il tarixli 07 saylı protokolun 04 saylı qərarı İddiaçı barəsində yox X4 barəsində tətbiq olunmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, mübahisələndirilən 02/06-67 saylı 12.07.2020-ci ıl tarixli qərar ümumiyyətlə olmamış və saxta olaraq Xırdalan Bələdiyyəsinin sədri tərəfindən imzalanmışdır. Həmçinin nəzərə almaq lazımdır ki, Xırdalan Bələdiyyəsi vergi borcu hesablayarkən hansı normativ aktı əsas götürür? Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibatı məsuliyyətə cəlb olunur. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə əsasən yerli vergilərin müəyyən edilməsinin əsaslarından biri kimi vergitutma obyekti göstərilmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3- cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Qanunun 7.1-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Mübahisələndirilən qərar 12.07.2020-ci il tarixə aid olsa da cavabdeh həmin qərarın iddiaçıya vaxtında göndərilməsi və ya elan edilməsini təsdiq edən hərhansı sübutu təqdim etməmişdir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. “İnzibati icraat haqqında" Qanunun 67.8. Başqa şəxslərin hüquqlanna və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzıbali akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda da qeyd edildiyi kimi, cavabdeh orqan tərəfindən hazırda mübahisələndirilən qərar qəbul edilərkən, inzibati xətanın mövcud olmaması nəzərə alınmamışdır ki, bu da həmin qərarın ləğv edilməsi üçün kifayət qədər əsasların olduğuna dəlalət edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübanısələnoırııməsınə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcallənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ila iddiaçı inzibatı aktın ıəğv oıunmasını vo ya oəyışdırııməsini məıiKəməuən tələb edə bııər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktm İcra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldınlması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldınla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarın onun barəsində deyil, X2 barəsində qəbul olduğunu və Sumqayıt inzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(118)-668/2021 nömrəli qərarı ilə ləğv edildiyini bildirmişdir. O, mübahisələndirilən 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarın ümumiyyətlə olmadığını və saxta olaraq Xırdalan Bələdiyyəsinin sədri tərəfindən imzalandığını qeyd etmişdir. İddiaçı mübahisələndirilən qərarın 12.07.2020-ci il tarixə aid olmasına baxmayaraq, cavabdeh tərəfindən vaxtında iddiaçıya göndərilməsi və ya elan edilməsini təsdiq edən hər hansı sübutun iş materiallarına əlavə edilmədiyini bildirmişdir. O, iddia ərizəsində Xırdalan Bələdiyyəsinin 31 may 2020-ci il tarixli 07 nömrəli protokolunun 04 nömrəli qərarı əsasında qəbul edilmiş 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Xırdalan Bələdiyyəsinin sözügedən 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarı 2020-ci il tarixli 07 nömrəli protokol əsasında deyil, 17.02.2021-ci il tarixli 02 nömrəli protokol əsasında 12.07.2021-ci il tarixdə qəbul olunmuş və qərarın kağız daşıyıcıya köçürülməsi zamanı mexaniki olaraq rəqəm yalnışlığı baş vermişdir. İddiaçı öz ərizəsində İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə istinad etmişdir, lakin sözügedən qərarla həmin maddənin heç bir əlaqəsi yoxdur. Burada söhbət, iddiaçının inzibati xəta törədməsindən deyil, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənən əmlak və torpaq vergi ödəyicisi olmasından gedir. İddiaçının sözügedən qərarın onun adına deyil, X2 barəsində qəbul edildiyi cümləsinə əsasən bildirirlər ki, Xırdalan Bələdiyyəsi tərəfindən X4 barəsində 31.05.2020-ci il tarixli, 07/04-07 nömrəli qərar qəbul olunmuş və Abşeron rayon icra və Probasiya şöbəsinə məcburi icra tədbirlərinin görülməsi məqsədilə göndərilmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2- 1(118)-668/2021 nömrəli qərarı ilə iddiaçı X4 iddia qaldıraraq mülkiyyətçi olmadığını və sözügedən əmlakı 2007-ci il tarixdə alqı-satqı yolu ilə İddiaçı satdığını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(118)-668/2021 nömrəli qərarından da görünür ki, 30.10.2007-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 15 ünvanında istifadə də olan 0,38705 ha torpaq sahəsində yerləşən 3775,4 kv.m ümumi, 3220,9 kv.m əsas, 554,5 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (Mexaniki Təmir Zavodu) X4 tərəfindən İddiaçı satılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışdan da görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 15 ünvanında istifadə də olan 0,38705 ha torpaq sahəsində yerləşən 3775,4 kv.m ümumi, 3220,9 kv.m əsas, 554,5 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (Mexaniki Təmir Zavodu) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, 2007-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki pasportundan görünür ki, 0,38705 ha torpaq sahəsi üzərində inşa edilmiş əmlak kompleksinin ölçüləri 3775,4 kv.m təşkil edir. Sözügedən Məhkəmə qərarı ilə sübuta yetirilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 15 ünvanında istifadə də olan 0,38705 ha torpaq sahəsində yerləşən 3775,4 kv.m ümumi, 3220,9 kv.m əsas, 554,5 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (Mexaniki Təmir Zavodu) tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Belə olduğu halda İddiaçı vergi subyekti olaraq mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə əmlak və torpaq vergisini ödəməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. “İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədi sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsində qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 87-ci maddəsində də bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilməsinin qeyd edilməsi bir daha göstərir ki, iddiaçının iddia ərizəsində göstərdiyi arqumentlər qeyri-düzgün, o cümlədən anlaşılmazdır. Yuxarıda sadalanan hüquq normalarından aydın olur ki, iddiaçının iddiası heç bir hüquqi əhəmiyyət kəsb etmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən qərarın rəsmi qaydada iddiaçıya çatdırılması və iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, iddiaçı Xırdalan Bələdiyyəsinin 31.05.2020-ci il tarixli 07 saylı protokolunun 04 saylı qərarı əsasında qəbul edilmiş 02/06-67 saylı 12.07.2020-ci il tarixli qərarı mübahisələndirir. Cavabdeh inziabti orqan isə qeyd edir ki, İddiaçı iddia ərizəsində Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarın onun barəsində deyil, X2 barəsində qəbul olduğunu və Sumqayıt inzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(118)-668/2021 nömrəli qərarı ilə ləğv edildiyini bildirmişdir. O, mübahisələndirilən 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarın ümumiyyətlə olmadığını və saxta olaraq Xırdalan Bələdiyyəsinin sədri tərəfindən imzalandığını qeyd etmişdir. Xırdalan Bələdiyyəsinin sözügedən 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarı 2020-ci il tarixli 07 nömrəli protokol əsasında deyil, 17.02.2021- ci il tarixli 02 nömrəli protokol əsasında 12.07.2021-ci il tarixdə qəbul olunmuş və qərarın kağız daşıyıcıya köçürülməsi zamanı mexaniki olaraq rəqəm yalnışlığı baş vermişdir. İddiaçının sözügedən qərarın onun adına deyil, X2 barəsində qəbul edildiyi cümləsinə əsasən bildirirlər ki, Xırdalan Bələdiyyəsi tərəfindən X4 barəsində 31.05.2020-ci il tarixli, 07/04-07 nömrəli qərar qəbul olunmuş və Abşeron rayon icra və Probasiya şöbəsinə məcburi icra tədbirlərinin görülməsi məqsədilə göndərilmişdir. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2- 1(118)-668/2021 nömrəli qərarı ilə iddiaçı X4 iddia qaldıraraq mülkiyyətçi olmadığını və sözügedən əmlakı 2007-ci il tarixdə alqı-satqı yolu ilə İddiaçı satdığını bildirmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2-1(118)-668/2021 nömrəli qərarından da görünür ki, 30.10.2007-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 15 ünvanında istifadə də olan 0,38705 ha torpaq sahəsində yerləşən 3775,4 kv.m ümumi, 3220,9 kv.m əsas, 554,5 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (Mexaniki Təmir Zavodu) X4 tərəfindən İddiaçı satılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışdan da görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 15 ünvanında istifadə də olan 0,38705 ha torpaq sahəsində yerləşən 3775,4 kv.m ümumi, 3220,9 kv.m əsas, 554,5 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (Mexaniki Təmir Zavodu) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş, 2007-ci il tarixdə tərtib olunmuş daşınmaz əmlakın texniki pasportundan görünür ki, 0,38705 ha torpaq sahəsi üzərində inşa edilmiş əmlak kompleksinin ölçüləri 3775,4 kv.m təşkil edir. Sözügedən Məhkəmə qərarı ilə sübuta yetirilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 15 ünvanında istifadədə olan 0,38705 ha torpaq sahəsində yerləşən 3775,4 kv.m ümumi, 3220,9 kv.m əsas, 554,5 kv.m köməkçi sahədən ibarət olan əmlak kompleksi (Mexaniki Təmir Zavodu) tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Belə olduğu halda İddiaçı vergi subyekti olaraq mülkiyyətində olan əmlak və torpaq sahəsinə görə əmlak və torpaq vergisini ödəməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, bələdiyyələrin müvafiq əmlak və torpaq vergisini toplamaq səlahiyyəti qanunvericiliklə müəyən edilmişdir. Lakin müvafiq vergilərin yığılması əsasları və mexanizmləri qanunvericiliklə müəyyən edilmişdir. İş materilları ilə müəyyən edilir ki, MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********69-12301, qeydiyyat nömrəsi 160712372, qeydiyyat tarixi 27.11.2007-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 15-də istifadəsində olan 0.38705 ha torpaq sahəsində yerləşən 3775.4 kv.m ümumi, 3220.9 kv.m əsas, 554.5 kv.m kömekçi sahədən ibarət əmlak kompleksi (mexaniki təmir zavodu) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Xırdalan Bələdiyyəsi tərəfindən X4 barəsində 31.05.2020-ci il tarixli, 07/04-07 nömrəli qərar qəbul olunmuş və Abşeron rayon icra və Probasiya şöbəsinə məcburi icra tədbirlərinin görülməsi məqsədilə göndərilmişdir. Abşeron rayon Xırdalan bələdiyyəsinin 12 iyul 2020-ci il tarixli 02/06-67 saylı qərarı ilə vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi, hesablanmış borc məbləğinin ondan tutulub Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-668/2021 saylı, 09.04.2021-ci il tarixli Qərarı ilə iddiaçı X1 əmlak və torpaq vergisinin tutulmasına dair Abşeron rayon Xırdalan bələdiyyəsinin 31.05.2020-ci il tarixli 07/04-7 saylı qərarı ləğv edilmişdir. Cavabdeh orqanın məhkəməyə təqdim etdiyi 12 iyul 2021-ci il tarixli məktubda qeyd edilir ki, icra haqqında Azərbaycan Respublikası Qanununun 6.1, 6.18-ci maddəsinin və İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanununun 82 və 87-ci maddələrinə əsasən fiziki şəxs İddiaçı köhnə dövr üçün hesablanmış vergi borcunun, o cümlədən dayanıqsız olaraq hesablanmış bu günə olan borc və faizlərin Xırdalan bələdiyyəsinin yerli büdcəsinin hesabına ödənilməsi haqqında Qərar icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Orqan tərəfindən qoşma olaraq 12 iyul 2020-ci il tarixli, 02/06-67 saylı Qərar göndərilmişdir. Cavabdeh qeyd edir ki, Xırdalan Bələdiyyəsinin sözügedən 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarı 2020-ci il tarixli 07 nömrəli protokol əsasında deyil, 17.02.2021- ci il tarixli 02 nömrəli protokol əsasında 12.07.2021-ci il tarixdə qəbul olunmuş və qərarın kağız daşıyıcıya köçürülməsi zamanı mexaniki olaraq rəqəm yalnışlığı baş vermişdir. İnzibati İcraat haqqında Qanunun 61-ci maddəsinə əsasən: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Lakin mübahisələndirilən qərar əsaslandırılmamış, ümumiyyətlə inzibati icraatın aparılması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bu isə mübahisələndirilən inzibati aktın ləğvi üçün əsas təşkil edir. Cavabdeh inzibati orqan xüsusi olaraq qeyd edir ki, Xırdalan Bələdiyyəsinin sözügedən 12.07.2020-ci il tarixli, 02/06-67 nömrəli qərarı 2020-ci il tarixli 07 nömrəli protokol əsasında deyil, 17.02.2021-ci il tarixli 02 nömrəli protokol əsasında 12.07.2021-ci il tarixdə qəbul olunmuş və qərarın kağız daşıyıcıya köçürülməsi zamanı mexaniki olaraq rəqəm yalnışlığı baş vermişdir. Bununla bağlı məhkəmə ilkin olaraq qeyd edir ki, 17.02.2021-ci il tarixli 02 nömrəli protokoldada iddiaçıya aid hər hansı bir məlumatın və araşdırmanın olması müəyyən olunmur. Bu isə bir daha sübut edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparmamışdır. İnzibati İcraat haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvləri düzəldə bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan inzibati icraatı düzgün aparıb, aşkar yazı və hesab səhvlərinə yol vermiş olsaydı belə, qeyd edilən normanın tələbinə uyğun olaraq müvafiq düzəliş etməli idi. Lakin cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən tələblərə riayyət etmədən mübahisələdirilən inzibati aktı qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin 02/06-67 saylı 12.07.2020-ci il tarixli qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın qanusuz olduğunu göstərir və ona görədə məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xırdalan Bələdiyyəsinin 02/06-67 saylı 12.07.2020-ci il tarixli qərarının ləğv olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Xırdalan Bələdiyyəsinin 02/06-67 saylı 12.07.2020-ci il tarixli qərarı ləğv olunsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar