Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-317/2023 07.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Abşeron Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolu ilə Abbasov Vaqifə satılmış və sonradan bağışlanma müqaviləsi əsasında iddiaçıya bağışlanmış “Abşeron rayonu Xırdalan şəhəri X6 küçəsi 95 ünvanında yeləşən əmlak kompleksinin yerləşdiyi 0.12 ha torpaq sahəsinə xüsusi mülkiyyət kimi reyestr qeydiyyatına alınması və həmin ünvanada yerləşən əmlak kompleksinə - 182.2 m2 yeməkxana binasına və 0.12 ha torpaq sahəsinə vahid çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Xırdalan şəhəri X6 küçəsi 95 ünvanda yerləşən əmlak kompleksini və həmin əmlakın yerləşdiyi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən və 182.2 m2 yeməkxana binası Abşeron Rayon Xalq Deputatları Sovetinin icraiyyə Komitəsinin 21 iyul 1991-ci il tarixli 126 saylı Qərarı ilə ayrılmış və Abşeron Rayon Kooperativ Cəmiyyətinin idarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolu ilə Abbasov Vaqifə satılmış və xx.xx.2014-cü il tarixli RX seriya ******* nömrəli Çıxarış verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış Abbasov Vaqifə məxsus olan əmlak kompleksi kimi müəssisəsinin yerləşdiyi torpaq sahəsinin növü kimi dövlət torpaqları, həmçinin torpaq sahəsi üzrə hüququn növü kimi istifadə olması qeyd edilmişdir. Halbuki həmin torpaq sahəsi o zaman dövlət torpaqlarına aid olmamışdır. Eyni zamanda Abşeron Rayon Xırdalan şəhəri, X9 ev küçəsi 95 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsini bagişlanma müqaviləsi əsasinda iddiaçının adına rəsmiləşdirilmiş və xx.xx.2018- ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Lakin ona verilən Çıxarışda torpaq sahəsi “dövlət” torpağı kimi qeyd edilmişdir. Ona görə də qeyd olunan torpaq sahəsinin növünün “xüsusi mülkiyyət” kimi qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş və Xidmətin 13 may 2022-ci il tarixli **********46 saylı cavab məktubunda ona müsbət cavab verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ona ünvanlanmış cavab məktubunda torpaq sahəsinin onun mülkiyyətində olmadığı yanız istifadəsində olduğu göstərilmişdir. Hesab edir ki, hazırda ona məxsus olan torpaq sahəsinin çıxarışda dövlət torpaqları kimi göstərilməsi onun mülkiyyət hüquqlarının pozulması kimi başa düşülməlidir.Belə ki, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakı aldığı halda həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi də onun xususi mülkiyyəti kimi qeyd olunmalıdır. Lakin Reyestr Xidməti qanunun tələblərinə əməl etməmiş və daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsini onun adına xüsusi mülkiyyət kimi sənədləşdirməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Abşeron rayonu, Xırdalan şəhəri X6 küçəsi 95 ünvanında yeləşən əmlak kompleksini və həmin əmlakın yerləşdiyi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən və 182.2 m2 yeməkxana binası Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 21 iyul 1991-ci il tarixli 126 saylı Qərarı ilə ayrılmış və Abşeron Rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolu ilə Abbasov Vaqifə satılmış və sonradan iddiaçıya bağışlanmış həmin əmlakın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 Nömrəli Qərarına əsasən zona və əmsallar tətbiq etməklə qiymətləndirilərək özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçın, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildirilir ki, mübahisənin predmeti olan torpaq sahəsi üzərində yerləşən, sahəsi 182.2 kv.m olan qeyri-yaşayış binası (yeməkxana) ilkin olaraq “Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı”nın Abşeron Rayon Kooperativlər Cəmiyyətinin xx.xx.2003-cü il tarixli qərarına və Cəmiyyətin sədrinin xx.xx.2003-cü il tarixli, 10 nömrəli sərəncamına əsasən X1. X4 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarış verilmiş və həmin çıxarışda sahəsi 182,8 kv.m olan əmlak kompleksi kimi müəssisənin V.Abbasovun mülkiyyətində, onun yerləşdiyi 0,02002 ha torpaq sahəsinin isə istifadəsində olduğu qeyd edilmişdir. Qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Abşeron Rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli, 126 nömrəli qərarı ilə Abşeron Rayon İctimai İaşə Kontorunun istifadəsinə verilmişdir. Daha sonra X7 xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” ilə qeyd edilən qeyri-yaşayış binasını İddiaçı bağışlamış və qeyd edilən müqavilədə 0,02002 ha torpaq sahəsinin mülkiyyətdə yox, istifadədə olduğu qeyd edilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsi ilə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları müəyyən edilmişdir və həmin maddəyə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların əldə edilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 324.1 -ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Beləliklə, iddiaçının ünvan 5 (yeni qaydalarla H.Z.Tağıyev küçəsi 346) ünvanında yerləşən daşınmaz əmlak üzərində hüquqları xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında yaranmışdır və həmin müqaviləyə görə iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət, onun yerləşdiyi torpaq sahəsi üzərində isə istifadə hüququnu əldə etmişdir.İddiaçının xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında torpaq sahəsi üzərində yalnız istifadə hüququnu əldə etməsinə baxmayaraq həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etməsi əsassızdır. Belə ki, torpaq sahəsinin onun mülkiyyətinə keçməsini təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. Eyni zamanda bildirilir ki, qeyd edilən torpaq sahəsi iddiaçının istifadəsində olmaqla dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi yalnız Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq iddiaçı tərəfindən özəlləşdirildikdən sonra onun xüsusi mülkiyyətinə keçə bilər. Daha sonra iddiaçının dəqiqləşdirilmiş iddia tələbinə münasibətdə bildirirlir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən əraziyə baxış keçirilmiş və istifadəsində olan torpaq sahəsində texniki pasportda öz əksini tapmayan əlavə tikililərin inşa edildiyi aşkar edilmişdir. Həmin əlavə tikililərlə bağlı hüquqmüəyyənedici sənədlər əldə edildikdən sonra adıçəkilən torpaq sahəsinin özəlləşdirilməsinin mümkünlüyü barədə qanunvericiliyin tələbləri iddiaçıya izah edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarına əsasən özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Göstərilən səbəblərdən iddiaçının müraciəti müsbət həll edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********46 nömrəli, xx.xx.2022-ci il tarixli, **********46 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubları, etiraz ərizəsi, Abşeron Rayon XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991 -ci il tarixli, 126 nömrəli qərarının surəti, Abşeron Rayon Kooperativ Cəmiyyətinin İdarə Heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolundan çıxarışın surəti, Təhvil-təslim aktının surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında bağışlanma müqaviləsinin bağlandığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq ƏMDX hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir.Belə ki, öhdəliyin icrası haqqında iddialarda inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi üçün ƏMDX hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı oğlu cavabdehə müraciət etmiş və inzibati orqanın **********46 nömrəli, xx.xx.2022-ci il tarixli, **********46 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə qərarına əsasən Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası, Abşeron rayonunun qəsəbə və kəndlərində yerləşən torpaq sahələrinin 100 kv.metrinin bazis qiyməti 90 manat müəyyən edilmişdir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 6-cı bəndinə əsasən sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətlərinə vurmaqla müəyyən edilir. Həmin Əsasnaməyə xx.xx.2016-cı ildə 6-1 bəndi əlavə edilmiş və həmin bəndin tələblərinə əsasən-torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ünvan 5 ünvanında yerləşən daşınmaz əmlak üzərində iddiaçının hüquqları xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi əsasında yaranmışdır və həmin müqaviləyə görə iddiaçı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət, onun yerləşdiyi torpaq sahəsi üzərində isə dövlətin mülkiyyət hüququ tanınmışdır. İddiaçıya bağışlanmış həmin əmlakın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 Nömrəli Qərarına əsasən zona və əmsallar tətbiq etməklə qiymətləndirilərək özəlləşdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin etməməsində haqlı olmuşdur. Belə ki, torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasına dair heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil. Məhkəmə tərəfindən qeyd olunan torpaq sahəsi üzərində yaranmış istifadə hüququnun rəsmiləşdirilməsi üçün şərait yaradılmış, lakin iddiaçı və onun vəkili torpaq sahəsi üzərində 2023-cü ildən icarə müqaviləsi bağladığı tədqirdə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin 6-cı bəndinin tətbiq edilməsinin mümkün olmayacağını bildirmişlər. Cavabdehin imtina məktubundan da göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mübahisə predmeti olan əraziyə baxış keçirilmiş və iddiaçının istifadəsində olan torpaq sahəsində texniki pasportda öz əksini tapmayan əlavə tikililərin inşa edildiyi aşkar edilmişdir. Həmin əlavə tikililərlə bağlı hüquqmüəyyənedici sənədlər əldə edildikdən sonra adıçəkilən torpaq sahəsinin özəlləşdirilməsinin mümkünlüyü barədə qanunvericiliyin tələbləri İddiaçı bildirilmişdir. İddiaçının dədiqləşdirilmiş iddia tələbinə münasibətdə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarına əsasən özəlləşdirilən torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Belə olan halda iddia tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Abşeron rayonu, Xırdalan şəhəri X6 küçəsi 95 ünvanında yeləşən əmlak kompleksini və həmin əmlakın yerləşdiyi 0.12 ha torpaq sahəsi və onun üzərində yerləşən və 182.2 m2 yeməkxana binası Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 21 iyul 1991-ci il tarixli 126 saylı Qərarı ilə ayrılmış və Abşeron Rayon Kooperativ Cəmiyyətinin idarə heyətinin 07 aprel 2003-cü il tarixli 02 saylı Protokolu ilə Abbasov Vaqifə satılmış və sonradan iddiaçıya bağışlanmış həmin əmlakın yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 Nömrəli Qərarına əsasən zona və əmsallar tətbiq etməklə qiymətləndirilərək özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-317/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-317/2023
07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver