Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3143/2023 27.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona verilmiş imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə Xaçmaz rayonu, Aşağı-Oba ərazisindən fərdi yaşayış evi tikmək üçün Xaçmaz rayonu Seyidlikəndyeri bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı qərarına əsasən verilmiş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Aşağı-oba ərazidən fərdi yaşayış evi tikmək məqsədilə Xaçmaz rayon Seyidlikəndyeri Bələdiyyəsinin 07 avqust 2004-cü il tarixli 14 saylı qərarını nəzərə alaraq Xaçmaz rayonu, Yalama kəndində yaşayan İddiaçı 0.03 ha (300 kvadratmetr) torpaq sahəsi verilsin. Xaçmaz rayonu, Aşağıoba kəndin ərazidən fərdi yaşayış evi tikmək olan dövlət aktı köhnə aktdır və bazaya işlənməmişdir. Məcburiyyət qarşısında qalaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi toplam sənədlərlə müraciət etmişdir. Lakin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsindən ona imtina gələrək imtinada göstərilmişdir ki, ərizədə qeyd olunan 0.03 ha torpaq sahəsi Xaçmaz rayonu, Seyidlikəndyeri Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 14 saylı qərarına əsasən verilmişdir. Sözü gedən torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsində və sahibliyindədir. Yaşadığı fərdi yaşayış evini tam rəsmləşdirərək çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Lakin oradan ona rəsmi olaraq xx.xx.2023-cü il tarixdə imtina cavabı verilmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İlkin olaraq məhkəmə qeyd edir ki, iddia İddiaçı adından qaldırılmış olsa da iddia ərizəsi tərəfindən imzalanmamışdır. Habelə məhkəmə iclasında X2 iştirak etmiş, lakin onun iddiaçını təmsil etmək səlahiyyəti olmadığından həmin şəxs proses iştirakçısı kimi qəbul edilməmiş, məhkəmə tərəfindən izah edilmişdir ki, iddiaçını məhkəmədə təmsil etməsinə, onun adından iddia qaldırılmaasına səlahiyyət verən etibarnamə təqdim edilmədiyindən nümayəndə kimi qəbul edilə bilməz. İddia iddiaçının özü tərəfindən vəya qanunvericiliyin səlahiyyət verdiyi şəxslər tərəfindən qaldırıla bilər, eyni zamanda məhkəmədə təmsil oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunmaq hüququ vardır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi qanunvericilik nümayəndə kimi təmsil olunacaq şəxslərin dairəsini müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İzah edilsin ki, iddiaçı özü və ya qanunvericiliyə uyğun olaraq etibar etdiyi yaxın qohumu və ya vəkili vasitəsi ilə məhkəmədə iddia qaldıra və məhkəmədə həmin şəxslər vasitəsi ilə təmsil oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3143/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3143/2023
27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver