Məhkəmə qərarları › İş №2-1(118)-316/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-316/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-316/2020 28.01.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, X2 katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “övladı 20.07.2010-cü il təvəllüdlü X1 adının “Diana” kimi dəyişdirilməsinə icazə verilməsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmasına” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “övladı 20.07.2010-cu il təvəllüdlü X1 adının “Diana” kimi dəyişdirilməsinə icazə verilməsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun, X3 ilə birgə nikahından 20.07.2010-cu il təvllüdlü qız övladları anadan olmuşdur. Uşaq anadan olduqdan sonra nənəsinin təkidi ilə uşağa “Lətifə” adını qoymuşlar və doğum haqqında şəhadətnaməsində uşağın adı “Lətifə” kimi qeyd olundu. Lakin övladları anadan olduğu gündən onlar uşağı “Diana“ kimi çağırmışlar, eləcə də qohum və qonşuları uşağı “Diana” kimi çağırır və tanıyırlar. Uşağın özü də adının "Diana” kimi çağırılmasını istəyir. Övladları artıq 9 yaşına çatmışdır və onun adını hər kəsin çağırdığı və uşağın özünün də adət etdiyi kimi “Diana” olaraq dəyişmək qərarına gəlmişdir. Uşağın atası X3 da notarial qaydada ərizə verərək uşağın adının “Diana” kimi dəyişdirilməsinə razı olduğunu bildirmişdir. O müvafiq sənədlərlə birgə uşağın adının dəyişdirilməsinə icazə verilməsinə dair ərizə ilə aidiyyəti üzrə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdeh özünün 15.07.2019-cu il tarixli, 268 nömrəli cavab məktubu ilə onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmağa çalışmışdır ki, qeyd olunan ad Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat” siyahısında göstərilməmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Həmçinin bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Azərbaycan şəxs adları barədə məlumat siyahısı” adlanan siyahı heç bir normativ aktla təsdiq edilmədiyinə görə heç bir hüquqi qüvvəsi yoxdur və həmin siyahı normativ və ya normativ xarakterli akt hesab edilə bilməz və cavabdehin həmin siyahıya istinad edərək müraciətinə imtina etməsi tamamilə əsassız və qanunsuzdur. Ona görə də iddianın təmin edilməsi barəsində qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 297 saylı Fərmanına əsasən Ailə Məcəlləsinin 54.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının vəzifələrini icra hakimiyyətinin qəyyumluq və himayə orqanları tərəfindən həyat keçirilir) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdeh qismində Sumqayıt şəhər İcra Hakimiyyəti göstərilmişdir. Məhkəmə iddiaçıya hüquqi yardım göstərməklə iddia tələbində cavabdeh qismində Qəyyumluq və Himayə orqanını göstərilməsini məqsəd müvafiq hesab etmədi. Belə ki, hazırki iddia tələbi üzrə cavabdeh qismində Qəyyumluq və Himayə orqanı göstərildiyi tədqirdə belə həmin qurumun inzibati orqan olmaması səbəbindən hazırki iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün olmayacaq. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırki tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasıdır ki, qəyyumluq və himayəçilik orqanları kollegial orqan olmaqla inzibati orqan deyildir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında qəyyumluq və himayəçilik orqanları inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 15.07.2019-ci il tarixli məktubu inzibati akt deyil, ünvanlandlığı şəxslər üçün hər hansı nəticə yaratmır və sonuncunun qərarı məcburilik xüsusiyyətlərinə malik deyil. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülən iddalara inzibati deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “övladı 20.07.2010-cü il təvəllüdlü X1 adının “Diana” kimi dəyişdirilməsinə icazə verilməsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar