Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3143/2025 13.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarın ləğv edilməsi” nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cü il tarixdə ********** saylı şəhadətnamə (VÖEN: **********) dövlət qeydiyyatına alınmışdır. “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” Arayışa əsasən fəaliyyət göstərdiyi ünvan 1i ünvanında yerləşən xx.xx.2022-ci il tarixində ********* -31002 kodlu və xx.xx.2022-ci il tarixində ********* - 31003 kodlu təsərrüfat subyektləri uçata alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra - cavabdeh) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7686 nömrəli qərarına əsasən xx.xx.2024-cü il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1i ünvanında yerləşən istehsal zavodu və anbarlarda operativ nəzarət tədbiri keçirilmiş və tədbirin nəticəsi olaraq “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən digər təsərrüfat subyektinə göndərilməsi zamanı bu məcəllənin 71-1-5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə fakturanın tərtib edilməsi nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli DVX № 101318 saylı akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, “xx.xx.2024 cu ildə vergi ödəyicisinə məxsus anbarda 7 939 927.97 manat VM-nin 58.13-cü maddəsinə əsasən e-qaimə faktura ilə təqdim etməli olduğu halda mallarin e-qaime faktura təqdim edilmədən satışını təşkil etdiyi müəyyən edilmisdir. Bu mallar "xxxx" MMC, "xxxx" QSC ve "xxxx" QSC-dən alınmış tütün məmulatlarından ibarətdir. Aktda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 16.1.3, 71-1 və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisinin barəsində VM-nin 58.13-cü maddəsinə əsasən 793 992,797 manat məbləğində maliyyə sansiyasinin tətbiq edilməsi təklif olunur. Qeyd olunan Operativ vergi nəzarəti aktının nəticəsində vergi ödəyicisinin barəsində Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********5588 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” qərar qəbul edilərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1 587 985.59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirilmişdir ki, iddiaçı tərəfindən elektron qaimə faktura əsasında “Vektor" MMC, "xxxx" QSC və "xxxx" QSC-dən ümumilikdə ƏDV-siz dəyəri 6 968 328.50 manat olan siqaret məhsulları almışdır. Ölçü Adı VÖEN vahidi Miqdarı Dəyəri ƏDV məbləği "xxxx" MMC ********** blok 19,895.00 579,934.15 104,388.07 "xxxx"MMC ********** blok 50,000.00 1,554,796.59 279,863.37 "xxxx"MMC ********** blok 243,840.00 4,833,597.77 870,047.80 CƏMİ 313,735.00 6,968,328.51 1,254,299.24 İddiaçı tərəfindən qeyd olunan mallar elektron qaimə fakturalar əsasında aşağıda qeyd edilən vergi ödəyicilərinə satılmışdır: Ölçü Adı VÖEN Miqdarı Dəyəri ƏDV məbləği vahidi "xxxx" MMC ********** blok 23,500.00 550,476.89 99,085.87 "xxxx" MMC ********** blok 265,605.00 5,975,693.39 1,075,624.77 AR ƏN "Penetensiar ********** qutu 110,000.00 239,576.06 43,123.71 Xidmətinin Təchizat İdarəsi" CƏMİ 399,105.00 6,765,746.34 1,217,834.35 İş materiallarına əlavə olunan elektron qaimə fakturaların siyahsından görünür ki, iddiaçı tərəfindən bütün mallar elektron qaimə faktura əsasında alınmış və elektron qaimə faktura əsasında satışı təşkil edilmişdir. Vergi ödəyicisinə məxsus təsərrüfat subyektində hər hansı mal qalığının olub olmaması barədə aktda heç bir məlumat mövcud deyildir. Tərtib edilmiş sənədlərindən bir daha aydın olur ki, nəzarət tədbiri nəzarət tədbirinin mahiyyətinə zidd olaraq keçirilmiş və formal olaraq aktlar tərtib edilmişdir. Qanunla müəyyən edilən hüquq pozuntusu hadisəsi reallıqda aşkar edilmədiyi halda və vergi orqanının elektron informasiya sistemində malların təqdim edilməsini əks etdirən elektron qaimə fakturalar əks olunduğu, qaimə fakturaların olmamasını iddia edilməsi tamamilə absurd məsələdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinə məqsədli şəkildə qanunsuz müdaxilə edib, əsassız maliyyə sanksiyası tətbiq etməklə sahibkarlıq fəaliyyətinin inzibati yolla məhdudlaşdırılmasına xidmət edir. Alınmış malların cəmi dəyəri 6,968,328.51 manat təşkil etdiyi halda, malların dəyəri 7 939 927.97 manat qeyd edilmişdir. Qiymətin nədən formalaşması və 971 599.46 manat fərq məbləğinin haradan yaranması ilə bağlı aktda heç bir məlumat mövcud deyildir. Bildirilmişdir ki, Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə- fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; İddia ərizəsində qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən mallar təqdim edilərkən, qarşi tərəflərə elektron qaimə fakturalar verilmişdir və bu məlumatlar vergi orqanın elektron informasiya sistemində mövcuddur. Mövcud halda cavabdeh tərəfindən açıq -aşkar görünən məlumatların faktiki olaraq inkar edilməklə, vergi ödəyicisi əsassız maliyyə sanksiyasına məruz qalmışdır. VM-nin 58.13-cü maddəsinə əsasən “Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Aktdan göründüyü kimi məbləğin 10% həcmində 793 992,797 manat məbləğində maliyyə sansiyasinin tətbiq edilməsi təklif olunsa da, məsuliyyətə cəlb etmə barədə qərarda 10% deyil, ikinci hal kimi 20% həcmində 1 587 985.59 manat maliyyə sanksiyası tətbiq edilmiş və bu hal qərarda və aktda əsaslandırılmamışdır. Operativ vergi nəzarəti tədbiri Vergi Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən olunan nəzarət tədbirlərindən biridir. “Operativ” sözü leksik mənasına görə “təcili, sürətli, çevik” (hərəkət, əməliyyat) deməkdir. Bu nəzarət tədbirini vergi yoxlamalarından fərqləndirən başlıca əlamət ondan ibarətdir ki, konkret məsələlər üzrə vergi ödəyicisinin yalnız cari fəaliyyəti üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicilərinin təsərrüfat subyektlərində (obyektlərində) həyata keçirilən cari nəzarət tədbiridir. Səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Operativ vergi nəzarəti ilə vergi ödəyicisinin yalnız tədbir zamanı cari fəaliyyəti üzrə baş verən pozuntuları rəsmiləşdirməli olduğu halda, vergi orqanıin əvvəlki dövrün əməliyyatlarına müdaxilə etməsi, həmçinin ümumiyyətlə bu tədbirin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində müəyyən edilmiş əsasların mövcud olmaması halında yoxlamanın keçirilməsi tamamilə əsassızdır və belə halda vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi istinad edilən qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, qanunverici operativ vergi nəzarətinin əvvəlki dövrə şamil edilməməsini müəyyən etmişdir. Operativ vergi nəzarəti tədbiri səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq başa çatmış münasibətləri deyil, tədbir zamanı davam edən pozuntunu müəyyən etməyə hüquq verən nəzarət tədbiridir. Cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2024-cü il tarixdə həyata keçirilsə də, yoxlama vergi ödəyicisinin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə aldığı bütün mallara münasibətdə keçirilmişdir. Cavabdeh operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla xx.xx.2024-cü il tarixli DVX seriyalı 101318 nömrəli akt tərtib etmiş, bununla da operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2024-cü il tarixli **********5588 nömrəli inzibati akt qəbul olunmuşdur. Cavabdeh iddiaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Qeyd edildiyi kimi, hazırkı iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmiş, beləliklə də, cavabdeh tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğu əsaslandırılmamışdır ki, bu da “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə ziddir. Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilməsinə nəzarət edilməsinin aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilibedilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Təsadüfi deyildir ki, iş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7686 nömrəli qərarına əsasən ünvan 2i ünvanında yerləşən "ALLBUY” MMC-nin fəaliyyət göstərdiyi "İSTEHSAL ZAVOD" adlı obyektdə (anbarında) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən ümumi dəyəri 7939927,47 manat məbləğində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirildiyi müəyyən edilərək qanun pozuntusu faktı xx.xx.2024-cü il tarixli akt tərtib edilməklə rəsmiləşdirilmişdir. İşin faktiki halları ilə əlaqədar olaraq bildiririk ki, iddiaçı xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinə məxsus anbarda 7939927,47 manat malları vergi məcəlləsinin müvafiq maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 454-VQD nömrəli qanunu ilə Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 13.2.63cü maddəyə əsasən topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti hesab edilir. Eyni zamanda həmin qanunla Vergi Məcəlləsinə əlavə edilmiş 71-1 -ci maddəyə əsasən bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71- 1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda - mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə - malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə - işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.4. bu Məcəllənin 71-1.5.2-ci, 71-1.5.3-cü və 71-1.5.6-cı maddələrində nəzərdə tutulmuş hallarda - malların qaytarıldığı və vergi tutulan dövriyyənin dəqiqləşdirildiyi vaxtdan 3 gün müddətində. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilənlərə əsasən topdansatış fəaliyyəti göstərən iddiaçının pərakəndə satış qaydasında və həmçinin də vergi uçotu olmayan alıçılara ödəniş çeki verilməklə malları təqdim etməsi istinad edilən qanunvericilik normalarının tələblərinin pozulmasıdır və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı qanuni olaraq vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinin sanksiyasına görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiqi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən ümumi dəyəri 7939927,47 manat dəyərində olan malların elektron qaimə-faktura təqdim edilmədən satışına təqvim ili ərzində belə hala ikinci dəfə yol verilməsinə görə təqdim edilmiş malların satış qiymətinin 20 faizi miqdarında 1587985,59 maliyyə sanksiyası tətbiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı malların topdansatışı fəaliyyəti ilə məşğuldur və malları təqdim edərkən Vergi Məcəlləsinin 13.2.63-cü və 71-1-ci maddələrinin tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
1. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edənsənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarın surəti; Operativ vergi nəzarəti təyin olunma barədə qararın surəti; Operativ vergi nəzarəti aktının surəti; Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və digər sənədlər daxildir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1)subyektiv hüququnun olub-olmamasını, 2)cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 3t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından məlum olur ki, İddiaçı MMC barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 saylı qərardan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, cavabdeh tərəfindən (bundan sonra - cavabdeh) VM-nin 58.8-ci maddəsinə əsasən “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********7686 nömrəli qərar qəbul olunaraq, xx.xx.2024-cü il tarixində opeativ vergi nəzarəti tədbiri keçirilmiş və “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən digər təsərrüfta subyektinə göndərilməsi zamanı bu məcəllənin 71-1-5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə fakturanın tərtib edilməsi nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2024-cü il tarixli DVX № 101318 saylı akt tərtib edilmişdir. Operativ vergi nəzarəti aktına əsasən Vergi Məcəlləsinin 16.1.3, 71-1 və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisinin barəsində VM-nin 58.13-cü maddəsinə əsasən 793 992,797 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunsa da, Operativ vergi nəzarəti aktının nəticəsində vergi ödəyicisinin barəsində Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli **********5588 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” qərar qəbul edilərək Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 1 587 985.59 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar maddi və prosessual normaların kobud pozuntuları ilə müşayiət olunduğundan, həmin yoxlamanın nəticələrinə dair inzibati akt qanunsuz sayılmalı və ləğv olunmalı, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən: 13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; 13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli KY242140106 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış”a əsasən müəyyən olunur ki, İddiaçı MMC-nin barəsində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini, “cari fəaliyyət” üzrə dövrü əhatə edən, “plandankənar(növbədənkənar)” operativ vergi nəzarəti tədbiri təyin olunmuşdur. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri (50.1.14) əhatə edən vergi nəzarəti formasıdır. 50.1.13. Malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; ... 50.2. Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Müəyyən olunur ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Yalnız Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda Plandankənar(növbədənkənar) yoxlamanın təyin olunması üçün VM-nin 50.2.4-cü maddəsinə (vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda) istinad edilmiş, lakin “kifayət qədər əsasın” nədən ibarət olması açıqlanmamışdır. Məhkəmə hesab edir ki, qərarda 50.2.4-cü maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Belə ki, operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Hazırkı iş üzrə isə cavabdeh Plandankənar(növbədənkənar) yoxlamanın həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə istinad etməklə kifayətlənmiş, lakin Plandankənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (vergi qanunverciliyinin pozulması barədə kifayət qədər əsasların nədən ibarət olmasını) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Məhkəmə hesab edir ki, “Kifayət qədər əsas” anlayışı çox mücərrəd ifadədir, cavabdeh inzibati orqan tərəfindən sahibkarlıq subyekti barədə qərar qəbul edilərkən, qeyri-müəyyən ifadələrdən istifadə olunmamalı, özü mülahizəsi dəqiq və aydın şəkildə ifadə edilməli idi. Həmçinin vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, qanunun normasına bu şəkildə istinad edilməklə vergi ödəyicisinin barəsində yoxlama tədbiri keçirilməsi sahibkarlıq subyektinin fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir və bu əsasla təyin edilmiş yoxlama qanuni sayıla bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinə 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli qanuna əsasən edilmiş əlavəyə əsasən ( 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir). Yeni qanuna əsasən operativ vergi nəzarətinin əvvəlki 3 illik dövr üzrə keçirilməsi nəzərdə tutulsa da, VM-nin 56.1-ci maddəsi bu halı “Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anı” ilə əlaqələndirmişdir. Mövcud halda isə yoxlama keçirilərkən carı anda hər hansı pozuntu aşkar edilməsi faktı qeydə alınmadan, əvvəlki dövrlər üzrə yoxlama aparılmışdır. Digər tərəfdən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” a əsasən cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti yoxlama xx.xx.2024 -xx.xx.2024-cü il tarixlərini əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, vergi ödəyicisinin xx.xx.2023-xx.xx.2024-cü il tarixləri üzrə aldığı bütün mallara münasibətdə keçirilmişdir. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi yoxlamasının mahiyyətinə və xarakteristikasına uyğun deyildir. Eyni zamanda Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” da plandankənar yoxlamanın yalnız “carı fəaliyyət” üzrə keçirilməsi nəzərdə tutulmuşdur. “Carı fəaliyyət” dedikdə, mövcud yoxlamanın keçirildiyi müddət nəzərdə tutulur. Lakin yoxlama ilə buna zidd olaraq, nəzərdə tutulan carı fəaliyyət dövründən əvvəlki dövrlərə müdaxilə halı baş vermişdir. Məsələn səyyar vergi yoxlamalarının təyin olunması barədə qərar və çıxarışlarda konkret olaraq əvvəlki 3 illik dövrün yoxlanılması nəzərdə tutulduğu və buna uyğun olaraq da əvvəlki dövrlərin yoxlanılması qanunvericiliyə uyğun olduğu halda, mövcud halda Operativ vergi nəzarəti təyin olunma barədə qərar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” da əvvəlki dövrlər üzrə yoxlama keçirilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi cavabdeh iddiaçının “cari fəaliyyəti” üzrə deyil, Operativ vergi nəzarəti tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. İş materiallarında mövcud olan xx.xx.2024-cü il tarixli DVX № 101318 saylı aktda qeyd edilmişdir ki, “xx.xx.2024 cu ildə vergi ödəyicisinə məxsus anbarda 7 939 927.97 manat VM-nin 58.13-cü maddəsinə əsasən e-qaimə faktura ilə təqdim etməli olduğu halda mallarin e-qaime faktura təqdim edilmədən satışını təşkil etdiyi müəyyən edilmisdir. Bu mallar "xxxx" MMC, "xxxx" QSC ve "xxxx" QSC-dən alinmış tütün məmulatlarından ibarətdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş İddiaçı MMC tərəfindən əldə olunmuş və təqdim edilmiş elektron qaimə fakturaların siyahisina əsasən müəyyən olunmuşdur ki, cəmiyyət tərəfindən "xxxx" MMC-dən(VÖEN **********) 19,895 blok, ƏDV daxil dəyəri 684,322.22 manat, "xxxx" MMC-dən(VÖEN **********) 50 000 blok, ƏDV daxil dəyəri 1,834,659.96 manat, "xxxx" MMC-dən(VÖEN **********) 243,840 blok, ƏDV daxil dəyəri 5, 703,645.57 manat, olmaqla cəmi 8,222,627.75 manat dəyərində siqaret məhsulları əldə etmişdir. Həmçinin cəmiyyət tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Penetensiar Xidmətin Təchizat İdarəsi”nə (VÖEN **********) 110,000 qutu, ƏDV daxil dəyəri 282,882.77 manat, "xxxx" MMC-nə (VÖEN **********) 23,500 blok, ƏDV daxil dəyəri 649,562.76 manat, "xxxx" MMC-nə (VÖEN **********) 265,605 blok, ƏDV daxil dəyəri 7,051, 318.03 manat olmaqla, cəmi 7,983,580.69 manat dəyərində siqaret məhsulları 3 müəssisəyə elektron qaimə fakturalar əsasında satılmışdır. Müəyyən olunur ki, qeyd olunan elektron qaimə fakturaların siyahısı iddiaçı tərəfindən gücləndirilmiş elektron imza vasitələrində istifadə edilməklə Dövlət Vergi Xidmətinin informasiya bazasından əldə olunmuşdur. Belə olan halda malların 3-cü şəxslərə təqdim olunmasına dair elektron qaimə fakturalar ilk növbədə yoxlayıcı orqan üçün əlçatan olmuşdur. Buna baxmayaraq Operativ vergi nəzarəti aktında 7,983,580.69 manat dəyərində manat dəyərində siqaret məhsullarının elektron qaimə faktura əsasında satılması halı görməməzlikdən gəlinərək, iddiaçıya münasibətdə tamamilə qanunsuz akt tərtib edilmişdir. Digər tərəfdən elektron qaimə faktura əsasında satılmış malların ƏDV daxil dəyəri 7,983,580.69 manat təşkil etdiyi halda, Operativ vergi nəzarəti aktında malların dəyəri 7 939 927.97 manat qeyd edilmiş, 43 652.72 manat qiymət fərqi ilə bağlı aktda hıər hansı qeyd aparılmamışdır. Beləliklə iş materialları ilə təsdiq edilir ki, iddiaçı tərəfindən mallar təqdim edilərkən, qarşi tərəflərə elektron qaimə fakturalar verilmişdir və bu məlumatlar vergi orqanın elektron informasiya sistemində mövcud olmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən açıq-aşkar bəlli olan faktlar və məlumatlar faktiki olaraq inkar edilməklə, iddiaçıya əsassız və qanunsuz maliyyə sanksiyasına tətbiq etmişdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.13-cü maddəsinə bu Məcəlləyə əsasən elektron qaiməfaktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən “Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Aktdan göründüyü kimi məbləğin 10% həcmində 793 992,797 manat məbləğində maliyyə sansiyasinin tətbiq edilməsi təklif olunsa da, məsuliyyətə cəlb etmə barədə qərarda 10% deyil, ikinci hal kimi 20% həcmində 1 587 985.59 manat maliyyə sanksiyası tətbiq edilmiş və bu hal qərarda və aktda əsaslandırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.2-ci bəndinə əsasən vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. İddiaçı tərəfindən VM-nin 16.1.3-cü maddəsinə uyğun olaraq ticarət fəaliyyətinin uçotu aparılmış və malların təqdim edilməsinə dair elektron qaimə fakturalar təqdim edilmişdir Göründüyü kimi, qanunla müəyyən edilən hüquq pozuntusu hadisəsi olmadığı halda mövcud faktin(elektron qaimə fakturaların) inkar edilməsi əsasında şəxsin hüquqi məsuliyyətə cəlb edilməsi istər vergi, istərsə də digər qanunvericilik aktlarının mahiyyətinə ziddir. Vergi Məcəlləsinin 54-cü maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə şəxs məsuliyyətə cəlb edilə bilməz. İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Nəzərə alınmalıdır ki, AR Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarı ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********5588 nömrəli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva