Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3163/2023 30.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş “3096” qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0167 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olmaqla (tam şəkildə, yəni paylı mülkiyyət kimi göstərilməməklə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi ünvanında yerləşən (yeni qaydalarla ünvan 3) 24B saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin 14 aprel 2023-cü il tarixli, 3-21-3-32/2- 3940/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, 3096 reyestr və 371 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərq olduğu, qonşu ilə bitişik divarın mövcud olduğu, həmçinin daxili və xarici divarlarında dəyişiklik olduğundan ümumi sahədə fərq yarandığı aşkar edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X5 zəruri cəlbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri Məşədi Əzizbəyov kuçəsı 24B ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 3096 qeydiyyat nömrəli, 371 inventar nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının mulkiyyətindədir. İddiaçıya məxsus olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0167 ha torpaq sahəsinə dair çıxarış və texniki pasport almaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Etdiyi müraciətə əsassız bəhanə gətirərək xx.xx.2023-cu il tarixdə cavabdeh orqan tərəfindən 3- 21-3-32/23940/2023 nömrəli imtina məktubu verilmişdir. İmtina üçün əsas kimi 3096 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə dair texniki pasportda sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərq olduğu; daxili və xarici divarlarında dəyişiklik olunduğu, bu şəbədən ümumi sahədə fərq olduğu; qonşu ilə bitişik divarın mövcud olduğu, bu səbəblərdən də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmuşdur. Belə ki, yuxarıda qeyd edilən səbəblərdən heç biri mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində hüquqların qeydiyyata alınması üçün maneə deyil. Daxili və xarici divarlarda dəyişiklik olunması yerli icra hakimiyyəti tərəfindən mübahisələndirilməmişdir. Qonşu ilə bitişik divarın mövcud olduğu isə daşınmaz əmlakın paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola bilməz. Belə ki, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınan zaman da qonşu ilə bitişik divar mövcud olmuş, lakin mülkiyyət hüququ tam mülkiyyət hüququ kimi artıq qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. “İnzibati icraat Haqqında" Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SiyahısTnın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01 2015-ci il tarixli, 439 saylı Fərmanına əsasən:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bacısı evi ona bağışlamışdır. Tikili köhnə tikilidir. Ev 2018-ci ildə çıxarış veriləndən sonra əlavə tikili olmamışdır. Dam örtüyünün altında çardaq mövcuddur. Bir həyətdə iki ev var, üzbəüzdür.
Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı 3096 reyestr və 371 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərq olduğu, qonşu ilə bitişik divarın mövcud olduğu, həmçinin daxili və xarici divarlarında dəyişiklik olunduğundan ümumi sahədə fərq yarandığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə, 8-ci maddəsinə, 9-cu maddəsinə, 11.1-ci maddəsinə, 15-ci, 23-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsə də, şifahi məhkəmə iclasında iştirak etməmişdir. 26 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında üçüncü şəxs X5 iştirak etmiş, izahatında bildirmişdir ki, evi bacısına bağışlamışdır. Evdə qeydiyyatı yoxdur, eyni zamanda evə hər hansı iddiasıda yoxdur.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş “3096” qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0167 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olmaqla (tam şəkildə, yəni paylı mülkiyyət kimi göstərilməməklə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı 3096 reyestr və 371 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərq olduğu, qonşu ilə bitişik divarın mövcud olduğu, həmçinin daxili və xarici divarlarında dəyişiklik olunduğundan ümumi sahədə fərq yarandığı müəyyən olunmuşdur. İş materiallarından görünür ki, 03 mart 1999-cu il tarixli müqavilə əsasında 3096 saylı qeydiyyat vəsiqəsinə əsasən X4 məxsus olan yaşayış sahəsi 15.8 kv.m, köməkçi sahəsi 36.3 kv.m, 1 otaqdan ibarət 24 saylı yaşayış evi X6 tərəfindən İddiaçı bağışlanmışdır. Həmin yaşayış evi reyestr nömrəsi 3096, inventar işi 371 olan qeydiyyat vəsiqəsinə əsasən iddiaçının adına qeydə alınmışdır. Yaşayış evinin texniki pasportu iş materiallarına əlavə edilmişdir. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********00-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görürnür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 24 B, yeni qaydalarla ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 86.7 kv.m olan fərdi yaşayış evi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin çıxarışda X6 da paylı mülkiyyətçi olaraq qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı mülkiyyət hüququ qeydə alınarkın hansı səbələrə görə X1 payçı kimi qeyd edilməsi müəyyən deyil. Məhkəmə hesab edir ki, iddiaçının paylı mülkiyyətçi kimi göstərildiyi RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********00-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilərkən cavabdeh orqan tərəfindən yanlışlığa yol verilmişdir. Həmin çıxarışda iddiaçının bacısının adının qeyd edilməsi üçün hərhansı əsas məhkəməyə təqdim edilməmişdir. Habelə məhkəmə iclasında da iddiaçının bacısı X5 izahatında bildirmişdir ki, evi bacısına bağışlamışdır. Evə hər hansı iddiası yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ qeydiyyata alınan zaman yol verilmiş yanlıqlıq cavabdeh orqan tərəfindən düzəldilməli, qeydiyyat vəsiqəsi əsasında iddiaçıya məxsus yaşayış evi üzərində mülkiyyət hüququ paylı mülkiyyət olaraq deyil, tam mülkiyyət hüququ olaraq qeyd edilməlidir. Torpaq sahəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanında qeyd edilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının adına 2001-ci il tarixədək tərtib edilmiş mart 1999-cu il tarixli texniki pasport olduğuna görə həmin sənəd iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir. Ona görə də yaşayış evinin mart 1999-cu il tarixli texniki pasportunda göstərilən ölçüdə torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin məhkəmə iddiaçının fərdi yaşayış evi və həmin evin faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun qeydiyyatı tələbini əsaslı hesab etmir. Belə ki, cavabdeh inzibati orqan qeyd edir ki, aparılan araşdırma zamanı 3096 reyestr və 371 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda göstərilən fərdi yaşayış evinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında fərq olduğu, qonşu ilə bitişik divarın mövcud olduğu, həmçinin daxili və xarici divarlarında dəyişiklik olunduğundan ümumi sahədə fərq yarandığı müəyyən olunmuşdur. İddiaçı özü də məhkəmə iclasında bildirmişdir ki, həyətdə iki üzbəüz ev var. Məhkəmə hesab edir ki, faktiki tikililərə aid müvafiq icazə və texniki sənədlər təqdim edilərək yeni qeydiyyat üçün müraciət edilə bilər. Lakin hazırkı vəziyyətdə bu qeydiyyatın hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Əlavə olaraq izah edilsin ki, faktiki tikililərlə bağlı müvafiq icazə və texniki sənədləri təqdim etməklə cavabdeh orqana yenidən müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. RX seriyalı, ******* saylı, reyestr nömrəsi **********00-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan X2 adının çıxarılması, tam mülkiyyət hüququnun İddiaçı adına aparılması, eyni zamanda texniki pasportda göstərilən fərdi yaşayış evinin yerləşdiyi 167 kv.m torpaq sahəsinin (lakin faktiki ölçü daha az olarsa faktiki ölçünün qeydiyyatı aparılmalıdır) mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması, müvafiq çıxarış və texniki sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev