Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3158/2022 19.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehin Azərbaycan Respublikası Prezident Administrasiyasının 21 fevral 2020-ci il tarixli 5/A- 105/39-016/31 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehin Azərbaycan Respublikası Prezident Administrasiyasının 21 fevral 2020-ci il tarixli 5/A- 105/39-016/31 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarının icrasına köməklik edilməsi ilə əlaqədar cavabdehə müraciətlər etmiş, lakin onun müraciətləri cavabsız qaldığından, nazirliyin hərəkətsizliyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə müraciət edən iddiaçı işə onun iştirakı olmadan baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə "xxxx" MMC-nin nümayəndəsi qismində müraciət etmiş, hazırki iddia da həmin şəxsin pozulduğu iddia olunan hüquqlarının müdafiəsi üçün onun adından qaldırıla bilərdi. Buna baxmyaraq iddia İddiaçı adından qaldırılmışdır. Göstərilənlərə əsasən iddianın qeyri-mümkün olduğu qənaətindədirlər. Müraciət müəllifinin eyni məzmunlu ərizəsi aidiyyatı icra qrumunun icraatına digər orqanlardan daxil olan aidiyyatı müraciətlərlə birgə xx.xx.2020-ci il tarixdə cavab vermişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi ilə bağlı hərəkətsizliyi mövcud olmalıdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx/xx-5211 nömrəli, xx.xx.2020-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddiaçının müraciətinə mahiyyəti üzrə cavab vermişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi öz həllini tapdığından məhkəmədə baxıla bilməz. Bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “cavabdehin Azərbaycan Respublikası Prezident Administrasiyasının 21 fevral 2020-ci il tarixli 5/A- 105/39-016/31 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-3158/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3158/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver