Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-315/2023 20.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdeh tərəfindən "xxxx" ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun X1 mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 800 kv m torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən "xxxx" ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun X1 mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evin binasının yerləşdiyi 800 kv m torpaq sahəsinə dair hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən "xxxx" ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018-ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun X1 mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evinin binasının yerləşdiyi 800 kv m torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası (Qonaq evi) "xxxx" ASC-nin xüsusi balansında olmuşdur. Həmin ASC-nin 11 mart 1998-ci il tarixli səhmdarların növbədənkənar ümumi yığıncağının 02 saylı protokoluna əsasən ASC-nin Qonaq evi binasının satılması qərara alınmışdır. Daha sonra həmin ASC-nin İdarə Heyətinin sədri olmuş X4 ilə X3 arasında notariat qaydasında təsdiq edilmiş xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin Qonaq evi binası Eldar Mirzağayevə satılmışdır. Həmin alqı-satqı müqaviləsi əsasında isə həmin şəxsin adına 25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsi və yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Həmin texniki pasporta əsasən Qonaq evi binasının yerləşdiyi torpaq sahəsi 800 kv m göstərilmişdir. Həmin 800 kv m hasarın daxilində yerləşir. 2020-ci ilin əvvəllərində Eldar Mirzağayev həmin qeyri-yaşayış binası olan Qonaq evinə dair öz adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarədə sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi aparılmış və məlum olmuşdur ki, həmin Qonaq evinin də daxil olduğu, əvvəllər "xxxx" ASC-nin balansında olmuş ümumilikdə 953.4 kv m sahəsi olan daşınmaz əmlaklara və onların yerləşdiyi 14960,0 kv m torpaq sahəsinə dair "xxxx" ASC-nin adına Seriya RX ******* saylı **********00-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilən səbəblərə görə iddiaçının adına müvafiq çıxarış verilməsindən imtina olunmuşdur. "xxxx" ASC-nin adına tərtib olunmuş texniki pasportda “B” tikilisi kimi göstərilən Qonaq evi məhz Eldar Mirzağayevin mülkiyyətimdə olan qeyri-yaşayış binasıdır. Bununla da Eldar Mirzağayevin xüsusi mülkiyyətində olan Qonaq evi və həmin qonaq evinin istifadəsi üçün nəzərdə tutulan 800 kv m torpaq sahəsi heç bir qanuni əsas olmadan "xxxx" ASC-nin adına olan çıxarışın tərkibinə daxil edilmişdir. "xxxx" ASC-nin adına ünvan 2 ünvanda yerləşən Qonaq evi binasına dair aparılmış qeydiyyat həmin binaya dair Eldar Mirzağayevin mülkiyyət hüququnu birbaşa pozmuşdur. Çünki, həmin qeydiyyat aparılarkən artıq Eldar Mirzağayevin mülkiyyət hüququ dövlət qediyyatlına alınmaqla xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmiş və həmin qeydiyyat "xxxx" ASC-nin adına qeydiyat aparılarkən qüvvədə olmuşdur. Bununla da, Qonaq evi binasına dair qüvvədə olan qeydiyyat üzərindən “Asila" ASC-nin adına aparılmış qeydiyyat qanunsuz və əsassız olmaqla Eldar Mirzağayevin mülkiyyət hüququnu pozmuşdur.Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-nin adına verilmiş Seriya RX ******* saylı **********00-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəlişlərin edilməsi, Eldar Mirzağayevin xüsusi mülkiyyətində olan Qonaq evinin və həmin qonaq evinin istifadəsi üçün nəzərdə tutulan 800 kv m torpaq sahəsinin koordinatları bərpa olunmaqla həmin çıxarışın koordinatlarının tərkibindən çıxarılması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuşdur. Həmin idarə tərəfindən belə bir düzəlişlərin aparılmasının mümkün olmadığı və daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələnidirilə bilinməsi qeyd edilmişdir. Bu barədə həmin idarə tərəfindən xx.xx.2022-ci il tarixli **********55 saylı məktub verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, X1 etibarnamə ilə nümayəndəsi İddiaçı RX ******* saylı,**********00 Reyestr nömrəli,********** qeydiyyat nömrəli çıxarışda düzəlişlərin edilməsi haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqlarin dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş və həmin daşınmaz əmlakla bağlı aparılmış qeydiyyatda düzəlişlərin həyata eçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən "hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir"." İş materiallarında olan : -xx.xx.1998-ci il tarixli ЗМ-1-166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Qonaq evi binası X4 tərəfindən Eldar Mirzağayevə satılmışdır. -25 yanvar 1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası (Qonaq evi) X1 adına qeydə alınmışdır. - yanvar 1999-cu il tarixli v234 inventar nömrəli texniki pasportdan görünür ki, həmin sənəd X1 adına qeydə alınmış 800 kv m torpaq sahəsində yerləşən Qonaq evi binası barəsində tərtib edilmişdir. - xx.xx.2018-ci il tarixdə tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd “Asila “ASC-yə məxsus qeyri-yaşayış sahəsi barəsindədir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazisinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli verilmiş cavab məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən "xxxx" ASC-nin adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********00-12301 reyestr nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazisinin tərəfindən verilmiş 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Qusar şəhəri, Ərəblinski küçəsi 26 ünvanda yerləşən qeyri-yaşayış binasına (qonaq evi) dair xx.xx.1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsində göstərilən daşınmaz əmlak (qeyri-yaşayış binası) ilə "xxxx" MMC-yə verilmiş RX ******* saylı **********00- 12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən daşınmaz əmlaka dair texniki pasportda göstərilən tikilinin (qonaq evinin) göstəricləri ilə müqayisə etdikdə daxili və xarici ölçülərdə cüzi (10- 15 sm) fərq var, xarici konfiqurasiyaları uyğundur, daxili konfiqurasiyasında cüzi ("xxxx" MMC-yə verilmiş texniki pasportda göstərilən “3” və “4” saylı yerləşkələr arasında olan arakəsmə divarı, iddiaçıya məxsus 1999-cu ildə tərtib olunmuş texniki pasportda mövcud deyil) fərq var, hər iki texniki pasportda göstərilən ünvan eynidir, bundan əlavə İddiaçıya məxsus 1999-cu ildə tərtib olunmuş texniki pasportda binanın tikildiyi ili 1968-ci il qeyd olunmuşdur, lakin “Asila" MMC-yə verilmiş texniki pasportda həmin binanın tikildiyi il 1976ci il qeyd olunmuşdur. xx.xx.1999-cu il tarixli 234 inventar nömrəli 29 saylı qeydiyyat vəsiqəsində göstərilən daşınmaz əmlakın faktiki koordinatları (binanın tikinti altı sahəsi) ilə “Asila" MMC-yə verilmiş texniki pasportdakı koordinatları ilə bütövlükdə yəni tikinti altı sahəsi 98.9 kv m olmaqla üst-üstə düşür.Qeyd: Hal-hazırda həmin qeyri-yaşayış binası iddiaçının istifadəsində yerləşir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir.http://www.e-qanun.az/framework/5456 Həmin Qanunun 16.3-cü maddəsinə görə əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Məhkəmə araşırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanda yerləşən Qonaq evi binasını "xxxx" ASC-nin İdarə Heyətinin sədri X5 almışdır. Həmin bina üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınmış və ona Qusar rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Həmin əmlaka dair verilmiş texniki pasportda binanın 800 kv m torpaq sahəsində yerləşdiyi qeyd edilmişdir. İddiaçı göstərilən əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə ona həmin əmlak üzərində "xxxx" MMC-nin nümlkiyyət hüquqlarının qeydə alındığını bildirərək imtina cavabı verilmişdir. Məhkəmə mübahisəli qeydiyyatın aparılması üçün əsas olmuş sənədlərin təqdim edilməsi üçün cavabdeh orqana sorğu vermişdir. Həmin sorğuya cavab olaraq cavabdeh Azərbaycan Respublikası Dövət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən "xxxx" ASC-yə verilmiş 000041 qeydiyyat nömrəli xx.xx.2006-cı il tarixli şəhadətnaməni, "xxxx" ASC-yə verilmiş ******* nömrəli **********000-12301 reyestr nömrəli xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və texniki pasportu təqdim etmişdir. Lakin əmlakın "xxxx" ASC-dən "xxxx" ASC_yə keçməsi üçün əsas həmin sənədlərə əlavə edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının 1998-ci ildən qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etdiyi, mülkiyət hüququnun qeydə alındığı və hazıradək faktiki istifadə etdiyi daşınmaz əmlak barəsində 2018-ci ildə daşınmaz əmlakın dövlət reyestrində başqa şəxsin mülkiyyət hüquqlarının qeydə alınması əsassız olmuşdur. İş üzrə alınmış mütəxəssis rəyi ilə də cüzi fərqlə olsa da, eyni əmlak barəsində söhbət getdiyi, əmlakın hazıradək iddiaçının istifadəsində olması öz təsdiqini tapmışdr. Bununla da, Qonaq evi binasına dair qüvvədə olan qeydiyyat üzərindən “Asila" ASC-nin adına aparılmış qeydiyyat qanunsuz və əsassız olmaqla iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018- ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasport X1 mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evin binasının yerləşdiyi 800 kv.metr torpaq sahəsinə dair hissədə ləğv ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx" ASC-nin adına verilmiş seriya RX ******* saylı **********0012301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 29 oktyabr 2018- ci il tarixdə tərtib olunmuş inventar nömrəsi 2152 olan texniki pasportun iddiaçı X1 mülkiyyətində olan Qonaq evi binasına və həmin qonaq evin binasının yerləşdiyi 800 kv m torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-315/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-315/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver