Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3154/2025 22.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “iddiaçıya 60 yaşdan xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona güzəştli şərtlərlə 60 yaşdan əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Hal-hazırda "X6" QSC-də çalışır. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdehin 3-17-1/2-İ- 253513/2024 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi işlədiyi sahənin, yəni "xxxx" ASC-nin və "X6” QSC-nin Dəmiryolu (Nəqliyyat) sexinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısımda nəzərdə tutulmuş Dəmiryol nəqliyyatı sahəsinə aid olmaması göstərilmişdir. İmtina məktubunu xx.xx.2024-cü il tarixində almışdır. Azərbaycan Boruyayma zavodunda (hal-hazırda "xxxx" ASC) işlədiyi “qatar tərtibçisinin köməkçisi", “lokomotiv maşinistinin köməkçisi", “qatar tərtibatçısı" peşələri "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AZB 01/137 saylı və “X6" QSC-nin xx.xx.2024-cü il tarixli BSC-X-24-0810/001 saylı arayışlarına əsasən AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş Siyahının 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlə və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin "xxxx", "teplovoz. elektrovoz maşinistləri və maşinist köməkçiləri" peşələrinə uyğun olmaqla ilə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. İşlədiyi sahə, yəni Metallurgiya istehsalı (qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Eyni zamanda həmin sahənin Dəmiryol sexindəki fəaliyyət dəmiryol nəqliyyatı sahəsinə aid olmaqla ağır və zərərli sahə sayılır. Belə ki, zavodun Dəmiryolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryolu xətlərinin istismarını həyata keçirir. Qeyd olunan peşələrdə çalışan işçilər də sənaye müəssisələrində dəmiryol nəqliyyatının texniki istismar qaydalarına, dəmiryol nəqliyyatında manevr işləri və qatarların hərəkəti, siqnalizasiya üzrə təlimata uyğun olaraq öz əmək funksiyalarını həyata keçirir. Artıq neçə illərdir ki, müəssisənin Dəmiryolu sexində onunla eyni peşədə çalışmış işçilərinə Dövlət Sosial Müdafiə Fondu tərəfindən güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AZB 01/137 nömrəli arayışında onun xx.xx.1985xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boruyayma zavodunun Dəmiryolu sexində lokomotiv-tərtib briqadası sahəsində qatar tərtibçisinin köməkçisi. xx.xx.1986-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin sahədə lokomotiv maşinistinin köməkçisi, “X6” QSC-nin xx.xx.2024- cü il tarixli BSC-X-24-0810/001 nömrəli arayışında isə 21 05.2018-ci il tarixdən hazırki tarixədək sözügedən müəssisənin İnsan resursları və inzibati şöbəsi, nəqliyyat sexində qatar tərtibatçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi müəssisələrin fəaliyyət sahələri sözügedən arayışda istinad olunmuş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı mövcud deyil. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X4 Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 23 avqust 2024-cü il tarixli, 188№li arayışına əsasən İddiaçı həqiqətən xx.xx.1979-cu il tarixdə indiki Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini (keçmiş 2 saylı orta texniki peşə məktəbi) “Teplovozun maşinist köməkçisi” ixtisas qrupuna daxil olmuş və xx.xx.1982-ci il tarixində həmin məktəbi əyani formada bitirmişdir. O dövrdəki Azərbaycan SSR X5 Təhsili Komitəsi tərəfindən ona Г №602802 saylı diplom verilmişdir. X6 QSC-nin 19 sentyabr 2024-cü il tarixli, BSC-X-24-0810/001 saylı araşdırıcı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində "X6" QSC-nin (bundan əvvəl "X6" MMC- nin) İnsan resursları və inzibati şöbəsi , nəqliyyat sexinə 3-cü istehsalat sahəsinə qatar tərtibatçısı vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin sahədə əmək fəaliyyətini davam etdirir. xx.xx.2023-cü il tarixindən 3-cü istehsalat sahəsinin adı dəyişdirilərək Boruyayma sexi adlandırılmışdır. Qeyd edilmiş peşə (vəzifələr) hazırda "X6" QSC-də mövcud olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın 21. Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı- ayrı kateqoriyalı işçilər: yarımbəndində "xxxx" peşəsi ilə eynilik təşkil edir. Azərboru ASC-nin 04 sentyabr 2024-cü il tarixli AZB 01/137 saylı arayışında qeyd edilmişdir ki, xx.xx.1985-ci il tarixində Azərbaycan Boruyayma zavodunun Dəmiryolu sexində lokomotiv-tərtib briqadası sahəsinə qatar tərtibçisinin köməkçisi peşəsinə işə qəbul edilmiş. xx.xx.1986-cı il tarixində həmin sexdə lokomotiv-tərtib briqadası sahəsinə lokomotiv maşinistinin köməkçisi keçirilmiş və xx.xx.2010-cu il tarixində onunla bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə xitam verilmişdir. İşlədiyi müddətdə xx.xx.1999-cu il tarixindən xx.xx.2010-cu tarixinədək ödənişsiz məzuniyyətdə olmuşdur. '’Metallurgiya" Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "xxxx" İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə 15.07.19.98-ci il tarixdə "xxxx" İstehsalat Birliyinin bazasında "xxxx" ASC yaradılmışdır. Əsas: Vətəndaşın əmək kitabçası. T-2 karlı. Qeyd edilmiş peşələr "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısımın 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin "qalar tərtibçiləri” - (23001000-18726). "teplovoz. elektrovoz maşinistləri və maşinist köməkçiləri" (23001000- 14241) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'nın 21-ci Nəqliyyat bölməsinin 21.4-cü Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı- ayrı kateqoriyalı işçilər bəndinin "xxxx", "teplovoz. elektrovoz maşinistləri və maşinist köməkçiləri" peşələri ilə eynilik təşkil edir. İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq X6 QSC-nin xx.xx.2025-ci il tarixli, BSC-X- 25-0130-001 saylı araşdırıcı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "X6" QSC-nin (bundan əvvəl "X6" MMC-nin) İnsan resursları və inzibati şöbəsi, nəqliyyat sexinə 3-cü istehsalat sahəsinə "qatar tərtibatçısı" peşəsinə işə qəbul edilmişdir və hal-hazırda qeyd edilən sahədə əmək fəaliyyətini davam etdirir. xx.xx.2023-cü il tarixindən 3-cü istehsalat sahəsinin adı dəyişdirilərək Boruyayma sexi adlandırılmışdır. Məlumat üçün nəzərinizə çatdırırıq ki, Nəqliyyat sexinə 3-cü istehsalat sahəsində əmək funksiyalarının icrası ilə məşğul olan "qatar tərtibatçısı" vəzifəsini icra edən İddiaçı, həmçinin zərərli iş şəraitində dəmir yol xətləri ilə gələn vaqonlarda olan yüklərin qəbul edilərək yerləşdirilməsi, stansiyada manevr işlərinin aparılması, sexlər arası və sex daxili yüklərin daşınması və sair işlərini həyata keçirir. Qeyd edilən "qatar tərtibatçısı" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. Belə ki, "qatar tərtibatçısı" peşəsi Siyahının 21. Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: yarımbəndində "xxxx"peşəsi ilə eynilik təşkil edir. Əsas fəaliyyəti polad pəstah, armatur və boru istehsalı olan "X6" QSC Azərbaycan Respublikasında metallurgiya sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük polad əritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilir. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli, AZB 01/24 saylı arayışında qeyd edilmişdir ki, “Azərboru" ASC-nin (keçmiş Azərbaycan Boruyayma Zavodu) Dəmir Yolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. İddiaçı həmin sexdə işlədiyi ‘’qatar tərtibçisinin köməkçisi” və “lokomotiv maşinistinin köməkçisi" vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri" -(23001000-18726), “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" - (23001000-14241) vəzifələri ilə eynilik təşkil edir. Lokomotiv dəmir yol xətlərində, yəni rels üzərində işləyən, özü yük götürməyən, vaqonları, qatarları hərəkətə gətirən dartıcı qurğu - maşındır. Lokomotivin teplovoz, elektrovoz və s. kimi növləri vardır ki, bunları fərqləndirən cəhət yalnız mühərrikin müxtəlif enerji mənbələri ilə işləməsidir. Lokomativ maşinistinin köməkçisinin əmək funksiyası manevr işlərinin aparılmasında qatarların hərəkətində maşinistə kömək etmək və onun göstərişlərini yerinə yetirməkdən ibarət olmuşdur. Qatar tərtibçisinin köməkçisinin əmək funksiyası isə stansiya və müəssisədaxili dəmiryol xətlərində manevr işlərinin təşkil və icra etməkdən ibarət olmuşdur. İddiaçı “Azərboru" ASC-nin Dəmir Yolu sexində işlədiyi “qatar tərtibatçısı (köməkçi)” və “lokomotiv maşinistinin köməkçisi" vəzifələrinin vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. İnzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli AZB 01/137 nömrəli arayışında onun xx.xx.1985xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində Azərbaycan Boruyayma zavodunun Dəmiryolu sexində lokomotiv-tərtib briqadası sahəsində qatar tərtibçisinin köməkçisi, xx.xx.1986-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin sahədə lokomotiv maşinistinin köməkçisi, “X6” QSC-nin xx.xx.2024- cü il tarixli BSC-X-24-0810/001 nömrəli arayışında isə xx.xx.2018-ci il tarixdən hazırki tarixədək sözügedən müəssisənin İnsan resursları və inzibati şöbəsi, nəqliyyat sexində qatar tərtibatçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi müəssisələrin fəaliyyət sahələri sözügedən arayışda istinad olunmuş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə aid deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı mövcud deyil. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisənin yaranması əsasını vəzifə uyğunsuzluğu təşkil edir. Bu səbəbdən də iddiaçıya münasibətdə güzəştli iş stajı hesablanmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə sorğusuna cavab olaraq X6 QSC-nin xx.xx.2025-ci il tarixli, BSC-X-25- 0130-001 saylı araşdırıcı arayışında qeyd edilmişdir ki, Nəqliyyat sexinə 3-cü istehsalat sahəsində əmək funksiyalarının icrası ilə məşğul olan "qatar tərtibatçısı" vəzifəsini icra edən İddiaçı, həmçinin zərərli iş şəraitində dəmir yol xətləri ilə gələn vaqonlarda olan yüklərin qəbul edilərək yerləşdirilməsi, stansiyada manevr işlərinin aparılması, sexlər arası və sex daxili yüklərin daşınması və sair işlərini həyata keçirir. Qeyd edilən "qatar tərtibatçısı" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda öz əksini tapmışdır. Belə ki, "qatar tərtibatçısı" peşəsi Siyahının 21. Nəqliyyat bölməsinin 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: yarımbəndində "xxxx"peşəsi ilə eynilik təşkil edir. Əsas fəaliyyəti polad pəstah, armatur və boru istehsalı olan "X6" QSC Azərbaycan Respublikasında metallurgiya sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük polad əritmə müəssisəsidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilir. Sorğuya əlavə edilmiş vəzifə təlimatından görünür ki, qatar tərtibatçısı vəzifəsi struktur bölmə olaraq Azərboru istehsalat sahəsi üzrə Nəqliyyat Şöbəsinə, funksional tabeçilik üzrə nəqliyyat şöbəsinin rəisinə tabedir. İşin qısa təsviri və vəzifə funksiyaları məlumatlarından görünür ki, qeyd edilən vəzifənin fəaliyyət dairəsi nəqliyyat sahəsinə aiddir. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin xx.xx.2025-ci il tarixli, AZB 01/24 saylı arayışında qeyd edilmişdir ki, “Azərboru" ASC-nin (keçmiş Azərbaycan Boruyayma Zavodu) Dəmir Yolu sexi vahid texnoloji qaydalara uyğun olaraq əsas dəmiryolu xətti ilə birləşən və müəssisəyə məxsus dalan yolunun, həmçinin, müəssisədaxili dəmiryol xətlərinin istismarını həyata keçirir. İddiaçı həmin sexdə işlədiyi ‘’qatar tərtibçisinin köməkçisi” və “lokomotiv maşinistinin köməkçisi" vəzifələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 28-ci Nəqliyyat bölməsinin 1-ci Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinin “qatar tərtibçiləri" -(23001000-18726), “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri" - (23001000-14241) vəzifələri ilə eynilik təşkil edir. Lokomotiv dəmir yol xətlərində, yəni rels üzərində işləyən, özü yük götürməyən, vaqonları, qatarları hərəkətə gətirən dartıcı qurğu - maşındır. Lokomotivin teplovoz, elektrovoz və s. kimi növləri vardır ki, bunları fərqləndirən cəhət yalnız mühərrikin müxtəlif enerji mənbələri ilə işləməsidir. Lokomativ maşinistinin köməkçisinin əmək funksiyası manevr işlərinin aparılmasında qatarların hərəkətində maşinistə kömək etmək və onun göstərişlərini yerinə yetirməkdən ibarət olmuşdur. Qatar tərtibçisinin köməkçisinin əmək funksiyası isə stansiya və müəssisədaxili dəmiryol xətlərində manevr işlərinin təşkil və icra etməkdən ibarət olmuşdur. İddiaçı “Azərboru" ASC-nin Dəmir Yolu sexində işlədiyi “qatar tərtibatçısı (köməkçi)” və “lokomotiv maşinistinin köməkçisi" vəzifələrinin vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. Sorğuya əlavə edilmiş vəzifə təlimatlarına əsasən qatar tərtibatçısının fəaliyyət sahəsi sənaye müəssisələrində dəmiryol nəqliyyatının istismarı və manevr işləri ilə bağlıdır. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 60 yaşdan, xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-3154/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3154/2025
22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver