Məhkəmə qərarları › İş №2-1(118)-317/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-317/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-317/2021 17.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Şamaxı rayonu Çarhan kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasını11 saylı Regional Ərazi Filialına qarşı aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin" adına sovxozda və 20 aprel 1991-ci ildən 31 dekabr 2000ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şamaxı Rayon Şöbəsinin 24.08.2020-ci il tarixli **********9 saylı saylı məktubunun qanunsuz və əsassız hesab edilməsi və aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin" adına sovxozda və 20 aprel 1991-ci ildən 31 dekabr 2000-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işləməyi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin" adına sovxozda və 20 aprel 1991-ci ildən 31 dekabr 2000-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin prosessual hüquq varisi kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində DSMF-nin 11 saylı Regional Ərazi Filialını cəlb etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin” adına sovxozda və 20 aprel 1991 -ci ildən 31 dekabr 2000-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işləmişdir. O, yaşa görə əmək pensiyası almaq üçün cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Səbəb kimi bildirilmişdir ki, qeyd edilən dövrün əmək kitabçasında qeyd olunmadığı üçün həmin müddətin onun sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının qeyd etdiyi illər əmək kitabçasında qeyd olunmamışdır. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Beləliklə, iddiaçının iddia etdiyi dövr onun sosial sığorta stajına daxil edilməməlidir. Belə olan halda isə onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmamış olur. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. - НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 25.11.1974-cü il tarixdən 23.11.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - 166 saylı attestatın surətindən görünür ki, İddiaçı 01.09.1971-20.07.1972-ci illərdə 12 nömrəli Şamaxı kənd texniki peşə məktəbində xarrat sənəti üzrə təhsil almışdır. - AR Milli Arxiv İdarəsi X5 filialı tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş əmrlərin surətlərindən və əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı 1972-ci ildə Çarhan kənd “Kalinin” sovxozunda inşaat birqadasına fəhlə qəbul edilməsi, 174 saylı 14 oktyabr 1989-cu il tarixli əmrlə işdən azad edilməsi barədə əmrlər, bundan başqa 1996-2000-ci illərə aid əmək haqqı almışdır. - məhkəmənin sorğusuna cavab olaraq Şamaxı RİHB-nın Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 04.06.2021-ci il tarixli 18 saylı məktubundan görünür ki, 1991- 1996-cı il tarixdə olan əmək haqqı cədvəli nümayəndəliyin arxivinə təhvil verilmişdir. - məhkəmənin sorğusuna cavab olaraq alınmış Çarhan kənd 8 illik (hazırda ümumi orta) məktəbin 26 aprel 1991-ci il tarixli 08 saylı əmrin çıxarışdan görünür ki, İddiaçı 26 aprel 1991ci il tarixdən məktəbə 0.5 ştat bayram və bazar günlərinə gözətçi təyin edilmişdir. - Çarhan kənd 8 illik (hazırda ümumi orta) məktəbin 15 dekabr 2000-ci il tarixli 05 saylı əmrin çıxarışdan görünür ki, İddiaçı - məktəbin gözətçisi öz ərizəsinə əsasən 01 yanvar 2001-ci il tarixdən işdən azad edilmişdir. - Azərbaycan Respublikası DSMF-nin Şamaxı rayon filialı tərəfindən verilmiş 24.08.2020-ci il tarixli məktubdan görünür ki, Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Şamaxı rayon filialına 20.08.2020-ci il tarixdə İddiaçı yaşa görə əmək pensiyası əyin edilməsi üçün Şamaxı Regional “Asan Xidmət” mərkəzi vasitəsi ilə daxil olmuş ərizəsinə şöbənin pensiya təyin edən komissiyasında baxılmışdır. İddiaçı aprel 1972-ci ildən 31 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “ Kalinin “ adına sovxozda və 20 aprel 1991 -ci ildən 31 dekabr 2000-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyində 8 illik orta məktəbində işlədiyi dövrlər əmək kitabçasında əksini tapmadığı üçün “Əmək pensiyaları haqqında” Qanununun 3.1.1-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına 13 nömrəli Əlavəyə əsasən əlilliyə görə pensiya təyin olunması üçün pensiya təyin edilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər; Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğunu) təsdiq edən müayinə aktından çıxarış; müddətli hərbi xidmətdə olan hərbi qulluqçuya əlilliyə görə pensiya təyin edilməsi barədə ərizəyə hərbi qulluqçunu hərbi uçotdan çıxarmış hərbi komissarlıq tərəfindən təsdiq edilən və verilən xəstəlik haqqında şəhadətnamənin surəti və ya hərbi-tibbi komissiyanın arayışı əlillik hərbi qulluqdan buraxıldıqdan sonra baş vermişdirsə, xəstəlik haqqında şəhadətnamənin surəti əvəzinə hərbi qulluq keçmək haqqında hərbi komissarlıq tərəfindən verilən arayış, ərizəçinin Qanunun 19cu maddəsinə əsasən əmək pensiyasının baza hissəsinə əlavə hesablanmasına hüququnu təsdiq edən sənədlər (həmin əlavəni almaq hüququ olduqda) tələb olunur. Məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı əldə edilən digər sübutlarla iddiaçının 1972-ci ilin aprel ayından 03.10.1974-cü il tarixədək və 01.01.1977-ci il tarixdən 31.08.1989-cu il tarixədək Çarhan kənd “Kalinin” sovxozunda və 26.04.1991-ci il tarixdən 01.01.2001-ci il tarixədək Çarhan kənd orta məktəbində işləməsi öz təsdiqini tapdı. Beləliklə, təqdim edilmiş attestat, hərbi bilet, əmrlər və əmək haqqı cədvəllərinə görə İddiaçı 01.09.1971-ci il tarixdən 20.07.1972-ci il tarixədək (10 ay 19 gün), 25.11.1974-cü il tarixdən 23.11.1976-cı il tarixədək hərbi xidmətdə (1 il 11 ay 28 gün), aprel 1972-ci ildən 03.10.1974-cü il tarxədək (2 il 6 ay), 01.01.1977-ci ildən 31.08.1989-cu il tarixədək (12 il 8 ay) Çarhan kənd “Kalinin” sovxozunda və 26.04.1991-ci il tarixdən 01.01.2001-ci il tarixədək (9 il 8 ay 11 gün) Çarhan kənd orta məktəbində işləmişdir. Cavabdehin gətirdiyi dəlillər iddianın rədd eidlməsi üçün əsas hesab edilə bilməz. Belə ki, iddiaçının istinad etdiyi dövrlər əmək kitabçasında qeyd edilməsə də, iddiaçının həmin dövrdə işləməsi və əmək haqqı alması arxiv arayışları ilə qismən təsdiq edildiyindən cavabdehin həmin müddəti sosial sığorta stajına daxil etməkdən imtinası əsassızdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı 26 aprel 1991-ci il tarixdə işə qəbul edildiyindən iddia tələbi onun 20 aprel 1991-ci il tarixdən 01 yanvar 2001-ci il tarixədək orta məktəbdə işləməsinə dair müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində qismən təmin edilməlidir. Buna baxmayaraq qalan müddət ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı 25 ildən yuxarı sosial sığorta stajına malik olması öz təsdiqini tapdı. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, iddiaçının 01.09.1971-ci il tarixdən 20.07.1972-ci il tarixədək (10 ay 19 gün), 25.11.1974-cü il tarixdən 23.11.1976-cı il tarixədək hərbi xidmətdə (1 il 11 ay 28 gün), aprel 1972-ci ildən 03.10.1974-cü il tarxədək (2 il 6 ay), 01.01.1977-ci ildən 31.08.1989-cu il tarixədək (12 il 8 ay) Çarhan kənd “Kalinin” sovxozunda və 26 aprel 1991-ci il tarixdən 01 yanvar 2001-ci il tarixədək (9 il 8 ay 11 gün) Çarhan kənd orta məktəbində işlədiyi dövr onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı aprel 1972-ci ildən 3 oktyabr 1974-cü il tarixədək, 01 yanvar 1977-ci ildən 31 avqust 1989-cu il tarixədək Çarhan kənd “Kalinin" adına sovxozda və 26 aprel 1991-ci il tarixdən 01 yanvar 2001-ci il tarixədək Çarhan kənd icra nümayəndəliyinin 8 illik orta məktəbində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF-nin 11 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar